salam men mawin qezasi toredmiwdim ve bir nefer vefat edmiwdi mehkeme mene 5 il 6 ay ceza verdi ve 2 il suruculuk vesiqemi liweniya eledi indi her weyin vaxti bitim respublikanski qaide 1000 manat isteyirler bilmek isteyirem qanunla nece elde etmeliyem suruculuk vesiqemi
Salam. surmek ucun imtahandan kecib vesiqenizi ala bilersiz
salam. Men masini oten il texniki baxisdan kecirmisem masinin ili 2008 di bu il texniki baxisdan kecmeliyemmi
Salam.oten il size verilen birkada hansi il yazilibsa hemin il kecmelisiz
Salam. Gurcustan nomreli masin ne qeder vaxt dura biler azerbaycanda Sagolun.
Salam. 3 ay
Salam bilmək istəyirdim. Sürücülük vəsiqəsi imtahanı qeydiyyatda olduğumuz ərazidə vermək olur sadəcə Məsələn mən rayon qeydiyyatıyam ama Bakıda yaşayıram tələbə olduğumçün. Öncədən təşəkkür
Salam. Bakıda müvəqqəti qeydiyyata düşə bilsəniz burada da imtahan verə bilərsiniz. Tələbə olmaq qeydiyyatda olmaq demək deyil
Salam. Atam mene avtomobili idare etmek ucun hem surmek hem de generalni etibarname verib yalniz men hemin avtomobili oz avtomobilim oldugu ucun idare etmirem Lakin atamin etdiyi yol hereketi qayda pozuntulari cerimesi ve ballari menim uzerime yazilir.Bilmek isderdim bu veziyetde ne ede bilerem Teshekkurler
Salam. Ya etibarnameleri legv etdirmek lazimdir, ya da DYP-ye gedib erize yazin ki, hemin qayda pozuntulari zamani masini siz surmemisiniz
Salam tesevver edin 4yoldayiq nisan duz ve saqa emr edir solumuzdaki yol beton ara kesmeile ayrilib sola donmeye icaze varmi
Salam. xeyr. nisaninin telebine uygun hereket elemek lazimdir
Salam. Naxcivan qeydiyyatiyam, avtomobil almisam ama adima kecire bilmirem. Bu nece olmalidi
Salam. Bu cox qeliz meseledir. Eslinde qanunla problem yoxdur. Amma mecbur edirler ki, aparıb Naxcivanda qeydiyyata saldirib sonra sürəsiniz
Salam mənim maşınım lizinqdədir həyat yoldaşımın sürmək üçün etibarnaməsi var mən nigah şəadətnaməsini götürməklə və həyat yoldaşım yanımda olmaq şərti ilə maşını idarə edə bilərəm
Salam.beli.problem yoxdur
Men etibarname ile avtomobil almiwam onu oz adima kecirmek istiyirem zehmet olmasa mene asan yolunu basa salasiz . Bir de bu avtomobil hokman texniki baxisdan kecmelidir ki bu teqdirde
Etibarname ile aldiginiz masini oz adiniza kecire bilmezsiniz. Ailenzden, dostlarinizdan kiminse adina kecirmek olar. Texniki baxisdan kecibse yox, kemceyibse kecmelidir
Jalyuzler ayin necesinden icazelidir
Mayin 1-dən
Men konullu olaraq bir defe sruculuk imtahani vermisem.ve bir shansim qalib.sorusmaq isteyiem novbeti imtahani ancaq 6 ci gun vere bilerem yoxsa hefte ici her hansi gun Baki propskasiyam
DYP-ye muraciet edin, onlar size imtahan barede melumat verenden sonra istenilen vaxt istirak ede bilersiz
Salam . Disk teker barede qayda qanunda hecne qeyd edilmiyibse yol polisderi niye saxliyib disklerin diyametrne qayda pozuntusu deyir
Salam. Qayda-qanunda hamisi qeyd edilib. Istehsalci zavodun mueyyen etdiyi olculerden artiq olcude disk tekerden istifade elemek qadagandir. Bunu polis kefinden elemir. Bu sizin tehlukesizliyiniz ucundur. Razmeri duz gelmeyen disk-teker qeza menbeyidir. Qezaya ise polis yox, surucu ozu dusur
Salam. Suruculuk vesiqesi ve shexsiyyet vesiqesinin itirilmesine gore dovlet rusumu neqederdir Zehmet olmasa mene melumat verin bu hands.
