SUAL-CAVAB
Bütün suallar Avtosfer.az saytının baş redaktoru Elməddin Muradlı, hüquqşünas Ərşad Hüseynov tərəfindən cavablandırılır
Ad

E-mail

Şəkil

Sual

Ban nömrəsinin dəyişmə səbəbi nə ola bilərKi???
Rahib | 26 Avqust 2020 17:34
Kuzanı dəyişəndə ban nömrəsi də dəyişir.
Avtosfer.az | 28 Sentyabr 2020 14:11
salam niva ucun wrangler fara icaze var?
Elcan | 26 Avqust 2020 15:12
Salam. Normativ tələbi pozursa qadağandır.
Avtosfer.az | 28 Sentyabr 2020 14:11
salam nivaya yan guzgulere mercedes guzgusu qoydursam icaze varmi?
Elcan | 26 Avqust 2020 13:00
Salam. Beli olar
Avtosfer.az | 26 Avqust 2020 13:35
Salam masin 07 nin zavod roludu onu deyisib fiat rolu qoymaq isteyirem onun cerimesi var xahis cavablayarsiniz.Cox sagolun
Qorxmaz | 24 Avqust 2020 23:03
Salam. Tekse sukan carxini deyisdirirsinizse beli, olar
Avtosfer.az | 26 Avqust 2020 13:47
Salam, xahiş edirəm belə bir mübahisəli şəraitdə yol hərəkət qaydalarının pozub pozmadığıma dair fikirlərinizi bildirəsiniz. Avtomobilim ilə İstiqlaliyyət küçəsi üzrə Nizami küçəsinə doğru gedib oradan sola dönməyi planlaşdırırdım (İçəri şəhər metrosundan Prezident Administrasiyasına və daha sonra Azneft kruquna doğru). İki küçə kəsişməsində qarşımda olan yol ver nişanına əməl edib solumda avtomobilin olmadığına əmin olandan sonra yol ayrıcıya çıxmışam, üzbə-üz gələn və Azneft kruquna doğru dönən avtomobillərə yol vermək üçün yol ayrıcının mərkəzində bir neçə saniyə qalmalı oldum. Bu ərəfədə soldan gələn avtomobillər də yaxınlaşmağa başlamışdır. Üzbə-üz gələn bütün avtomobilləri buraxandan sonra manevrimi bitirdim və Azneft kruquna doğru hərəkətimi davam etdim. Bir də görürəm ki, arxamdan polis avtomobili siqnal verib saxlamağımı əmr etdi. İnspektorun sözlərinə görə mən, solda maneə olmasa da yol ayrıcına çıxmamalıydım, yol ayrıcıya yalnız həm soldan, həm də qarşımdakı yolda heç bir maşın olmadığına əmin olduqdan sonra çıxmalı idim. Buna görə mənə protokol yazıldı. Hesab edirəm ki, mən qaydanı pozmamışam, çünki yol verməməzlik etməmişəm. Xahiş edirəm, Siz də öz fikirlərinizi bildirəsiniz. Hörmətlə, Zaur.
Zaur Hacılı | 24 Avqust 2020 22:47
Salam. Orada stop xəttdə dayanıb yol verməlisiniz. Stop xətti keçib dayanmısınızsa və heç kimə maneə törətməmisinizsə cəriməsi 40 manatdır. Əgər kiməsə mane olmusunuzsa 3 bal 60 manatdır.
Avtosfer.az | 28 Sentyabr 2020 14:10
Salam..texpasportun xususi qeydlər bölməsində (SEBAİL RAYONUNUN MEHKEMESİNİN QERARİ İLE BAN QEYRİ ZAVOD)yazılıb...Bu nə demekdir xaiş olunur cavablandırın
Rahib | 23 Avqust 2020 17:17
Salam. Ban nömresi deyisdirilib ve mehkeme qerari ile yeniden qeydiyyata alinib. Problem yoxdur
Avtosfer.az | 26 Avqust 2020 13:48
Salam,mawinin mawin vaz 06 dir,davernusu var texpasportun kopyasi var,ozu itidir,neciye duzeltmek olar yenisini?
Zaur | 23 Avqust 2020 06:42
Salam. Bununla bağlı DYP-yə müraciət edin. Rüsumu 25 manat 40 qəpikdir.
Avtosfer.az | 28 Sentyabr 2020 14:07
Salam bufersiz masin surmeye cerime varmi?ancaq dovlet qeydiyat nomresi yerinde dir
Faqil | 22 Avqust 2020 00:43
Salam. Xeyr. Avtomobilin konstruktiv bütövlüyü pozulur.
