Banner
SUAL-CAVAB
Bütün suallar Avtosfer.az saytının baş redaktoru Elməddin Muradlı, hüquqşünas Ərşad Hüseynov tərəfindən cavablandırılır
Ad

E-mail

Şəkil

Sual

Salam men bu gun sedereye geden yolda magistralda suret heddin 110 kms gedirdim geri donendede eyni sured hedi ile qayitmiwqm bilmek isterdim ki orda suret hedi awaga salinmayibki sadece bir yerde suret heddi gordum oda geri donende wamaxinkaya cixan yolda 80 yazilmiwdi

ismayil | 2 İyul 2015 11:43

Salam. Bayildan Sederek TM-ye geden yolda en yuksek suret heddi 90 km saatdir. Yol nisanlari da qoyulub. Bibiheybet mescidinden sonra nishan var, cimerliyin qarshisinda var

Avtosfer.az | 6 İyul 2015 12:17

salam! men sirketde surucu isleyirem! bizde radar birde kameraya dusende sirkete gelir! bilmek isterdim radara duwende yada kamera cekende nece gunden sonra gelir evvelceden tesekkur

ismayil | 28 İyun 2015 12:38

Salam. 10 gun erzinde gonderilmelidir

Avtosfer.az | 29 İyun 2015 00:44

Əgər məlumatınız varsa mənə kömək edərdiniz.Məni 2il bundan qabaq Gürcüstanda kəmərə görə 40 lari cərimələmisdilər.bilmək istərdim hal hazırda həmin cərimənin məbləgi nə qədər olub..qabaqcadan təsəkkürlər

Mustafazdə Logman | 27 İyun 2015 05:09

Suali Gurcustana unvanlamaq lazimdir

Avtosfer.az | 28 İyun 2015 02:08

salam. arxasi bagsiz cekelekle ve ya ayaqqabinin arxasini ezib masin surmek olarqanunda bu haqda nese yazilib buna gore cerime oluna bileremevvelceden tesekkurler.

zaur | 26 İyun 2015 15:31

Salam. Qanunda bu barede hec ne yazilmayib. Lakin cekelekle mashin surmek olduqca tehlukelidir. Ele bir an ona biler ki, cekelek ilise biler ve surucu qaz evezine eyleci, eylec evezine qazi basa biler. Suruskenlik yaranir deye bezi olkelerde cekelekle masin surmek qadagandir. Ancaq bizde bele bir qadaga yoxdur.

Avtosfer.az | 27 İyun 2015 02:22

salam! suruculuk vesiqesini itirmisem yeniden nece berpa ederem dovler rusumu ne qederdi qabaqca tesekkurler

ismayil | 26 İyun 2015 12:57

Salam. Bunun ucun evvelce qeydiyyatda oldugunuz erazi uzre DYP Shobesine yaxinlasin, muvafiq arayis alin,sonra Bakidasinizsa Bas DYP-ye, rayondasinizsa regionlar shobelere yaxinlasib yeni vesiqe ala bilersiniz. 18 manat rusumu var.1 manat da bank xerci

Avtosfer.az | 27 İyun 2015 02:23

Salam.Avtomobilin Texniki pasportu itib Avtombil şəxsi MMC adınadı men Yeni texpasportu necə əldə edə bilərəm.Qəzetdə də elan vermişem itmeyi ilə əlaqədar.zəhmət olmasa məlumat verərsiniz Təşəkkürlər.

İbrahim | 16 İyun 2015 11:00

Salam. Bununla bagli qeydiyyatda oldugunuz bolge uzre DYP Idaresine gedib yeni texpasport almalisiniz. Qazeti de aparin.