Salam. suruculuk vesiqesi 18 manat, sexsiyyet vesiqesi ise gunlerden asili olaraq 5 manatdan 35 manata qederdir
Salam.hervaxtiniz xeyir Olsun. Men Tovuz rayon qeydiyyatindayam suruculuk vesiqemi ve sexsiyyet vesiqemi itirmisem.ozum bakida yasayiram. Baki seherinde bu senedleri ala bilerem Yaxud nece ve ne etmeliyem Tewekkurler.
Salam. Bakıda vəsiqəni itirməyiniz barədə yaşadığnız ərazinin polis bolmesinden arayış alandan sonra qeydiyyatda olduğunuz rayon uzre müraciet edib suruculuk vesiqesini ve şexsiyyet vesiqesini ala bilersiz
Salam.Zehmet olmasa cavalandirardiniz.Tras yolunun ustunde bir terefde Aeroport var ama ancaq girişi var yeni tupikdir diger terefde ise ekin sahesine geden torpaq ortuklu yol.bunlar yolayirici sayilirmi
Salam. Bəli, yola birləşirsərsə yolayrıcı sayılır və mütləq yol nişanları ilə təmin olunmalıdır ki, sürücülər xəbərdar olsun və həmin yollardan əsas yola çıxanlar da gözləmən çıxmasınlar
Salam.Təmir işləri gedən yolda ötüb keçməni qadağan edən nişanın olmadığı yerdə saatda 20-km saat hərəkət edən yük maşınını ötüb keçmişəm yol polisi buna görə mənə 60-azn cərimə yazıb.Bu qərardan şikayət edə bilərəmTəşəkkür edirəm
Salam. Beli. dyp.gov.az saytına və 902 xidmətinə şikayət edə bilərsiniz. Amma təmir yerində ötməni qadağan edən nişan olubsa demək ki, qayda pozmusunuz
Salam.men 2014 cu ilde qohuma mexsus 99ds801 dovlet nisanli avtonobile surme etibarnamesi almisam.az bir vaxt masindan istifade etmisem.1 ay evvel hemen masinin sahibi dyp emektaslari terefinden saxlanilib ve deyilib ki Men Azer hemen il yani 2014 dekabr ayinda mmx radara dusmusem.bununla elqadar men Qaradaq rayunu DYP sobesine yaxinlasdim fakti tesdiqlediler ve sediler ki hemen il men qaldiqim unvana bildiris gonderilib.menim ise bunlardan xeberim yoxdu ve hec kim vu barede mene melumat vermeyib.cox xais edirem bu barede mene hansisa bir komek ederdiz
Salam. Bildirisi almaq barədə kimsə imza atmalıdır. Siz poct xidmətinə müraict edib aydınlaşdırın görün sizə cərimə bildirişini kim və nə vaxt çatdırıb
Salam.Piyada cəriməsi ödənilmədiyi təqdirdə neçə manata qədər qalxa biləryəni faiz göstəricisi nə qədər olar Və neçə ay müddətində
Salam. bu barede size cavab verildi axi. 3 ay erzinde hesablanir ve 32 manatdan o yana kece bilmez
Mən piyada cəriməsinə düşmüşəm.Cərimə 1 ci aydan sonra nə qədər faiz oluryekunda nə vaxta qədər ödəməyə bilərəm
Odemeye bilmerem sohbeti yoxdur. Sag qaldiqca o cerime sizin uzerinizde olacaq. 3 aydan sonra emlakiniza hebs qoyula biler. faiz hesablansa 32 manat olacaq
Salamlar. 2 sualim var. 1- si: 2016.03.08 tarixdə kamera ilə piyada keçidində piyadaya yol verməməyə görə cərimə yazılıb.DYP dedilər ki unvanına məktub gələcək ödəyərsən.Ustundən 1 ildən çox keçib unvanımı dəyişməmişəm və məktub da gəlməyib.Cərimə silinməlidir ya ödənilməli 2- ci sualım: Qaynatam 2015 ci ildə yol hərətəti qaydasını pozmuşdu.Bunu da müşahidə kamerası çəkmişdi.2016 ilin fevralında rəhmətə getdi.Onun da unvanına heç bir məktub gəlmədi. Avtomobilinə oglunun gen dovorennostu olduguna gorə baçqa şəxsə surməyə verib. Maşını bir müddətdən bir saxlayıb yuxarıda dediyim qayda pozuntusuna görə saxlanmasını bildirirlər.Bu cərimədə silinməlidir ya ödənməli
