bir pencere sisteminde qeydiyyata almaq nedir xaish edirem etrafli basha salardiniz.onceden tesekkurler
Gomrukde avtomobili hem rastamoska edirsiz,hemde orda qeydiyyata alib nomre ve diger senedleri verirler.
Salam.Yolayrıcında məcburedici düzünə nişanı var,həmdə yolayrıcında kəsişmə yeri var.sadəcə kəsişmə yolayrıcına kimi uzadılmyıb 15- metr aralıdır.belə olan halda məcburedici nişan kəsişmədə qüvvəsini itirir yoxsa yox Polis deyir ki, nişan qüvvəsini itirmir çünki kəsişmə yeri yolayrıcına kimi uzadılmayıb.sizcə necədi
Salam. Dediyiniz yerdə 4.1.1 nişanı yolayrıcından qabaqda qoyulubsa, yolayrıcında yalnız 1-ci kəsişmə yerinə aiddir. 2-ci kəsişmə yerinə bu nişan aid deyil. Ona görə də ayırıcı zolaqdan sonra dönmək olar.
Salam,3un kruqundan ecemi metrosuna teref gelende mc donalds dongesinde ancaq duz znaki var,lakin yolayirici bardyile ayrilmiwdir,xaiw edirem buna aydinliq getirek,bu duzune niwani bardyora kimidi ya sonuna qederdonmek olarmi
Salam. Yəqin ayırıcı zolağın yolayrıcına 15 metr qalmış qurtarmasını nəzərdə tutursunuz. Əgər belədirsə, nəzərə alın ki, standartlara görə ayırıcı zolaq yolayrıcına qədər çəkilə bilməz və yolun konstruksiyasından asılı olaraq müəyyən məsafədə qurtarmalıdır. 15 metr normal məsafədir və belə halda da 4.1.1 nişanı yalnız 1-ci kəsişmş yerinə qədər qüvvədədir və növbəti kəsişmə yerinə aid deyil
Salam.Axshaminiz xeyir.Sual: 2004 ilin avtomobilini Azerbaycana gomrukden kecirmek olarmiRastamojka etmek qeyd edimki avtomobil avro-4 standartlarina uygun gelir.Tesekkurler
Salam. Neqliyyat vasitesi Avro-4 standartina uygun gelirse senedlerle birlikde gomruk idaresine yaxinlasib bir pencere sisteminden istifade etmekle qeydiyyata aldira bilersiniz
Salam.Men masinin renginin dyp-de qeydiyyata alinmasi ucun nece muraciet etmeliyem neler lazimdir rengi evvel basqa olub.indi basqa Dovlet rusumu ne qederdir renglenen yerden spravka lazimdir zehmet olmasa prosedurlari ve qiymetleri mene deyerdiz.teshekkurler.
Salam. Bəli, avtomobilin rəngini dəyişmisinizsə, bu mütləq DYP-nin qeydiyyat-imtahan məntəqəsində qeydə alınmalıdır. Əgər təmir yerində etmisinizsə, onların arayışı olmalıdır. Özünüz etmisinizsə, arayış lazım deyil. Belə qeydiyyatın rəsmi rüsumu 37 manatdır (texniki müayinə 20 manat, qeydiyyat şəhadətnaməsi 17manat).
Salam. Etibarnamə sahib olmuş satan şəxsin maşınını alsam öz adıma rəsmiləşdirə bilərəmmi Təşəkkürlər
Salam. Bash etibarnamedirse birbasa oz adiniza kecire bilersiniz. Hemin shexsle alqi-satqi muqavilesi olmalidir. Eger o da size etibarname veribse,o zaman oz adiniza yox,aile uzvlerinizden kiminse adina kecire bilersiz
Salam.Bakı Qazax yolunda təmir gedəndə 30 nişanı qoyurlar.İlk olaraq onu deyim ki,mən 30 la sürəndə digər sürücülər 30 la sürmür və mənə qəza şəraiti yaranır.ikincisi 30 nişanın sonu olmur və həmin yoldada yolayrıcı yoxduki nişan qüvvədən düşsün.siz mənə deyə bilərsiniz ki təmir gedən vaxtı nişanlar necə qurulmalıdır Və yaxud 30 nişanı hara kimi qüvvədə olur Həmin yolda 20 kilometr 30 la sürmək olmur bu təbiidir.
Salam. Yolda təmir-tikinti işləri gedərkən sürət məhdudlaşdırıla bilər. Lakin bu zərurət olan yerdə və zəruri həddə qədər olmalıdır. Əgər 30 km/saat və ya başqa sürət məhdudiyyəti qoyulubsa, mütləq həmin məhdudiyyətin bitdiyi yeri bildirən 3.21 və ya 3.31 nişanı da qoyulmalıdır. Bunlardan biri mütləq olmalıdır ki, sürücülər çətinlik çəkməsinlər.
