Tıxac vaxtı mən qarşımdakı hərəkətsiz dayanmış avtomobili sağdan ötsəm və polis məni saxlasa cərimə yaza bilər Əgər yaza bilməzsə mən polisə necə sübut edim ki belə olan halda sağdan ötə bilərəm
Əgər həqiqətən də tıxacdırsa və bu vaxt dayandığınız zolaqdan sağda qalan zolaq boşdursa, ora yerdəyişmə edərək hərəkəti davam etdirmək ötmə deyil, buna görə heç kimi cərimələmək olmaz. Amma bizim sürücülər tıxac olanda sağ tərəfə yol çiyninə, səkiyə, bir az genişləndirilmiş avtobus dayanacağına, sağda olan bu tipli başqa yrlərə çıxaraq qabaqdakı maşınları ötürlər. Bu, çox kobud və təhlükəli qayda pozuntusu, həm də yüksək mədəniyyətsizlikdir. Belə sürücülər sərt cəzalandırılmalıdır.
Salam. 8 ay evvel radara dushmushem ve bu haqda mene bildirish gelmeyib. 1Bu halda menim mashinima hebs dushe bilermi 2Bu halda meni polis saxlasa ve sistemde gorse ki radarim var mashini cerme meydancasina aparmaga ixtiyari varmi Yoxsa yerindece protocol yazmalidir3Eger radara dushmeyimden artig 1il oturse o radar quvveden enirmiTesekkurler...
Salam. Sizin barənizdə qanuni qüvvəyə minməmiş qərar yoxdursa, avtomobiliniz saxlana və cərimə meydançasına qoyula bilməz. Sizi saxlasalar, bunu deyin və tələb edin ki, sizə rəsmi sənədlər versinlər. inzibati xətaya görə məsuliyyətə cəlb etmə müddəti 2 aydır. Bu müddət ərzində qərar və ya protokol olmayıbsa, iş xitam olunmalıdır.
Azərbaycanda Yol Hərəkəti Haqqında qanun üstün götürülür yoxsa Konvensiya Məsələn Yhq-la Konvensiya arasında ziddiyət olarsa hansı üstün götürülür Və üstün götürülməyi hansı qanunla nizamlanır
Əgər YHQ və Yol hərəkəti haqqında Konvensiya arasında ziddiyyət olarsa, Onda Konvensiya üstündür. Bu, bizim konstitusiyamızın 151-ci maddəsində yazılıb.
Salam men pravami yoxlayiram 240 man cerimem var. DYP meni saxladiqda bu cerimeni gore bilir hemin o 240 man cerime halhazirda surduyum mawina aid deyil
Cerime mashina yazilmir.Surucuye yazilir. Vaxtinda odenis etmeseniz suruculuk vesiqenizi mehkeme yolu ile elinizden alacaqlar
Salam. men bilmek isterdim ki, 1 il bundan qabag kontruksiya deyiwikliyi ile 150 man cerimelenmisem. bugunedek odememisem ustune faiz gelib. hansi masina cerime yazilibsa o masin satilib. bu cerime ile bagli mene ve ya masini alan sexi ne gozleyir evvelceden tewekkur
Salam.Cəriməni belə gecikdirdiyinizə görə satdığınız maşın saxlanaraq cərimə meydançasına qoyula bilər, sizn isə sürücülük hüququnuz 6 aydan 1 ilədək məhdudlaşdırıla bilər.
