Yeni mövsümdə qiymət artımı baş verəcək? - EKSPERT

"Düşünmürəm ki, ilin sonuna yaxın dövlət tərəfindən tənzimlənən qiymətlərdə hər hansı bir dəyişiklik olmayacaq".
Avtosfer.az xəbər verir ki, bunu "Qaynarinfo"ya açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli yeni mövsümdə baş verə biləcək qiymət artımından danışarkən deyib.
Ekspertin sözlərinə görə, bu sahələrdə qiymət artımı ya ilin sonu, ya da yeni ilin ilk həftəsində baş verir:
"İnfliyasiyaya, eləcə də digər sahələrdə qiymət artımına gəlincə, ərzaq və kənd təsərrüfatı məhsullarının qiymətində mövsümlə əlaqədar, təqribən noyabr ayından başlayaraq qiymətlər artmağa başlayır. Yeni il qabağı bayram süfrəsi hazırlıqlarına tələbat artdığından ərzaq qiymətlərində kəskin bahalaşma müşahidə olunur".
Natiq Cəfərli Azərbaycanda qiymət artımının daimi bir proses olduğunu xatırladıb:
"Hər ay ərzaq və kənd təsərrüfatı məhsullarının satışında qiymət artımının şahidi oluruq. Amma dövlət tərəfindən tənzimlənən qiymətlərdən söhbət gedirsə, bunu daha çox ilin əvvəlində müşahidə edirik".
Sosial mediada hansı hərəkət və danışıqlar qanun pozuntusu hesab edilir? - HÜQUQŞÜNAS
Zelenskinin cəbhə xətti ilə bağlı qərarı ABŞ ilə münasibətlərə necə təsir edəcək? – TƏHLİL
Preferensial Ticarət Sazişi siyahısında olan məhsullar niyə bahalaşır? – NATİQ CƏFƏRLİ
Gəncədə avtomobil piyadanı vurub, vəziyyəti ağırdır
Metroda gediş haqqı artırılacaq? - RƏSMİ
Bu qaydanı pozanlar cərimələnəcək – 250 manatlıq cəza
Bu qanunu pozanlar 40 min cərimə ediləcək - HÜQUQŞÜNAS
Minimum əməkhaqqı ilə yaşayış xərcləri arasında tam uyğunluq yoxdur - İQTİSADÇI
Tələbə kreditinin borcu hansı halda silinir? – AÇIQLAMA
Azərbaycan-Türkiyə dostluğuna kölgə salmaq istəyənlər var – DEPUTAT
Məcburi dövlət sosial sığorta haqqı ilə bağlı təklif edilən dəyişikliklər pensiya mühitini pisləşdrəcək - İQTİSADÇI - VİDEO












