Salam.Vaz 2107-nin arxa yaylarinin kesilmesi ne qeder cerimedi.Meydançaya aparila biler ya yox? Xaiw cavab yazardiz
Murad | 13 Sentyabr 2020 12:55
Salam. Yayların kəsilməsinə görə 150 manat cərimə yazıla bilər. Bəli duracağa aparıla bilər.
Avtosfer.az | 30 Sentyabr 2020 10:40
Salam Her hansısa Avtomobile ses güclendirici Loru dilde desek Xor-xor Qurasdirmaqin cerimesi neqederdir Ve bu cerime 20gun erzinde tekrar Yazila bilermi?
Murad | 12 Sentyabr 2020 21:01
Salam. 500 manat cərimə yazıla bilər. 20 gün yox, hətta həmin gün başqa polis əməkdaşı da təkrar yaza bilər. Çünki bu davam edən inzibati xətadır.
Avtosfer.az | 30 Sentyabr 2020 10:37
Salam.
Stop iwaresi olan yerde durmayib (yol vermeyib) diger avtomobile toquşan zaman , ve vurulan avtomobilin surucusu xesaret aldigda (DYP yox) tehqiqatci hadise yerine yaxinlaşib ve arasdirmalarina baslayir ve belelikde işi hemin tehqiqatci aparir... Hənin tehqiqatcinin prosedurunnan qisaca melumat vermeyinizden xahis edirem.. Ki zərər cekmiş ve xesaret alan surucu razi galsin sonda ... Cavabivizi gözləyirən Cox sagol
Emin | 12 Sentyabr 2020 08:15
Salam. Əgər xəsarət alan üçüncü şəxs və ya şəxslər yüngül bədən xəsarəti keçiribsə onda sizə 200 manat 5 bal və ya 1 ilədək sürücülük hüququndan məhrumetmə cəzası tətbiq edilir. Əgər orta və ya ağır xəsarətdirsə, artıq cinayət işi açılır. Belə olan halda zərər çəkmiş şəxslərə dəymiş ziyan tam ödənildikdə və onlar şikayətçi olmadıqlarını bildirdikdə, sizə yalnız inzibati iş açıla bilər. Yəni yuxarıda qeyd etdiyim kimi 200 manat 5 bal və yaxud 1 il sürücülükdən məhrum
Avtosfer.az | 30 Sentyabr 2020 10:35
Salam bir Meselehet Almaq Usdeyirem mende mawin 07 dir arxa arxa yayalar qabaqa nisbeten Awaqidir deye olu purjundur yeni hecbir qizdirilma yaxud kesilme yoxdur sadece oludu, buna gore qayi cerime yaza biler ve yaxud cerimesi nedir ? Cox sagolun
Teymur | 11 Sentyabr 2020 23:38
Salam. Buna görə heç bir cərimə nəzərdə tutulmayıb.
Avtosfer.az | 30 Sentyabr 2020 10:31
Salam size bir sual verim mümkünsə deyerdiz sürücülük vəsiqəsi dəyişdirilən de nəqədər pul odemeliyem
Eli | 11 Sentyabr 2020 23:38
Salam. 25 manat 40 qəpikdir rüsumu.
Avtosfer.az | 30 Sentyabr 2020 10:30
Masinda texpasportdaki reng ile masindaki reng usd usdd dusmurse eger. Bunun cerimesi ne qederdi? Veya yoxdu cerime?
Asif | 11 Sentyabr 2020 03:53
Rəngi dəyişdirdikdə 10 gün müddətində qeydiyyata aldırmalı idiniz. Əgər qeydiyyata aldırmamısınızsa 50 manat cərimə oluna bilərsiniz.
