Salam, Men 24.12.2013-cü ilde mülkiyet ve sürmek etibarnamesi ilə maşın almışam. 3 ay sonra YPX əməkdaşı meni saxladı ve bildirdiki maşını kimden almışamsa 2-ci adamdır hemin şexs 19.11.2013-cü ilde işıqforu qırmızıda keçib ve cerimeni ödəməyib. YPX emekdaşı onu da bildirdi ki, indi problem olmasada qeydiyyatdan çıxardanda problem olacaq çünki cerime ödənilməlidir. Men 1-ci şexsi texniki pasport kimin adınadır tapsam o mənə kömək edə bilər Öncədən teşekkür edirem... SALAM, Yeqin size tam izah edə bilmedim maşın kreditdedir 2-ci şexsi men taniyiram zeng edirem cerimeni ödemir. Cerime ödənilməsə ada keçirməkdə 1-ci şəxs mənə kömək edə bilər
Cerime odenilmeden avtomobil uzerinde her hansi emeliyyat aparmaq cetin olacaq.O adam raziliq vermelidir.cerime odenilenden sonra avtomobille bagli ne isteseniz ede bilersiniz.Siz DYP-ye erize ile muraciet edin.qoy aydinlasdirsinlar ki.bu xetani siz toretmemisiniz.ondan sonra hemin adama yonlendirile biler
Bir daha salam lamboodoorsu ,men qaidende soruwdum onlarda konstruksiya deyiwikliyi do yolda idare etmek olmaz rey almaq lazimdi dedi,xaiw edirem aydinlawdirardiq maddelerle
Reyi DYP-nin imtahat qeydiyyat menteqesinden almaq lazimdir.Ora muraciet edin
Texniki baxışa aid məqalənizi oxudum ancaq mənə bir qaranlıq məqam qalıb.Mənim maşınım iki ildən bir keçdiyinə görə bu il texniki baxışdan keçsəm keçən il vermədiyim yol vergisini verməliyəm yoxsa yox
http://avtosfer.az/news/5064 bu yazida sualinizin cavabini tapcaqsiniz
Salam. Texniki baxış mərkəzi yenə mərkəzləşdirilimiş formada olacaq Yəni sürücülər avtomobillərini qeydiyyatda olduqları rayonda texniki baxışdan keçirə bilməzlər
Salam. Texniki baxis butun regional imtahan qeydiyyat menteqelerinde ve Bakida aparilir
Salam, Men 24.12.2013-cü ilde mülkiyet ve sürmek etibarnamesi ilə maşın almışam. 3 ay sonra YPX əməkdaşı meni saxladı ve bildirdiki maşını kimden almışamsa 2-ci adamdır hemin şexs 19.11.2013-cü ilde işıqforu qırmızıda keçib ve cerimeni ödəməyib. YPX emekdaşı onu da bildirdi ki, indi problem olmasada qeydiyyatdan çıxardanda problem olacaq çünki cerime ödənilməlidir. Men 1-ci şexsi texniki pasport kimin adınadır tapsam o mənə kömək edə bilər Öncədən teşekkür edirem
Salam. Yəqin ki, adına qeydiyyat şəhadətnaməsi olan adam dediyiniz ikinci şəxsə avtomobili özü verib. Ona görə də onu tapmaqda sizə kömək edə bilər. Amma avtomobilin belə adamdan-adama keçməsi DYP-nin qeydiyyat imtahan məntəqələrində və notariuslarda da olur. Onlar da sizə ortadakı adamı tapmaqda kömək edə bilərlər.
Salam. Sualım belədir. Əgər sürücünün qabağında svetoforsuz 1.8 işarəsi varsa, qarşıdan gələn sürücünün qabağında svetefolarsa və qırmızı işıq yanarsa, qırmızı işıq svetoforsuz 1.8 işarəsi ilə nizamlanan sürücüyə aiddirmi yoxsa hərəkəti davam etdirə bilərmi Əgər qayda pozuntusu hesab olunursa cəriməsi nədir Əvvəlcədən təşəkkürlər.
