Salam.Xalaqlum Russya vetendasidi.Azerbaycanda ozu 90 gunluk qeydiyyata dusur.Oz avtomobilinen gelse burda muveqqeti qeydiyyata durdugu 90 gun erzinde oz avtomobilinide getrib sure bilermiTorpaq basdi siqorta varmi,neqederdimat1.6 ili 2013 duVe bashqa shexse etibarname vere bilermiQabaqcadan teshekkur!!
Salam. Bəli, bunların hamısı mümkündür. Sadəcə olaraq qohumunuzun Rusiyada qeydiyytda olan avtomobili Azərbaycana 1 aylıq müvəqqəti buraxılacaq. 1 aydan sonra müddəti uzatmalı olacaq. Buna görə gömrükdə depozit və rüsum tələb edəcəklər. Bu maşını etibarnamə ilə başqasına vermək olar, amma yenə 1 aydan artıq burada qala bilməz.
Yene cixmadi.zehmet olmasa qanunu yazin.qaiye wikayete getmeliyem.elave vereq sohbeti
Qanunda qələm-kağız söhbəti yoxdur. İXM-in 371-ci və 410-cu maddələrində deyilir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və izahatlar və protokolun məzmunu barәsindә öz mülahizələrini təqdim etmək hüququ vardır. Bu hüquq DYP əməkdaşı üçün həmin izahatların yazılmasına, daha sonra alınaraq protokola əlavə edilməsinə şərait yaratmaq vəzifəsi doğurur. Düzün ortasında bu, o deməkdir ki, DYP əməkdaşı sürücüyə kağız və qələm verərərk onun izahatını almalıdır. Necə ki, bunu kabinetlərdə edirlər, bax elə. Söhbət budur. Qanunda hər xırdalıq yazılmır. Qanunu düzgün təfsir etmək lazımdır.
salam. B katiqoriyam var. C katiqoriyaya imtahan vermek isteyirem imtahandan kesilsem B katiqoriyam legv edilecek
Salam.xeyr.legv edilmir.
Bir tərəfli yolda 3 zolaq olan halda ikiqat ötməyə icazə var
Yol hərəkəti qaydaları istənilən yolda və istənilən şəraitdə ikiqat ötməni qadağan edir.
avtomobilin cərimə meydançasında qalmasina görə pul ödənilməlidirmi, müsbət halda nə qədər
Beli,odenish olmalidir.Gunu 30 qepik
O yazinin linkini vererdizde zehmet olmasa
Saytda axtarish bolmesinden istenilen yazini tapa bilersiz. Ersad muellimin adini yazin,cixacaq
Salam.maşını salondan kreditlə aldım,texpasport mənim adımadı.Gələn ay kredit qurtatır,mən onu girovdan çıxarmaq üçün ilkin qeydiyyat üçün 10 manat,texniki baxış rüsumuna 20 manat,qeydiyyat şəhadətnaməsinə 17 manat,dövlət qeydiyyat nişanına 22 manat ödəməliyəm Yoxsa bircə qeydiyyat şəhadətnaməsini dəyişməliyəm
Salam. dediyiniz məbləğlərdən yalnız dövlət qeydiyyat nişanının rüsumunu ödəməyəcəksiniz, çünki o artıq sizin adınızadır. Amma nişanları dəyişsəniz, onu da ödəyəcəksiniz.
Salam. 1. Xaricdən gətirdiyim maşına 99 yoxsa 90 ilə nömrə verilir 2. Xaricdən yeni və işlənmiş maşın gətirsəm, neçə müddətən sonra sata bilərəm Əvvəlcədən təşəkkürlər.
Salam. 99-la nomre verilir. Mashini oz adiniza qeydiyyata saldirdiqdan sonra istediyiniz vaxt sata bilersiz
Salam.Cavab üçün əvvəlcədən təşəkkürümü bildirirəm.13.12.2014 tarixində saat 15-30 radələrində Tovuz rayonu ərazisində qarşıdan gələn 10 YP 853 nömrəli avtomobillə Dövlət yol polisi əməkdaşısəhv etmirəmsə Mehdiyev soyadlı məni yolayrıcında ötmə əməliyyatı aparma iddiası ilə saxladı və bu barədə görüntü olduğunu bildirdi.Ancaq mən ötmə əməliyyatını yolayrıcına qədər aparmışam və şəxsi videoregistraturamda görüntü var.Mən protocol tərtib etməsi ilə razılaşmadım və görüntü varsa qanunauyğun şəkildə electron formada ünvanıma göndərilməsini xahiş etdim.Müfəttiş mənim sürücülük vəsiqəmin “dannılarını”özü dediyi kimi götürüb həmin qaydada icra edəcəyini bildirdi.Xahiş edirəm ki, bu və buna oxşar hadisələrin qanunla necə tənzimləndiyini aydınlaşdırasınız
Salam. Dediyiniz halda əslində protokol yazılmalı, qərar çıxarılmamalı idi, Bundan sonra həmin protokola dediyiniz kimi videolarla birgə baxılıb qərar çıxarılmalı idi. Amma belə olubsa, sizə daha yaxşıdır, bəlkə də bu işə heç kim qayıtmayacaq və söhbət belə də bitəcək, Amma ola bilər ki, sizi çağıralar.
