Regionlar distant təhsilə hazırdırmı? - Təhsil eksperti riskləri açıqladı

Azərbaycanda təhsil sistemində, xüsusilə regionlarda müəllim çatışmazlığı məsələsi uzun müddətdir gündəmdədir. 2026–27-ci tədris ilindən etibarən isə ümumtəhsil sahəsində yeni model tətbiq olunacaq. Ölkənin bir sıra məktəblərində distant təhsil elementləri tətbiq olunacaq. Yeni yanaşmaya əsasən, müəllim çatışmazlığı olan fənlər mərkəzləşdirilmiş məktəblər vasitəsilə onlayn tədris ediləcək. Məsələn, hər hansı fənn müəllimi mövcuddursa dərslər ənənəvi sinif şəraitində keçiriləcək. Müəllim çatışmazlığı olan fənlər üçün isə distant tədris tətbiq olunacaq. Bəzi məktəblərə “mərkəz məktəb” statusu veriləcək.
Bu modelin regionlarda internet və texniki imkanlar baxımından nə dərəcədə real olduğu, bütün şagirdlərin lazımi texniki vasitələrlə təmin ediləcəyi və xüsusilə kiçik yaşlı şagirdlərin distant təhsildən effektiv şəkildə yararlanıb-yararlana bilməyəcəyi isə müzakirə mövzusudur.

Təhsil eksperti Rizvan Fikrətoğlu Avtosfer.az-a bildirib ki, nəzərdə tutulan model nəzəri baxımdan rasionaldır, lakin Azərbaycan reallıqlarında yalnız müəyyən şərtlər daxilində məhdud effektivliyə malik ola bilər. Burada məsələyə bir neçə prizmadan yanaşmaq lazımdır: “Əvvəlcə modelin potensial üstünlüklərindən danışsaq müəllim çatışmazlığının qısamüddətli həllinə töhfə verə bilər. Xüsusilə fizika, riyaziyyat, informatika və xarici dillər üzrə bəzi bölgələrdə kəskin müəllim qıtlığı mövcuddur. Mərkəz məktəbləri vasitəsilə güclü müəllimlərin daha çox şagirdə çıxış imkanı təmin oluna bilər. Həmçinin keyfiyyət fərqinin azalması ehtimalı da var. Əgər mərkəz məktəblərdə doğrudan da yüksək ixtisaslı müəllimlər dərs keçərsə bəzi ucqar məktəblərdə tədrisin keyfiyyəti artmış ola bilər. Xüsusilə dərslik, təqdimat və rəqəmsal materialların vahid standartla hazırlanması mərkəzləşdirmənin müsbət tərəfi sayıla bilər. Beləliklə, müəllim çatışmazlığı qismən aradan qaldırılır və şagirdlərin müəyyən fənlərdə tədrisdən geri qalması riskini azaldır. Müsbət tərəfi ondadır ki, uşaqlar məktəbdə oturub dərsə qoşulacaq. Məktəbdə işıq kəsintisi olsa belə alternativ vasitələrin mövcudluğu mümkündür. Şagirdlərin yaş xüsusiyyəti də önəmlidir. Distant təhsil ibtidai və hətta 5-ci–8-ci siniflər üçün pedaqogik cəhətdən zəif görünür. Diqqət, motivasiya və intizam problemləri nəzərə alınarsa model daha uğurlu, yalnız 9–11-ci siniflərdə tətbiq oluna bilər”.
Ekspert bu modelin ölkəmizdə tətbiqində müəyyən riskləri də nəzərə almalı olduğunu deyib: “İnfrastruktur problemi hələ də aktualdır. Məsələn, deyilir ki, şagirdlər internet və digər resurslarla təmin olunacaq. Amma regionların əhəmiyyətli hissəsində sabit internet yoxdur. Elektrik kəsintiləri hələ də problem olaraq qalır. Məktəblərin texniki avadanlığı, kameralar, mikrofonlar, ekranlar ya yoxdur, ya da keyfiyyətsizdir. Bu resurslar reallıqda yaxşılaşdırılmalıdır. Nəzarət məsələsi də problem yarada bilər. Şagirdlərin dərsi anlayıb-anlamadığını izləmək çətin ola bilər. Valideyn dəstəyi olmayan ailələrdə nəticələr zəif ola bilər. Formal iştirak, real bilik yoxluğu riskini artırır. Sosial bərabərsizlik də əlavə problem yarada bilər. Ümumiyyətlə, bu model problemi köklü şəkildə həll etmir, yalnız nəticəyə yönəlir. Müəllim çatışmazlığının əsas səbəbləri isə aşırı aşağı əmək haqqı, sosial təminatın zəifliyi, bölgələrdə işləmək motivasiyasının olmaması və müəllim hazırlığının keyfiyyət problemidir. Bu səbəblər dəyişmədən, distant model yalnız təxirə salınmış problemlər yarada bilər. Bu modeli bütün ölkə üzrə eyni anda tətbiq etmək düzgün olmaz. Pilot layihə kimi həyata keçirmək məqsədəuyğundur. Qısa olaraq, model tamamilə yanlış deyil, amma mövcud vəziyyətdə universal və əsas həll yolu kimi uyğun hesab olunmamalıdır. Uzunmüddətli perspektivdə distant dərs yox, müəllimlərin bölgələrə getməsini cazibədar edən sistem qurulmalıdır”.
Nurcan Babək
Şəhərsalma kanalizasiyadan başlayır - Bakı selə qarşı mübarizəyə başlayır
Uşaqların himayəyə verilməsi prosesində ailələr necə seçilir? – RƏSMİ AÇIQLAMA
Bakıda böyük söküntü başlayır - BU EVLƏR PLANA DÜŞDÜ
Geyim və avtomobil alıcıları üçün vacib məqamlar - İkinci əl bazarında risklər var
Metrodakı maliyyə nöqsanları aradan qaldırılmayıb - Hesablama Palatası
Binalarda pul yığımına nəzarət gəlir - "Komendant pulu" ləğv olunur
Xəbəri olmadan qaz sayğacı dəyişdirildi, 1500 manat borc yazıldı - ŞİKAYƏT - VİDEO
Şadlıq evlərində hansı yanğın təhlükəsizliyi qaydalarına riayət edilmir? – EKSPERT AÇIQLADI
Gecə qoşulu qalan Wi-Fi və digər elektronik cihazlar insan səhhətinə ziyan vurur? – Həkim-ekspert AÇIQLADI
Çinin yaratdığı süni intellekt istifadəçilərin məlumatlarını qoruyur? – Ekspertdən AÇIQLAMA
Bakıda yeraltı keçid iki aydır bağlıdır: Sakinlər təhlükədə - VİDEO











