Salam.Tutaq ki mənim inzibati xətam yoxdur ancaq dyp postunda sənədləri yoxlamaq məqsədiylə məni saxlasalar və sənədlərimi evdə unutduguma görə 3 saat ərzində inspektora təqdim edə bilmədikdə məni hansı cərimə və ya məsuliyyət gözləyir
Salam. Baxır hansı sənədi unutmusunuz. Əgər qeydiyyat şəhadətnaməsi və ya etibarnamə (yaxud onların hər ikisi) yoxdursa, sizə İXM-in 152.1-ci maddəsi üzrə 40 manat cərimə yazılacaq. Qalan sənədlər varsa, sadəcə unutmusunuzsa və vaxtında gətirə bilirsinizsə, cərimə nəzərdə tutulmur.
Salam. Sualim odur ki: menim mawinim var, ve mawinin tex-pasportu oz adimadir. Amma suruculuk vesigesi hec vaxt olmayib. Indi soruwmah isteyirdim. Men oz avtomobilimi idare edsem, ve DYP meni saxladihda ganuni wekilde cerimesi ne gederdir Ve DYP bu halda neye icazesi var
Salam.Suruculuk vesiqesi olmadan neqliyyat vasitesini idare etmeye gore birinci defe 100 manat. ikinci defe 200 manat cerime nezerde tutulur
salam deyerli insanlar. men size kecen defe mmx cerme haqda yazmiwdim . dyp muraciyet eledim mene dediler mmx 939518 yazdir bankda cixacaq cerme mende yazdirdim cerme cixdi . cerme menim adima yox memedov samir deye birnin adina cixdi .hal hazirda odemiwem. indi bu faktla bagli men kime muraciyet etmeliyem bu sizce normal haldirmi onceden twk bildirirem .
Salam. Bu bizə tam aydın olmadı. Qaydanı kim pozubsa, cərimə onun adına yazılır və onun adından ödənməlidir (kimin ödəməsi fərq etmir). Əgər cərimə sizin adınıza yazılıbsa, sistemdə başqa adam görünürsə və onun adına ödəyirsinizsə, probleminiz olacaq.
Salam. Qarsi yola cixdigim ucun YPX emekdasi mebi saxladi ve 60 Azn mebleginde cerimeledi. Amma bal baresinde hecne demedi, protokolola da yazmadi. Internetde baxdim, menim adima hele ki cerime ve ya bal haqqinda hecne gosterilmir. Sualim odur ki, mene bal yazilib ya yox, ve eger yazilibsa cerimeni odeyende silinir yoxsa onun silinme muddeti var Cox sag olun
Salam. Cərimə balı protokola yazılmır. Protokol İXM-in bal olan maddəsinin nömrəsi üzrə yazılanda bal avtomatik düşür. Məsələn, dediyiniz halda yəqin ki, sizə 151.2-ci maddəni tətbiq ediblər, buna görə 2 bal düşəcək. Cərimə balı qərar qüvvəyə minəndən sonra 1 il qüvvədə olur və 1 ilin tamamında avtomatik silinir.
Salam. DYP masinimi surerken meni saxlayaraq, 300 manatliq radarimin oldugunu bildirdi. Mene bu haqda hec bir melumatin gelmediyini desem de, masinimi cerime meydancasina apardilar.50 manatcerimevererek masinimi cixartdim ordan. DYP-nin hereketi duzdurmu
Butun hallarda cerimeler bank,poct,plastik kartla post terminallarda ve internetde odenilmelidir. Polise elbeel cerime odemekle hec neyi hell etmememisiniz. 300 manatliq cerime varsa,o oz yerinde qalir.Gedin deqiqlesdirin,cerime varsa odeyin. Onsuz da masini alib satanda onu size odetdirecekler
Salam.Yaşayış məntəqəsindən kənar yolla gedirəm,yolda 110 sürəti qoyulub.həmin 110 nişanından 200 metr sonra göy fonda yaşayış məntəqəsinin adı yazılıb.Həmin göy fonda olan yaşayış məntəqəsinə daxil olduqda 110 nişanı qüvvədən düşür 90 olur Yoxsa 110 sürəti ilə davam edə bilərəm
Salam. Yasayiy menteqesinde suret heddi avtomatik 60-a endirilmelidir. Göy fonlu yaşayış məntəqəsini bildirən nişan (5.24 nişanı) sürət rejimini dəyişmir. Amma siz ehtiyatlı olmalısınız. Ölkəmizin yollarında 90-dan yuxarı sürət göstərən 3.24 nişanlarının hamısı qanunsuzdur.
Salam Gence dovlet texniki kolecin Dovlet yol polisinde inzibati huquk faliyeti fakultesini bitirmisem boyum 176 sm polisde xidmet etmek isteyirem fakultem uygun gelir xais edirem bu suala cavab vererdiz.
