Qızılın qiyməti yenidən bahalaşacaq? - AÇIQLAMA

Son günlər qızıl bazarında xeyli dərəcədə ucuzlaşma müşahidə olunur.
Bəs, qızılın yenidən qalxma ehtimalı varmı?
Avtosfer.az-ın məlumatına görə, mövzu ilə bağlı Redaktor.az-a açıqlama verən iqtisadçı Xalid Kərimli bildirdi ki, qızılın qiymətində xeyli ucuzlaşma müşahidə olunur:
"Hətta bu ilin əvvəlində qızılın qiyməti 5300-5400 dollara qədər gəlib çatmışdı. İndi isə 4500 dollar aralığında ticarət olunur. Düzdür, ilin əvvəli ilə müqayisədə yenə də təxminən 5%-lik artım var. Yəni yanvarın biri ilə müqayisədə qızıl ucuzlaşmayıb, əksinə, təxminən 5% bahadır. Amma pik dövrlərlə müqayisədə əhəmiyyətli şəkildə aşağı düşüb. Səbəb nə idi? Qızıl ümumiyyətlə bir neçə səbəbə görə bahalaşırdı. Birincisi, qeyri-müəyyənlik, gərginlik və sanksiyalar idi. Məsələn, Rusiyaya tətbiq edilən sanksiyalar qızılın qiymətinə ciddi artırıcı təsir göstərdi. Çünki dövlətlər başa düşdülər ki, Amerika və Avropa istənilən vaxt sanksiya tətbiq edə və rezervləri dondura bilər. Buna görə də avroda və dollarda saxlamaqdansa, investisiya resurslarını qızılda saxlamağa üstünlük verdilər. Bax, məhz bu qeyri-müəyyənlik və gərginlik fonunda Çin, Hindistan, Türkiyə, hətta Azərbaycanın özü də qızıl almağa başladı. Nəticədə qızılın qiyməti bahalaşdı".
.jpg)
Onun sözlərinə görə, faiz dərəcələrinin aşağı salınması ilə bağlı qərarlar və qlobal inflyasiyanın zəifləməsi də qızılın qiymətini artırdı:
"Amma bu il Amerika-İran müharibəsi başlayanda və Hörmüz boğazı bağlananda neft qiymətləri kəskin bahalaşdı. Əslində, müharibə qeyri-müəyyənliyi artırdığı üçün gözlənti o idi ki, qızıl da bahalaşacaq. Amma burada başqa bir nüans ortaya çıxdı. Neft qiymətlərinin kəskin bahalaşması qızılın qiymətini aşağı saldı. Çünki neftin bahalaşması bir sıra ölkələrdə əmtəələrin qiymətini artırdı və bu da həmin ölkələri öz rezervlərini, o cümlədən qızıl ehtiyatlarını satmağa təşviq etdi. Birinci məqam bu idi. İkinci məqam isə neft qiymətlərinin artmasının inflyasiya gözləntilərini yüksəltməsi oldu. Bu isə gələcəkdə Amerika Mərkəzi Bankının daha sərt və yüksək faiz siyasəti həyata keçirəcəyinə dair gözləntilər formalaşdırdı. Yəni düşüncə belə idi ki, inflyasiya yüksələrsə, Amerika nəzərdə tutulan faiz endirimlərinə getməyəcək. Bütün bu faktorlar nəticəsində həm bir sıra banklar, həm də mərkəzi banklar və ehtiyat fondları ölkələrin problemlərini idarə etmək üçün qızıl satmağa başladılar. Məsələn, Hindistanda Modi təxminən 10-14 gün əvvəl insanlara çağırış etdi ki, qızıl almasınlar, vəsaitlərini daha qənaətli istifadə etsinlər. Hindistan və Çin qızılın ən böyük alıcılarıdır. Beləliklə, neft qiymətlərinin artması inflyasiya gözləntilərini yüksəltdi, əmtəə böhranı ilə bağlı riskləri artırdı. Problem yarananda insanlar necə ehtiyatlarını satırlarsa, dövlətlər də eyni şəkildə davranırlar. Eyni zamanda bazarda belə bir fikir formalaşdı ki, inflyasiya artarsa, dolların faiz dərəcəsi də yüksələcək. Bütün bunlar qızılın qiymətini aşağı çəkdi. O ki qaldı qızılın gələcək qiymətlərinə, investisiya bankları və proqnoz təşkilatlarının əksəriyyəti gözləyir ki, ilin sonuna doğru qızıl yenidən bahalaşacaq. Amma burada yenə də əsas məsələ neftin qiymətinin necə dəyişəcəyi, müharibənin hansı istiqamətdə inkişaf edəcəyi və Hörmüz boğazındakı vəziyyətin necə olacağıdır. Bunlar daha çox siyasi, hərbi və strateji məsələlərdir. Yəni Hörmüz boğazı açılsa və neft qiymətləri düşsə, böyük ehtimalla qızılın qiyməti yenidən yüksələcək".
Azərbaycanda karantin rejimi belə ləğv olunacaq - DETALLAR
Daha bir ölkəyə quru yolla gedə biləcəyik: ucuz qiymətə! – Əhaliyə MÜJDƏ
Bu şəxslərə kirayəyə görə hər ay 100 manat veriləcək
Sığortada sürpriz dəyişiklik: Sürücüləri nələr gözləyir?
Ev tikdirmək istəyənlər üçün VACİB XƏBƏR
Salyan körpüsündə “qırıq dəmir”... - FOTO
Ürəyi dayanan professor həyata belə qaytarıldı - VİDEO
Sənədsiz evlər problemə çevrilir - Dövlət yüz milyonlar itirir
İlham Əliyevdən hərbi xidmətə çağırışla bağlı SƏRƏNCAM
Yol verən sürücüyə təşəkkür etmək sadəcə nəzakət deyilmiş
Taksi sürücülərinə PİS XƏBƏR: Endirim tətbiq olunmayacaq