Avtosfer.az | 16 İyun 2015 15:55

Salam. avtomobilin mühərrikini daha böyük həcmli mühərriklə əvəz edərkən hansi sənədləşmə olmalıdı və bu dəyişmə Gürcüstanda olubsa Azərbaycana gələrkən bununla bağlı hər hansı rüsum və ya sənəd tələb olmalıdırmı

Ayxan | 7 İyun 2015 01:06

Salam. Avtomobilin mühərrikini dəyişmək üçün əvvəla mühərrikin əldə edilmə sənədi, daha sonra bunu həyata keçirən servisin arayışı olmalıdır. Bu sənədlər təqdim olunur DYP-nin qeydiyyat-imtahan və texniki baxış məntəqəsinə, orada avtomobilə texniki baxış keçirilir və təkrar qeydiyyat aparılır. bunun üçün 37 manat rüsum ödənir. Amma avtomobil saz vəziyyətdə olmalıdır. Mühərriki Gürcüstanda dəyişsəniz, gömrük orqanları həmin mühərrikə görə gömrük ödənişləri də tələb edəcəklər.

Avtosfer.az | 8 İyun 2015 15:49

salam! mene aprel ayinin 22 sinde 40 manat cerime yazilib! amma helede odememisem hazirda borc 40.80 qepik olub! birinci sualim beledir: 1 40.80 qepiklik cerime bu ayin airina qeder ne qeder olacaq 2 gecikdirilmis borc oldugu halda men basqa avtomobili idare etdiyim zaman saxlansam hemin avtomobil menim borcuma gore cerime meydancasina qoyula biler evvelceden tesekkur

ismayil | 6 İyun 2015 14:27

Cerimenin ustune her gun 1 faiz gelir. O da bir aydan sonra. Iki ay faiz gelir,ucuncu ay ise masinin saxlanilmasi barede qerar cixarilir. Basqa masinla tutsalar,size problem yoxdur. Amma xetani toretdiyiniz masini saxlasalar masin cerime meydancasina aparila biler

Avtosfer.az | 6 İyun 2015 16:08

saalam etarnamesiz idare etmenin cerimesi ne qederdi

ismail | 5 İyun 2015 21:02

Salam. cəmi 40 manat və sahibi 3 saat ərzində gəlib çıxmazsa, avtomobil cərimə meydançasına qoyulur

Avtosfer.az | 6 İyun 2015 13:17

Salam.Bu yaxinlarda avtomobilim nasazladi yolun kenarina Baki-Samaxi cekdim ki problemin ne olduqnu aydinlasdiram Bu vaxti YPX avtomobili mene yaxinlasaraq sert sekilde mene avtombilmi yolun kenarindan gotmurmeymi istdi mende dedim avtomobilde problem var islemir o ise nece var tez cek yolun kenarindan avtombili dedi..Bilmek istirem bele vezyetlerde YPX emekdasi avtomobili yolun kenarindan cekmeye komey etmeli idi yoxsa yuxarda qeyd etdiyim kimi hereket etmeli idi

Arif | 28 May 2015 23:08

Salam. Avtomobildə doğrudan da, texniki problem varsa, sürücü onu hərəkət hissəsindən kənara yol çiyninə çıxarmalı və qəza dayanma siqnalını qoşmalı, qəza dayanma nişanı qoymalıdır. Bunlara riayət edilməməsi, yaxud yalandan nasazlıq görüntüsü yaradılması qayda pozuntusudur və DYP əməkdaşı bunun qarşısını almaq üçün tədbirlər görə bilər. Amma məcburi dayanma həqiqətən də baş veribsə, onda YPX inspektoru yolda məcburi dayanmış hərəkətə maneə yaradan nəqliyyat vasitəsi sürücülərinə dayanmanın səbəblərinin aradan qaldırılmasında kömək etməli, lazım gəldikdə digər hərəkət iştirakçılarını da yardım göstərilməsinə cəlb edə bilər.

