Vərəsəliklə bağlı bunları mütləq bilməlisiniz - Əgər ata vəfat edibsə, mülk bu cür bölünür

Valideyn vəfat etdikdən sonra onun əmlakının kimə və necə qalacağı tez-tez mübahisə və suallar yaradan məsələlərdən biridir. Xüsusilə də ölən ataya məxsus evin yalnız ananın qərarı ilə bir övladın adına keçirilib-keçirilməməsi bir çox ailələr üçün aktual mövzudur.
Bəs ana təkbaşına qərar verərək evi istədiyi övladın adına keçirə bilərmi?
Avtosfer.az-ın məlumatına görə, mövzu ilə bağlı Konkret.az-a açıqlama verən hüquqşünas Toğrul Məmmədov bildirib ki, belə hallarda bütün vərəsələrin hüquqları nəzərə alınmalıdır.
Onun sözlərinə görə, ilk növbədə vərəsəlik işi açılmalı və bunun üçün notariusa müraciət edilməlidir:
“Vərəsəlik məsələsində bütün qanuni vərəsələr pay sahibi sayılır. Vərəsəlik işi açıldıqdan sonra digər vərəsələr istədikləri halda bir nəfərin xeyrinə imtina edə bilərlər. Bunun üçün notariusa sadə ərizə ilə müraciət olunur və proses həmin qaydada yekunlaşır. Yəni təkcə ananın razılığı kifayət etmir, digər vərəsələrin də mövqeyi nəzərə alınmalıdır”.
Hüquqşünas qeyd edib ki, əgər ev ər-arvadın birgə nikah dövründə əldə olunubsa, həmin əmlakın yarısı birbaşa anaya məxsus sayılır.
“Belə olduqda əmlakın yarısı anaya verilir. Qalan yarısı isə ana və digər vərəsələr arasında bölünür. Yəni ana bütün evi təkbaşına istədiyi övladın adına keçirə bilməz. Bunun üçün digər vərəsələrin də razılığı və ya imtinası olmalıdır”, – deyə o, vurğulayıb.
Millət vəkili: İctimai nəqliyyatda tələbələr üçün güzəşt sistemi YARADILMALIDIR
Yeni metro keçidi hansı ərazidə tikilir? - Rəsmi məlumat
Azərbaycanda gender bərabərliyi məsələsində dövrün trendi başa çatıb? – AÇIQLAMA
Sürücüləri canından bezdirən yol - VİDEO
Həyətdə od qalayanların NƏZƏRİNƏ! - Cəriməsi var
“Cəbiş müəllim”in qızından “Rabitəbank”a etiraz - “Bizdən razılıq alınmayıb”
Bu şəxslərin pensiyası artırıldı
Bakı Qızlar Universitetinin fəaliyyəti dayandırıldı
Dostlarla əyləncə faciəyə çevrilir - Dənizdə vəfat riskini artıran vərdiş
Azərbaycanda bu peşələrdə maaş 10 minə çatır
Peşə təhsili alanlara hərbi xidmətdən möhlət veriləcək? - RƏSMİ










