Banner

Onlar da doğma yurda qayıdır - FOTOLAR

Sosial 22 Sentyabr 2026 11:14
Onlar da doğma yurda qayıdır - FOTOLAR
WhatsApp kanalımıza abunə olun

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış davam etdirilir. Xankəndi şəhəri, Xankəndinin Kərkicahan qəsəbəsi, Xocalı rayonunun Təzəbinə, Xanyurdu, Xanabad və Ballıca kəndləri, Ağdərə rayonunun Vəngli, Çapar, Aşağı Oratağ kəndləri və Cəbrayıl rayonunun Şükürbəyli kəndinə köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.

Avtosfer.az xəbər verir ki, bu mərhələdə Xankəndi şəhərinə 3 ailə – 13 nəfər, Xankəndinin Kərkicahan qəsəbəsinə 5 ailə – 22 nəfər, Xocalının Təzəbinə kəndinə 7 ailə – 31 nəfər, Xanyurdu kəndinə 5 ailə – 22 nəfər, Xanabad kəndinə 2 ailə – 10 nəfər, Ballıca kəndinə 1 ailə – 4 nəfər, Ağdərənin Vəngli kəndinə 4 ailə – 14 nəfər, Çapar kəndinə 4 ailə – 11 nəfər, Aşağı Oratağ kəndinə 4 ailə – 9 nəfər, Cəbrayılın Şükürbəyli kəndinə isə 24 ailə – 148 nəfər köçürülüb.

Doğma yurda qayıdan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər. Onlar, həmçinin, torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət diləyiblər.

Onlar da doğma yurda qayıdır - FOTOLAR

Onlar da doğma yurda qayıdır - FOTOLAR

Onlar da doğma yurda qayıdır - FOTOLAR

Onlar da doğma yurda qayıdır - FOTOLAROnlar da doğma yurda qayıdır - FOTOLAR

Onlar da doğma yurda qayıdır - FOTOLAR

Onlar da doğma yurda qayıdır - FOTOLAR

 

 

Oxunub : 88
ŞƏRH YAZ
Ad

E-mail

Şərh