Avtosfer.az | 30 May 2015 14:10

Salamzadə küçəsindən üzü Qələbə meydanı tərəfə gedəndə əsas yolda 4.2.3 nişanı qoyulub,maneəni həm sağdan həm soldan keçmə.İki sual yaranır. 1 O nişan sağdakı 2 ci dərəcəli yolada aiddir Yəni ikinci dərəcəli yolla hərəkət edən NV-i sola baş yola keçə bilərlər 2 Baş yolla hərəkət edənlər həmin nişana çatanda sağa keçərsə 2 ci dərəcəli yolla hərəkət edənlər baş yoldan sağa keçənlərə yol verməlidirlər Onuda nəzərinizə çatdırım ki,həmin 4.2.3 nişanı qoyulan yerdə üstünlük nişanları yoxdur deyə sürücülər çaş baş qalır.

sevil zamanova | 6 May 2015 23:39

4.2.3 nişanı yalnız maneəninin yanından necə keçməyi bildirir. Həmin nişan dediyiniz yerdə hər iki tərəfdən digər tərəfə (yəni həm sağdan sola, həm də soldan sağa) keçməyə yol verildiyini bildirir. Kimin üstünlüyünə dair orada heç bir nişan yoxdur, ona görə də soldan sağa keçənlər sağdakılara, sağdan sola keçənlər isə soldakılara yol verməlidirlər.

Avtosfer.az | 18 May 2015 12:53

Ərşad Hüseynov demişdir ki,sürmək üçün verilən etibarnamə ilə,maşında olmaq şərtiylə başqasına sürməyə verə bilərlər.Ancaq həmin etibarnamələrin arxasında yazılır ki səlahiyyət başqa şəxsə verilə bilməz.Belə yazılan halda necədir vəziyyət Xahiş edirəm ətraflı izah edərdiniz.

sevil zamanova | 3 May 2015 02:28

Bəli, Həmin etibarnamənin arxasında belə qeyd olur. Amma Yol hərəkəti qaydaları NV -yə sahiblik hüququ olan şəxs avtomobildə olduqda onu başqa şəxsin (sürücülük hüququ olan) idarə etməsini qadağan etmir. Buna uyğun olaraq İXM-in 152.1-ci maddəsi də sahiblik hüququ olan şəxs olmadıqda digər şəxsin sürməsinə görə cərimə nəzərdə tutur. Mülki Məcəllənin 157-ci maddəsinə əsasən isə etibarnamənin növündən asılı olmayaraq etibarnaməsi olan adam avtomobilə sahiblik hüququna malikdir. Deməli, yalnız sürmə üçün olan etibarnamə də sahiblik yaradır və sahib avtomobildədirsə, onu başqasının sürməsi yol hərəkəti qaydalarına tam uyğundur.

Avtosfer.az | 6 May 2015 13:13

Salam 2 sualım var. 1 Ümumi istifadədə olan nəqliyyat vasitələri üçün nişanlanmış və ayrılmış zolaqda digər nəqliyyat vasitələrinin sürücüləri hərəkət edirsə bu ixm nin hansı maddəsiylə neçə manat cərimə olunur2 ci sualımda odur ki eyni istiqamətli hərəkət zolağını 1.1 tək düz xəttlə 500,600 metr ayırıblar,həmin xətti eyni istiqamətdə yerdəyişmə edən vaxtı tapdalayıramsa ixm nin hansı maddəsiylə cərimələnirəm.Xahiş edirəm iki sualımada cavab verərdiniz.öncədən təşəkkür edirəm.

sevil zamanova | 30 Aprel 2015 00:30

Salam. əgər ümumi istifadədə olan nəqliyyat vasitələri üçün nişanlanmış və ayrılmış zolaq ümumi nəqliyyat axını ilə eyni istiqamətlidirs, digər nəqliyyat vasitələrinin sürücüləri orada hərəkət etdikdə İXM-in 151.1-ci maddəsi ilə 40 man, bu zolaq axının əksinədirsə, belə sürücülər avtomobil qismən həmin zolağa keçdikdə 60 man və 3 bal (151.2-ci maddə), tam keçdikdə 100 man və 4 bal (151.3-1-ci maddə) cərimə olunacaqlar. 2-ci sualınızın cavbı isə belədir: deiyiniz halda sürücü İXM-in 151.1-ci maddəsi üzrə 40 manat cərimə olunacaq.

