Banner
SUAL-CAVAB
Bütün suallar Avtosfer.az saytının baş redaktoru Elməddin Muradlı, hüquqşünas Ərşad Hüseynov tərəfindən cavablandırılır
Ad

E-mail

Şəkil

Sual

Salam irelide polis oldugunu qarsidan gelen masinin surucusune uzaq vuran isiqlarla bildirmek qanun pozuntusudur bunun hansi madde oldugunu deye bilersiz?
Semed | 21 Mart 2025 10:03
Salam. Xeyr, bu qayda pozuntusu deyil.
Avtosfer.az | 26 Mart 2025 10:33
Salam.Mende bmvf10 dır.senedde m beşə yığılıb yazılıbdır..20 lık disk qoyulub .diskler tez model olduğuna göre soacer(şayba)əlavə olunub.buna görə cərimə varmı.
Elnur | 21 Mart 2025 03:27
Salam. Qanunda M5-ə yığılıb yazılması nəzərdə tutulmayıb. Avtomobilinizi zavodun tövsiyə etdiyi formada sürün.
Avtosfer.az | 26 Mart 2025 10:11
77XJ820 nömrəsi kimi Adınadı bilmək
Mübariz | 20 Mart 2025 18:28
Bu haqda məlumat yoxdur bizdə.
Avtosfer.az | 26 Mart 2025 10:10
53-BD-243 masini tap
Royal | 20 Mart 2025 11:24
Bizdə belə məlumatlar olmur.
Avtosfer.az | 26 Mart 2025 10:20
Hər vaxtınız xeyir olsun! Sualım BMW G30 avtomobilinə ön buferi dəyişdirərək M-tech bufer qoymaq barəsindədir, bu zaman ÖN duman işıqları ləğv olunur. Qanun buna icazə verirmi? Buferi dəyişərək duman işıqı olmayan bufer qoya bilərəm mi? BMT-nin 48 saylı əsasnaməsinin 6.3.1 bəndinin burda rolu nədir? Zəhmət olmasa bu haqqda məlumatlandırdınız. Sizə işlərinizdə uğurlar arzu edirəm. Hörmətlə Emil.
Emil | 20 Mart 2025 03:59
Ətraflı məlumat üçün bu linkə daxil olun. https://avtosfer.az/az/oyrenek/bmwye-m-bufer-qurasdiran-suruculer-bunu-diqqetle-oxusun-226031
Avtosfer.az | 26 Mart 2025 10:22
Salam menim mawinimin nomresine ixwar nomreli avtomabilin cerimesi mene gelir men hara wikayet edim. Bu ne derecede duzdur?
Aydin Mesimov | 20 Mart 2025 03:22
Salam. DYP-yə rəsmi qaydada ərizə ilə müraciət edin.
Avtosfer.az | 26 Mart 2025 10:20
Salam sualim beledir men nece yoxlaya bileremki mawinimin texniki baxiwi nezaman bitir. Ve 94cu ilin mersedes benz c200 sade mator texniki baxiw neceyedir
Aydin Mesimov | 20 Mart 2025 03:12
012 590 71 13 nömrəsinə zəng edərək texniki baıxşın bitmə vaxtını soruşa bilərsiniz. 30 manat texniki baxış, 40 manat utilizasiya haqqı.
Avtosfer.az | 26 Mart 2025 10:25
Salam. Bmw e39 maşını haqqında sual vermek isteyirdim. Hemin maşının faralarına halqa led işıq (angel eyes) qoşmuşduq (hemin ışıq pavorotnik rolunu da oynayır) Lakin polis saxlayıb bunu elave avadanlıq adı ile cerimelemişdi. Bilmek isteyirdim ki, her defe cerime olunmamaq üçün men hansı senedi elde etmeliyem?
Rəhim | 19 Mart 2025 20:49
Salam. Onu ləğv edin. Belə sənəd almaq mümkün deyil.
Avtosfer.az | 26 Mart 2025 10:26
Salam Qayi cerime meydancasina aparib masini m yazilib amma m qazan qosdurmayibsan deyerek bele halda cerime meydancasina gedir mi masin?
Orxan | 19 Mart 2025 16:31
Salam. Ümumiyyətlə sənədə M yazılması doğru deyil.
Avtosfer.az | 26 Mart 2025 10:27
Salam avtomobil vaz 2106 5.75 düyüm led fara qoşdurmaq olar. Cərməsi var
Məhəmməd | 19 Mart 2025 10:18
Salam. Olmaz
Avtosfer.az | 26 Mart 2025 10:32
Salam.Elektrik avtomobil texosmotrdan kecirmi? Bir də w210 (dordgoz) automobile led ißiqlar qoymaq qadagandirmi?. DYP menim saxlayib duracaga apardim buna gore.Bu qanunidir?
