İşsizlik sığortasının hesablanma qaydası necədir? - AÇIQLAMA

Sosial 18 Sentyabr 2026 17:11
İşsizlik sığortasının hesablanma qaydası necədir? - AÇIQLAMA
WhatsApp kanalımıza abunə olun

Azərbaycanda rəsmi qeydiyyatda olan işsizlərin sayının 247,7 min nəfər olması əmək bazarında məşğulluq və işsizlik göstəricilərini yenidən gündəmə gətirib.

Avtosfer.az xəbər verir ki, eyni zamanda işsizlikdən sığorta ödənişinin orta aylıq məbləğinin 478,7 manat təşkil etməsi bu ödənişin işsiz şəxslərin sosial təminatındakı rolunu aktuallaşdırır. 

Bəs rəsmi işsizlərin sayı əmək bazarındakı real vəziyyəti nə dərəcədə əks etdirir və işsizlikdən sığorta ödənişi hansı qaydada müəyyənləşdirilir?

Mövzu ilə bağlı iqtisadçı Xalid Kərimli Avtosfer.az-a açıqlamasında bildirib ki, işsizlik sığortasının hesablanması qaydası işçinin əməkhaqqından asılıdır:


''Ümumilikdə, işsizlik sığortası 6 ay müddətinə verilir. Bunun əlavə 3 ay uzadılması hüququ da mövcuddur. Lakin bu, hər kəsə şamil edilmir və müəyyən şərtlərlə həyata keçirilir.

Ümumi qaydaya əsasən, ilk 2 ay ərzində əməkhaqqının 100 faizi, 3-cü və 4-cü aylarda 80 faizi, 5-ci və 6-cı aylarda isə 70 faizi məbləğində ödəniş edilir. Müddət uzadıldıqda isə ödəniş minimum əməkhaqqı məbləğində həyata keçirilir.

2026-cı ildə minimum əməkhaqqı 400 manatdır. Yəni işçinin əməkhaqqı yüksəkdirsə, işsiz qaldığı zaman ilk 2 ay əməkhaqqının 100 faizini, 3-cü və 4-cü aylarda 80 faizini, 5-ci və 6-cı aylarda isə 70 faizini alır.

Əməkhaqqı 500 manat olan şəxsin 70 faizi 350 manat edir. Bu məbləğ minimum əməkhaqqından aşağı olduğu üçün ona 400 manat ödənilir.

Burada əsas məsələ əməkhaqqının səviyyəsidir. Əməkhaqqıları yüksək olmalıdır ki, işsizlik sığortasının məbləği də yüksək olsun.

Eyni zamanda, işsizlik sığortası müvəqqəti xarakter daşıyan sosial təminat mexanizmidir. Bu ödəniş yaşayış minimumu və ya ehtiyac meyarı deyil, sığorta ödənişidir və məbləği müəyyən edilmiş qaydada hesablanır''.

İqtisadçı qeyd edib ki, işsizlik göstəricisi müəyyən mənada iqtisadiyyatın vəziyyətini ifadə edən göstəricilərdən biridir. Bu rəqəm Beynəlxalq Əmək Təşkilatının metodologiyası əsasında hesablanır.

Ümumilikdə, əmək qabiliyyətli əhalinin sayı 5 milyonun üzərindədir və işsizlik göstəricisi təqribən 5-6 faiz arasındadır. Bu, çox yüksək rəqəm deyil.

Bununla belə, faktiki işsizlərin sayının rəsmi göstəricidən daha çox olduğu ehtimal edilə bilər.

Lakin hazırda açıqlanan rəqəm məhz qəbul edilmiş metodologiya əsasında hesablanmış göstəricidir''.

Fatimə

Oxunub : 172
ŞƏRH YAZ
Ad

E-mail

Şərh