Cəriməsi 30 min manatdır, amma yenə də qanunu pozurlar - Çünki...

Azərbaycan əmək bazarında qeyri-rəsmi məşğulluq problemi uzun illərdir müzakirə olunan əsas məsələlərdən biridir. Bu vəziyyət təkcə hüquqi və vergi mexanizmləri ilə deyil, həm də iqtisadi reallıqlar və iş imkanlarının məhdudluğu ilə sıx bağlıdır. İşçi və işəgötürən arasında yaranan seçimlər çox vaxt rəsmi qaydalardan daha çox mövcud şərtlərlə müəyyən olunur.
Avtosfer.az-ın məlumatına görə, mövzu ilə bağlı iqtisadçı ekspert Xalid Kərimli Demokrat.az-a bildirib ki, bu məsələ əmək bazarındakı gərgin vəziyyətlə əlaqədardır:
"İşçilər iş yeri tapa bilmədiyinə görə məcbur qalıb qeyri-rəsmi işləyir. Əgər iş yerləri çox olsa, işçi rəsmi müqavilə təklif edən və əməkhaqqını rəsmiləşdirən yerdə işləyəcək. Burada əsas məsələ iş yerlərinin az olmasıdır. Layiqli əməkhaqqı olan iş yerlərinin azlığı səbəbindən işçi məcbur qalır bu vəziyyətə razılaşmağa. Yəni burada təkcə işəgötürənin günahı yoxdur. İşəgötürənlə işçi çox vaxt qarşılıqlı razılığa gəlir. İşçi isə düşünür ki, 30 manat vergilərə gedəcəksə, elə 100 manatı almaq daha sərfəlidir. Çünki burada həm işəgötürənin, həm də işçinin vergi öhdəlikləri var".
Ekspert deyib ki, hazırda işçinin maaşından 10 faizi pensiya fonduna, 2 faizi icbari tibbi sığortaya, 0,5 faizi işsizlik fonduna yönəldilir:
"Özəl sektorda gəlir vergisi 3 faizdir, lakin bu 7 faizə qədər artırıla bilər. Ümumilikdə işçinin maaşından təxminən 19,5 faiz vəsait büdcəyə yönəldilir. İşəgötürən isə işçi üçün əlavə olaraq təxminən 17,5 faiz ödəniş edir. Buraya gəlir vergisi və icbari ödənişlər daxildir. Yəni işəgötürən də, işçi də ciddi vergi yükü daşıyır. Qanunvericiliyə görə isə müqaviləsiz işçi işlətmək qanuna ziddir. Bununla bağlı ciddi cərimələr nəzərdə tutulur. Hüquqi şəxslər üçün 25-30 min manatadək cərimə tətbiq oluna bilər. Hər bir müqaviləsiz işçi üçün əlavə olaraq 1000 manat cərimə də nəzərdə tutulur. Bundan başqa, yayındırılmış verginin 50 faizi həcmində də cərimə tətbiq edilir. Buna baxmayaraq, bu problem daha çox iş yerlərinin azlığı ilə bağlıdır. Qeyri-neft sektorunun zəif inkişafı da bu vəziyyəti dərinləşdirir. Problemin həlli sərtləşdirmələrdən çox, yeni iş yerlərinin yaradılması və iqtisadi imkanların genişləndirilməsindən keçir. İş yerləri artdıqca işçilər də avtomatik olaraq rəsmi müqaviləli işləri seçməyə üstünlük verəcəklər",- deyə o bildirib.
Qısası, dövlətin tətbiq etdiyi sərt cərimə mexanizmlərinə baxmayaraq, problemi inzibati yollarla tam həll etmək mümkün olmur. Ekspert hesab edir ki, problemin köklü həlli cərimələri artırmaqdan deyil, rəqabətədavamlı yeni iş yerlərinin açılmasından və sahibkarlıq mühitinin stimullaşdırılmasından keçir. Bazar iştirakçılarının seçimi yalnız real iqtisadi artım və alternativ iş imkanları yarandıqdan sonra rəsmi müqavilələrə tərəf dəyişə bilər.
Azərbaycanda karantin rejimi belə ləğv olunacaq - DETALLAR
Daha bir ölkəyə quru yolla gedə biləcəyik: ucuz qiymətə! – Əhaliyə MÜJDƏ
Bu şəxslərə kirayəyə görə hər ay 100 manat veriləcək
Sığortada sürpriz dəyişiklik: Sürücüləri nələr gözləyir?
Ev tikdirmək istəyənlər üçün VACİB XƏBƏR
Salyan körpüsündə “qırıq dəmir”... - FOTO
Ürəyi dayanan professor həyata belə qaytarıldı - VİDEO
Sənədsiz evlər problemə çevrilir - Dövlət yüz milyonlar itirir
İlham Əliyevdən hərbi xidmətə çağırışla bağlı SƏRƏNCAM
Yol verən sürücüyə təşəkkür etmək sadəcə nəzakət deyilmiş
Taksi sürücülərinə PİS XƏBƏR: Endirim tətbiq olunmayacaq








