Vətəndaşın qapısına icazəsiz kağız yapışdırdılar - Bakıda reklam özbaşınalığı - VİDEO

Paytaxtın müxtəlif ərazilərində yaşayış binalarının giriş qapıları, divarları, hətta mənzillərin qapıları belə reklam kağızları ilə örtülür.
Avtosfer.az xəbər verir ki, Baku TV-nin qaynar xəttinə daxil olan şikayətdə vətəndaş qeyd edib ki, mənzilinin qapısına xəbərdarlıq edilmədən reklam yerləşdirilib. Üstəlik, bununla bağlı etirazını bildirmək üçün əlaqə saxladığı şirkətdən kobud cavab alıb.
"Reklam vurduqları qapı elə bir materialdandır ki, üstündə iz qalır. Təmizləmək üçün xüsusi vasitə almalıyam", - deyə şikayətçi Sənan Mirzəyev narahatlığını dilə gətirib.
Mövcud vəziyyətlə bağlı adıçəkilən şirkətdən isə məsələyə belə münasibət bildirilib:
"Biz həmin şəxsin qapısını döyüb reklamı yapışdırmasını istəməmişik. Həmin reklam kağızları insanlara paylanılması üçün verilib. Heç şirkətin həmin reklamın haraya yapışdırılmasından xəbəri belə yoxdur".
İşəgötürən işçini hansı hallarda işdən çıxara bilər? – HÜQUQŞÜNAS
Məktəblərin maliyyələşməsində yeni dövr: Hansı yeniliklər olacaq?
Bəzi ərazilərdə qaz olmayacaq - YENİLƏNİB
Məcburi köçkün statusu alan kişiləri hansı güzəştlər gözləyir? – HÜQUQŞÜNAS
Müəssisələrə yerləşdirilən uşaqların ailələrinə qaytarılması necə həyata keçirilir? – HÜQUQŞÜNAS
Bakıda avtobus zolağı sürücüləri çaşdırır: Xətlər görünmür, cərimə yazılır - VİDEO
Sosial mediada hansı hərəkət və danışıqlar qanun pozuntusu hesab edilir? - HÜQUQŞÜNAS
Zelenskinin cəbhə xətti ilə bağlı qərarı ABŞ ilə münasibətlərə necə təsir edəcək? – TƏHLİL
Preferensial Ticarət Sazişi siyahısında olan məhsullar niyə bahalaşır? – NATİQ CƏFƏRLİ
Gəncədə avtomobil piyadanı vurub, vəziyyəti ağırdır
Metroda gediş haqqı artırılacaq? - RƏSMİ












