Pullu iftar süfrələrinin təşkili GÜNAHDIR?

11 ayın sultanı Ramazan xeyirxahlıq və bağışlanmaq ayıdır. Lakin 11 ayda dünya malından gözü doymayanlar Ramazanda da “qaz vurub, qazan doldurmaq” istəyirlər.
Özü də özlərini xeyirxah sifətində göstərməklə...
Məsələn, əksər restoranlar Ramazan başlar-başlamaz restoranlar “iftar süfrələri”nin reklamına start veriblər. Reklam olunan menyunun qiymətləri isə sözün həqiqi mənasında “əl yandırır”.
Apardığımız müşahidələr zamanı aydın olur ki, əksər iaşə obyektləri günorta saatlarında 10-15 manata təklif etdikləri "business lunch"ı axşamlar “iftar süfrəsi" adı ilə 30-40, bəzən hətta 70 -80 manata təqdim edirlər.
Bu məsələnin bir tərəfidir.
Digər diqqət çəkən məqamsa bəzi oruc tutanların bahalı restoranlara axın etməsidir. Bu da o deməkdir ki, həm “iftar süfrəsi” ilə pul qazananlar, həm də həmin süfrələrdə israfçılıq edənlər günah qazanırlar.
Çünki Ramazan ayı təkcə mədənin yox, həm də nəfsin orucluğudur. Bu ayda insanlar təkcə yediyinə yox, həm də qazancına qənaət etməlidir. Ən əsası 11 ayda qazandıqlarımızın bir qismini müqəddəs Ramazan ayında imkansızlar üçün xərcləməliyik. Bu mənada həm pullu “iftar süfrələri”nin təşkili, həm də bahalı süfrələrdə vaxt keçirmək islamın və Ramazan ayının fəlsəfəsinə yaddır.
Avtosfer.az-ın məlumatına görə, mövzu ilə bağlı Bizim.Media-ya danışan dinşünas Tural İrfan bildirib ki, ehsan, iftar, fitrə, fidyə, sədəqə, nəzir təmənnasız verilir:
“Kimsə ehsan, yaxud iftar verərkən şərt qoysa ki, filan vaxt da sizi mənə ehsan, yaxud iftar verməlisiniz, onun həmin şəxsə bir savabı qalmaz. Bütün bu növ xeyirxahlıqlar təmənnasız olmalıdır. Orucluğun fəlsəfəsi odur ki, bir ay müddətində yediklərinə qənaət edəsən. Ayın sonunda da qənaət etdiyin vəsaiti imkansızlara verəsən.
Yoxsa, hər iftarda restorana gedib yediklərinə daha çox pul xərcləmək ancaq israfçılıqdır. İsrafçılıq isə İslama yaddır. Ona görə də adı iftar qoyulub satılan yeməkləri almaq da doğru deyil. Çünki iftar da, qurban əti kimi satıla bilməz. Əksinə, kasıb adamlara təmənnasız süfrə açmaq lazımdır. Çünki Ramazanın mahiyyəti səxavət göstərməkdir.
Bəzi restoran sahibləri zəngin menyular təşkil edib adını da iftar qoyub satırlar. Yəqin ki, satılan ehsan menyusu da var. Belə qondarma əməllər həm dinə həm də adətlərə zərər vurur. Əzəldən xalqımız heç vaxt pulla iftar, ehsan satmayıb. Bu işləri görənlər tamamilə Allahdan uzaq adamlardır ki, bu ayı fürsət bilib maddi qazanc naminə axirətlərini əldən verirlər”.
"Düşünməsin ki, yol həmişə onundur" - Sığorta şirkəti hansı halda ödənişdən imtina edə bilməz? - VİDEO
Bu qızıl mağazalarından alış-veriş etməyin - XƏBƏRDARLIQ
Çörək yenidən bahalaşa bilər? - VACİB AÇIQLAMA
Bakıda gecələr görünməyən TƏHLÜKƏ: "Sürücülər çalaya düşürlər" - VİDEO
Bakıya yağan yağışlara bağlı - Ekoloqdan REAKSİYA
Pensiyaçıların NƏZƏRİNƏ!
Kəskin istilər gəlir — Ekoloqdan açıqlama
Deputat müjdəni verdi - İşsizlərə şad xəbər
Yeddi illik baxımsızlıq: Sakinlərin yol problemi - VİDEO
Azərbaycanda yay belə keçəcək - TƏHLÜKƏ VAR
Pensiya və sosial müavinətlərdə yeni dəyişikliklər - Nələr olacaq?