Orxan | 18 Mart 2025 10:19
Salam. Elektrik avtomobillər də texniki baxışdan keçməlidir. Led işıq normativ tələbləri pozursa düzgün edib.
Avtosfer.az | 26 Mart 2025 10:31
Salam masini addan ada kecirmet isdeyirem. Menden artiq pul teleb olnur nece eliye bilerem. Deyirem qayda qanun ile isdeyirem. Cavab olaraq deyir get masini bankda qiymetlendirsinler vergivi ver sora avormug eliyek. Bu ne deyercedr duzgundur? Ve etrafli melumat versez yaxsi olardi. Qayda ile.
Dasqin | 17 Mart 2025 14:06
Salam. Belə hal yaşanırsa DYP-yə rəsmi qaydada ərizə ilə müraciət edin.
Avtosfer.az | 26 Mart 2025 10:30
Salam. 2014 nivaya led fara cərimədirmi? Söhbət vrangler faradan gedir.
Togrul | 17 Mart 2025 12:07
Salam. Qadağandır.
Avtosfer.az | 26 Mart 2025 10:29
Salam məndə niva maşınıdır və bu maşında 400 kiloya yaxın aparatura var və maşının arxasını salıb mənə buna görə cərimə yazıla bilərmi?
Ferid | 17 Mart 2025 11:55
Salam. Sizin maşının yük yerində neçə kiloya qədər yük daşımağa icazə verilir? Onu araşdırın. Əgər 400 kiloya icazə yoxdursa cərimə yazıla bilər.
Avtosfer.az | 26 Mart 2025 10:29
Salam.5.9 nişanı var, amma xüsusi zolaq olmadıqda cərimə yazıla bilər?
Namik | 17 Mart 2025 11:24
Salam. Bəli yazıla bilər.
Avtosfer.az | 26 Mart 2025 10:28
Salam tranzit nomre ilə nəqədər maşını sürmək olar 1 Ay yoxsa 10 gün zəhmət olmasa cavablandirardiz
Azər | 16 Mart 2025 17:00
Salam. 10 gün
Avtosfer.az | 26 Mart 2025 10:22
Salam.Füzuli və Səməd Vurgun küçələrinin kəsişməsində xüsusi zolaq pozulub. Zolaga daxil olub saqa dönmə işıqını yandırıb,dönmüşəm Səməd Vurguna.Cərimənin yazılması nə qədər düzgündür?
Həsənaq | 16 Mart 2025 12:41
Salam. DYP-yə rəsmi qaydada müraciət edin.
Avtosfer.az | 26 Mart 2025 10:09
Salam. Hansi cerimeler uchun NV-ne mehdudiyyet (hebs) qoyula biler ve hansilara gore qoyula bilmez? Bildiyim qederi ile AYN protokollari (kecmish BNA protokollari), icbari sigorta muqavilesinin vaxti bitmesinden 20 gun kechdiyi halda tetbiq olunan cerimeler, eynisi ile texniki baxishdan kecmedikde tetbiq olunan cerimeler odenmediyi halda hebs gozlenilmir. Daha dogru izah ede bilersizmi?
Shamil | 16 Mart 2025 07:28
Salam. Bütün cərimələri ödəmədikdə 2 aydan sonra nəqliyyat vasitəsinin duracağa təmin edilməsi ilə bağlı qərar verilməlidir. Qanun bunu tələb edir.
Avtosfer.az | 26 Mart 2025 10:06
Maşınlarda sesboğucunun cərmaəsi varmı varsa neçedir?
Orxan | 15 Mart 2025 03:01
Sualınızı ətraflı yazın. Söhbət hansı səs boğucudan gedir?
Avtosfer.az | 26 Mart 2025 10:02
Salam avtomabili tuninq yigdırmaq ucun tex pasportda qeyd etdirmek lazimdırmı ve lqzımdırsa Dovlet rusumu neqederdir?
Namiq | 12 Mart 2025 18:51
Ətraflı məlumat üçün bu linkə daxil olun. https://avtosfer.az/az/oyrenek/masina-spoyler-qurasdirib-tuninq-etmeyin-cerimesi-var-vi%CC%87deo-220222
Avtosfer.az | 26 Mart 2025 10:01
Nivaya patfarnike led qoymaqin cerimesi varmi?