Salam. her ikisi xitam olunmalidir. Bunun ucun DYP-ye muraciet edin. Qaynatanizin ölüm kagizini teqdim edin xitam verilecek
Salam cavab gelmediyi ucun sualima tekrar narahat edirem. Vaz 2107 de fiat rol qayda pozsuntusudurmu. Eger pozuntudusa sebebi zehmet olmasa
Salam. istehsalci zavod terefinden nezerte tutulmadigina gore qayda pozuntusu sayilir
salam surət həddi 90 olan magistral yolda piyada yeralti kecidən istifadə etməmiş yola qacıb nəticədə xəsarət almış.belə olan təqdirdə gunah kimdədir
Salam. kecid olan yerde qayda pozubsa gunah piyadadir. Lakin surucunun qezanin qarsisini almaq ucun hansi addimlari atmasi da vacib meseledir
Avtomobilin yan və arxa şuşələrini tündləşdirmək üçün plyonkalardan istifadə etmək olarmı Olarsa xahiş edirəm buna aydınlıq gətirəsiniz
Plyonkadan yay suselerde istifade qeti qadagandir. Arxa suseni ise tundlesdirmek olar
Salam. Sualım Gürcüstan vətəndaşinnan bağlıdı. Gürcüstan vətəndaşı öz şəxsi gürcüstannan nömrəsi ilə Azərbaycanda sürmək ücün nə etməlidi Amma geyd edimki burda işi və bir illik geydiyyatı var.
Salam. Gömrükdən keçəndə icazə verəcəklər. Həmin icazə müddətində burada öz maşınını sürə bilərsən. Müddət bitəndə mütləq maşını geri qaytarmalıdır. Gömrükdən keçəndə depozitə pul istəyə bilərlər.
Mersedes e240 2000ci il 225.40.R18 teker taxmaga icaze olar
Hər bir avtomobilin texniki kitabcasinda və qapi dirəyində, eyni zamanda "bardacok"da təkər razmerləri yazılır. Oralara diqqətlə baxın
Salam mende mitsubisi lancerdi tyuningyiqdirmaq isteyirem rusumu ne qederdi
Salam. Biz tuninq isine baxmiriq Ramil. Eger tuninqden sonra yol polisinde masinin qeydiyyatini sorusursansa texminen 70 manatdir
Salam aleykum .demeli atamin mashinin axirinci davernus mendedi ata ozu surende mmxlar gelib olarinda bali mene yazilacax tebii olaraq.men neynemeliyemki ele onun ozune yazilsin cerime ve ballar
Salam. MMX gelende DYP melumat verin ki kime aiddir, protokol da ona yazilsin
salam.ferqlenme nisani olmadan taksi fəaliyyəti ile mesqul olmagin cerimesi neqedrdi. 2. sual cerime menim asanpay unvanimda görsenir ancaq ödemek ucun poctda yaxinlasdim dedi cerimeviz görsenmir.men cerimemi nece öduye bilerem
Salam. 40 manatdir. Cerimenizin odenilmesi ucun asanpay.az-dan kartla odenis ede bilersiniz
Salam. Maşınımın arxa hissəsində olan iki ədəd arxaya hərəkət işıqlarına görə maşınım dövlət yol polisi tərəfindən cərimə meydançasına aparılıb və 700 manat cəriməsi olduğu bildirilib. Bilmək istəyirəm bu nə dərəcədə düzgündür
Salam. İşıq siqnallarına gore bu qeder cerime olmaz. Yeqin nese basqa sebeb olub. Meselen, sesbogucuya mudaxile, elave avadanlıq ve sair. Foto varsa gonderin baxaq
Salam. Bu gun 11.03.2017 tarixinde H.Aliyev prospektinden Koroglu metrosuna olan istuqametde, kosmos ve Gunesh shadliq evi adlanan erazide, 16-31 radelerinde gelin korteci neqliyyat axinin qabagini kesmish ve 90-OA-135 nomreli qara avtomobil emellice avtoxuliqanliq edirdi. Xahish edirem erazideki kameralara baxaraq gunahlarlarin cezalanmasini temin etmeye yardimchi olasiniz.
Salam. eger sizde video varsa 055 3351559a votsapdan gondere bilersiniz. [email protected] adresine de gondermeyiniz xahis edirik