Avtosfer.az | 30 Sentyabr 2020 10:30
Salam, boyuk super-marketin parklanma erazisine daxil olarken 1.14.1(zebra) xetlemesi cekilib. Lakin 5.16.1 ve ya 5.16.2 yol nishani qurashdirilmayib. bu formada 3 gun erzinde 3 protokol tertib olunub. yol nishanlanmasi duzgun olmadigina gore protokollari legv eletdire bilerem? teshekkurler!
Pərviz | 11 Sentyabr 2020 01:03
Salam. Siz döngədə saxladığınız üçün cərimə düzgün yazılıb. Döngədən 5 metr aralıda dayanmalısınız.
Avtosfer.az | 28 Sentyabr 2020 14:42
Demək mən dünən iki tərəfli qoşa yolda yolun sağında maşını saxlayıb markete girdim cixdimki ypx maşının seklin çəkir,maşında ele saxlamışdım ki bir hissəsi piyada kecidin uste durmuşdu arxa tərəfində prakraturya geden giriş cixisi bağlamışdı...buna görə mənə 40 manat cərimə gəlib
Sualın budurki dayanma durmaya görə 20 manat deyirler bes bunlar niye 40 yazıb?
Murad | 10 Sentyabr 2020 14:02
Bəlkə orada avtobus dayanacağı var? Əgər yoxdursa şikayət edin.
Avtosfer.az | 28 Sentyabr 2020 14:39
salam.masinim vaz2114 du ona pnevma qurasdirmaq isteyirem texpasporta vurdurmaq olur ya nece??rusumu ne qederdir??
Musviq | 8 Sentyabr 2020 19:04
Salam. Bu cür dəyişikliklər qeydiyyat şəhadətnaməsinə qeyd olunmur. Pnevma isə normativ tələbləri pozacaqsa quraşdırmaq qadağandır.
Avtosfer.az | 28 Sentyabr 2020 14:40
Salam, əgər avtomobilin nömrəsində bayraq şəklinin rəngi müəyyən qədər pozulubsa bu halda sürücüyə hər hansı bir cərimə tətbiq olunurmu, əgər olunursa cərimənin məbləğini qeyd etməyiniz xahiş olunur
Ziya | 8 Sentyabr 2020 12:11
Salam. Bayrağın rəngləri bilinmirsə 4 bal 60 manat cərimə yazıla bilər.
Avtosfer.az | 28 Sentyabr 2020 14:38
Etibarnamə ilə avtomobili öz adıma rəsmiləşdirə bilərəmmi? DYP-də deyiblərki, başqasına olar, ancaq özümə olmaz.
Ərşad Əhmədov | 7 Sentyabr 2020 01:35
Öz adınıza rəsmiləşdirə bilməzsiniz. DYP-dən doğru məlumat verilib sizə.
Avtosfer.az | 28 Sentyabr 2020 14:37
Masin kimin adinadir nece tapmaq olar
Nurlan abilov | 6 Sentyabr 2020 21:17
Dyp-yə müraciət edin.
Avtosfer.az | 28 Sentyabr 2020 14:37
Salam aleykum mawini tunig elemey ucun icaze varmi ve icazesi ne qederdi?
Mubariz | 6 Sentyabr 2020 15:51
Salam. Buna görə icazə nəzərdə tutulmayıb.
Avtosfer.az | 28 Sentyabr 2020 14:36
Salam her vaxtınz xeyr olsun,
Menim avtomobilim 2010nivasıdr. Senetde unversal yazılıb. Ve men bu avtomobile eyni marka olan urban buferleri quraşdrmişam. Bununla bağlı mene cerime yazıla bilermi ? Ve qanunda buna icaze varmı ? Bu sayt yaratığvz üçün teşekkür edirem
Elmar | 6 Sentyabr 2020 11:38
Salam. Buna görə cərimə yazıla bilməz. Rahatlıqla "Urban" buferlərini quraşdıra bilərsiniz.