Umumiyyetce zolaqlarda yerde oxlarla gosterilen istiqametler mecburedicidirmiEger yerdeki ishare ile yol nishani arasinda ziddiyet varsa hansini esas gotrmeliyem
Her ikisi uzre hereket elemek olar, Cunki ziddiyetli nishanlara gore surucu mesuliyyet dasimamalidir
Salam.Cavabniza gore teshekkur!!Demeli tutaqki,men yol ayricna catanda dayandigim zolaq duzune ve saga hereketi mecbur etdiyi halda men sola getmey qerarini veriremse ve menim solumdaki zolaq sola getmeye icaze versede yol ayricnin yaxinliginda zolaqlar arasinda butov xett olduguna gore men hemin zolaqa kecib sola hereketimi tamamlaya bilmerem duzdumu! Bele olan halda men gedeceyim yere diger yol ayricindan donmeliyem yoxsa nece hereket elemeliyemxaish edrem cavablandirin
İstənilən manevri hərəkət şəraitinə və yol nişanlarına uyğun etməlisiniz. Dediyiniz halda necə etməyiniz yol şəraitindən asılıdır. Amma burada dönəcəkdim deyə növbəti yolayrıcında qaydanı pozub dönə bilərəm, söhbəti ola bilməz.
Salam. Men Vaz 2106 avtomobili idare edirem. Texniki baxisda vurulan 2015 hansi illere aiddir. Bu il yeniden kecmliyik mi Onceden tesekkurler, cavaba gore
Sizə verilən texniki baxış talonunda növbəti dəfə maşınınızı texniki baxışdan keçirməli olduğunuz il göstərilir. Deməli, 2015 varsa, bu il maşınınızı texniki baxıçdan keçirməlisiniz.
Buta sığortanın lisenziyası nə vaxt diyandırılacaq
Onu Buta sigortadan sorusun. Nese problem var Butayla bagli?
Salam. Cox xahis edirem mumkunse mene komeklik gosteresiniz. Mene Lexus rx300 ucun arxa amartizatorlar lazimdi. Tapa bilmerem. Eger bildiyiniz tanidiginiz biri varsa mene yol gosterin. Evvelceden tesekkur.
Salam. Biz ehtiyat hisseleri satmiriq. Amma Bakinin hansi noqtesine getseniz,ehtiyyat hisseleri magazasi var.
salam icbari sigortam yoxdu bilmek isteyirem bu halda yol polisi meni saxlayib icbari sigorta olmamaqina gore her hansisa bir cerime tetbiq ede bilermi
Salam. Beli,sizi 50 manat cerime gozleyir
salam men hansi mehkemeye muraciet etmeliyem xahis edirem mene basha salardiniz
Salam. Kimden shikayet edirsinizse onun qeydiyyatda oldugu rayonun mehkemesine muraciet edin
Bakı 2015 Avropa oyunları günlərində şirkətimizə məxsus avtomobillərin maneəsiz hərəkətini təmin etmək üçün buraxılış nişanlarını haradan alacağımız haqda məlumat verməyinizi xahiş edirəm.Nəzərinizə çatdırım ki,MİS və komendantlar məlumatsızdır.
Icra hakimiyyetine ve ya belediyyeye muraciet edin
Yol qanunlarına dəyişiklik adlı məqalə yazmısınız burda.Dəyişiklikdən biri 52 ci maddəylə baglıdı,yolun hərəkət hissəsində dayanmaq və durmaq qadagan edilib.bu nə dəyişikliyidiki Yol çiyni oldugu halda hərəkət hissəsində dayanmaq onsuzda qadagan.Mən belə başa düşdüm ki şəhərdə yol çiyni olmadığı heç hərəkət hissəsindədə saxlaya bilmərik.elədi
Dediyiniz dəyişiklıklər sırf texniki xarakter daşıyır. Onların heç biri yol hərəkəti qaydalarına, o cümlədən 52-ci maddədə nəzərdə tutulan daynma və durma qaydalarına dəyişiklik etmir.
