Orucluqdan sonra toy qiymətləri artıb? - VİDEO

Ramazan ayı boyunca toylara verilən fasilə artıq başa çatıb və şadlıq saraylarında yenidən canlanma müşahidə olunur. Lakin qarşıdan Məhərrəm ayı gəlir. Bu səbəbdən şadlıq evlərində yenidən durğunluq yaşanacağı gözlənilir. Vətəndaşların böyük qismi toy mərasimlərini Məhərrəm ayından sonraya planlaşdırırlar.
Bəs bu məqam menyuların qiymətinə təsir göstərə bilərmi?
Avtosfer.az xəbər verir ki, "Baku TV" bunu öyrənmək üçün bir neçə restoranla əlaqə saxlayıb.
"Martın sonu, aprel, may və iyunun 15-dək olan günlər üçün toy sifarişlərimiz var. Aprelin 16-dan etibarən Məhərrəm ayı başlayır. Ondan sonra sifarişlər yavaş-yavaş verilir. Adətən Məhərrəmlik ərəfəsində gəlib tarix götürürlər. Qiymət artımı isə bizdən asılı deyil. Əgər bazarda artım olmasa, biz də qiymətləri qaldırmayacağıq. Bazarda ciddi bahalaşma olarsa, bizdə də 3-5 manat fərq yarana bilər", - administratorlardan biri deyib.
"Ramazan bayramından sonra toylarımız yaxşı gedir. Qiymətlərdə artım yoxdur. Məhərrəm ayından sonrakı tarixlər üçün də sifarişlər verilir və qiymətlərdə yenə dəyişiklik yoxdur. Bazarda bahalaşma olsa da, hazırda qiymətlər eyni qalır", - digər administrator bildirib.
Görünən odur ki, hələlik qiymət artımı gözlənilmir. Lakin bazarda məhsulların qiymətində yüksəlmə olarsa, vəziyyət dəyişə bilər.
Qeyd edək ki, hazırda şadlıq saraylarında menyu qiymətləri minimum 45-50 manatdan başlayır. Bəzi restoranlarda isə bu rəqəm 100 manat və daha yuxarı məbləğdə təklif olunur.
Sosial mediada hansı hərəkət və danışıqlar qanun pozuntusu hesab edilir? - HÜQUQŞÜNAS
Zelenskinin cəbhə xətti ilə bağlı qərarı ABŞ ilə münasibətlərə necə təsir edəcək? – TƏHLİL
Preferensial Ticarət Sazişi siyahısında olan məhsullar niyə bahalaşır? – NATİQ CƏFƏRLİ
Gəncədə avtomobil piyadanı vurub, vəziyyəti ağırdır
Metroda gediş haqqı artırılacaq? - RƏSMİ
Bu qaydanı pozanlar cərimələnəcək – 250 manatlıq cəza
Bu qanunu pozanlar 40 min cərimə ediləcək - HÜQUQŞÜNAS
Minimum əməkhaqqı ilə yaşayış xərcləri arasında tam uyğunluq yoxdur - İQTİSADÇI
Tələbə kreditinin borcu hansı halda silinir? – AÇIQLAMA
Azərbaycan-Türkiyə dostluğuna kölgə salmaq istəyənlər var – DEPUTAT
Məcburi dövlət sosial sığorta haqqı ilə bağlı təklif edilən dəyişikliklər pensiya mühitini pisləşdrəcək - İQTİSADÇI - VİDEO