Avtosfer.az | 28 Sentyabr 2020 14:35
Salam.bugun sert dongesi olan 60 70 maksimum hereket edile bilen yolda 104 suretle bele bir cerime yolanılıb mene. 90XH848 nomreli avtomobil 150 azn 3 bal cerime edilmisdir. Endirim: 15 AZN. Tarix: 05.09.2020 13:58,IXM 328.3. status: qerarli, protokol: EQ4308903
Azər Çələbiyev | 6 Sentyabr 2020 00:43
Salam. Bununla bağlı DYP-yə müraciət edin.
Avtosfer.az | 28 Sentyabr 2020 14:33
Salam. YPX arxa yaylarin kesilmiş yada ölü olduqunu nece aydin etmelidi? Qanunla ? Haralarda yoxlanila biler?
Ilkin | 4 Sentyabr 2020 07:32
Salam. Əslində xüsusi stendlə yoxlanılmalıdır.
Avtosfer.az | 28 Sentyabr 2020 14:32
Daewoo gentra il 2014 mator 1.5 ada kecirtmek rusumu ne qederdir?
Fərid | 3 Sentyabr 2020 15:48
85 manat 80 qəpikdir rüsum.
Avtosfer.az | 28 Sentyabr 2020 14:31
Salam,avtomobilimin ön ve arxa buferini kraskaya vermişem temirdedi,onlarsiz bir nece gun surmeyime cerime yazila bilermi? geza toretmemişem sadece kraskasi atib tezeleyirem
Nicat Mammedov | 2 Sentyabr 2020 22:32
Salam. Əslində buferlər yerində olmalıdır. Yəni avtomobilin konstruktiv bütövlüyünü pozmaq olmaz. Cərimə o zaman yazıla bilər ki, buferləri avtomobilə bağlamaq mümkün olmasın.
Avtosfer.az | 28 Sentyabr 2020 14:30
Salam, opel vektradi mende, mashina spoyler qoysam cerimesi var?ve ya hardasa qeyd olunmalidir?
Farhad | 31 Avqust 2020 07:11
Salam. Bunun cəriməsi yoxdur.
Avtosfer.az | 28 Sentyabr 2020 14:29
Salam . Size sualim bu idiki.Halhazirda xususi karantin rejimi olmayan seherde rayonda DYP emekdasi masinimi saxlayib mene maska taxmadigima gore cerime yaza biler ?
Miri | 29 Avqust 2020 13:18
Salam. Şəxsi maşında maska taxmaya bilərsiniz.
Avtosfer.az | 28 Sentyabr 2020 14:28
salam nivaya wrangler fara qoydurmuwam ona cerime duwur?
ceyhun | 28 Avqust 2020 12:43
Salam. Əgər normativ tələbi pozursa qadağandır.
Avtosfer.az | 28 Sentyabr 2020 14:26
Salam. Vaz 2107 avtomobilinin brizqavikləri cırılıb çıxıb və yaxudda özüm açmışam bu halda DYP əməkdaşı məni cərimə yaza bilərmi? Yaza bilərsə hansı maddə ilə cərimə yazılır?
Renat | 28 Avqust 2020 10:19
Salam. Əgər həmin nasazlığı aradan qaldırmaq mümkündürsə cəriməsi yoxdur. Nasazlığı aradan qaldırmaq mümkün olmadıqda 50 manat cəriməsi var.
Avtosfer.az | 28 Sentyabr 2020 14:26
Salam.hansi qanun iceze verirki Ypx-nin bolme reisi kutlevi halda reyd keçirsin?
Samir | 28 Avqust 2020 06:49
Salam. YPX haqqında təlimatda.
Avtosfer.az | 28 Sentyabr 2020 14:25
Salam 2114 e s clas güzgüsü vurmaq icazelidirmi
Tofiq | 28 Avqust 2020 00:02
Salam. Bəli icazə var.
