Azərbaycanlı kişi sığınacağa qaçan arvadının başını kəsdi - HADİSƏ ANI - VİDEO

Rusiyada azərbaycanlı kişi keçmiş arvadını öldürüb.
Avtosfer.az yerli mediaya istinadla bildirir ki, hadisə Sankt-Peterburq şəhərinin Vavilovlar küçəsində qeydə alınıb. 28 yaşlı Yaqub Vaqif oğlu Süleymanov keçmiş qeyri-rəsmi həyat yoldaşını qadınlara yardım mərkəzinin qarşısında bıçaqlayıb.
Ağır xəsarətlər alan 27 yaşlı qadın xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.
Məlumata əsasən, qadın əvvəllər dəfələrlə polisə müraciət edərək həyat yoldaşının onu döydüyünü bildirib. Sentyabr ayında Yaqubdan qaçaraq sosial yardım mərkəzinə sığınıb. Lakin keçmiş həyat yoldaşı onun yerini müəyyənləşdirib.
Noyabrın 12-də qadını mərkəzin girişində yaxalayan Yaqub Süleymanov ona səkkiz bıçaq zərbəsi endirib və boğazını kəsib. Hadisədən sonra avtomobillə qaçan şübhəli yarım saat sonra polisə zəng edərək cinayətini etiraf edib. O, daha sonra saxlanılıb.
Məlumata görə, Yaqub Süleymanov Azərbaycanda anadan olub, Rusiya vətəndaşıdır və bir müddət Dağıstanda yaşayıb. Onun üç övladı var. Qətlə yetirilən qadının isə beş yaşlı oğlu qalıb./lent.az
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB
DİN və ETSN birgə əməliyyat keçirdi - Saxlanılanlar var - VİDEO
Maşının nömrəsini oğurlayıb pul tələb etdilər - Polis saxladı
Şamaxıda 18 yaşlı gənc vəhşicəsinə döyülüb - VİDEO
Qaz borusunun altında qalıb ikiyə bölünən maşının sahibi danışdı - VİDEO
Suraxanıda ağac avtomobilin üzərinə aşıb - FOTOLAR