Salam. 1.8 işarəsi deyəndə nə nəzərdə tutursunuz. Əgər 1.8 xəbərdarlıq nişanını nəzərdə tutursunuzsa, bu, svetoforun olması barədə xəbərdarlıq edir və bəzi yerlərdə svetofordan ən azı 50 metr qabaqda qoyulur. Onun svetoforun işıqlarına heç bir aidiyyəti yoxdur. Əgər sürücünün qabağında svetofor varsa, o, 1.8 nişanının olub-olmamasından asılı olmayaraq svetoforun göstərişinə riayət etməlidir. Svetoforun tələbini pozmanın cəriməsi 60 manat və 3 baldır.
Salam.lamboodoors yani yuxari acilan qapilar qaninla qadagadirmiqadagadirsa hansi madde ile
Salam. Avtomobilin qapısını yuxarı açılan etmək konstruksiya dəyişikliyidir. Ona görə də belə dəyişiklik edildikdən sonra xüsusi texniki rəy alınaraq avtomobilin istismarına icazə verilməsə, bu qadağandır və belə avtomobillə yolda hərəktə etmək olmaz.
Salam.Bayramınız mübarək.Yeni ildə Sizə fəaliyyətinizdə uğurlar arzulayıram.Belə bir sualım var.Oxucular tərəfindən göndərilmiş və sizin sayt tərəfindən ictimailəşdirilmiş kobud yol hərəkəti qaydalarının pozulmasını əks etdirən videogörüntülərlə DYP idarəsi maraqlanırmı və ümumiyyətlə bu görüntülərə görə avtomobil sahiblərinin inzibati məsuliyyətə cəlb olunması mümkündürmü .Cavab üçün təşəkkürlər.
Salam.Bayraminiz mubarek. Elbette,videiolarla bagli ekser hallarda DYP maraqlanir ve tedbir de gorulur.Eger ortada fakt varsa,elbette,cezalandirmaq mumkundur.
Nobel prospektindəki 1.3 nişanlanma xəttini kəsib zolaqlar üzrə yerdəyişmə etmək olar Əgər olarsa yhq nın hansı maddəsinə əsasən.
Nobel prospktində və ya hər hansı başqa yolda 1.3 nişanlanma xəttinini eyni istiqamətli hərəkət zolaqlarını ayırmaq üçün tətbiqi YHQ-də nəzərdə tutulmur. Deməli, bu xətt orada olmamalıdır. Belə olan halda onu istənilən yerdə kəsmək olar.
Salam. Yeni il bayramınız mübarək! Sizə sualım var. Yaşayış məntəqəsindən 1 hərəkət hissəsi və 4 hərəkət zolağından ibarət olan əsas yola sola dönərkən və ya əsas yoldan yaşayış məntəqəsinə dönərkən 1.3 xəttini kəsib keçə bilərəmmi yoxsa sağa dönüb bir neçə kilometr uzaqlıqdakı dairədən dönüb əks-istiqamətli yola keçməliyəmmi Əvvəlcədən təşəkkürlər.
Salam.Bayraminiz mubarek. 1.3 nişanlanma xəttini heç bir halda və heç bir əsasla kəsib keçmək olmaz.
Mənim avtomobilim texniki baxışdan 1 yanvardan 1 maya kimi keçməlidir.Mən bu il yanvarda keçib gələn il apreldə keçə bilərəm yoxsa bu il hansı ayda keçmişəmsə gələn ildə həmin ayda keçməliyəm
Ne vaxt kecirsiniz kecin,onsuzda texniki baxish bir illik hesablanir
Lada Priorada faralar ishigi zeif vurur,maksimum 2 metr ishig salir,o da cox azdir
Servise gosterin.Lampalardan ola biler ve ya ishiq cihazlari duzgun tenzimlenmir
Salam.Bayramınız mübarək.sualım belədir:Mənim avtomobilimin 10 ili tamam olmadığı üçün iki ildən bir keçirəm texniki baxışdan.Yanvarın 1 dən yol vergisi ləğv olunursa mən arada keçmədiyim 1 ilin yol vergisini verməliyəm yoxsa oda ləğv olunur
Salam. Bayraminiz mubarek.Bu barede genish materialimiz olacaq saytda. Baxarsiz.Bayramdan sonra
goresen niye avtomobil qezalari zamani qanuni senedlerimiz olan halda sigorta vaxtinda komek etmir o zaman qeder ki artiq alacagimiz konpensasiyani xerclemis oluruq ve sonra da hansisa maddi maraq shertile musterini memnun edir
Sigorta Nezareti Xidmetine zeng edin,muraciet edin,huquqlarinizi teleb edin
Salam.Bu gün işdən evə qayıdarkən 10 GO 840 dövlət nömrə nişanlı avtomobil və onun sahibi ilə xoşagəlməz insident yaşadım.Onun xuliqanlığının mənim videoregistraturada yazısı var.Onu Sizə necə göndərə bilərəm.Onun məni təhqir etməsi məsələsi isə Daxili İşlər Nazirliyinə müraciət edəcəyəm.Bu görüntü isə onun özbaşnalığının subutudur
Salam. Zehmet olmasa [email protected] adresine gonderin. Videodan elave qisaca melumat yazin,baxaq gorek ne meseledir. DINe mutleq muraciet edin.tedbir goruler her halda
Salam.Dumanni isiqlara ksenon qoymaga icaze var
Salam. Dünyanın əksər avtomobil istehsalcıları duman faralarına ksenon lampa qoymur. Əgər zavod həmin faraya ksenon qoymayıbsa, ora ksenon qoymaq olmaz. Bu, təhlükəlidir. Ona görə qadağandır.