Avtosfer.az | 28 Sentyabr 2020 14:07
Salam Sizin Saytinnizda bele xeber getmisdir https://www.avtosfer.az/az/oxucu-mektublari/qirmizi-isigi-saymayan-surucu-vi%CC%87deo-107170 Bu xebere vido goruntude elave edilib hemin videogoruntude daima kammeranin qizlincekikisi edilennavtomobil 10 KV 180 mene mexsusdur. Men basa duse bilmirem niye menim avtomobulimin nomresini gizletmemisen ele tesurat yaranir kibqaydani mennoozmusam. Ve avtomobil dayandigi ucun onun ici mene mexsus olan esyalar ile virlilde gizli cekilise meruzz qalir. Bu azmir kimi Siz bunu ictomayelesdirisiniz? Xeyirdimi? Jurnalis olmaginiz kiminse sexsinheyatina mudaxile onun mulkune qanunsuz cekilis demek deyil . Bu xeberdarliqdi videonun saytdan cixarilmasini teleb edirem. Eks halda muvafiw ilaraq Metbuat surasina ve DiI sikayet olunacaq Elaqr 077 324 16 50
ELMAR | 21 Avqust 2020 21:04
Salam. Həmin videoda sizin qırmızı işıqda gözləməyiniz, o cümlədən digər avtomobillərin (sağ zolaqdakı avtomobillərin) qırmızı işıqda keçdiyi aşkar şəkildə görünür. Şikayətiniz olarsa yuxarı instansiyalara müraciət etmək hüququnuz var.
Avtosfer.az | 28 Sentyabr 2020 14:06
Salam mawinin diski olcusu necedise qapida yazilan misalcun 17lik bir olcu ondan boyuye 18liye ewitdiyime gore qanuni icaze var duzdurmu? Birde zehmet olmasa hansi qanundadi. Teshekkur
Ibrahim | 21 Avqust 2020 10:16
Salam. Əgər istehsalçı zavod tövsiyə etdiyi ölçüdən böyük disk qoyursunuzsa 150 manat cərimə oluna bilərsiniz.
Avtosfer.az | 28 Sentyabr 2020 14:02
prioraya sport purjin quraşdırılması qadağandır?
yunis | 20 Avqust 2020 13:21
Əgər normativ tələbi pozursa qadağandır.
Avtosfer.az | 28 Sentyabr 2020 13:58
eger yol polisi saxlayarsa ve tibbi muaniyeden kecmey teleb olunarsa o imtina edib mashini orda qoyub gederse onu hansi cerime gizleyir
rasim | 19 Avqust 2020 13:04
Sualınız aydın olmadı.
Avtosfer.az | 28 Sentyabr 2020 13:57
Bakı şəhərində yer altı keçid (misal 28 may) özəlləşdirilməsi mümkündurmu?
Əli | 18 Avqust 2020 23:49
Necə özəlləşdirilməsi?
Avtosfer.az | 28 Sentyabr 2020 13:57
Salam Aleykum.. Masinda Hemise Eyni Yukun Olmagina Gore Cerime Yazila Biler.? Birdeki Arxasi Asaga Olmaga Gore Yuk Qoyulubsa Ona Gore Cerime Var.?
Mirze | 18 Avqust 2020 21:02
Salam. Buna görə cərimə yoxdur. Əgər normadan artıq yüklənibsə 40 manat cərimə yazıla bilər.
Avtosfer.az | 28 Sentyabr 2020 13:56
salam. mende masin tund yasil. 2 qapili masindi. buferden tutmus kaopt masinin ustu arxasi. obsi zolag atdirmag istiyirem. bunun ucun icaze ve ya cerime var?
vuqar | 16 Avqust 2020 15:23
Salam. İcazənin alınması üçün DYP-yə müraciət edin. İcazə versələr dəyişiklik edin.
Avtosfer.az | 28 Sentyabr 2020 13:53
salam.yol hadisesi bas verdikden nece gun muddetde forma 4 sigorta agentliyine gonderilmelidir? ya mehkeme qerari olmalidir?
rezzaq huseynov | 15 Avqust 2020 21:51
Salam. 10 gün ərzində.
Avtosfer.az | 28 Sentyabr 2020 13:52
Masini bufersiz surmek olar
Tahir | 15 Avqust 2020 20:51
Xeyr. Sürmək olmaz. Avtomobil tam konstruktiv bütövlüyə malik olmalıdır.
Avtosfer.az | 28 Sentyabr 2020 13:51
Salam mende vaz21-04 du qabag asqi sistemini yenilemiwem yaylar dəyişilib sadece yaylarin altında padstavka deyilen bir nazik demir var hansı ki bakavinlerin udardan qorunması üçündür.yeni elave avadanlıq deyil VAZ detalı kimi satışdadır.hal hazırda peredok biraz hündür qalir 8-10 sm bunun üçün cerimelene bilerem?
Ejder | 15 Avqust 2020 15:23
Salam. Əgər normativ tələbi pozmursa cəriməsi yoxdur.
Avtosfer.az | 28 Sentyabr 2020 13:50
Salam. Maşinda ses güclendirci pioner basofkaya cerime düşür ? Ve ne qederdir cerimesi ?
