Banner
SUAL-CAVAB
Bütün suallar Avtosfer.az saytının baş redaktoru Elməddin Muradlı, hüquqşünas Ərşad Hüseynov tərəfindən cavablandırılır
Ad

E-mail

Şəkil

Sual

salam sizleri narahat etdiyimiz icin uzurlu hesab edin menim adim tariyeldir surucu iwleyirem aga neymetulahda bizim ofis aga neymetulada monaliza sadlik sarayina cixan terefde soldadirsizlere sualim budur ki bizim ofisin oldugu meheleden cixdigimz zaman sola nermanov metrosuna istiqametine donmek icin 600 metir yuxari cixib kitayiski restoran deninen yerden sola razvorat edib qayitmaliyik yuxardan geldiyimizde meheleye girmek icinde cuda peckaya teref gedib feteli xankoyiskiya catmamiw donub qayitmaliyiksizlerden xaiwimiz eyer bizim bu xaiwimizi diketde alibda kimlerine catira bilersenise cox sevinerik orda qowa xetde qirix xet qoymak imkani olarmibiz mecbur qalib donuruk bu zamanda dovlet yol polisi 428 ve 441 ve 418 ucdene masinlariyla ele bir bizleri pusurlar her hefte hec olmasa bize bir pratokol yazirlar sual veririk ki biz hara wikayet ede bilerik hardan xaiw ede bilerik 418 deki yol polisi serjant hele bize acikli acikli deyir ki burda qirix xet vardi men aciga raport yazdim qowa xet etdimsizlerden xaiw edirik bizim bu meselemize diket yetiresinizindiden cavabinizin olumlu ve yaxuda olmsuzluquna minatarik hormetle Tariyel

tariyel | 5 Sentyabr 2015 00:07

Salam. Baş DYP İdarəsinə məktub yazın, bunu xahiş edin, bəlkə baxarlar.

Avtosfer.az | 6 Sentyabr 2015 17:20

salam. 2 gun bunnan qabaq masinimi qardaimin adina cecirdirdim qeydiyyat imtahan sobesinde. mende. mende 2016 texniki baxis oldugu halda yenede texniki baxisdan kecirdiler ve masinda nasazliqlarin oldugunu bildirdiler. mende dedim axi texniki baxisi men 1 heftedi kecmisem nece ola biler bu! o ise qaydalarin bele oldugunu bildirdi. bu ne derecede duzgundu

kenan88 | 29 Avqust 2015 19:16

Salam. Size qarsi qanunun telebini pozublar. Texniki baxisdan kecmis avtomobil tekrar qeydiyyat zamani yalniz texniki muayineden kecirilir. Her ikisinin qiymeti 20 manatdir. Ikisini de keciriblerse,duz elemeyibler. Texniki muayine ediblerse,orada problem yoxdur

Avtosfer.az | 2 Sentyabr 2015 03:23

Salam.mən zirvə sürücülük məktəbinin imtahan vaxtın necə öyrənəbilərəm. qeyd edim kim məktəblə əlaqəm yoxdur. sənədlərim imtahana göndərilib

murad | 29 Avqust 2015 16:52

Salam. Bas DYPI idaresinin qeydiyyat-imtahan shobesine gedib oradan oyrenin vaxti

Avtosfer.az | 1 Sentyabr 2015 14:24

Salam, çox hörmətli avtosfer.az heyəti. Mən avtomobil təkərlərinə bağlanan aksesuarlarla bağlı sizə sual unvanlamışdım. Aksesuarların şəkillərini [email protected] ünvanınıza göndərmişdim. Zəhmət olmasa tezliklə araşdırın.

Mamed | 28 Avqust 2015 18:50

Salam.tesekkur edirik.  Baxariq!

Avtosfer.az | 1 Sentyabr 2015 14:22

Salam. Eyniistiqamətli hərəkət yollarında Aeroport yolu, Zığ şossesi və s. qoşa xəttin kəsilıb keçilməsi ilə bağlı məsələ yol hərkətinin hansı maddəsi ilə tənzimlənir Bu məsələnin ətraflı şəkildə şərh edilməsini rica edirəm. Əvvəlcədən təşəkkürlər.

Rauf Şərifov | 26 Avqust 2015 14:17

Salam. Hemin yollarda eyni istiqametli zolaqlar arasinda qosha xettin olmasi nezerde tutulmur ve qanuna ziddir.