Avtosfer.az | 28 Sentyabr 2020 14:22
Vesiqem: AZE15425435
Salam Men bilmek isteyirem ki obyektimizin qarşısında 24 saat avtomobiller dayanır ve hecbir dayanma-durma nisanı veya parklanma nisani yoxdur ve kime sikayet edeceyimi bilmirem, buna mane olmaq sırf kimin isidir? Zehmet olmasa mene komeklik gosterin avtomobiller bizim isimize boyuk cetinlik yaradir !
Ruslan | 27 Avqust 2020 23:14
Salam. Əgər dayanan avtomobillər qaydanı pozmursa onları barəsində heç bir tədbir görmək mümkün olmayacaq.
Avtosfer.az | 28 Sentyabr 2020 14:22
Salam eger men bilmeyerekden sola donmek yoxdur donuremse cunki isarenin duz yaninda boyuk kamaz dayanib goruntu yoxdur deye gormuyub donende ve yolun qiraginda polis emekdasi meni saxliyarsa mene cerime yaza bilermi sehv etmiremse sehv dondukden sonra mueyyen mesafeden sonra sehv gediremse polis emekdasi mene sehv donduyumu deyib geri dondermelidir yoxsa donmeyime pesman edib tez yerindece cezalandirmalidimi bucur veziyuetler nece deyerlendirilir qanunla bu barede qanun ne deyir zehmet olmasa cavablandirardiniz minnetdaram
Q.Ceyhun | 27 Avqust 2020 15:15
Salam. Sürücü nişanı görmürsə məsuliyyət daşımır.
Avtosfer.az | 28 Sentyabr 2020 14:20
Salam.
B kateqoriyasi üzre 2ci defe imtahan vermek isteyirem.Bilmek istedim ki saglamliq haqqinda arayisi yeniden alib təqdim etmeliyem yoxsa evvelki arayis qüvvədədir.1 ci imtahanim 2019 cu ilin iyul ayinda vermisem.
Zahid | 27 Avqust 2020 07:24
Salam. Sağlamlıq haqqında arayış neçə müddətlik verilibsə həmin müddət ərzində imtahanlarda iştirak edə bilərsiniz.
Avtosfer.az | 28 Sentyabr 2020 14:19
Bir nəqliyyat vasitəsində iki nəfər hərəkət edir.
Idarə edan şəxsə sürmək üçün etibarnamə verilib.
Sual,,, onun yanında əyləşən şəxs idarə eda bilərmi həmin avtomobili
Yaşar | 26 Avqust 2020 20:19
Yanındakı şəxsin sürücülük vəsiqəsi varsa problemsiz sürə bilər. Ona cərimə düşmür.
Avtosfer.az | 28 Sentyabr 2020 14:18
Neqliyyat vasitesini ozgeninkilewdirerken, alqı satqı deyil, bağışlama yolu ilə edarsam, ferqli terefleri neler olacaq, rüsum fərqi, sened toplama, aidiyyatı gedilecek orqanlar ve saireler.
Men aliciyam.
Yaşar | 26 Avqust 2020 18:25
Alqı-satqı ilə bağışlanmanın rüsumları eynidir. Bunun üçün DYP-yə müraciət etməlisiniz.
Avtosfer.az | 28 Sentyabr 2020 14:13
Mənim iki nəqliyyat vasitem vardir.
Biri sedan, digəri yük tipli.
Qeydiyyat nömrə nişanlarını bir birile deyismek istəyirəm.
Yani, yük masinimin nömrəsini sedanima qeydiyyat edarak bağlamaq isteyiram, yani,aralarinda deyismek.
Zehmet olmasa, muraciet etmakcun hansı senedleri toplamaliyam,
Rüsum ne qederdir???
Köməyinizə gore size teşekkür edirəm.
Yaşar | 26 Avqust 2020 18:16
Salam. Rüsumu hər avtomobil üçün 47 manatdır. Bunun üçün Dyp-yə rəsmi müraciət edin.
Avtosfer.az | 28 Sentyabr 2020 14:12