Avtosfer.az | 30 Aprel 2015 15:36

Salam. Deməli mənə MMX protokolu gəlib. Məktub və fotoşəkillərlə birlikdə. Mən də cəriməniödəmək üçün yaxınlaşıram banka və ya ASAN xidmətdə quraşdırılan ödəmə terminallarınaç burda isə məlumat verilir ki, cəriməniz sistemə daxil olmayıb və ya sizin protokol haqqında qərar çıxarılmayıb. Onu da qey etmək istəyirəm ki, mənə göndərilən məktub heç bir DYP işçisi tərəfindən nə imzalanaıb, nə də möhürlə təsdiq olunub. Yəni rəsmi şəkildə heç bir əsaslanma yoxdur. Artıq 40 gündən artıq vaxt keçib heç bir məlumat yoxdur. İXM-də isə yazılır ki, MMX-ya inteqrasiya olunmuş xüsusi texniki avadanlıqlar vasitəsilə çəkilərək tərtib olunmuş ptorokol elektron imza ilə təsdiqlənərək vətəndaşa göndərilməlidir. Amma hələ də bunu lazımı orqanlar dərk edə bilmirlər və işlərini yetərincə yerinə yetirə bilmirlər. Vətəndaşın isə ərazi üzrə yol polis idarəsinə getməyi barədə heç bir yerdə azılmadığından bu qanunsuz hal sayılır. Nəyə görə mən cəriməmi ödəyə bilmnirəm xahiş edirəm ətaraflı cavablandırardınız.

Fuad | 16 Aprel 2015 21:14

Salam. Bunun səbəbi başlıca olaraq həmin işə məsul işçilərin tənbəlliyi və laqeydliyidir. Bəzi hallarda texniki problem də ola bilər. Vətəndaşa göndərilən məlumat əslində paralel olaraq ASAN-a da göndərilməli və sistemdə də görünməlidir. Biz sadəcə məsləhət görürük ki, DYP-yə zəng edin, vaxtınız varsa, gedin tələb edin ki, sistemə daxil etsinlər, cəriməni ödəyin.

Avtosfer.az | 20 Aprel 2015 16:01

Salam. Kia Sorentoların bəzisinin sənədində universal, bəzisində isə offroader yazılır . Onlar arasında fərq nədi

Natiq | 16 Aprel 2015 20:21

Salam. yol hərəkəti qaydaları baxımından onlar arasında heç bir fərq yoxdur. Texniki baxımdan hər hansı fərq ola bilər, çünki avtomobilin belə təyinatını istehsalçı zavod müəyyən edir. Amma mümkündür ki, sadəcə əvvəllər offroader yazılana yeni partiyada indi universal yazsınlar.

Avtosfer.az | 20 Aprel 2015 15:53

Qırmızı və göy sayrışan işıqlı operativ nəqliyyat vasitələrinə yol verməmək 100 manat balsız deyilki 151-4 cü maddə.

sevil zamanova | 13 Aprel 2015 16:06

Beli. Evvel 60 manat idi. indi 100 manat olub!

Avtosfer.az | 19 Aprel 2015 02:55

Salam. 1.Avtomobilin sığortası və texniki baxışı yoxsa həmin avtomobili başqa şəxsə etibarnamə ilə verilə bilərmi 2.Alınan etibarnaməni hansı yolla ləğv etdirmək olar- yəni qüvvədən düşsün.

Dünyamalı | 5 Aprel 2015 00:14

Salam. Əslində qanun dediyiniz halda etibarnamə verməyi qadağan etmir. Amma hazırda notariuslar sığortasız maşına etibarnaməni təsdiq etmirlər, lakin texniki baxışın olmaması etibarnamə üçün problem deyil.

