Sürücülərin NƏZƏRİNƏ! - Bu halda sizə cərimə tətbiq oluna bilməz

“Son vaxtlar konstruksiya dəyişikliyi adı ilə sürücülərə çox sayda cərimələr yazılır. Məsələn, mikroavtobus tipli yük maşınları var (Ford, Mersedes-Splinter və s.). Sahibkarlar dəfələrlə maşınlarının konstruksiya dəyişiliyi adı ilə saxlanması ilə bağlı müraciət edirlər. Maşınlar cərimə meydançasına aparılır və cəzalar tətbiq olunur. Səbəb kimi isə avtomobilin salonuna “polka” yığılması göstərilir. Ancaq sözügedən “polka”nın yığılması konstruksiya dəyişikliyi deyil. Məntiqlə baxsaq, bunun yığılması yükün daha təhlükəsiz daşınması üçün əlverişlidir. Ancaq son vaxtlar bununla bağlı müraciətlər artır”.
Bu sözləri nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı deyib. O bildirib ki, ölkədə konstruksiya dəyişikliyinin əslində nə olduğu ilə bağlı geniş təbliğata ehtiyac var.
“Konstruksiya dəyişikliyinə görə, İnzibati Xətalar Məcəlləsinin 342-ci maddəsinə əsasən, cərimə nəzərdə tutulur. Təəssüf ki, bəzən bu cərimələr düzgün tətbiq olunmur. Məsələn, hansısa texniki qüsura görə aşkar olunmuş xətanı da konstruksiya dəyişikliyi kimi təqdim edirlər. Bundan məlumatlı olan sürücülər etiraz edir, bilməyənlərə isə birbaşa yazılır bu cərimələr. Hansısa texniki qüsura görə cərimə 50 manatdır. Konstruksiya dəyişikliyinə isə daha ağır cəzadır. Buna görə 150 manat cərimə nəzərdə tutulur. Bu baxımdan həmin məsələdə biraz daha diqqətli olmaq lazımdır”.(referans.az)
Gəncədə avtomobil piyadanı vurub, vəziyyəti ağırdır
Metroda gediş haqqı artırılacaq? - RƏSMİ
Bu qaydanı pozanlar cərimələnəcək – 250 manatlıq cəza
Bu qanunu pozanlar 40 min cərimə ediləcək - HÜQUQŞÜNAS
Minimum əməkhaqqı ilə yaşayış xərcləri arasında tam uyğunluq yoxdur - İQTİSADÇI
Tələbə kreditinin borcu hansı halda silinir? – AÇIQLAMA
Azərbaycan-Türkiyə dostluğuna kölgə salmaq istəyənlər var – DEPUTAT
Məcburi dövlət sosial sığorta haqqı ilə bağlı təklif edilən dəyişikliklər pensiya mühitini pisləşdrəcək - İQTİSADÇI - VİDEO
Azərbaycan gənci belə təxribatlara həmişə “yox” deməlidir - DEPUTAT
Bu şəxslərə lotoreya ilə evlər veriləcək- ŞAD XƏBƏR
Məişət zorakılıqlarının qarşısını necə almaq olar? - AÇIQLAMA