Salam. boyu 180 sm-dən az olanları işə qəbul etmirlər. Müstəsna hal kimi 175 sm-dən yuxarı olanları da qəbul edirlər (Qanun buna imkan verir). Hər halda bəxtinizi sınayın.
tesekkur ediram bayaqki cavaba gora lakin man haman vax asabi oldum geca saat 2 idi yuxusuz yorgun idim man izah eldim orda znak yoxdur sola donma qadagandir deya neca komaklik eda bilarsiz mana
Eger mehkemeye cixarmaq isteyirsinizse bu meseleni, o zaman Avtosfer.az saytinin huquqşünasi Ərşad Hüseynov size yardimci ola biler. Zeng edersiz, nomresini deyerik
salam znak olmayan yerda nizami rayon arazisinda mana pratakol tartib edilib ancaq man qol cakmadim cunki qararla razi deyildim pratakolda olarda qaldi mahkamaya vera bilaram oncadan tesekkur
Salam. Protokola imza etmemek mesuliyyetden azad etmir. Imza edib sikayetinizi de orada qeyd etseydiniz daha yaxsi olardi. Amma DYP-ye gedin,orada qerar qebul olunarken sikayetiniz yazin ve hemin qerar esasinda mehkemeye muraciet ede bilersiniz. Eyni zamanda, Avtosfer.az saytina da muraciet ede bilersiniz
Maşın MMK-lara görə cərimə meydançasındadı. bu inzibati işin müddəti nə qədərdi. yəni əgər cərimələr 1 il ödənməsə və maşın cərimə meydançasıda qalsa cərimələr ləğv ya yox
İXM-in tələbinə əsasən, cərimə növündə tənbehin icra müddəti məhdudlaşdırılmır. Hətta cəriməni ödəməyən şəxsin avtomobili duracağa qoyulsa da, onun sürücülük hüququ məhdudlaşdırılsa da, cərimə ödənilməlidir.
Stop niwani yox.Yerde stop xetti varsa yolda bowdur daynmadan kece bilerem
Bəli, 2.5 nişanı yoxdursa və yol verilməli hərəkət iştirakçısı yoxdursa, dayanmaq məcburi deyil.
Salam.dünən sizə sual verdim ki BC kateqoriyası üzrə 4 il bundan əvvəl imtahan vermişdim və nəzəri imtahandan uğurla keçdim amma o vaxtdan təcrübi imtahanı verməmişəm.902 yə zəng elədim,onlar dediki sizin verdiyiniz nəzəri imtahan ləğv olunub yenidən nəzəri imtahan verməlisiniz. Bu nə qədər doğrudur
Salam. Siz 902-yə və ya başqa bir şəxsə deyin ki, bu hansı qanunvericiliyə əsasən ləğv olunub. Qoyun sizə konkret göstərsinlər. Sizə verilən cavab qanuna uyğun deyil imtahanın nəticəsi ləğv oluna bilməz. Qanunda belə şey yoxdur.
Salam.Nesimi rayon yol polisi ishcisi Reshad Quliyev rushvet almasi haqqinda bir xeber olmalidi sizde,mumkunse linki mene gondererdiz.Cox sagolun
http://avtosfer.az/news/4143
Salam. 14.11.2014 tarixinde mene protokol yazilib. Protokolda qayda pozuntusunun izahi, nezerde tutulmush IXM maddesi ve ishe baxilma tarixi qeyd olunub. 16.11.2014 tarixinde odenilmemish cerime kimi sistemde qeyd olundu 1 gun sonra yene silindi ve cerime yoxdur gosterilir. Ishe baxilma muddetinde 10 gun erzinde Dyp-ne shikayet elememishem ve gedmemishem. Problem yarana biler mi Ve inspektorun sozune gore qayda pozuntusuna 10 gun erzinde shikayet eleseydim ve menim qayda pozuntum tesdiq olunsaydi imtahana cagiralacagimi qeyd eledi. Bu ne geder duzgundur. Cox sagolun.
Salam. İnspektorun dediklərinin hamısı nağıldır. Sizə kələk gəlib, sizi qorxuzub. Amma hər halda protokolda qeyd olunan baxılma günü DYP-yə gedərək orada iradlarınızı deyə bilərdiniz. Lakin sizə verilən blankda aşağıda qərar da çıxarılıbsa, ondan sizə veriləndən sonra 10 gün ərzində şikayət edə bilərsiniz.
Salam. Zehmet olmasa deyerdiniz Ərşad Hüseynovun teze çıxmış kitabını necə əldə etmək olar
Salam. 050 335 97 37 nomresine zeng edin, Ersad muellimin ozuyle danisin, ofisde de satish var. Ordan elde ede bilersiz
Sürət həddini 45kmsaat aşmağın cəriməsi nə qədər olur
150 manat ve 3 bal
radar dedectordan istifadeye icaze verilir
Xeyr.icaze verilmir
deyirler suruculuk vesiqesini almaq ucun imtahandan kecmek elede esas bisey teleb etmirdogrudur
Imtahandan kecmek ucun oxumaq lazimdir,10 sualdan 9-na dogru cavab vermek lazimdir
Salam.BC kateqoriyası üzrə diplomum var,4 il bundan əvvəl nəzəri imtahandan uğurla keçdim ancaq təcrübi imtahandan qeyri-məqbul aldım.ondan sonrada getmədim təcrübi imtahana.Üstündən 4 il keçibsə mən yenidən nəzəri imtahan verməliyəm yoxsa bir başa təcrübi imtaha buraxılıram
Salam. Qanunvericilikdə bununla bağlı məhdudiyyət yoxdur. Ona görədə nəzəri imtahanın nəticəsi qüvvədədir, təcrüii immtahanı isə verməlisiniz. Amma sağlamlıq arayışının müddəti keçərsə, təkrar arayış istəyə bilərlər.