Avtosfer.az | 7 Aprel 2015 17:52

Allah razı olsun sizdən bütün suallarımızı cavablandırıb maarifləndirirsiz hamını.daha bir sualım var.Zərifə Əliyeva küçəsindən sağa Rəşid Behbudov küçəsinə dönəndə həm sağda həmdə solda 3.27 nişanı var.Solda Şəhriyar mədəniyyət mərkəzi tərəfdə qurulan 3.27 nişanının yanından başlayan sarı xətt,50 metrdən sonra həmin mədəniyyət mərkəzinin həyətinin içinə tərəf çəkilib.Yəni həyətin kəsişməsində sarı xətt kəsilir və yeni sarı xətt başlayır.Belə olan halda sarı xətt kəsilən yerdə nişan qüvvədən düşür yoxsa yox

Sevil | 4 Aprel 2015 10:13

Bəli, formal olaraq düz deyirsiniz, əgər 3.27 nişanı 1.4 xətti ilə tətbiq olunubsa, xəttin qurtardığı yerdə 3.27 nişanının qüvvəsi başa çatır.

Avtosfer.az | 7 Aprel 2015 17:52

Salam.Men Vaz masinimi etibarnameynen idare edirem.Masin Fuzuli rayonu qeydiyyatdindadir.Men ise Agdam rayonunnan mecburi kockunem Baki seherinde meskunlasmisam.Rayona getmeden avtomobili oz adima kecirde bileremmi Birde dovlet rusumu ne qeder edir Evvelceden tesekkurler

Ilqar | 2 Aprel 2015 08:55

Əleykümsalam. Qanun bunu istisna etməsə də, bunu Bakıda etməkdən imtina edəcəklər. Ona görə də yaxşısı budur ki, ya Ağdam, ya da Füzuli üzrə DYP-nin qeydiyyat-imtahan məntəqəsinə gedin, yəni İmişliyə və ya Ağcabədiyə.

Avtosfer.az | 4 Aprel 2015 13:54

salam men masinimi adima kecirmek isteyirem mene deyildi ki bu masinin 2013 ilde mmx si var 50 manat odemeliyem men 2014 almiwam masini o cerimeni men odemeliyemmi

nazim mamedov | 26 Mart 2015 13:32

Salam. O cəriməni qaydanı kim pozubsa, o ödəməlidir. Amma ödənilməmiş cərimə olması və bunun gecikdirilməsi həmin avtomobilin saxlanılaraq cərimə meydançasına qoyulmasına səbəb olur. Ona görə də bu işin baş ağrısı sizə də aid olacaq. Problem yaşamamaq üçün ya adamı tapın və deyin ki, cəriməni ödəsin, ya da cəriməni özünüz ödəyin.

Avtosfer.az | 1 Aprel 2015 16:51

Salam. Bayramınız mübarək. Sualım var. Rayon sakini rayon qeydiyyatlı nömrə nişanını Bakı qeydiyyat məntəqəsində rəsmiləşdirə bilərmi

Subhan | 22 Mart 2015 11:25

Salam. Bayraminiz mubarek. Qanun bunu qadağan etməsə də təcrübədə bunu etmirlər. Hər kəs özünün və ya maşınının qeydiyyatda olduğu yerdə qediyyat əməliyyatlarını etməlidir. Ona görə də yaxşısı budur qeydiyyat üçün rayonununzun aid olduğu qeydiyyat-imtahan məntəqəsinə gedin.

Avtosfer.az | 24 Mart 2015 14:29

Salam. Cinayət məsuliyyəti ilə bir illik sürücülük hüququndan məhrum olmuş şəxs sürücülükdən yezda imtahan verməlidirmi Əvvəlcədən minnətdaram.

Elvin | 20 Mart 2015 09:19

Salam. Cinayət törədildikdə sürücülük hüquqndan məhrum etmə müddəti bitdikdən sonra vəsiqənin geri alınmasının qaydasına dair sualın cavabı qanunda yoxdur (qanunda boşluq var). Amma ümumi qayda belədir ki, sürücülük hüququnu məhdudlaşdırmanın müddəti 1 il və daha azdırsa, vəsiqə imtahansız qaytarılır, 1 ildən artıq olduqda isə təcrübi imtahan verilməlidir. Ona görə də sizdə düz 1 ildirsə, tələb edin ki, imtahansız qaytarsınlar. İmtina etsələr, məhkəməyə müraciət edin.