Salam. Qeydiyyat nömrə nişanı ilə bağlı sullarım var.1. Rayon nömrə nişanını Bakı qeydiyyat məntəqəsində aryes vermək olarm 2. Adıma olmayan nömrə nişanını aryes vermək mümkündürmü
Salam.Sualiniz aydin deyil. Zehmet olmasa aydin yazin
51 ci maddədə ötmə qadagan olan yerlərdə at arabalarını,velosipedləri,motosikletləri ötmək olar 2 ci sualım yolayrıcında nişan yoxdursa sagdan at arabası gəlirsə və yaxud velosiped gəlirsə onları buraxmaq lazımdır Yoxsa bu verdiyim iki sual ancaq mühərrikli nəqliyyat vasitələrinə aiddir Xahiş edirəm ətraflı izah edin.
Ötmə qadağan olunan bütün yerlərdə yox, yalnız 3.20 "Ötmək qadağandır" nişanının təsir sahəsində at arabasını, velosipedi və ikitəkərli motosikleti ötmək olar. 51-ci maddədə ötmənin digər qaydaları hamıya və hər cür nəqliyyat vasitələrini ötməyə şamil olunur. 2. Bəli, doğrudan da yolayrıcında hər hansı üstünlük nişanı yoxdursa və yollar eyni dərəcəlidirsə, onda sağdan yaxınlaşan velosipedə və at arabasına yol vermək lazımdır.
Salam.Qardaşım öz maşınını sürmək üçün mənə etibarnamə veribdir.Amma nədənsə bütün cərimə və s.lər mənim ünvanıma göndərilir.Bilmək istərdim ki. cəriməni qardaşım ödəsədə yazılan cərimə balı kimin adına yazılır.Məktub göndərilən adamın və ya ödəniş edənin adına.
Salam. Bu, belə də olmalıdır, çünki etibarnamə kimə verilibsə, DYP-nin sistemində həmin avtomobilin sürücüsü olaraq o görünür və bütün elektron sənədlər ona yazılır. Belə qayda pozuntularına görə cəriməni kim ödəməyindən asılı olmayaraq, cərimə balları protokolda adı yazılan adamın adına düşür.
Salam.YHQ-la IXM-si duz gelmeyende hansi ustun tutulur ve sebeb
Salam. İXM və YHQ arasında ziddiyyət olmamalıdır, çünki onların tənzimləmə predmetləri tam fərqlidir. Hər hansı səbəbdən ziddiyyət olduqda isə ziddiyətli məsələnin mahiyyətinə əsasən bu aktlardan hansının üstün olduğunu söyləmək olar.
Salam.Dairəyə yaxınlaşanda dairə nişanı var və o nişandan 10 metr sonra yol ver nişanı var.Digər tərəfdən gələnlərədə dairə nişanları var amma heç bir tərəfdə baş yol nişanı yoxdur.Mən yol ver nişanı tərəfdən gəlib dairənin boş olduğunu görüb dairəyə daxil olandan sonra üstünəm yoxsa digər tərəfdən gələnlərə yol verməliyəm
Salam. Dairəyə giriş qarşısında qoyulan 2.4 nişanı o deməkdir ki, dairə boyunca hərəkət edənlərə mane olacaqsansa, onlara yol ver. Bu nişan yalnız dairəyə daxil olana qədər qüvvədədir. Dairəyə daxil olaraq dairə boyunca hərəkət edirsənsə, bu nişanın qüvvəsi bitir.
07.09.2014- tarixinde tertib edilen protokol 17.02.2015 tarixinde sisteme nece salina biler, ustunden 5 ay kecenden sonra tez bazar tertib edib veribler bu saxtadadir ya yoxbu haqda bilmek isterdim
Onu 902-ye zeng edib deqiqlesdirin. Qayda pozuntusu barede 2 ay erzinde qerar qebul olunmayibsa,legv edilmelidir
Salam.Sheher yol polis idaresi menim avtomobilimi hebse qoyub.Sebeb kimi deyirler ki, 2013 cu ilden menim radarlarim var, amma subut kimi hec bir shekil yox,unvana mektub qelmeyib,zenq olunmayib. Bir sozle ypx emekdashi meni saxlayir deyir ki mashin hebsdedi,cerime odemelisen vessalam. Ne edim,derdimi hara deyim,bilmirem.