Bir soz soruwum.eger protokolda etiraz yeri mene bes etmirse qai a4 vermelidi ya men.bu hansi qanunda yazilibErsad m bu haqda yazisi vardi.o xeberin linkini verinde zehmet olmasa.
O yazida da qeyd olunub.qanunda imkan verir ki, DYP emekdasi size ayrica vereq ve qelem vermelidir,yazirsiz,elave olunur protokola
Salam,Öyrənmək istərdim Mitsubishi Pajero 2008, 3000 sm. mühərrikli avtomobilin etibarnamə əsasında addan ada keçirilməsi neçəyə başa gəlir. Texniki baxışına 1 il qalıb, sığortası var.Hörmətlə,Zaur
Salam. 59 manatdir
Salam.meni sixliq vaxti qai saxlayib men gormemiwem daha sonra basqa qai saxlayaraq protokola tabesizlik yazdi.lakin hemin inspektorla radciya vasitesile danisanda diger qai dediki ola bilsin gormedi.sixliq idi.bu ne derecede duzdu.
Salam.Onun ne derecede duzgun olmasini aydinlasdirmaq ucun sikayet yazaydiniz protokola,mesele arasdirilardi ve bu dedikleriniz tesdiqini taparsa protokola xitam verilerdi.
Salam Adeten gormuwukki reyd zamani bir nece polis emekdawlari olur bilmek isteyirem polis tek bawina reyd apara biler
Salam.Reyd kutlevi xarakter dasiyir,adeten bir neferin kecirdiyi tedbir reyd olmur.
İcbari sığortada 3 cü şəxs deyilir.xahiş edirəm izah edin, 3 cü şəxs dedikdə kim nəzərdə tutulur
Zererceken shexs nezerde tutulur.Siz kiminse masinin vurursunuzsa,icbari sigorta hemin o vurulan mashina deymish zereri odeyir.Sizse oz zererinizi ozunuz odemeli olursuz.
Vaz 2107 markalı avtomobillərə amerikanka yəni dönmə işıqlarının daima yanması qoşdururlar.təbiiki qayda pozuntusudur.bunun cəriməsi nəqədərdir İşıq cihazlarından düzgün istifadə eləməməyə görə 30 manat yoxsa konstruksiya dəyişikliyi
Bəli, dediyiniz vəziyyət konstruksiya dəyişikliyidir, həmin xətanın adı belədir: normativ tələblər pozulmaqla avadanlığın dəyişdirilməsi. Həqiqətən də, dönmə işığının funksiyası və iş rejimi dəyişdirilir. Bunun cəriməsi 150 manatdır.
Rayon qediyatindayam avtomobili girovdan cixardanda 99 nomre menden alib rayon nomresi verecekler
Bu, sizin və avtomobil kimin adınadırsa, onun istəyindən asılıdır. Əgər istəsəniz, nömrə qala bilər.
salam, vaz 2106 inin rengin deyiwmek isteyirem bunun ucun ne etmeliyem ve rusum neqederdi
Salam. avtomobilin rəngini dəyişdikdən sonra onu DYP-də texniki müayinə edərək yeni qeydiyyat şəhadətnaməsi verilməlidir. Bu iki hərəkətin rəsmi rüsumu 37 manatdır.
Salam.Məni yol polisi saxlayıb sənədlərimi yoxlamaq istəsə və desəki reyddi ona görə yoxlayiriq,mən ona necə inanım ki reyddi Yəni reydə aid nə soruşum Reyd barəsində nəsə sənəd olur onların əlində yoxsa necə
Salam. Reyd zamanı DYP əməkdaşlarına hər hansı sənədin verilməsi qanunvericilikdə nəzərdə tutulmur. Amma reyd konkret yuxarı vəzifəli şəxsin əmrinə əsasən keçirilir və bu əmr DYP-nin şəxsi heyətinə çatdırılır.
Salam.Size bu suali yazmishdim deyesen catmiyib.Siz bir defe qeyd eledizki olkemizde 90nan yuxari 3.24 nisanlari hamsi qanunsuzdu.Zehmet olmasa bunun izahini vererdiz.Bes onda 90nan yuxari meselen 110 luq yolu hansi nisanla gosterilmelidiZehmet olmasa izahini verin
Salam. YHQ-nin 50 ci maddəsində sürət rejimi tənzimlənir. Bu yolun kateqoriyasından asılıdır. Məsələn, 110 km/saat sürət yalnız avtomagistralda olar. Avtomagistral isə 5.1 nişanı ilə işarələnir. Əgər 5.1 nişanı varsa və yolda 3.24-lə daha aşağı sürət tətbiq edilmirsə, onda 110-la getmək olar və s...