Avtosfer.az | 24 Mart 2015 14:19

Düzünə nişanı qoyulmuşdu və mən 1 ci kəsişməni keçdim 2 ci kəsişmədən sola döndüm və polis saxladı cərimə yazdı mənə.dediki kəsişmə yeri çox uzaqdadı deyə ora təkrar məcbur edici nişan qoya bilmərik sürücülər onu görməz,ona görədə düzünə nişan 1 ci kəsişməni keçəndən sonra qüvvəsini itirmir.Kamran Əliyevlə əlaqə saxladım,dedi bəli elədir,kəsişmə yeri yolayrıcına qədər uzadılmayıbsa yəni çox aralıdırsa nişan qüvvəsini itirmir.indi bu məsələni necə dəqiq araşdıraq Qanundada tapa bilmədim kəsişmə necə olmlıdır,hara kimi çəkilməlidir.

sevil zamanova | 20 Mart 2015 00:17

Yolda olan ayırıcı zolaq yolayrıcına qədər davam edə bilməz. Belə zolaq yolayrıcnda hərəkət hissələrinin kəsişmə yerinə ən azı 10 metr qalmış başa çatmalı və burada stop-xətt, piyada keçidi və s. olmalıdır. Amma əgər ayırıcı zolaq yolayrıcından xeyli aralıda bitirsə, onu fərqləndirmək asandır, çünki ayırıcı zolaq bitdikdən sonra qarşı hərəkət zolaqlarını ayırmaq üçün qoşa xətt tətbiq olunmalıdır. Ona görə də ayırıcı zolaq başa çataraq qoşa xəttə keçirsə, 4.1.1 nişanı tam yolayrıcına aiddir, amma ayırıcı zolaq bir qədər aralıda bitsə də, yolayrıcına qədər qoşa xətt yoxdursa, 4.1.1-in qüvvəsi yalnız 1-ci kəsişmə yerinə aiddir.

Avtosfer.az | 24 Mart 2015 14:28

bir pencere sisteminde qeydiyyata almaq nedir xaish edirem etrafli basha salardiniz.onceden tesekkurler

Elvin | 17 Mart 2015 20:56

Gomrukde avtomobili hem rastamoska edirsiz,hemde orda qeydiyyata alib nomre ve diger senedleri verirler. 

Avtosfer.az | 19 Mart 2015 00:40

Salam.Yolayrıcında məcburedici düzünə nişanı var,həmdə yolayrıcında kəsişmə yeri var.sadəcə kəsişmə yolayrıcına kimi uzadılmyıb 15- metr aralıdır.belə olan halda məcburedici nişan kəsişmədə qüvvəsini itirir yoxsa yox Polis deyir ki, nişan qüvvəsini itirmir çünki kəsişmə yeri yolayrıcına kimi uzadılmayıb.sizcə necədi

sevil zamanova | 17 Mart 2015 16:48

Salam. Dediyiniz yerdə 4.1.1 nişanı yolayrıcından qabaqda qoyulubsa, yolayrıcında yalnız 1-ci kəsişmə yerinə aiddir. 2-ci kəsişmə yerinə bu nişan aid deyil. Ona görə də ayırıcı zolaqdan sonra dönmək olar.

