Dünyada ən çox bahalaşan və ucuzlaşan məhsullar açıqlanıb

Qlobal bazarlarda ərzaq məhsullarının qiymətlərində fərqli dinamika müşahidə olunur. Rəsmi beynəlxalq statistikaya görə, bəzi məhsullar bahalaşıb, bəzilərində isə ucuzlaşma qeydə alınıb. Avtosfer.az Baku.ws-ə istinadən xəbər verir ki, BMT-nin Qida və Kənd Təsərrüfatı Təşkilatı (FAO) tərəfindən yayımlanan Ərzaq Qiymətləri İndeksinə əsasən, dünya üzrə ən çox bahalaşan məhsullar arasında bitki yağları ön sıradadır. Bu kateqoriyada qiymət artımı qlobal tələbatın yüksəlməsi və təklif məhdudiyyəti ilə izah olunur. Süd məhsullarında da artım qeydə alınıb. Ət məhsullarının qiymətlərində isə daha məhdud yüksəliş müşahidə edilib. Eyni zamanda bəzi əsas ərzaq məhsullarında ucuzlaşma baş verib. Taxıl məhsulları üzrə qiymət indeksində azalma qeydə alınıb. Xüsusilə düyü bazarında təklifin artması və ixrac rəqabətinin güclənməsi fonunda ciddi qiymət enişi müşahidə olunub. Mütəxəssislər bildirirlər ki, qiymət dəyişiklikləri iqlim şəraiti, istehsal həcmi, logistika xərcləri və geosiyasi risklər kimi amillərlə bağlıdır. Qlobal ərzaq bazarındakı dalğalanmaların yaxın dövrdə də davam edəcəyi istisna edilmir.
Sosial mediada hansı hərəkət və danışıqlar qanun pozuntusu hesab edilir? - HÜQUQŞÜNAS
Zelenskinin cəbhə xətti ilə bağlı qərarı ABŞ ilə münasibətlərə necə təsir edəcək? – TƏHLİL
Preferensial Ticarət Sazişi siyahısında olan məhsullar niyə bahalaşır? – NATİQ CƏFƏRLİ
Gəncədə avtomobil piyadanı vurub, vəziyyəti ağırdır
Metroda gediş haqqı artırılacaq? - RƏSMİ
Bu qaydanı pozanlar cərimələnəcək – 250 manatlıq cəza
Bu qanunu pozanlar 40 min cərimə ediləcək - HÜQUQŞÜNAS
Minimum əməkhaqqı ilə yaşayış xərcləri arasında tam uyğunluq yoxdur - İQTİSADÇI
Tələbə kreditinin borcu hansı halda silinir? – AÇIQLAMA
Azərbaycan-Türkiyə dostluğuna kölgə salmaq istəyənlər var – DEPUTAT
Məcburi dövlət sosial sığorta haqqı ilə bağlı təklif edilən dəyişikliklər pensiya mühitini pisləşdrəcək - İQTİSADÇI - VİDEO