Avtomobili idare ederken iwiqfora catdigim zaman yawil iwiq sari iwiqla deyiwdi. Men yolumu davam edib sari iwiqda kecdim. Yolu tam olaraq hetda eks yolun terefindeki iwiqforuda sari iwiqda kecdim. Bu halda DYP mene cerime yaza biler
Sari ishiqda hereketi davam etdirmek yolverilmezdir. Cerime yaza biler. Sari ishiq sayrisarken kecmek mumkundur. Amma sari ishiq yanirsa, o zaman kecmek qadagandir
Salam.Zolaqlarda yol ayriclarinda oxlarla gosterilen istiqamete gedmey mecburidirmiEger mecburidirse,men qonaq oldugum halda evvelceden hansi terefe doneceyimi qabaqcadan bilmediyim ucun yalniz yol ayricna catanan sora qerar veriremse onda zolaqin ustunde gosterilen isharenin telebini pozmali oluramYeni nece ede bileremki qabaqcadan bilimki zolaqai vaxtinda duz tutum
Salam.zolaqlar ona yaxinlasanda cekilmir ki. Evvelceden yol nisanlar,nisanlama xetleri qoyulur,xeberdarliq edilir. Nisanlara diqqet elemek lazimdir.Qanunda qonaqlara hansisa guzest nezerde tutulmur. Hereket zamani isharelere ve yol nisanlarina diqqetle baxmaq lazimdir
Salam,bir terefli yolda sagdasolda dayanma durma qadagandir znaki varsa solsag terefde mashin saxlamaq qadagandirmi
Sual tam aydin olmadi. Amma nishan varsa, hemin istiqametde saxlamaq olmaz. Yolun bir istiqametindeki qadaganedici nishan diger istiqamete aid deyil.
Salam. Men 7 aydir Lexus RX300 90-NM-197 markali masini almisam. Ancaq hele masini adima kecirmemisem. Hal hazirda etibarnamegeneralni ile sururem. Ozum Semkir qeydiyyatindayam ama herbici oldugum ucun basqa yerde yasayiram. Indi bilmek isteyiremki masini oz adima nece kecire bilerem ve nomre masinin ustunde qala bilermi Evvelceden tesekkur edirem.
Salam. Masini oz adiniza o halda kecire bilersiniz ki, sahibi gelsin,alqi-satqi muqavilesi imzalasin. Bele de, davernostla da yaxin adamlarinizdan birinin adina kecire bilersiniz,ondan davernost alarsiniz.o daha etibarli olar. Nomreni de mashinin ustunde saxlamaga tam ixtiyarsiniz var. Qanun buna imkan verir.
salam men rusiyadan piriora markali aftomobil getirmiwem.1.6 mator,106 at gucu ili 2014.rastamowka etmey ucun dovlet rusumu ne qederdir.
Salam. bunu rusum.az saytında gömrük kalkulyatoru vasitəsilə özünüz hesablayın.
İki tərəfli yolda yerdə qoşa xətt var və mən tərəfdən qırıq qırıq xəttdə var.Həmin yerdə sola və yaxud geriyə dönmə nişanı,nişanlanma xətti yoxdursa mən həmin yerdən sola və geriyə dönə bilərəm
dediyiniz yerdə geriyə və sola dönməni qadağan eden heç bir nişan yoxdursa və dediyiniz kimidirsə, geriyə və sola dönmə tam olaraq qaydalar çərçivəsindədir.
salam men 21 oktyabr taixinde dovlet yol polisi terefinden qanunsuz olaraq saxlanilmisam.Inspektmene inzibati xetaya gore protokol yazib.men ise protokolda oz shikayetimi bildirmisem.yol polisi ishcisi mene dediki 15 gun erzinde sene zeng olacaq ve kamer vasitesi ile baxilacaq.lakin buna baxmayaraq dovlet yol polisi hec bir qebz vermeden menim protokulumu sisteme kocurub ve uzerine faiz gelib .xahis edirem men ne etmeliyem mene komey edin.
Salam. Əgər hər şey qeyd etdiyiniz kimidirsə, onda bu məsələdə prosedur qaydaları pozulub. Siz həmin DYP orqanına müraciət edin, barənizdəki qərarı rəsmi şəkildə əldə edin və bu qərardan məhkəməyə şikayət edin.
