Banner

Məcburi dövlət sosial sığorta haqqı ilə bağlı təklif edilən dəyişikliklər pensiya mühitini pisləşdrəcək - İQTİSADÇI - VİDEO

Sosial 13 Oktyabr 2026 16:00
Məcburi dövlət sosial sığorta haqqı ilə bağlı təklif edilən dəyişikliklər pensiya mühitini pisləşdrəcək - İQTİSADÇI  - VİDEO
WhatsApp kanalımıza abunə olun

Məcburi dövlət sosial sığorta haqqının fərdi hesaba köçürülən hissəsinin azaldılması ilə bağlı təklif müzakirələrə səbəb olub. 

Avtosfer.az xəbər verir ki, dəyişiklik gələcək pensiyaların məbləğinə və vətəndaşların pensiya təminatına təsir göstərə bilər. Vətəndaşların fərdi hesablarında toplanan pensiya kapitalına da təsir edəcəkdir. 

Mövzu ilə bağlı iqtisadçı Rəşad Həsənov Avtosfer.az-a açıqlamasında bildirib ki, məcburi dövlət sosial sığorta haqqının fərdi hesaba köçürülən hissəsinin azaldılması ilə bağlı təklif edilən dəyişikliyin qəbul edilməsi halında birmənalı şəkildə əmək pensiyaları mühiti pisləşəcək:

"Gələcəkdə pensiyaya çıxanların aldığı pensiyanın məbləği hazırkı meyarlar əsasında hesablanmış məbləğlə müqayisədə daha aşağı olacaqdır. Bu gün ümumi müvafiq istiqamətdə beş faiz bəndi azaldılmadan söhbət gedir. Amma bu heç də o demək deyil ki, vətəndaşın gələcəkdə pensiyası beş faiz bəndi azalacaqdır. Bunun təsirləri daha yüksək olacaqdır. Bir nəfər pensiya yaşına çatmaq üçün təxminən qırx, qırx beş, bəzən əlli il əmək fəaliyyəti ilə məşğul olur. Gözlənilən pensiya dövrünün on iki il olduğunu nəzərə alarsaq, faktiki olaraq vətəndaşın sosial sığorta ödəmə müddəti gözlənilən pensiya dövrü ilə müqayisədə dörd dəfə daha çoxdur. Fərdi hesabda toplanmış kapitalın hər il inflyasiya səviyyəsinə görə indeksləşdirilməsini də nəzərə almış olsaq, müvafiq itkilər növbəti otuz-qırx ildə bir pensiyaçı üçün iyirmi-iyirmi beş faizə qədər yüksələ bilər. Müvafiq qərarın qəbul edilməsi zamanı pensiya sisteminə etibar daha da aşağı düşəcək. Azərbaycanda bu istiqamətdə ciddi şübhələr var”. 
İqtisdaçı əlavə olaraq qeyd edib ki, Azərbaycanda pensiya təminatı sisteminin ictimai reputasiya əsasları çox zəifdir:

“Burada həm pensiya yaşı, həm minimum kapital tələbi, həm də varislik hüququnun olmaması ilə bağlı çatışmazlıqlar və bir çox məsələlər Azərbaycanda pensiya sisteminin etibarlılığını ciddi şəkildə zəiflədirdi. Pisləşmə istiqamətində qəbul edilən qərar isə ciddi ictimai yanaşmanı formalaşdıracaq. Azərbaycanın orta-uzunmüddətli dövrdə əmək bazarının qanuniləşməsi, şəffaflaşdırılması istiqamətində təşəbbüslərə də çox böyük bir mənfi təsir göstərə bilər. Əgər müvafiq istiqamətdə qərarın qəbul edilməsi qaçılmaz hal alarsa və qanuni dəyişiklik olarsa, ən azı müəyyən meyarlar çərçivəsində differensial mövqeyin ortaya qoyulmasına ehtiyac var. Orta aylıq əməkhaqqından yüksək və aşağı gəlir əldə edənlərə fərqli yanaşma tətbiq etmək, orta aylıq əməkhaqqının üç mislindən çox qazananlar üçün isə daha yüksək faizlər müəyyən etmək olardı. Amma istənilən halda hər iki yanaşma arzu edilən deyil və təklif etdiyimiz yanaşma tam ədalətli mühit yaratmayacaq. Amma bu, daha aşağı pensiya alma ehtimalı yüksək olan sosial qruplara mənfi təsirləri müəyyən qədər azalda bilər".

Züleyxa

bax.tvhttps://player.bax.tv/embed/227812.html?utm_source=playerden&utm_medium=paylasim&utm_campaign=sosial-xeberler

 

 

Oxunub : 134
ŞƏRH YAZ
Ad

E-mail

Şərh