Avtosfer.az | 26 Avqust 2015 16:41

Salam.Mene masin seciminde komeyiniz lazimdir.Mazda 3 2006 model haqqinda melumat almaq isteyiridm.Nece masindi ehtiyyat hisseleri cox bahadiUmumiyyetle almaga deyerkia hyundai nissan modelleri yoxsa mazdaEvvelceden tesekkur edirem.

Aqshin | 26 Avqust 2015 11:27

Salam. Bunu avtomobillere texniki xidmet gosteren ixtisaslashmis servislerden sorusmaq lazimdir

Avtosfer.az | 26 Avqust 2015 22:19

Salam. Avtomobil yolundan 2-3 metr kənar torpaq və ya daş yol ilə axının əksinə hərəkət etməyə icazə verilirmi Verilirsə hansı məsafəyədək sürmək olar

Elnur | 25 Avqust 2015 19:41

Salam. Bu olmaz. Yolda yalnız sağ tərəflə, özü də hərəkət hissəsi ilə avtomobil sürmək olar

Avtosfer.az | 28 Avqust 2015 17:10

mən oxumuşam ki,maşını satanda ya kiməsə baqışlayanda sənədlərlə merolara getmək kifayətdir.lakin mənə bildirdiərki maşın mütləq gəlməlidir.902 məlumat verdim dedilər maşını mütləq aparmalısan.doqurdan belədirmi təşəkür edirəm.

ramazan | 25 Avqust 2015 17:25

Maşını başqa şəxsin adına keçirəndə, mütləq avtomobil özü də DYP-nin qeydiyyat-imtahan məntəqəsinə getməlidir.

Avtosfer.az | 28 Avqust 2015 17:11

salam bilmek isterdim vaz 2107 markali avtomasina lider deylen disk qoymaq olar konstruksiv deyiwiklik sayilmir ki eger sayilirsa xahis edirm maddesi ile birde cerimesini deyerdiz

ismayil | 23 Avqust 2015 20:30

Salam. Avtomobildə yalnız istehsalçının müəyyən etdiyi ölçülərə uyğun təkər və disk ola bilər. Fərli olması normativ tələblər pozulmaqla konstruksiya dəyişikliyi sayılır və sürücü üçün İXM-in 155.2.2-ci maddəsi ilə 150 manat cərimə, habelə avtonun cərimə meydançasına aparılmasına səbəb olur.

Avtosfer.az | 28 Avqust 2015 17:11

Sürücülük vəsiqəsi itəndə DYP da deyirlərki yeni sürücülük vəsiqəsinin verilməsi üçün tibbi arayış lazımıdr.Əgər məndə xüsusi xəstəliklər yoxdursa tibbi arayış tələb edə bilərlər

sevil | 22 Avqust 2015 11:45

Tibbi arayış o vaxt tələb edilir ki, yaş 60-ı keçsin və ya şəxsdə xəstəlik olsun. Digər hallarda tibbi arayış lazım deyil.

Avtosfer.az | 28 Avqust 2015 17:18

salam! mene 19.08.2015 ci il tarixinde cerime yazildi! ypx emekdasi masinda xususi aparatla pratakolu teqdim etdi ve 2 saat sonra men bankda cerimem oldugunu aciq aydin gorub odedim! amma bu gun yani 20.08.2015 tarixinde cerimemi oyrenmek ucun saytla daxil ldum! orada menim balim gosterimedi! bilmek isterdim cerime odenenden nece gun sonra bal sistemde olur cerimem 60 manat 3 baldir! evelceden tesekkur

ismayil | 20 Avqust 2015 21:11

Salam. 10 gun erzinde sistemde gorunmelidir

Avtosfer.az | 20 Avqust 2015 22:38

Saytın yarışma bölməsində,ən köhnə sualların şəkilləri açılmır.Çox xahiş edirəm həmin şəkilləri bərpa edinki qaydalar yaddan çıxanda girib ordan təkrarlaya bilək.

sevil | 20 Avqust 2015 17:38

Tesekkur edirik. Saytimiza yaramaz xakerlerin hucumu neticesinde oldu ele. tezlikle aradan qaldirmaga calisacagiq

Avtosfer.az | 21 Avqust 2015 00:36

Mən 2008 ci il istehsalı olan VAZ 21074 avtomobilimi 2013 cü ildə texniki baxışdan keçirmişəm və hal -hazırda maşının ön şüşəsində 2015 yazılan nişan var.Bilmək istəyirəm ki,mən maşınımı bu il texniki baxışdan keçirməliyəm

Abbas | 19 Avqust 2015 00:23

Beli.kecirmelisiniz!