Avtosfer.az | 19 Mart 2015 23:39

Salam,3un kruqundan ecemi metrosuna teref gelende mc donalds dongesinde ancaq duz znaki var,lakin yolayirici bardyile ayrilmiwdir,xaiw edirem buna aydinliq getirek,bu duzune niwani bardyora kimidi ya sonuna qederdonmek olarmi

Turgay | 17 Mart 2015 10:40

Salam. Yəqin ayırıcı zolağın yolayrıcına 15 metr qalmış qurtarmasını nəzərdə tutursunuz. Əgər belədirsə, nəzərə alın ki, standartlara görə ayırıcı zolaq yolayrıcına qədər çəkilə bilməz və yolun konstruksiyasından asılı olaraq müəyyən məsafədə qurtarmalıdır. 15 metr normal məsafədir və belə halda da 4.1.1 nişanı yalnız 1-ci kəsişmş yerinə qədər qüvvədədir və növbəti kəsişmə yerinə aid deyil

Avtosfer.az | 19 Mart 2015 23:40

Salam.Axshaminiz xeyir.Sual: 2004 ilin avtomobilini Azerbaycana gomrukden kecirmek olarmiRastamojka etmek qeyd edimki avtomobil avro-4 standartlarina uygun gelir.Tesekkurler

Elvin | 16 Mart 2015 21:07

Salam. Neqliyyat vasitesi Avro-4 standartina uygun gelirse senedlerle birlikde gomruk idaresine yaxinlasib bir pencere sisteminden istifade etmekle qeydiyyata aldira bilersiniz

Avtosfer.az | 16 Mart 2015 22:54

Salam.Men masinin renginin dyp-de qeydiyyata alinmasi ucun nece muraciet etmeliyem neler lazimdir rengi evvel basqa olub.indi basqa Dovlet rusumu ne qederdir renglenen yerden spravka lazimdir zehmet olmasa prosedurlari ve qiymetleri mene deyerdiz.teshekkurler.

Nicat | 11 Mart 2015 19:18

Salam. Bəli, avtomobilin rəngini dəyişmisinizsə, bu mütləq DYP-nin qeydiyyat-imtahan məntəqəsində qeydə alınmalıdır. Əgər təmir yerində etmisinizsə, onların arayışı olmalıdır. Özünüz etmisinizsə, arayış lazım deyil. Belə qeydiyyatın rəsmi rüsumu 37 manatdır (texniki müayinə 20 manat, qeydiyyat şəhadətnaməsi 17manat).

Avtosfer.az | 12 Mart 2015 17:56

Salam. Etibarnamə sahib olmuş satan şəxsin maşınını alsam öz adıma rəsmiləşdirə bilərəmmi Təşəkkürlər

Subhan | 11 Mart 2015 15:53

Salam. Bash etibarnamedirse birbasa oz adiniza kecire bilersiniz. Hemin shexsle alqi-satqi muqavilesi olmalidir. Eger o da size etibarname veribse,o zaman oz adiniza yox,aile uzvlerinizden kiminse adina kecire bilersiz

Avtosfer.az | 12 Mart 2015 02:13

Salam.Bakı Qazax yolunda təmir gedəndə 30 nişanı qoyurlar.İlk olaraq onu deyim ki,mən 30 la sürəndə digər sürücülər 30 la sürmür və mənə qəza şəraiti yaranır.ikincisi 30 nişanın sonu olmur və həmin yoldada yolayrıcı yoxduki nişan qüvvədən düşsün.siz mənə deyə bilərsiniz ki təmir gedən vaxtı nişanlar necə qurulmalıdır Və yaxud 30 nişanı hara kimi qüvvədə olur Həmin yolda 20 kilometr 30 la sürmək olmur bu təbiidir.

sevil.zamanova | 10 Mart 2015 12:37

Salam. Yolda təmir-tikinti işləri gedərkən sürət məhdudlaşdırıla bilər. Lakin bu zərurət olan yerdə və zəruri həddə qədər olmalıdır. Əgər 30 km/saat və ya başqa sürət məhdudiyyəti qoyulubsa, mütləq həmin məhdudiyyətin bitdiyi yeri bildirən 3.21 və ya 3.31 nişanı da qoyulmalıdır. Bunlardan biri mütləq olmalıdır ki, sürücülər çətinlik çəkməsinlər.

Avtosfer.az | 11 Mart 2015 15:02