Azərbaycan gənci belə təxribatlara həmişə “yox” deməlidir - DEPUTAT

Azərbaycana qarşı yönələn ideoloji təhdidlər və gənclərin xarici təsirlərdən qorunması məsələsi gündəmə gəlib. Bu cəhdlər cəmiyyətdə parçalanma yaratmağa, vətəndaş həmrəyliyini pozmağa və gənclərə təsir göstərməyə yönəlib.
Mövzu ilə bağlı deputat Elman Nəsirov Avtosfer.az-a açıqlamasında bildirib ki, oktyabr 2-də Yeni Azərbaycan Partiyasının Heydər Əliyev Mərkəzində keçirilən VIII Qurultayında Prezident İlham Əliyev bir sıra strateji əhəmiyyətli məsələlərə toxunub:

"Onlardan biri də ölkəmizə qarşı istiqamətlənmiş təhdidlərlə bağlı olub və ölkəmizə daxildən heç bir təhdidin olmadığını bildirmişdir. Ölkəmizə təhdidlər xarici mənşəlidir və bunlar iki cürdür: fiziki və ideoloji təxribatlar. Fiziki təhdidlər sərhəddən gəlir, sərhədlər gücləndirilmiş və müasir texnologiyanın nailiyyətlərindən bu istiqamətdə istifadə olunmuşdur. İdeoloji təhdidlər isə sərhəd bilmir, cəmiyyətin daxilindən sızdırılır və xüsusilə internet, kiberhücumlar və süni intellekt dünyasında bunların həyata keçirilməsi çox rahatdır. Məqsədləri ölkədəki səfərbər olunmuş cəmiyyəti parçalamaq, vətəndaş həmrəyliyini pozmaq, gənclərin beynini yumaq, qarşıdurma mühiti formalaşdırmaq və vətəndaş itaətsizliyinə nail olmaqdır. Nəticədə isə təslimçi bir dövlət formatı yaratmağa çalışırlar. Müsəlman dünyasında gərginliklər var, Yaxın Şərq alov içərisindədir, Şimal və Cənubumuzda müharibələr gedir. Azərbaycanın sabitlik adası olmasını həzm edə bilmirlər. Son zamanlarda məktəblərdə geyim və baş örtüyü ilə bağlı məsələlərə siyasi don geyindirmək, dini baxımından məsələləri izah etmək tendensiyaları müşahidə olunur və bunlar xaricdəki anti-Azərbaycan dairələrinin birbaşa təsiri ilə baş verir. Gənclərimiz bilməlidir ki, Azərbaycanın düşməni olan qüvvələr məhz onlardan və onların əllərindən alət kimi istifadə etmək istəyirlər. Azərbaycan dünyəvi dövlətdir. Konstitusiyanın 18-ci maddəsinə əsasən, din dövlətdən ayrıdır, dövlət təhsil müəssisələri dünyəvi fəaliyyət göstərir, dinə hörmətlə yanaşılır və əhalinin böyük əksəriyyəti müsəlmandır. Konstitusiyanın 48-ci maddəsi dini etiqad və vicdan azadlığı məsələlərini ehtiva edir. Ölkədə 2389 məscid fəaliyyət göstərir və 600 min müsəlman sərbəst şəkildə namaz qılıb, ibadətlərini həyata keçirə bilir. Ölkə Prezidenti cənab İlham Əliyev çıxışlarının birində Azərbaycanda dövlət və din münasibətləri haqqında deyib ki, “Mən dövləti təmsil edirəm, Şeyx həzrətləri isə dini təmsil edir və biz dostuq” ifadəsini işlətmişdir. İşğaldan azad olunmuş torpaqlarımızda ilk bərpa olunan abidə məhz məsciddir. Şuşada və digər işğal olunmuş ərazilərdə məscidlərin bərpası istiqamətində böyük işlər görülür ki, bu da Azərbaycanın tolerant dövlət olduğunu göstərir. Prezident İlham Əliyevin 2017-ci ili “İslam Həmrəyliyi ili” elan etməsi, IV İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi edilməsi və gələcəkdə İslam Əməkdaşlıq Təşkilatının zirvə görüşünə ev sahibliyi edəcəyik. Azərbaycan dünyada dini ümumi problemlərinə ciddi töhfə verən dövlətdir. Bu sahədə seçilən və ənənələri olan dövlətik. Bütün bunlara baxmayaraq, xarici qüvvələrin əlində alət olan gəncləri mitinqlərə dəvət etməsi kimi təxribatlar qəbuledilməzdir. Tarixi zəfərə imza atıb, torpaqlarını işğaldan azad etmiş Azərbaycan gənci belə təxribatlara “yox” deməli və öz haqq işini hər zaman müdafiə etməlidir".
Psixoloq Ləman Kazımovanın fikrincə isə, inanclı şəxslərə qarşı təzyiq və təxribat xarakterli çağırışlar insanlarda qorxu, narahatlıq və psixoloji gərginlik yarada bilər:

"Belə vəziyyətlərdə əsas məqsəd insanı emosional təsir altına salaraq, düşünülməmiş qərarlar verməyə sövq etmək ola bilər. Tövsiyəm budur ki, insanlar emosiyalarına hakim olsun, hər eşitdiklərinə inanmasın və heç bir çağırışın təsiri altında tələsik addım atmasınlar. Hər bir məlumatı araşdırmaq, hüquqlarını bilmək və qanuni çərçivədə davranmaq olduqca vacibdir.
Unutmayaq ki, insanın ən böyük gücü təmkinini, düşünmək qabiliyyətini və daxili tarazlığını qorumasıdır. İnancları qorumaqla yanaşı, qarşıdurmaya yol verməmək, təxribatlara uymamaq və sağlam düşüncə ilə hərəkət etmək həm fərdin, həm də cəmiyyətin psixoloji sağlamlığı üçün mühüm əhəmiyyət daşıyır".
Züleyxa
Bu şəxslərə lotoreya ilə evlər veriləcək- ŞAD XƏBƏR
Məişət zorakılıqlarının qarşısını necə almaq olar? - AÇIQLAMA
Məhkumların cəmiyyətə inteqrasiyası; qanunvericilikdə nələr dəyişdirilməlidir? - AÇIQLAMA
Manat-dollar nisbəti 1,70-dən nə vaxt “çıxa” bilər? - Ekspertdən devalvasiya ilə bağlı AÇIQLAMA
TƏBİB-in sistemi çökdü - Nazirlik məlumat yaydı
Metro ilə bağlı şad xəbər - Bu tarixdə...
Avtobuslarda məsafəyə görə ödəniş: Bakıda necə xidmət göstərəcək?
Bakıda metro ilə bağlı QƏRAR - Sərnişinlərin diqqətinə!
Prezidentdən pensiyalarla bağlı ŞAD XƏBƏR
Türk xalqı Azərbaycanın milli maraqlarını nəzərə almalıdır – ŞƏRH
Aqrar məhsulların ixracı artarsa, ölkədə qiymətlər yüksələ bilər – İQTİSADÇI