1.7 nişanlama xətti nəyi bildirir Orta zolaqla sağ zolaği 1.7 xəttiylə ayrımağın mənası nədir Xahiş edirəm izah edəsiniz.
1.7 xətti yolayrıcında tövsiyə olunan hərəkət trayektoriyasını bildirir. Əgər bu xətt varsa, o deməkdir ki, yolayrıcında həmin xətlə müəyyən olunan zolaq üzrə manevr etmək məsləhətdir.
salammawinimin sigortasinin oldugu haqqda emblemi mawinin on aynasina vurmadan idare edirem. bilmek istediyim, bu qayda pozuntusu sayilirmi, sayilirsa cerimesi ndi
Salam.xeyr.bu,qayda pozuntusu deyil.Bu,sigorta sirketlerinin pulsuz reklamidir.Siz onu qabaq alin shushesine vurmaga borclu deyilsiniz.
Salam.Tutaqki 3 zolaqlı yoldu orta zolaqla sol zolaqda tıxac olduğuna görə dayanıb amma sağ zolaq boşdu.Belə olan halda qabağımdakı dayanmış hərəkətsiz avtomobili sağdan ötə bilərəm
Tehkukesizlik qaydalarini gozlemekler manevr ede bilersiniz
Salam.Mene mektub gelib qardasimin adina ama masini men idare etmsem mektub gelib Yasamal rayonuna ozum ise Xetai rayonunda qeydiyatdayamqardasima etibarname vermisem.Qaydani pozmusam mektub gelib ama odemek isteyirem deyirler sisteme oturmayib men kime muraciet edim ki sisteme otuzdursunlar.MMX radarinin tez odesem 10 buna aid edilirevvelceden size minnetdaram.
Bu barede 902 xidmetine zeng edin,size melumat verecekler
Salam. Masin atamin adinadir. Men etibarname ile masinla serhedi kece bilerem
Salam.Beli,kece bilersiz.Amma senedler tercume olunmalidir
Pratakol yazildiqdan sonra wikayet etmek olar yoxsa qerar verlib sisteme vurulduqdan sonra
Protokol yazildiqdan sonra sikayet etmek lazimdir.
salam menim ford tourneo masinim var onun arxa yük yerinin yan şüşəlerinde pərdə var bilmek isteyirem bu qanunudurmu
Salam.Arxa yuk yerine her hansi mehdudiyyet yoxdur
Salam bilmek istiyerem yolda qowa xett varsa ve piyada soldan herekete bawlayir men ise sagla gedirem men avtomobili saxlayib piyadaya yol vermeliyembaxmayaraqki aramizda mesafe coxdu
Salam/Qayda belədir: Əgər avtomobilin hərəkət etməsi piyadaya mane olacaqsa, ona yol verilməlidir. Maneçilik yoxdursa, hərəkəti davam etdirmək olar.
Bagişlayin sizidə bezdirirəm.bdyp da nömrəni dəyişməyə gedəndə deyirlərki: nömrəni dəyişmək ancaq alqi satqi zamani və yaxud yeni maşın aldiqda olur.mən onlara hansi qanunun hansi maddəsini deyim ki,nömrədən xoşum gəlmədiyinə görə dəyişirəm.
BDYP-də düz deyirlər. Qanunda nömrədən xoşum gəlmir deyə onu dəyişmək istəyirəm qaydası yoxdur. Nömrə yalnız ilkin və ya təkrar qeydiyyat vaxtı dəyişə bilər.
Nömrəm xoşuma gəlmir,sadəcə nömrə dəyişirəmsə maşına yenidən texniki baxış keçiriliəcək
Texniki baxis yox,texniki muayine keciliril.20 manat
2015-ci ildə avtobus almaqı nəzərdə tuturambilmək isləyirəm, yeni avtobus alarken 1. texniki pasport üçün, 2. dövlət nömürə nişanı üçün nə qədər pul ödəməliyəm bundan başqa texniki baxışdan keçməliyəmmi avtomaşını sıgorta etməliyəmmi
Texniki pasportun rüsumu 17, nömrəninki 22 manatdır. Qeydiyyat zamanı texniki baxış olacaq və 20 manat rüsum, əlavə olaraq yol vergisi ödəniləcək. İcbari sığorta da olmalıdır.