Elmar | 15 Avqust 2020 09:53
Salam. Heç bir cəriməsi yoxdur.
Avtosfer.az | 28 Sentyabr 2020 13:49
Salam vaz 2106-a arxaya pnevma qoymusam bunun cerimesi ne qederdir?
Ilham | 15 Avqust 2020 09:16
Salam. Normativ tələbi pozursa 150 manat cəriməsi var.
Avtosfer.az | 28 Sentyabr 2020 13:48
bmw e 46 sport purjunlar qurawdirilib qadagandirmi?
Aslan | 15 Avqust 2020 03:06
Əgər normativ tələbləri pozursa qadağandır.
Avtosfer.az | 28 Sentyabr 2020 13:48
Salam burda qeydiyatdan cekende bizden sekil isdiyir bize qoyurug eger gorur suz se wlanqer faralarina icaze var hec bir pirderka yoxsu
Senan | 15 Avqust 2020 01:50
Salam. Əgər normativ tələbləri pozursa qadağandır. Belə dəqiq deyə bilmərik. Mütəxəssis baxmalıdır.
Avtosfer.az | 28 Sentyabr 2020 13:46
Salam.Bu il may ayinda maşın almışam.1999 cu il buraxişli opel astraşBu il üçün texniki baxışdan keçməliyəm?Öncədən təşəkkürlər.
Anar | 14 Avqust 2020 18:33
Salam. Siz baxmalısınız ki, avtomobilinizin texniki baxış müddəti nə vaxt bitir. Bunu DYP-dən soruşun. Əgər vaxtıdırsa keçməlisiniz.
Avtosfer.az | 28 Sentyabr 2020 13:45
qanuna gore xaricden getirilen neqliyyat vasitesi ne qeder muddet icinde gomruk olmalidir . 4 ,5 ay gecikme olubsa (karantine gore) cerimesi qanunen ne qederdir ?
Elcin | 13 Avqust 2020 05:15
48 saat ərzində gömrükdən keçirilməlidir.
Avtosfer.az | 21 Sentyabr 2020 13:46
Salam stop nişanını pozmaqla dayanmayıb keçmək nə qədər cərimə düşür .çox sağol
Eldar | 12 Avqust 2020 16:52
Salam. Əgər heç kimə mane olmamısınızsa 40 manatdır cəriməsi.
Avtosfer.az | 21 Sentyabr 2020 13:39
Rehmete getmiş adamın maşının texspasportunu deyişdirmek üçün ne etmek lazımdı? Şexs rehmete gedibse maşın kimin adına keçir ve bunları etmek üç0n dövlet rüsumu ne qederdi?
Davud | 12 Avqust 2020 11:30
Allah rəhmət eləsin! Bunun üçün öncə vərəsə təyin edilməli, daha sonra vərəsələrin razılığı ilə avtomobil sizin adınıza rəsmiləşdirilə bilər.
Avtosfer.az | 21 Sentyabr 2020 13:37
Maşın atamın adınadır rayon qeydiyyatıyiq öz adıma keçirtmək istyrem 99la nömrə ala bilerem yevlaxdan
Elvin | 12 Avqust 2020 10:04
Xeyr.
Avtosfer.az | 21 Sentyabr 2020 13:36
Salam plyonka arxalara icaze var. Bes qişdada bu sokdurmeyib saxlamaq olar? Cerimesi var?
Zaur | 10 Avqust 2020 02:53
Salam. Yəqin ki qışda da icazə veriləcək.
Avtosfer.az | 21 Sentyabr 2020 13:35
Salam.Maşinin Icərisinde miqalka yandirmaqa icaze var?
Zaur | 10 Avqust 2020 02:46
Salam. Xeyr, icazə yoxdur.
Avtosfer.az | 21 Sentyabr 2020 13:33
Salam, 23.10.2019-cu ildə məni Xətai rayon məhkəməsi qərarı ilə xəbərim olmadan 6 ay müddətinə suculuk hüququndan məhrum ediblər, üstündən 10 ay keçməsinə baxmayaraq bu qərar mənim üzərimdən silinmir. xülasə Sualım belədir əgər vətəndaşın sürücülük vəsiqəsinin etibarlılıq müddəti bitibsə və hətta bu müddətdə sürücü sürücülük hüququndan müəyən vaxtlıq məhrum olunubsa belə qanunla bu vətəndaşın müddəti bitmiş sürücülük vəsiqəsini yenisi ilə əvəz edib dəyişdirməyə haqqı var ya yox?
Emin | 9 Avqust 2020 02:15
Əgər sürücülük hüququndan məhrum edilmisinizs, vəsiqə DYP-yə təqdim edilməlidir. Əks halda məhdudlaşdırma müddəti dondurulur.
Avtosfer.az | 21 Sentyabr 2020 13:32