Metronun rəhbəri bir neçə gün əvvəl yaranan enerji problemindən danışdı

"Aprelin 21-də "Nərimanov"-"Ulduz" xəttini enerji ilə təmin edən yarımstansiyada qısaqapanma baş vermiş, həmin mənzildə tuneldə tüstülənmə qeydə alınmışdı. Biz sərnişinlərin təhlükəsizliyini təmin etmək üçün əvvəlcə hadisənin fəsadlarını aradan qaldırdıq, sonra isə hərəkəti bərpa etdik".
Avtosfer.az xəbər verir ki, bunu "Bakı Metropoliteni" QSC-nin sədri Vüsal Aslanov "Trend"ə və "Azad Azərbaycan" televiziyasına müsahibəsində deyib.
Onun sözlərinə görə hadisə zamanı təxliyə operativ şəkildə təmin olundu.
"İlk növbədə bu hadisəyə görə təəssüfümü bildirirəm və sərnişinlərimizdən bir daha üzr istəyirəm. Hadisə zamanı sərnişinlər və əməkdaşlar arasında xəsarət alan olmadı, təxliyə operativ şəkildə təmin olundu. Daxili İşlər Nazirliyi (DİN), Fövqəladə Hallar Nazirliyi (FHN) əməkdaşlarına təxliyə zamanı və ilkin tibbi xidmət göstərən Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) əməkdaşlarına, Bakı Metropoliteninin məlumatlarının ictimaiyyətə operativ çatdıraraq çaşqınlıq yaranmasının qarşısının alınmasında xüsusi rolu olan media nümayəndələrinə təşəkkürümü bildirirəm.
Vüsal Aslanov qeyd edib ki, Dövlət Proqramında Bakı Metropoliteninin enerji dayanıqlığının təmin edilməsi xüsusi bənd kimi yer alıb:
"Ümumiyyətlə, Bakı Metropoliteninin elektrik şəbəkəsi dayanıqlı qurulub - istənilən sahə iki fərqli alternativ enerji mənbəyindən qidalanır. 2025-ci ildə xarici ekspertləri dəvət edib enerji sistemini tam texniki auditdən keçirdik və tədbirlər planı hazırladıq. Artıq 2025-ci ildən iki mövcud yarımstansiyanın yenidən qurulması, bir yeni yarımstansiyanın tikintisi, kabel şəbəkəsinin yenilənməsi və SCADA sisteminin yenidən qurulması istiqamətində işlər görülür".
O qeyd edib ki, dizel generatorların əsas rolu xarici enerji təchizatının əvəzlənməsinə fokuslanıb, ona görə bu halda onlardan istifadə mümkün deyil.
"Bakı Metropoliteninin 21 ədəd dizel generatoru mövcuddur, bunlar mütəmadi olaraq texniki baxışdan keçir. Bu generatorların funksiyası xarici enerji təchizatında fasilə yarandığı zaman avtomatik işə düşməkdir. Biz ildə iki dəfə qəza məşqləri keçiririk.
Lakin bu hadisədə xarici elektrik şəbəkəsində problem yox idi - metronun öz yarımstansiyasında qısaqapanma baş vermişdi. Ona görə də bu halda onlardan istifadə mümkün deyildi", - deyə Vüsal Aslanov qeyd edib.
Əhaliyə pul köçürmələri ən çox bu ölkələrdən gəlir
Metroda limitsiz abunə kartları nə vaxt tətbiq olunacaq? - RƏSMİ AÇIQLAMA
Bakıda su bu qrafiklə verilir - Saatlar açıqlandı
Kondisioner, sərinkeş... - Yayda işıqpulunu necə azaldaq?
Çimərliklərə gedənlərə ÇAĞIRIŞ - Bu təhlükədir!
Azərbaycana yay fəsli daxil olub
Külək güclənəcək, şimşək çaxacaq və dolu düşəcək - SABAHIN HAVASI
Bakı Beynəlxalq Avtovağzal Kompleksində musiqi alətlərinin satışı həyata keçirilir - VİDEO
Azərbaycanda İNTENSİV YAĞINTI BAŞLADI - Bu ərazilərə dolu düşdü
Bu rayonda işləmək istəyənlərin DİQQƏTİNƏ! - Əmək yarmarkası keçiriləcək
Çıxarışsız mənzil alanlara XƏBƏRDARLIQ










