Veteran pulu ARTIRILACAQ?

Azərbaycanda müharibə veteranlarına verilən aylıq müavinətin məbləği uzun müddətdir müzakirə mövzusudur. Hazırda veteranlara ödənilən 80 manatlıq təqaüdün həyat şəraitinə və artan qiymətlərə uyğun olmadığı ilə bağlı fikirlər səsləndirilir. Ekspertlər hesab edir ki, sosial ödənişlər inflyasiya və yaşayış minimumuna uyğun şəkildə yenilənməlidir.
Bəs gələn il veteran pulu artırıla bilərmi?
Avtosfer.az xəbər evrir ki, mövzu ilə bağlı "Konkret.az"a iqtisadçı Asif İbrahimov danışıb.
O bildirib ki, veteranlara ödənilən vəsait cəmiyyətdə ciddi suallar doğurur:
"Müharibə veteranlarına verilən 80 manatlıq təqaüdlə bağlı həmvətənlərimiz kimi məndə də ciddi suallar yaradır. Məbləğ həddindən artıq azdır. Amma məni düşündürən əsas məsələ yalnız məbləğin azlığı deyil, eyni zamanda bu rəqəmin hansı prinsip və hesablamaya əsasən müəyyən edilməsidir. Bunun hesablama indeksini bizimlə də bölüşsələr təşəkkür edərdim ki, bu 80 manatı necə hesablayıb, layiq biliblər".
İqtisadçı qeyd edib ki, məbləğin formalaşması ilə bağlı ictimaiyyətə aydın iqtisadi metodologiya təqdim olunmayıb:
"Mənə çox maraqlıdır, bu rəqəm niyə 70 yox, niyə 90 yox, 150 yox, məhz 80 manatdır? Çünki bu məbləğin formalaşması ilə bağlı ictimaiyyətə aydın iqtisadi metodologiya təqdim olunmayıb. Halbuki sosial ödənişlər şəffaf meyarlarla müəyyən edilməlidir".
Ekspertin sözlərinə görə, beynəlxalq praktikada veteranlara münasibət yalnız simvolik yanaşma üzərində qurulmur:
"İnflyasiya, yaşayış minimumu, sosial rifah göstəriciləri və xidmətin ağırlıq dərəcəsi nəzərə alınır. Azərbaycanda isə veteran ödənişləri uzun müddətdir real iqtisadi dəyişikliklərin tempinə uyğun indeksləşdirilmir. Veteran statusu sadəcə hüquqi kateqoriya deyil, dövlət qarşısında xidmətin və fədakarlığın göstəricisidir. Bu baxımdan sosial təminat mexanizmləri də həmin statusun cəmiyyət üçün daşıdığı dəyərə uyğun olmalıdır".
İqtisadçı hesab edir ki, gələcək mərhələdə veteran təqaüdləri ən azı yaşayış minimumuna uyğunlaşdırılmalı və inflyasiya indeksasiyası tətbiq edilməlidir:
"Bu istiqamətdə diferensial sosial dəstək modeli qurulmalıdır. Bu yanaşma həm sosial ədalət prinsipinə, həm də beynəlxalq sosial müdafiə standartlarına daha uyğun olar".
Yeni tikilən çoxmərtəbəli binanın yaratdığı problem - VİDEO
Xəzərin sahilində 10 yeni ictimai çimərlik yaradılıb - VİDEO
Bazar ertəsi hava dəyişəcək: 40 dərəcə isti
Parkinq yeri rekord qiymətə satışa çıxarıldı - 958 min manata
Asfalt qızacaq, nəfəs almaq çətinləşəcək - Sabah üçün vacib xəbərdarlıq
İstirahətə az pul xərcləmək istəyənlərin NƏZƏRİNƏ! - Avropanın ən ucuz ölkələri
Sürücülərin tıxacda yaratdığı təhlükə - Adi qayda pozuntusu, yoxsa avtoxuliqanlıq?
Azərbaycanda ətin qiyməti kəskin dəyişir? - Müdaxilə var
Hansı sənədsiz evlərə çıxarış veriləcək, hansıları sökülə bilər? – AÇIQLAMA
Məşhurların pulları hara getdi? - “Ahbap”a ianələr
Azərbaycana “yandırıcı” və “boğucu” istilər gəlir - Avqustun əvvəlindən...