Salam. Siz bununla bagli DYP-nin 902 xidmetine muraciet edin. Baxilmasa, daxili isler nazirine mektubla muraciet edin. Ortada hec bir fakt olmadan mashina hebs qoyulmamalidir. 2013-deki radarla bagli 2 ay erzinde hansisa qerar qebul edilmeyibse,onlar coxdan quvveden dusmus sayilmalidir
Mawini ada kecirdende qanunu yaxwi bilen adam satan veya alan admin orda olmagi werti ile teref kimi komek ede biler.
Bizim huquqshunas size huquqi yardim gostere biler. Saytda elaqe bolmesindeki nomreye zeng ede bilersiz
salam avtomobil almiwam nomresi444 adima kecirdmeye gore ne qeder odeniw edecem 22azn 500azn avtomobiln sahibi norenin ustunde qalmasina etiraz etmir
Salam.Qanuna gore yol polisi nomreni yalniz bir defe sata biler.Her defe mashin alinib-satilanda nomrenin pulu alinmamalidir.Siz 59 manata masini oz adiniza kecire bilersiniz.Nomre de qala biler
Minik avtomobili Bakı qeydiyyatı olan şəxsin adınadır. Mən rayon qeydiyyatı olaraq avtomobili öz adıma keçirmək üçün 90-xx-xxx nömrə dəyişilmədən mümkündürmü Məncə hansı rayonda qeydiyyatdasansa həmin rayon nömrəsi dəyişilməlidir. Amma bu qanun yenidir .X.e cavablandırasınız.Öncədən təşəkkür.
Avtomobil oz adiniza kecirilerken alan ve satan shexsin razligi varsa nomre avtomobilin ustunde saxlanila biler
size sual unvanladim hele de hec bir cavab gelmiyib...
Salam. Qanunvericilikdə bu barədə məlumatın DYP-nin elektron səhifəsində yerləşdirilməli olması nəzərdə tutulur. Lakin bu, icra olunmur. Ona görə də məktubla müraciət edin, görün nə cavab verəcəklər.
Salam.1.Zolaqlarda hava sheraitinen her hansi bir sebebden yerdeki istiqamet verici oxlar gorsenmirse surucu buna mesuliyyet dashiyir.2.Ve men yerdeki,oxu gormediyim ucun,duzgun zolaqda yerleshmediyime gore o yolun daimi ishtirakcilari ezber tanidiqlarinan aramizda mubahise dushub meni gunahlandiriblarki,sola getmeli oldugun zolaqdan duzne getmisen.Buna munasibetniz.saqolun
Salam. Yol hərəkəti qaydaları elə düşünülüb ki, bu tipli problemlər olmasın. Dediyiniz halda yerdəki oxlarla bərabər həmin oxlara uyğun nişanlar da olmalıdır ki, ox görünməz olanda nişan üzrə problemsiz hərəkət olsun. Amma bizdə belə problemlər var. Ona görə də çox diqqətli olmaq lazımdır. Lakin görünməz olan oxların tələbini pozmaya görə, əgər başqa qayda pozulmayıbsa, heç kim məsuliyyətə cəlb edilmir.
Salam. Zig yolu 14.7 km Zig istiqametinde suret heddi ne qederdir Bir de cerime protokol tertib edildikden sonra hansi muddete odenilmelidir
Salam. Yashayis meskeninden suret heddi 60 km/saat mueyyen edilib. Amma bezen suret rejimine deyisiklik de edirler. Tablolar vasitesile. Cerime protokolu yazildigi gunden 10 gun sonra quvveye minir,hec bir sikayetiniz yoxdursa, vaxtinda odenis etseniz 10 faiz guzest edilir. Bir ay erzinde odemeseniz, her gun 1 faiz elave gelecek ustune
Salam. YHQ nın 42 ci maddəsinin 12 ci hissəsində göstərilmiş yerlər və 5.1 , 5.3 nişanı ilə işarələnmiş yollar istisna olmaqla digər yerlərdə geriyə hərəkət eləmək olar Məsələn 1 tərəfli və 2 tərəfli yollarda, yaşayış məntəqələrində və yaşayış məntəqələrindən kənarda geriyə hərəkətə icazə var
Salam. bəli, elədir. Lakin geriyə hərəkət edən sürücü hər bir halda başqa hərəkət iştirakçılarına mane olmamalıdır. Yolayrıclarında da geriyə hərəkət qadağandır.
Salam aeropurt istiqametinde hereket ederken orta qosa xetdi tapdalamaq cerimesi var sohbet birterefli yoldan gedir
salam. eyni istiqamətli hərəkət zolaqlarını ayırmaq üçün qoşa xəttdən istifadə nəzərdə tutulmur. Ona görə də həmin xəttin tapdalanması, başqa qayda pozuntusu yoxdursa, məsuliyyətə səbəb olmur.