Yol vermeden kecmek qadagandir nisanin cerimesi ne qederdi
Yəqin 2.5 "Dayanmadan keçmək qadağandır" nişanı demək istəyirsiniz. Bu nişan qoyulan yerdə yol verilməli olan başqa hərəkət iştirakçısı yoxdursa, onun onun qarşısında dayanmadan keçmənin cəriməsi 40 manatdır. Amma əgər həmin yerdə yol verilməli olan hərəkət iştirakçısı varsa və ona yol vermirsinizsə, bunun cəriməsi 60 manat və 3 baldır.
Salam. 1.4 sarı rəngli bütöv nişanlanma xətti 3.27 yol nişanı olmadıqda qüvvədədirmi
Salam. 3.27 nişanı olmayan yerdə 1.4 nişanlanmasının, yəni srı xəttin heç bir əhəmiyyəti və mənası yoxdur. O xətlə yolu bəzəyirlər.
salam.Zehmet olmasa 1dekabr sualin cavabni izahli shekilde yazardiz.A yol vermeli idi yoxsa B avtomobiliZemet deyilse.Teshekkur qabaqcadan
Salam. Sualin cavabi saytda Yarishma bolmesinde tam izahli verilib.Buyurun,baxin!
Salam Russia istehsali olan prirora mawinin getirmey istyirem russiyadan bilmey istyirrmki necenci il olmalidiki getire bilim gomruyden yeni buraxiliw ili necenci il olmalidi en asagi birde gomruk resumu ne qeder olur
Rusiyada avro-4 standartı 2013-dən tətbiq olunur. Amma siz baxın Rusiyada xarici ölkələrlə birgə avtomobil istehsal olunur. Əgər həmin avtomobil avro-4-dürsə gətirə bilərsiniz, deyilsə, ilindən asılı olmayaraq, gətirə bilmərsiniz. Gömrük ödənişlərini Avtosfer.az saytındakı kalkulyatorda avtomobilə dair məlumatlara uyğun hesablaya bilərsiniz.
O shikayet menim xeyrimedirqanuni shekilde baxsinlar deyendebelke oranin weklini cekib gonderim size ve sizde ishiqlandirasizbelke ondan sonra encam cekeler.
Cekin gonderin baxariq
salam.Qara Qarayev prospektinde,uzu ukrayna dairesi istiqamet gedende,ehmedli metrosuna catan hissesinde evvel svetafvar idi.indi hemin svetaforun uzunu cevirdiler ukrayna dairesine teref.ve hemin svetafordan sora duz getmek qadagandir.mutleq sag yolla hereket etmek lazimdi.bu svetaf hemin yolda ne kimi quvvededibaxmayaraq suruculer burda daynir .hal buki qirmizi hemin yola duz gedenlere aitdir.yeniki avtobuslara ve saga gedenlere aitdi.amma meni yol polisi qirmizi iwiq adi ile saxladi ve sonrada men ona deyendeki sen hasi svetafora gore meni saxlamisanoda hemin uzu donmuw svetaforu gosterdi.bu neqeder duzgundurevvelceden tewekkurler.
Salam. Sizin dediyiniz yerdə yol hərəkətinin təşkili ilə bağlı problem var. Ona görə də sizə yazılan qərardan şikayət edin və tələb edin buna qanuna uyğun şəkildə baxsınlar.
Salam
Salam
Mən öz telefonumla ypx-nın qayda pozuntusunu çəkdim və poçtla göndərdim Bdyp ya.amma 1 aydan çoxduki həmin işə baxılmır.getdim icraçıylada danışdım məni yola verdi.məndə 102 xidmətinə öz şikayətimi bildirdim ki həmin ypx nın qayda pozuntusuyla bağlı işə baxılmır.Mənə maraqlıdır ki bu işlə bağlı məni nəsə problem gözləyir yoxsa yox
Narahat olmayın sizə heç bir problem ola bilməz. Uzaq başı sizi çağırıb izahat alacaqlar ki, bu necə baş verib.
Minik avtomobilimiz TOYOTA CAMRY 2008 -ci il buraxılışı olmaqla 2013-cü ilin yay aylarında texniki baxışdan kecmişdir.Lakin bu yazınlarda DYP əməkdaşlarından biri bildirdiki avtomobil texniki başışdan kecmılidir.Bilmək istəyirəm avomobil növbəti dəfə nə vaxt texniki baxışdan kecməlidir.Əvvəlcədən təşəkkürümü bildirirəm
2013-də keçibsə, növbəti dəfə 2015-də keçməlidir.
Tesekkur edirem.Onda bele cixir ki,NV-ni satan adamin NV-sinin qeydiyyat sehadetnamesi oz adina olmasa bele,onun generalniy etibarnamesi,yeni bas etibarnamesi varsa,o, NV-ni hemin bas etibarname ile sadece qohumlarindan birinin adina deyil,hem de 3-cu shexsin adina kecirde biler
Beli.Dogrudur
salam! zehmet olmasa deyerdiz! men avtomobili generalni etibarname ile alisam indi men duwduyum radarlar mene gelir yoxsa texniki baxis senedinde yzilan adama qabaqcadan tewekkurler
Salam. bash etibarname ile alindiqda cerimeler size gelecek.