"Oğlanların iş tapmasında ciddi problem var" - Deputat

"Evliliklərin sayı azalır, əvəzində boşanmalar artır, uşaq doğumunun sayı azalır, selektiv abortların sayı artır. Yəni, bunun səbəbləri dövlət komitəsində araşdırılıb? Bununla bağlı hökumətə hər hansı təkliflər göndərilib?"
Avtosfer.az xəbər verir ki, bunu parlamentin bugünkü plenar iclasında "Gender bərabərliyinin təmin edilməsinə nəzarəti həyata keçirən icra hakimiyyəti orqanının 2025-ci ildə fəaliyyəti haqqında məlumatı"ın müzakirəsi zamanı deputat Qüdrət Həsənquliyev deyib.
"Ailə zorakılığından danışdıq. Qarşıdan Qurban bayramı gəlir. Biz çox təəssüflə müşahidə edirik ki, balaca uşaqların gözü qarşısında heyvanlar kəsilir. Məhəmməd peyğəmbər buyurub ki, nəinki uşaqların, başqa heyvanın qarşısında da digər heyvan kəsilməməlidir. Bax bu məişət zorakılığının bir kökü oradan başlayır. Bunun təkcə maarifləndirmə ilə qarşısını almaq mümkün deyil. Müvafiq dövlət orqanları bu istiqamətdə ciddi addımlar atmalıdır.
Tək qadınlar deyil, elə gənc oğlanların iş tapmasında ciddi problem var. Təəssüf ki, bizim gənclərimiz hərbi xidməti başa vurduqdan sonra ölkəni tərk edərək iş dalınca başqa ölkələrə gedirlər. Ailə quranların sayının azalamsının səbəblərindən biri də budur. Köklü iqtisadi islahatlar aparmadan, ciddi sosial proqramlar həyata keçirilmədən bu problemlərə qarşı müabrizə həyata keçirə bilməyəcəyik. Selektiv abortun səbəbləri araşdırılmalıdır ki, niyə ailələr övladlarından imtina edirlər", deyə deputat bildirib.
Bu qaydanı pozanlar cərimələnəcək – 250 manatlıq cəza
Bu qanunu pozanlar 40 min cərimə ediləcək - HÜQUQŞÜNAS
Minimum əməkhaqqı ilə yaşayış xərcləri arasında tam uyğunluq yoxdur - İQTİSADÇI
Tələbə kreditinin borcu hansı halda silinir? – AÇIQLAMA
Azərbaycan-Türkiyə dostluğuna kölgə salmaq istəyənlər var – DEPUTAT
Məcburi dövlət sosial sığorta haqqı ilə bağlı təklif edilən dəyişikliklər pensiya mühitini pisləşdrəcək - İQTİSADÇI - VİDEO
Azərbaycan gənci belə təxribatlara həmişə “yox” deməlidir - DEPUTAT
Bu şəxslərə lotoreya ilə evlər veriləcək- ŞAD XƏBƏR
Məişət zorakılıqlarının qarşısını necə almaq olar? - AÇIQLAMA
Məhkumların cəmiyyətə inteqrasiyası; qanunvericilikdə nələr dəyişdirilməlidir? - AÇIQLAMA
Manat-dollar nisbəti 1,70-dən nə vaxt “çıxa” bilər? - Ekspertdən devalvasiya ilə bağlı AÇIQLAMA