Sualım belədir.5.3 nişanı yəni avtomobil yolu nişanının təsir sahəsində sürət nə qədər olmalıdır 43 cü maddənin 4 cü hissəsində göstərilib ki avtomagistrallara aid olan tələblər 5.3 nişanı olan yollarada şamil olunur.Həmin maddədə sürətlə baglı bir müddəa olmadıgı üçün məncə sürət 110 olmalıdı.amma Talıbovun kitabında,minik avtomobilləri üçün 5.3 nişanında sürət 90 göatərilib. Bu nə dərəcədə düzgündür Düzgündürsə hansı maddəylə nizamlanır
Bütün yollar üçün sürət rejimini "Yol hərəkəti haqqında" Qanun tənzimləyir. Həmin qanun isə yalnız avtomagistral üçün fərqli rejim nəzərdə tutur. Ona görə də 5.3 nişanı olan yolda maksimal sürət 90 km/saat-dır.
Salam.DYP məni saladığı halda mən jurnalist olmasam belə bu prosesi mən videoya çəkə bilərəm
Salam.Ceke bilersiniz!
salam. mashin radara dushub mene bildirish gelmeyib.mashina hebs qoyula bilermi.sisteme vurulmayib yeni qerar yoxdu. saq olun
Salam. Belə olan halda heç bir həbs ola bilməz, çünki qüvvəyə minmiş qərar yoxdur.
salam.mən lada 2172 maşınıma xenon lampa qoymuşam bunun cəriməsi varmı.ya yox
Salam. Duman faralaarına qoymusunuzsa, sizi 150 manat cərimə gözləyir. Digər faralara qoyduğunuz ksenon avtomobilin modelinə uyğundursa və i.ığın paylanmasında tələblər pozulmursa, problem olmmaz. Amma digər faralar üçün də standartlar və şərtlər pozularsa, yenə 150 manat cərimə oluna bilərsiniz.
Salam10.01.2015 də qəza keçirmişəm. Təqsirləndirən sürücünün icbari sığortası ATA Sığorta tərəfindən olunub. 14.01.2015 də bütün sənədlərqüsr aktı, sərxoşluq haqda, forma 4 vəs. Gəncə fililına təqdim olunub. 26.01.2015 tarixinə qədər mənə heç bir məlumat verilimədi. Elektron sorğularıma cavab verilmədi daha sonra 20.01.2015 tarixində Ata sığorta ümumi şöbəyə ordan isə başqa bir şöbəyə nəhayət sənəd şöbəsinə zəng etdim, mənə 1 saat içində xəbər verəcəklərini dedilər sonra heç danışığı bitirməmiş dedilər ki, sənəd əksidki , guya forma 4 sərxoşluq haqda olan xana birdə sürücülük hüququ olan xana boşdur. Əslində hər iki sürücün sərxoşluq aktları sənədlər arasında var idi ümumiyyətlə sənədlərdə əksiklik yox idi , əksik doldurulduğunu iddia etdikləri sənədi göndərmədilər dedilər guya baş ofisdəymiş Sənədlər Gəncə ofisinə yollayacıq dedilər Gəncə ofisi isə bu səndələri alıb mənim yenidən Mingəçevir şəhərinə polis şöbəsinə gedib doldurdaraq Gəncə ofisinə təqdim etməli olduğumu dedilər. Maliyyə Nazirliyi Dövlət Sığorta Xidmətinə məktub yazdım yalnız bundan sonra 28.01.2015 də mənə İSB nömrəsindən ``28.01.2015-li sığorta tələbiniz qeydiyyta alınmışdır`` məzmunlu sms gəldi. 30.01.2015 tarixində Gəncə ofisindən sənədləri alaraq Mingəçevir şəhər polis şöbəsinə gedib istədikləri sənədi hazırlayıb Gəncə ofisinə təqdim etmişəm. Hələ də mənə hər hansı məlumat verilməyib. Nə qədər ödəniş edəcəklər və nə vaxt edəcəklər bu haqda heç bir məlumat verilməyib. Sizcə nə etməliyəm
Salam. İndiyədək etdiklərinizi düz etmisiniz. Amma dediyiniz arayış sığortaya çatandan sonra 7 gün müddətində məsələ həll edilməlidir. Ona görə də bu müddəti də gözləyin, nəticə olmasa, yenə Sığorta nəzarəti xidmətinə şikayət edin.