Sexavet | 12 Mart 2025 17:24
Əgər normativ tələblər pozulacaqsa olmaz.
Avtosfer.az | 26 Mart 2025 09:59
Salam. Niva markali avtomobile yan suseleri qara(olimpia) qoymaqin cermesi varmi? Varsa ne qederdir?
Sexavet | 12 Mart 2025 17:21
Salam. Arxa yan şüşələrə vura bilərsiniz. Qabaq yanlar 70 faiz şəffaf olmalıdır.
Avtosfer.az | 26 Mart 2025 09:57
Salam mənim maşınımın markası VAZ 2107 di di yol polis emekdaşı məni saxladıqda qeyd edirki senin maşınının qabaq hissesi yuxarıdır mənim maşınım qabaq yayı ise normaya uyğundur 1 lik renzin ile qoyulub sadece yayın rengi qara olduğu üçün mene 150 manat cərimə yazaraq ştafnoya aparır bu nə derecede düzgundür?
Hüseyn | 12 Mart 2025 12:03
Rezin qoymaq olmaz. Yayın rəngi ilə bağlı ətraflı məlumat almaq üçün bu linkə daxil olun. https://avtosfer.az/az/oyrenek/masinin-prujinlerini-rengleyen-suruculeri-hansi-ceza-gozleyir-i%CC%87zah-202353
Avtosfer.az | 26 Mart 2025 09:56
Salam. Mene qanunsuz olaraq 346.8 maddesi ile cerime gonderib. Bele ki, dunen axsam saatlarinda menim avtomobilim qeyd olunan unvanda xarab olub ve yerinden terpenmeyine icaze verilmeyib. Sonradan avtomobil yolun ortasinda dayandigina gore, DYP emekdaslari yaxinlasib avtomobili iteleyerek qiraga cekibler be bunun avtomobil xarab olduguna gore hec bir cerimesi olmayacagini bildiribler. Bu gun seher ise 346.8 iki bal cerime tetbiq edibler.
Sona | 12 Mart 2025 10:11
Salam. Siz qəza dayanma nişanı və işıq siqnalını qoşmalı idiniz və avtomobili oradan götürmək üçün evakuator çağırmalı idiniz.
Avtosfer.az | 26 Mart 2025 09:54
Salam, məndə bmw f30dur. Disklər R19 paket disklərdir. Yol polisi saxlayıb avtomobili duracağa təmin edəcəyini dedi. Səbəb isə təkər düsurunun pozulması göstərdi. Avtomobilin birkasında R18 göstərilib deyir.
Əhməd | 12 Mart 2025 08:34
Salam. Əgər zavod tövsiyə etdiyi ölçüdəm kənara çıxısınızsa 150 manat cərimə yazıla bilər.
Avtosfer.az | 26 Mart 2025 01:01
İckili oldugumi alkotestr ile 3 promil ile testiq olinub 2 saat sonra ekspertizadan kecdin 0.000 oldugu haqda cavab aldim kecerlidir bu kagiz?
Ceyhun | 12 Mart 2025 07:48
0.3 promilə icazə var. 0.3 promildən yuxarı icazə yoxdur.
Avtosfer.az | 26 Mart 2025 00:59
Üstünlük hüququ olan avtomobil ,yol ver nişanı qarşısında dayanmış avtomobilə dayanaraq yol verirsə bu inzibati xəta yaradırmı?
Ərəstun | 11 Mart 2025 23:31
Bununla bağlı konkret cərimə yoxdur.
Avtosfer.az | 26 Mart 2025 00:58
Salam.bilmek esderdim ki yük avtomobiline, her oxa düşen 5 faiz artımın, hardan deqiq öyremnek olar
FİZULİ | 11 Mart 2025 20:08
Salam. Necə artım?
Avtosfer.az | 26 Mart 2025 00:58
Salam 5 illik etibarname vermisem basqasina generalni onu nece quvveden sala bilerem
Esmira | 11 Mart 2025 12:46
Salam. Notariusa gedərək ləğv edə bilərsiniz
Avtosfer.az | 26 Mart 2025 00:57
Salam. Avtomobilimi yalniz idare etmek etibarnamesi ili bir shexse vermishem. Coxlu sayda cerimeleri var. Sual:Hemin cerimeleri avtomobilin uzerinden goturub surucunun adina yazmaq olarmi???
Murad | 11 Mart 2025 02:28
Onsuz da həmin sürücünün adınadır cərimələr. Sadəcə sizin maşınla törədildiyi üçün, maşının da nömrəsi qeyd olunur.
Avtosfer.az | 26 Mart 2025 00:56