Avtosfer.az | 19 Avqust 2015 02:22

Hörmətli avtosfer.az komandası! İlk öncə saytı yaratdığınıza görə və vətandaşların suallarını cavablandırdığınıza görə Sizə təşəkkür etmək istərdim. Sizə sualla müraciət etmək istərdim. Ümüd edirəm cavabsız qoymarsız. Sual: Avtomobil texniki baxışdan keçirilərkən heç bir ödənilməmiş cərimə və yaxud pozuntu barədə məlumat verilməmişdir. Bir müddət keçdikdə yol polisi tərəfindən maşın saxlanılır və bildirilir ki, maşın bir neçə dəfə kameralara düşüb qayda pozuntularına görə. Əgər bu hallar texniki baxışdan öncə baş veribsə, lakin maşın texniki baxışdan keçibsə maşının saxlanılması nə dərəcədə düzgündür

Anar | 17 Avqust 2015 15:27

Salam.Tesekkur edirik bizi izlediyiniz ucun. Ola biler ki, hemin cerimeler,qayda pozuntulari siz avtomobili texniki baxisdan kecirerken sisteme dusmeyib. Amma bu hec de yaxsi deyil. DYP-nin Merkezi Melumat Sistemi bir qeder operativ isleseydi bele hallar bas vermezdi. Her halda,qayda pozuntulari sisteme gec dusduyu ucun bele bir hal bas verib.

Avtosfer.az | 19 Avqust 2015 02:24

Salam. Əvvəla Sizə sürücülərin maarifləndirilməsi istiqamətində gördüyünüz işlərə görə təşəkkürümü bildirirəm. Belə bir suala aydınlıq gətirməyinizi Sizdən xahiş edirəm. Son zamanlar Azərbaycan Respublikasının vətəndaşlarının Gürcüstan Respublikasındabunda sonra GR sürücülük vəsiqəsi alması halları kütləvi xarakter almağa başlayıb. Bunun səbəbi GR-da sürücülük vəsiqəsi almaq üçün daha yaxşı şərait olduğunu və imtahanın daha obyektiv olduğunu əsas gətirirlər. GR ilə sıx əlaqəm olduğunu və orada tez-tez olduğumu nəzərə alaraq deyilənlərlə razılaşmaya bilmirəm və evladlarım üçün GR-da sürücülük vəsiqəsi almaq məsələsinin gündəmdə olduğunu nəzərə alaraq həmin vəsiqələrin gələcəkdə Azərbaycan Respublikası vətəndaşı üçün hər hansı problem yarada biləcəyi ehtimalına aydınlıq gətirməyinizi Sizdən xahiş edirəm.

Zahir | 16 Avqust 2015 00:18

Salam. Tesekkur edirik. Dogru deyirsiz, son vaxtlar Gurcustandan suruculuk vesiqesi alanlarin sayi artib. Sizin de almaginizda problem yoxdur. Saxta vesiqe deyilse, Gurcustanin suruculuk vesiqesi Azerbaycanda taninir

Avtosfer.az | 16 Avqust 2015 23:39

Salam.Yol Hərəkəti Haqqında qanunun 1 ci maddəsinin 17 ci hissəsində velosiped,nəqliyyat vasitəsi kimi qeyd olunub.Yəni insan əzələsi ilə işləyir.Əgər belədirsə bəs nəyə görə eyni əhəmiyyətli yollarda sagdan yaxınlaşan velosipedə yol vermirlər

sevil | 15 Avqust 2015 23:59

Salam. Bəli velosiped nəqliyyat vasitəsidir və dediyiniz vəziyyətdə ona yol verilməlidir. Həmin halda ona yol verməmək yolayrıcını keçmə qaydalarını pozmaqla 60 manat cərimə və 3 bal deməkdir.

Avtosfer.az | 19 Avqust 2015 12:22

Salam.. Sual menim atam oz avtomobilini menim adima kecire bilermi Suruculuk vesiqem yoxdur

Teymur | 10 Avqust 2015 18:11

Salam. Beli,kecire biler!