Salam.Sualım dünən Milli Məclisin deputatı Eldar İbrahimovun yol polisinin ünvanına səsləndirdiyi ittihamla bağlıdır.Yol hərəkətinin tənzimlənməsində millət vəkilləri və ya hər hansı idövlət məmuru üçün güzəşt nəzərdə tutulubmuTəşəkkürlər.
Salam. Heç bir güzəşt nəzərdə tutulmur. Sadəcə olaraq MM üzvü məhkəmənin tətbiq etdiyi təhbehlərə (inzibati həbs, əmlak müsadirəsi və s.) xüsusi qaydada - MM-in icazəsi ilə məruz qala bilər. Amma qaydanı deputatın sürücüsü pozarsa, buna əsaslar olduqda onu hətta yerində həbs etmək də olar
Salam. Radara düşmüşəm, 1 aydır ki protokol yazılıb. Banka gedirəm amma sistemə hələ oturmayıb. Bu nə deməkdir Bu haqda kimə və haradan müraciət edim
Salam. Siz bununla bagli DYP-nin 902 xidmetine zeng edin
Məni çox düşündürür: Yasamal rayonu Haqverdiyev küçəsi ilə Zahid Xəlilov küçəsinin kəsişdiyi yerdə Favorit mağazası var. Həmin mağazanın qarşısı Haqverdiyev küçəsi daim avtodayanacaq kimi müştəri maşınları ilə dolu olur. Digər tərəfdən yolun hər iki tərəfində taksilər dayanır. Üstəlik burada yolun hər iki üzündə avtobus dayanacağı mövcuddur. Bu bir-birinə paralel dayanacağı 100 metr H.Cavid prospektinə tərəf dəyişmək üçün kimə müraciət edək
Dediyiniz problemlə bağlı Bakı ŞİH-nə, Nəqliyyat Nazirliyinə və Bakı şəhər DYP İdarəsinə müraciət edin. Yaxşı olar ki, bir qrup sakin adından müraciət edin.
Salam mən tbilisi prospekti ile uzu 20 yanvar metrosuna geden yoldan cavadxan küçəsinə dönüş etdim və öz yoluma davam etdim.Cavadxan küçəsindən Hüseynbala Əliyev küçəsinə döndüm və hərəkətə davam etdim.Hüseynbala Əliyev küçəsinin sonunda yol polisin məni teqib etdiyini gördüm və maşını durduraraq nə baş verdiyini öyrənmək istədim.Bu zaman yol polisi mənim maşınımın qarşısında öz xidməti avtomobilini çox kobud şəkildə saxlayaraq məni əmrə tabe olmamaqda günahlandırdı və məndən sənədləri təqdim etməyimi istədi.Mənim sənədlərim evdə qaldığı üçün mən yol polisinə 3 saat ərzində sənədlərimi təqdim edəcəyimi bildirdim.Lkin buna baxmayaraq yol polisi mənim sükanın saö tərəfinə keçməyimi tələb etdi və mənim avtomobilimi cərimə meydançasına apardı.Mən sənədləri 20 dəqiqə ərzində polis işçisinə təqdim etdim lakin yol polisi məni avtoxuliqanlıq protokolu ilə hədələyərək mənim avtomobilimi duracaqdan buraxmadı.İnspektorun dediyinə görə mən tbilisi prospektinden cavadxan küçəsinə dönərkən mənə saxla əmri verilib və mən tabe olmamışam.Mənim avtomobilimin markası ford tranzityük yerində isə dükanlara apardığım çörəklər.Mənim 56 yaşım var.Bilmək istəyirəm mən bu halda kimə və hara şikayət edə bilərəm.xahiş edirəm kömək edəsiniz.Əvvəlcədən təşəkkürlər.
Salam. Siz bu barede derhal 902 ve 102 xidmetine zeng edib sikayet edin. O cumleden, mia.gov.az saytina daxil olaraq daxili isler nazirine birbasa erize ile muraciet ede bilersiniz.