Qlobal ərzaq qiymətlərində yeni artım siqnalı

Azərbaycan bazarını nələr gözləyir?
Avtosfer.az xəbər verir ki, qlobal ərzaq bazarında beş ay davam edən qiymət enişindən sonra yenidən artım müşahidə olunub.
BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının məlumatına görə, FAO Ərzaq Qiymətləri İndeksi bu ilin fevralında təxminən 1 faiz yüksələrək 125 bənd səviyyəsinə çatıb.
İndeks hələ bir il əvvəlki göstəricidən bir qədər aşağı olsa da, son aylardakı artım qlobal bazarda yeni təzyiqlərin başlaya biləcəyini göstərir.
Qiymət artımında əsas amil taxıl, ət və bitki yağlarının bahalaşması ilə bağlıdır. Dünya bazarında buğda qiymətləri təxminən 2 faiz artıb.
Bunun arxasında bir neçə amil dayanır. Bunlar əsasən ABŞ və Avropanın bəzi bölgələrində şaxtaların məhsula risk yaratması, Qara dəniz regionunda geosiyasi gərginliyin davam etməsi və Rusiyada logistika problemləridir. Bu isə birbaşa Azərbaycan üçün mühüm xəbərdir, çünki ölkənin buğda tələbinin böyük hissəsi idxaldan asılıdır və idxal əsasən Qara dəniz regionu ölkələrindən həyata keçirilir. Nəticədə, qlobal qiymət artımı daxili un və çörək bazarında təzyiq yarada bilər.
Bitki yağları bazarında isə fevral ayında ən yüksək artım qeydə alınıb. İndeks 174 bəndə yüksələrək 3 faizdən çox bahalaşıb və son 3 ilə bənzər səviyyəyə çatıb. Palma, soya və raps yağlarının qiymətləri qalxıb. Əsas səbəb isə Cənub-Şərqi Asiyada mövsümi istehsalın azalması və qlobal tələbin yüksək qalmasıdır.
Azərbaycan bitki yağlarının böyük hissəsini idxal etdiyi üçün daxili bazara bu artım birbaşa təsir edə bilər. Ət bazarında qiymət artımı təxminən 8 faiz civarındadır.
Mal və qoyun əti qiymətləri yüksəlib, xüsusilə qoyun ətinin qiyməti rekord səviyyəyə çatıb. Bunun əsas səbəbləri Okeaniyada ixrac üçün təklifin məhdud olması və Çin ilə ABŞ-da yüksək tələbatdır.
Azərbaycan bazarında qoyun və mal əti əsas istehlak məhsulları olduğundan qlobal qiymət artımı daxili bazara dolayı təsir göstərə bilər. Bəzi məhsullarda isə qiymətlər azalıb. Şəkər bazarında qiymətlər 4 faizdən çox ucuzlaşıb və illik müqayisədə əhəmiyyətli dərəcədə aşağı düşüb. Süd məhsullarında isə Avropada təklifin artması və tələbatın zəifləməsi səbəbindən qiymət azalma meyli var.
Son vaxtlar İran ətrafında yaranan regional gərginliklər də qlobal və regional ərzaq bazarına təsirsiz qalmır. Xüsusilə Yaxın Şərq və Qara dəniz regionunda gərginliyin artması logistika xərclərini yüksəldir, idxal-ixrac proseslərini ləngidir və təhlükəsizlik risklərini artırır. Bu, həmçinin enerji bazarına təsir edərək kənd təsərrüfatı məhsullarının istehsal və daşınma xərclərini artırır.
Qlobal bazardakı qiymət artımları Azərbaycanda ərzaq inflyasiyası riskini artırır. İdxaldan asılı olan məhsullarda qiymət dəyişiklikləri gecikmə ilə daxili bazara təsir edə bilər. Eyni zamanda, bu vəziyyət yerli fermerlər üçün əlavə imkanlar da yarada bilər. Beləı ki, taxılçılıq, maldarlıq və yağlı bitkilər istehsalçılarının gəlirliliyini artıraraq məhsul həcminin genişlənməsinə stimul verə bilər.
Mövcud vəziyyət Azərbaycanın ərzaq təhlükəsizliyi strategiyasının əhəmiyyətini bir daha göstərir. Qlobal qiymət dalğaları daxili istehsalın gücləndirilməsini və idxal mənbələrinin diversifikasiyasını strateji prioritet kimi saxlayır. Ümumilikdə, yaxın dövrdə bazarın stabilliyi həm qlobal qiymət dəyişkənliyi, həm regional təhlükəsizlik şəraiti, həm də daxili istehsalın artım tempindən asılı olacaq.
Çinarə Ağayeva
Biznes məsləhətçi
Bu qızıl mağazalarından alış-veriş etməyin - XƏBƏRDARLIQ
Çörək yenidən bahalaşa bilər? - VACİB AÇIQLAMA
Bakıda gecələr görünməyən TƏHLÜKƏ: "Sürücülər çalaya düşürlər" - VİDEO
Bakıya yağan yağışlara bağlı - Ekoloqdan REAKSİYA
Pensiyaçıların NƏZƏRİNƏ!
Kəskin istilər gəlir — Ekoloqdan açıqlama
Deputat müjdəni verdi - İşsizlərə şad xəbər
Yeddi illik baxımsızlıq: Sakinlərin yol problemi - VİDEO
Azərbaycanda yay belə keçəcək - TƏHLÜKƏ VAR
Pensiya və sosial müavinətlərdə yeni dəyişikliklər - Nələr olacaq?
Qonşu ölkədə nəqliyyatın hamilələr üçün pulsuz olması təklif edilir










