Evlənmək istəyənlərdə ən çox bu xəstəliklər AŞKARLANIR

Azərbaycanda 2025-2026-cı illər üzrə nikah öncəsi müayinələr və prenatal diaqnostika göstəriciləri məlum olub. Avtosfer.az xəbər verir ki, Səhiyyə Nazirliyi Milli Hematologiya və Transfuziologiya Mərkəzindən bildirilib ki, 2025-ci il ərzində nikah öncəsi müayinələrdən ümumilikdə 100 761 nəfər keçib. Nəticələrə əsasən, 3 635 halda cütlüklərin yalnız birində, 35 halda isə hər iki tərəfdə genetik daşıyıcılıq aşkarlanıb. Eyni dövrdə aparılan prenatal diaqnostika çərçivəsində 68 müayinə həyata keçirilib. Bu müayinələr nəticəsində 21 xəstə, 32 daşıyıcı və 15 sağlam hal qeydə alınıb. 2026-cı ilin ilk iki ayının nəticələrinə gəlincə, yanvar ayında 6 596 nəfər müayinədən keçib və 268 daşıyıcı müəyyən edilib. Fevral ayında isə 7 712 müayinə aparılıb, 272 daşıyıcı aşkarlanıb və 2 cütlükdə hər iki tərəfin daşıyıcı olduğu müəyyən olunub. Mərkəzdən qeyd edilib ki, nikah öncəsi müayinələr genetik xəstəliklərin qarşısının alınması və sağlam ailələrin formalaşdırılması baxımından mühüm əhəmiyyət daşıyır.(Modern.az)
Məcburi köçkün statusu alan kişiləri hansı güzəştlər gözləyir? – HÜQUQŞÜNAS
Müəssisələrə yerləşdirilən uşaqların ailələrinə qaytarılması necə həyata keçirilir? – HÜQUQŞÜNAS
Bakıda avtobus zolağı sürücüləri çaşdırır: Xətlər görünmür, cərimə yazılır - VİDEO
Sosial mediada hansı hərəkət və danışıqlar qanun pozuntusu hesab edilir? - HÜQUQŞÜNAS
Zelenskinin cəbhə xətti ilə bağlı qərarı ABŞ ilə münasibətlərə necə təsir edəcək? – TƏHLİL
Preferensial Ticarət Sazişi siyahısında olan məhsullar niyə bahalaşır? – NATİQ CƏFƏRLİ
Gəncədə avtomobil piyadanı vurub, vəziyyəti ağırdır
Metroda gediş haqqı artırılacaq? - RƏSMİ
Bu qaydanı pozanlar cərimələnəcək – 250 manatlıq cəza
Bu qanunu pozanlar 40 min cərimə ediləcək - HÜQUQŞÜNAS
Minimum əməkhaqqı ilə yaşayış xərcləri arasında tam uyğunluq yoxdur - İQTİSADÇI












