Banner

Azərbaycanda bu yanacaqdoldurma məntəqəsinin FƏALİYYƏTİ DAYANDI - VİDEO

Xəbərlər 13 Noyabr 2026 15:23
Azərbaycanda bu yanacaqdoldurma məntəqəsinin FƏALİYYƏTİ DAYANDI  - VİDEO
WhatsApp kanalımıza abunə olun

Tovuz rayonunun Xatınlı kəndində yerləşən yanacaqdoldurma məntəqəsinin istismarı dayandırılıb.

Avtosfer.az xəbər verir ki, bununla bağlı Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Nazirliyin Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyinin müfəttişləri tərəfindən Tovuzun Xatınlı kəndində fəaliyyət göstərən Səbuhi Ələkbər oğlu Ələkbərova məxsus yanacaqdoldurma məntəqəsində plan üzrə yoxlama aparılıb.

Yoxlama zamanı məntəqədə insan həyatı və sağlamlığı üçün təhlükə yaradan pozuntular aşkarlanıb.

Belə ki, yanacaqdoldurma məntəqəsində istismar olunan iki ədəd yanacaqsaxlama çəninin üzərində nəfəslik klapanlarının olmadığı, məntəqənin hüquqi şəxs kimi qeydiyyatdan keçməsini təsdiq edən şəhadətnamənin, fəaliyyət növünə uyğun lisenziyanın, yanacaqsaxlama çənlərinin texniki pasportlarının və çənlərin dərəcələnmə cədvəllərinin olmadığı, həmçinin məntəqədə fövqəladə və qəza hallarında təxliyənin təşkili üçün müvafiq qaydada razılaşdırılmış təxliyə planının hazırlanmadığı müəyyən edilib.

Bununla yanaşı, yanacaqdoldurma məntəqəsinin ərazisində ildırımdan qorunmaq üçün ildırımötürücü qurğunun quraşdırılmadığı aşkarlanıb.

Aşkar olunmuş pozuntuların dərhal aradan qaldırılmasının mümkün olmadığı, həmçinin insan həyatı və sağlamlığı üçün yaratdığı təhlükə nəzərə alınaraq, məntəqənin istismarı Agentliyin əməkdaşları tərəfindən dayandırılıb və pozuntuların aradan qaldırılması üçün tərtib olunmuş aktın bir nüsxəsi sahibkara təqdim edilib.

Bununla yanaşı, texniki təhlükəsizliklə bağlı obyekt sahibi ilə profilaktik söhbət aparılıb, aşkarlanmış pozuntuların aradan qaldırılması üçün müvafiq tövsiyələr verilib.

YouTubehttps://www.youtube.com/watch?v=ZtoQkb7ylqI

 

 

FOTO QALEREYA
Oxunub : 164
ŞƏRH YAZ
Ad

E-mail

Şərh