Salam ,mende mercedes c 180 1997 ci il, bu mashina maximum hansi olculu disk teker taxa bileremqanun cercivesinde,mashinin kitabcasini itirmishem
Salam. Mersedes servisden sorusun,deyecekler
daireni sehv kechmeyin cerimesi ne qederdi
Sual aydin deyil. Konkret,neyi sorusursuz?
Salam, sualim beledirki, ypx-nin surucunu yolda hec bir sebeb olmadan saxlamaga ixtiyari varmi Zehmet olmasa maddesini de bildirerdiniz.
Salam. Yol hərəkəti haqqında Qanunun 85-ci maddəsinə əsasən, DYP əməkdaşı yolda hərəkət vaxtı səbəb olmadan nəqliyyat vasitəsini dayandıra bilməz.
salam...men 111 qeydiyyat nisaninin mewgul olub olmamasi barede sorgu gonderdim cavab olaraq geldi ki hemin nomre mewguldur.sorguda hemcinin qeyd etmisdimki buna benzer mesgul olmayan qeydiyyat nisanlari barede yazili melumat verin,lakin bu barede hec ne yazmiyiblar. men nece elde ede bilerem 111,222,333 ve s. qeydiyyat nisani.birde 500 manat dovlet rusumu odesem DYP-YA GETSEM DESELER BUTUN NOMRELER MESGULDU NECE novbe tuta bilerem
Salam. Qanunvericilikdə bu barədə məlumatın DYP-nin elektron səhifəsində yerləşdirilməli olması nəzərdə tutulur. Lakin bu, icra olunmur. Ona görə də məktubla müraciət edin, görün nə cavab verəcəklər.
salam bileceride abide deilen yerde kuruq var evvel hec bir iware yox idi indi yeni iware qoyublar kuruqa 3 istiqametden giris var her 3 istiqametdede 4.3 yeni kuruq iwaresi qoyulub indi bu kuruqda kim kime yol vermelidir birde mecburi hereket istiqameti nisanlari qoyulan yerde meselen tebriz kucesinde isiqforda 4.1.4 nisani qoyulub yerdede duzune ve sola donme var indi sola donen qanunu pozur ya yox onceden twk bildirirem
Salam. Əgər dediyiniz kimi 4.3 nişanı qoyulubsa, hərəkət növbəliliyi ilə bağlı hər hansı üstünlük nişanı yoxdursa, onda dairəyə yeni daxil olmaq istəyənlər dairədəkilərə yol verməlidirlər. 2-ci suala cavab olaraq bildiririk ki, yol nişanları və nişanlanma xətləri arasında ziddiyyət ola bilməz. Ziddiyyət varsa, təcili aradan qaldırılmalıdır. Həmin ziddiyyətə görə sürücü məsuliyyətə cəlb oluna bilməz. Ona görə də sürücü həm yerdəki oxa, həm də nişana uyğun hərəkət etməlidir və bu qaydalara uyğundur. Sadəcə çox diqqətli olmaq lazımdır.
salam.mən qeydiyyatda olduğum ünvanda yaşamıram,isteyirəm ki cərimələr, radarlar,qayda pozutuları haqqındakı müəlumatlar mənim email ünvanıma gəlsin bunun üçün nə etməliyəm Əvvəlcədən təşəkkürümü bildirirəm
Salam. Siz o zaman DYP-nin imtahan qeydiyyat shobesine yaxinlasib bu barede resmi melumat verin,harada yasayirsiniz ora gondersinler.
Mən sizi başa düşdüm,amma bir məsələni dəqiqləşdirim sizinlə.onda ötmə ancaq qarşıdakı maşının hərəkəti zamanı olur Polis mənə deyə bilərki ötmənin tərifində yazılıb ki: ötmək,zolağı dəyişməklə ötüb keçməkdir,səndə zolağı dəyişib sağdan ötdün.Yəni mən ona hansı maddəni deyim ki,tıxac vaxtı sağ zolaq boş olanda qarşımda dayanmış avtomobili sağdan ötə bilərəm.Polis mənə deyəcək ki sağdan ötmə yalnız qarşıdakı maşının sola dönməsi zamanı ola bilər.
Otme bashqa sheydi, yerdeyisme bashqadir.
Salam siz cavab yazmisizki Cerime mashina yazilmir.Surucuye yazilir. Vaxtinda odenis etmeseniz suruculuk vesiqenizi mehkeme yolu ile elinizden alacaqlar. mehdud qoyulacaq yoxsa alacaqlar
Salam.Alacaqlar elinizden.en azi 6 ay