Banner

Məişət zorakılıqlarının qarşısını necə almaq olar? - AÇIQLAMA

Sosial 8 Oktyabr 2026 18:48
Məişət zorakılıqlarının qarşısını necə almaq olar? - AÇIQLAMA
WhatsApp kanalımıza abunə olun

Son dövrlərdə qadınlara qarşı zorakılıq halları cəmiyyətdə geniş müzakirə olunur.

Mütəxəssislər bildirirlər ki, bu cür davranışlar əksər hallarda nəzarət etmək istəyi, həddindən artıq qısqanclıq və emosiyaları idarə etməkdə çətinlik kimi amillərlə əlaqəli olur.

Qısqanclıq, həddindən artıq nəzarət və sahiblik hissi isə çox vaxt zorakılığa aparan ilk davranışlar hesab olunur.

Avtosfer.az xəbər verir ki, ötən gün Xəzər rayonu Binə qəsəbəsində baş verən hadisə də məhz bu cür davranış pozuqluğundan irəli gəldiyini bir daha sübut etdi. Sonradan tanış olduğu birinə görə keçmiş arvadından boşanan şəxs, sonradan tanış olduğu həmin qadını küçənin ortasında bıçaqladı.

Mövzu ilə bağlı Psixoloq Nərmin Ağayeva Avtosfer.az-a açıqlamasında bildirib ki, qadına qarşı zorbalığın əsas psixoloji mexanizmlərindən biri hakimiyyət və nəzarət ehtiyacıdır.

"İnsanların münasibətində qarşı tərəfi müstəqil bir fərd kimi deyil də, “mənim həyat yoldaşım, mənim qadınım” kimi sahiblik çərçivəsində görür. Qısqanclıq, telefon yoxlama, geyimə müdaxilə, dostlardan, ailədən uzaqlaşma, iqtisadi, sosial, maddi nəzarət və təhdidlər çox vaxt zorakılığın  ilkin mərhələsi hesab olunur.

Digər mühüm faktor emosiyaların tənzimlənməsində olan çətinlikdir. Qəzəb, rəddedilmə, ayrılıq və ya nəzarəti itirmə hissi bəzi şəxslərdə çox güclü reaksiya yarada bilər. Lakin burada vacib bir məqam var. Qəzəb zorakılığın  səbəbi ola bilər, amma zorakılığa bəraət qazandırmır.

Eyni qəzəbi yaşayan insanların böyük əksəriyyəti qarşısında olan insanı öldürmür. Bəzi hallarda uşaqlıqdan öyrənilmiş davranış modelləri də rol oynayır.

Uşaq ailəsində zorakılığın mübahisə həll etmə üsulu olduğunu görürsə, bunu münasibətlər haqqında yanlış bir model kimi mənimsəyə bilər. Amma bu, zorakılıq görmüş bir insan da zorakılıq  olmalıdır anlamına gəlməməlidir.

Bundan da əlavə, qadının ayrılmaq istəməsi, münasibəti bitirməsi, yox deməsi və yaxud da şəxsin nəzarətindən çıxması bəzi zoraki şəxslərdə ciddi təhlükə yarada bilər.

Xüsusilə əvvəldən təhdid, izlənmə, boğmaya cəhd, fiziki zorbalıq və səni heç kimə vermərəm kimi sahiblik ifadələri varsa, risk daha ciddi qiymətləndirilməlidir.

Hüquqi məsuliyyət və real, effektiv cəza zorakılığın  qarşısının alınması sisteminin vacib bir hissəsidir. Çünki yalnız psixoloji maarifləndirmə ilə bu yolu həll etmək mümkün deyil. Amma cəza təkbaşına kifayət etmir. Effektiv profilaktika bir neçə istiqamətdə aparılmalıdır. Zorakılığa  görə qaçınılmaz hüquqi məsuliyyət olmalıdır. Qadının və uşaqların təhlükəsizliyi dərhal təmin edilməlidir. Təhdid və təqib hallarının erkən mərhələdə ciddi qəbul edilməsi, zorakı davranış göstərən şəxslərlə psixoloji müdaxilə və davranış proqramları, uşaqlıqdan sağlam münasibət, sərhəd və emosional tənzimləmə bacarıqları öyrədilməlidir. Cəmiyyətdə qısqanclıq sevgidir, kişi qadını idarə etməlidir kimi təhlükəli inancların normallaşdırılmaması olmalıdır". 

Sosioloq Üzeyir Şəfiyevin fikrincə isə, məişət zorakılığı uzun müddət birgə yaşayışdan və nikah münasibətlərindən istifadə edərək, tərəflərdən birinin digərinə qarşı tətbiq etdiyi psixoloji, cinsəl zorakılıq formasıdır: 

"Məişət zorakılığı deyəndə çox vaxt mətbuatda ancaq qadınlara qarşı zorakılığı daha çox qabardırlar. Amma məişət zorakılığı həm də uşaqlara və kişilərə qarşı olan zorakılıqdır.

Ümumiyyətlə, zorakılığın bütün formaları yolverilməzdir. Hüququmuzda da bununla bağlı hüquqi məsuliyyət nəzərdə tutulub. Və güman edirəm ki, bununla bağlı sadəcə  hüquqi məlumatlandırma və maarifləndirmə işləri aparmaq lazımdır ki, insanlar bu hüquqazidd əməlin hüquqi məsuliyyət yaratdığının fərqində olsunlar.

Yaxşı olar ki, münaqişəli ailələr qeydiyyata alınsın və onlarla sosial-psixoloji iş aparılsın ki, münaqişə dərinləşməmiş onun qarşısı alına bilsin. Bu istiqamətdə sosial çarxlar, media vasitəsilə müxtəlif mesajlar ötürmək lazımdır ki, insanlar maariflənsin və bu hadisələr törənməsin”.

Züleyxa

Oxunub : 104
ŞƏRH YAZ
Ad

E-mail

Şərh