Avtosfer.az | 11 Avqust 2015 15:39

Salam....Xahis edirem cavab veresiniz ...SOVET masinlarina arxa yan qapilara jaluz vurmaga icaze var Zehmet olmasa eger varsa hansi madeyledi qeyd edin...cox sagolun ..

Said | 10 Avqust 2015 13:31

Salam. Jalüzü hansı minik avtomobilinə vurmaqla bağlı heç bir fərq yoxdur. Bunun üçün avtomobilin növü, markası, istehsalçısı fərqləndirilmir. Hamısı üçün qaydalar eynidir.

Avtosfer.az | 12 Avqust 2015 01:40

Salam, çox hörmətli http:avtosfer.az heyəti. Aksesuarların şəklini sizin [email protected] elektron ünvanınıza göndərdim. Zəhmət olmasa cavablandırarsınız.

Mamed | 7 Avqust 2015 17:51

OK

Avtosfer.az | 11 Avqust 2015 15:27

Bes Russyadan aldigim suruculuq vesiqeni,Azerbaycanda aldigim avtomobili idare ederken hec bir promlem yaratmaz

Vugar | 5 Avqust 2015 01:49

Xeyr.Vaxti kecmeyibse problem yoxdur

Avtosfer.az | 6 Avqust 2015 00:34

salam mene 3 gun bundan qabag cerime yazilib odemek isteyirem amma sistemde yoxdu ne edim

ismayil | 2 Avqust 2015 20:33

Salam. Cerime en azi 10 ish gununden sonra sistemde gorunur!

Avtosfer.az | 3 Avqust 2015 03:06

Salam.Men rus vetendasiyam.Azerbaycanda her il bir illik qeydiyata dusurem,suruculuk vesiqeni russiyadan almisam,men azerbaycandan oz adima avtomobil alabilerem ve ikinci sual atam azerbaycan vetendasidir o oz avtomomilini rus vetendasina davernus vere bilerbu prosedurlari xais ederim etrafli yazasiz.onceden oz tesekkurlerimi bildirirem.

Sergey | 2 Avqust 2015 17:18

Salam.  Sizin dediyiniz hər iki variant mümkündür. Öz adınıza avomobil alsanız sizə sarı nömrə və qeydiyyat müddətiniz ücün qeydiyyat şəhadətnaməsi verəcəklər. Atanızın adına olan avtomobili də etibarnamə ilə ümumi qaydada idarə edə bilərsiniz. Hər iki halda prosedur ümumidir, sadəcə müddət sizin qeydiyyat müddətiniz qədər olacaq.

Avtosfer.az | 3 Avqust 2015 14:47

Salam, çox hörmətli http:avtosfer.az heyəti. http:www.tinydeal.comru2-x-motion-activated-colorful-led-wheel-light-p-12446.html Göndərdiyim internet alış-veriş portalında göstərilən adi batareya daşı ilə işləyən aksesuarların Azərbaycanda istifadəsinə icazə verilirmi Məni bununla bağlı cərimə etmək istədilər. Amma bunun elektrik cihazı və ya qurğusu olmadığını, adi aksesuar olduğunu bildirdim. Gələcəkdə polislərlə sürücülər arasında belə anlaşılmazlığın yaranmaması üçün bunun tərəfinizdən araşdırılmasını artıq dərəcədə xahiş edirəm.

Mamed | 31 İyul 2015 17:50

O hansi texnikadirsa fotosunu poctamiza gonderin. Bu linkde hec ne gorunmur

Avtosfer.az | 3 Avqust 2015 14:48

Salam.Bele bir melumat eshitmishdim ki avtomobil Azerbaycanda muveqqeti qeydiyyat icazesini alanda eger avtomobil avro 4 standartlarina uygun gelirse depozit goturulmur bu duzgun melumatdi Ve eger sehv melumatdirsa avtomobilin deyerinden nece faiz tutullar depozite

Nurlan | 31 İyul 2015 17:48

Salam. Azərbaycana müvəqqəti gələn və xaricdə qeydiyyatda olan istənilən avtomobil üçün depozitə pul qoyulması tələb olunur. Bunu gömrük orqanları müəyyən edirlər və bu zaman avtomobilin avro-4 olub-olmaması əhəmiyyət daşımır. Amma avro-4 olmayanlar üçün əlavə zaminlik təminatı da tələb oluna bilər. Depozitə qoyulan pulun məbləğini də gömrük orqanları müəyyən edirlər.