yenə salam, əgər yolda nişanlama xətləri pozulubsa məsələn, qoşa xətt xətti keçdikdə yəni qaydanı pozduqda polis saxlaya bilər, yəni xətt pozulub görülmürsə
Yene salam. Əgər qoşa xətt pozulub, görünmürsə, deməli, mövcud deyil. Əgər başqa qayda pozulmayıbsa, mövcud olmayan xıttin tələbini pozmaya görə heç kəs məsuliyyətəcəlb oluna bilməz,
salam, icbari sığortam varsa, hansı hallarda, yəni hansi nasazlıq hallarında və ya qəza hallarında sığorta şirkətinə müraciət edə bilərəm
Salam. İcbarı sığort sizin təqsiriniz nəticəsində baş vermiş qəzada zərər vurduğunuz başqa adama dəyən ziyanı ödəmək üçündür. Blə olduqda sığortaya müraciət etmək lazımdır..
152-1.2 ve296-1 maddelerile suruculuk huququndan mehrum edildikde suruculuk vesiqesini goturende imtahan verilmelidirmi. cox saq olun
Suruculuk huququ bir ile qeder mehdudlasdirildiqda imtahan lazim deyil.1 ilden artiq muddete mehdudlasdirilibsa,imtahan verilmelidir
Salam.Mende Lada Priora markali avtomobildi.Ona 2 il bunan qabag ksenon lampalari qowdurmuwam,requlirovkada etdirmiwdim,duzgun iwigi vururdu.indi sokmushem.Eger men faralara bixenon linzalari qurawdirsam,elave avadanlig sayilmayacaq bu
Salam. Zavod istehsali olmayan avadanliqlarin,ishiq cihazlarinin qurasdirilmasina gore mesuliyyet nezerde tutulur.Istehsalci zavodun qurasdirdigi ishiq cihazlarindan elave cihazlar qurmamaginizi meslehet gorerdik
Sizə iki sualım var:1 Gecə vaxtı maşının işıqlarını söndürülmüş halda idarə edilməsi yhq nın hansı maddəsi və ixm nın hansı maddəsi tətbiq edilir 2 Heydər Əliyev prospektindəki orta yolda yəni 80 lik yolda 3.27 nişanı yoxdur,mən həmin orta yolda dayana bilərəm Yol polisləri icazə vermir dayanmağa.Nəyə əsasən icazə vermir Nişan yoxdu axı orda
Gecə vaxtı NV-nin işıqlarını yandırmadan sürmə YHQ-nin 73-cü maddəsinin tələblərini kobud və təhlükəli şəkildə pozmadır. Buna görə İXM-in 151-2.2-ci maddəsi 30 manat cərimə nəzərdə tutur.
NV-nin dayanması və durması təkcə 3.27 nişanının təsir sahəsində qadağan edilmir. YHQ-nin 52-ci maddəsində müəyyən olunan qaydaları pozmaqla da dayanma və durma qadağandır. Məsələn ikitərəfli yolda NV yalnız yolun sağ kənarında dayana və dura bilər. Dediyiniz halda ortadakı hərəkət hissəsinin sağı yolun sağı deyil, çünki ondan sonra ayırıcı zolaq və ikinci hərəkət hissəsi var. Ona görə də orada dayanma və durma qadağandır.
1997-ci il noyabr.mersedes c-240cəmi 170 min gedib.hansı motyağından istifadə edim hal hazırda VVulf yağından istifadə edirəm.2. sual. BAS-ASR lampası sarı rıngdı yanır.usta deyir blok xarabdı dəyişilməlidir. hardan tapa bilərəm qiyməti nə olacaq
Avtosfer.az saytindaki butun yazilarin altina diqqet edin. Repsol yaglarindan istifade ede bilersiz. Diger sualla bagli texiki temir yerlerine muraciet edin.
salam ... bilmek isterdim, mashini başqasının adından çıxarıb, öz adıma keçirməyin rüsumu nə qədərdir
Salam. 59 manat
salam etibarnamenin vaxti bitmemis texpasportu nece deyisdire bilerik.Ve biz isteyirik ki nomre deyisilmesin.
Salam. DYP-nin qeydiyyat-imtahan shobesine gedin,orada deyismek ve ya addan-adda kecirmek mumkundur.Masini alan ve satan shexsin naraziligi yoxdursa nomre saxlanlila biler. Rusumu 59 manatdir
Salam.Size bir sualim var.Qabaq terefde uwagin oturulmasina gore cerimenin ne geder oldugunu oyrene bilerem sizden
Salam. Sernisindasima qaydalarinin pozulmasina gore 60 manat ve 3 bal cerime nezerde tutulur
Salam eger qardaw qardawa surmeye etibarneme vererse rusmu neqederdicox sagolun sualarmizi cavabsiz qoymadiqniz ucun
Salam. Qardaşa verilən sürmək üçün etibarnamənin dövlət rüsumu 5 manatdır.
Salam suruculuk vesiqesnin vaxdi bitibdir yeniden almaq ucun saglamliq kagzi lazmdirmi ve vesiqenin deyiwmek rusmu ne qederdi
Salam. Əgər 60 yaşıniz yoxdursa, sağlamlıq arayışı lazım deyil. Rüsumu 18 manatdır.
Sizə belə bir sualımda var: Dövlət rüsumu haqqında qanunun 10.2.2 ci maddəsində yazılıb ki Nəqliyyat vasitələrinin özgəninkiləşdirilməsi müqaviləsinin təsdiqi üçün, Əmlak digər şəxslərin mülkiyyətinə keçirsə 50 manat. Bu müqvilə nəyə görədi Heç kim alqı satqı və bağışlama vaxtı bu müqaviləni baglamır axı.Bu müqaviləni bağlayanda əmlak mənim mülkiyyətimə keçirsə onda niyə qeydiyyat imtahan məntəqəsinə gedirik
Hazırda ölkəmizdə avtomobillərin alqı-satqısı qanunda nəzərdə tutulan qaydada deyil, sovet dövründən qalan təcrübəyə uyğun aparılır. Qeyd etdiyiniz rüsum avtomobil notarial qaydada alınıb-satılanda tutula bilər. Bunu isə heç kim etmir. Hazırda avtomobilin adda ada keçirilməsini DYP-nin qeydiyyat-imtahan məntəqələri edirlər.
Avtomobil texpasportla mənim adımadı,mən 2 nəfərə generalni etibarnamə verə bilərəm Yəni 2 ci şəxsə generalni etibarnamə verəndə 1 ci baş etibarnamə ləğv olur yoxsa qüvvədə qalır
Dediyiniz halda əvvəlki etibarnamə də qüvvədə qalır. Əgər yeni etibarnamə verərkən əvvəlkini xüsusi olaraq ləğv etməsəniz o da qüvvədə qalır.
salam men bilmek isderdimki polis mashininda olan kamera ve yazilmish ses nece gun saxlanilir men polisin hereketlerinden shikayet etmishdim mene dediler subutun varmi dedim polis mashininda olan kamera ve yazilmish ses bes eder mene dedilerki onlar silinib deyendeki niye dediler onu saxlamiriq biz... TESHEKKUR
Salam. Yol polisinden sikayet olunanda hemin xususi texniki vasitelerin komeyli cekilmis video ve auidio yazilara baxilir,arasdilirir,qerar cixarilir.Bele tez bir zamanda siline bilmez.Siz daxili isler naziri cenab Ramil Usubovun adina sikayet yazin.