Avtosfer.az | 3 Avqust 2015 14:47

Salam.Maşının tüstüsünü yoxlayanda əgər normadan artıq çıxırsa,yol hərəkəti haqqında qanunun və inzibati xətalar məcəlləsinin hansı maddəsi ilə məsuliyyətə cəlb edirlər.

sevil zamanova | 31 İyul 2015 10:27

Salam. Tüstünün tərkibinə dair tələb pozulursa, bu "Yol hərəkəti haqqında" qanunun 1 saylı əlavəsinin 6-cı hissəsinin tələbini pozmadır və buna görə İnzibati xətalar məcəlləsinin 155.2-3-cü maddəsi ilə 50 manat cərimə tətbiq olunur

Avtosfer.az | 3 Avqust 2015 14:45

Salam. Sualima cavab verdiyinize gore minnetderlagimi bildirirem ve sizin ishinizde ugurlar ararzulayiram.Bir sualimda var,Xarici olkeden getirilen avtobomil Azerbaycanda muveqqeti qeydiyyat icazesinin gomruk deyeri adi rastamojkayla eyni qiymetdi yoxsa ucuzdur ve qeydiyyat icazesini deyishmeye dovlet rusumu neqqederdi xaish edirem etrafli yazasiz.Onceden tesekkur edirem.

Elvin | 28 İyul 2015 15:22

Bunlar tam fərqli şeylərdir. Müvəqqəti gətirilmə zamanı gömrük ödənişləri (rastamojka) olmur, sadəcə depozitə pul qoyulur və gömrükdən keçərkən adi sənədləşmə (bəyannam və s.) üçün xırda ödənişlər edilir.

Avtosfer.az | 31 İyul 2015 03:20

Salam. Bilmək istərdim ki, sürət nişanı olmayan, baş yol nişanı olan magistral yolda sürət həddi nə qədər olmalıdır

Əli | 27 İyul 2015 22:54

Salam. Əgər həmin yol 5.1 nişanı ilə avtomagistral kimi işarələnibsə, maksimal sürət 110 km/saat-dır, belə nişan yoxdursa və sadəcə yaşayış məntəqəsindən kənar yoldursa, maksimal sürət 90 km/saat-dır.

Avtosfer.az | 28 İyul 2015 14:52

Salam.Sual: Men Gurcustan vetendashiyam.Azerbaycanda muveqqeti qeydiyata dusurem3,6,12 ayliq Men xarici olkeden avtomomil getirsem,Azerbaycana hemishelik rastamoshka eliye bilerem Ve rastamoshka elesem her qeytiyatimin vaxti bitenden sonra senedleri deyishmek lazim olacaq

Elvin | 27 İyul 2015 14:18

Salam. Bəli, Bunu edə bilərsiniz. Bu halda öz adınıza qeydiyyata alınan avtomobilə sarı nömrə veriləcək və qeydiyyat müddəti sizin icazə müddətiniz qədər olacaq. Deməli, icazəni hər dəfə uzadanda avtomobilin qeydiyyat şəhadətnaməsini dəyişəcəksiniz.

Avtosfer.az | 28 İyul 2015 14:52

Salam. Men isiqforun yasil isigi yanib sonerken isiqforu kecmisem. Isiqforun yanindada kamera var idi. Bilmek isteyirem ki, mene cerime yazilacaq Bir deki eger bele hal olarsa ve meni yol polisi saxlayarsa mene cerime yazmaq huququ varmi Men ozum qaydalari mueyyen qeder bilirem. Bilirem ki qaydada yazilib ki, isiqforun yasil isiginin yanib sonmesi yol hereketine icaze verir. Amma bunu bizim yol polislerine subut etmek olmur.

Shems | 24 İyul 2015 16:45

Salam. Yasil isigin yanib sonmesi hereketi qadagan etmir.

Avtosfer.az | 25 İyul 2015 01:34

Salam,men Cobanzadd kucesi ile uzu uzu qarayev terefe gedirdim,svetaforda yalniz saga ve sola nishani var,saga planet sadliq evine,sola koroglu,men yolayiricidan duzune qarayeve gede bileremyol ayirici beton arakesmelidir

Turgay | 16 İyul 2015 09:12

Salam, svetoforun isarelerine uygun hereket etmek lazimdir

Avtosfer.az | 17 İyul 2015 03:21