Banner
SUAL-CAVAB
Bütün suallar Avtosfer.az saytının baş redaktoru Elməddin Muradlı, hüquqşünas Ərşad Hüseynov tərəfindən cavablandırılır
Ad

E-mail

Şəkil

Sual

Salam. Qeydiyyat nömrə nişanı ilə bağlı sullarım var.1. Rayon nömrə nişanını Bakı qeydiyyat məntəqəsində aryes vermək olarm 2. Adıma olmayan nömrə nişanını aryes vermək mümkündürmü

Subhan | 6 Mart 2015 10:54

Salam.Sualiniz aydin deyil. Zehmet olmasa aydin yazin

Avtosfer.az | 11 Mart 2015 15:02

51 ci maddədə ötmə qadagan olan yerlərdə at arabalarını,velosipedləri,motosikletləri ötmək olar 2 ci sualım yolayrıcında nişan yoxdursa sagdan at arabası gəlirsə və yaxud velosiped gəlirsə onları buraxmaq lazımdır Yoxsa bu verdiyim iki sual ancaq mühərrikli nəqliyyat vasitələrinə aiddir Xahiş edirəm ətraflı izah edin.

sevil zamanova | 1 Mart 2015 14:28

Ötmə qadağan olunan bütün yerlərdə yox, yalnız 3.20 "Ötmək qadağandır" nişanının təsir sahəsində at arabasını, velosipedi və ikitəkərli motosikleti ötmək olar. 51-ci maddədə ötmənin digər qaydaları hamıya və hər cür nəqliyyat vasitələrini ötməyə şamil olunur. 2. Bəli, doğrudan da yolayrıcında hər hansı üstünlük nişanı yoxdursa və yollar eyni dərəcəlidirsə, onda sağdan yaxınlaşan velosipedə və at arabasına yol vermək lazımdır.

Avtosfer.az | 3 Mart 2015 15:19

Salam.Qardaşım öz maşınını sürmək üçün mənə etibarnamə veribdir.Amma nədənsə bütün cərimə və s.lər mənim ünvanıma göndərilir.Bilmək istərdim ki. cəriməni qardaşım ödəsədə yazılan cərimə balı kimin adına yazılır.Məktub göndərilən adamın və ya ödəniş edənin adına.

Dünyamalı | 27 Fevral 2015 16:10

Salam. Bu, belə də olmalıdır, çünki etibarnamə kimə verilibsə, DYP-nin sistemində həmin avtomobilin sürücüsü olaraq o görünür və bütün elektron sənədlər ona yazılır. Belə qayda pozuntularına görə cəriməni kim ödəməyindən asılı olmayaraq, cərimə balları protokolda adı yazılan adamın adına düşür.

Avtosfer.az | 28 Fevral 2015 15:50

Salam.YHQ-la IXM-si duz gelmeyende hansi ustun tutulur ve sebeb

Aqa | 26 Fevral 2015 23:24

Salam. İXM və YHQ arasında ziddiyyət olmamalıdır, çünki onların tənzimləmə predmetləri tam fərqlidir. Hər hansı səbəbdən ziddiyyət olduqda isə ziddiyətli məsələnin mahiyyətinə əsasən bu aktlardan hansının üstün olduğunu söyləmək olar.

Avtosfer.az | 27 Fevral 2015 15:47

Salam.Dairəyə yaxınlaşanda dairə nişanı var və o nişandan 10 metr sonra yol ver nişanı var.Digər tərəfdən gələnlərədə dairə nişanları var amma heç bir tərəfdə baş yol nişanı yoxdur.Mən yol ver nişanı tərəfdən gəlib dairənin boş olduğunu görüb dairəyə daxil olandan sonra üstünəm yoxsa digər tərəfdən gələnlərə yol verməliyəm

sevil zamanova | 26 Fevral 2015 19:56

Salam. Dairəyə giriş qarşısında qoyulan 2.4 nişanı o deməkdir ki, dairə boyunca hərəkət edənlərə mane olacaqsansa, onlara yol ver. Bu nişan yalnız dairəyə daxil olana qədər qüvvədədir. Dairəyə daxil olaraq dairə boyunca hərəkət edirsənsə, bu nişanın qüvvəsi bitir.

Avtosfer.az | 27 Fevral 2015 15:41

07.09.2014- tarixinde tertib edilen protokol 17.02.2015 tarixinde sisteme nece salina biler, ustunden 5 ay kecenden sonra tez bazar tertib edib veribler bu saxtadadir ya yoxbu haqda bilmek isterdim

Sahin | 25 Fevral 2015 13:50

Onu 902-ye zeng edib deqiqlesdirin. Qayda pozuntusu barede 2 ay erzinde qerar qebul olunmayibsa,legv edilmelidir

Avtosfer.az | 25 Fevral 2015 22:54

Salam.Sheher yol polis idaresi menim avtomobilimi hebse qoyub.Sebeb kimi deyirler ki, 2013 cu ilden menim radarlarim var, amma subut kimi hec bir shekil yox,unvana mektub qelmeyib,zenq olunmayib. Bir sozle ypx emekdashi meni saxlayir deyir ki mashin hebsdedi,cerime odemelisen vessalam. Ne edim,derdimi hara deyim,bilmirem.

soltan | 24 Fevral 2015 13:30

Salam. Siz bununla bagli DYP-nin 902 xidmetine muraciet edin. Baxilmasa, daxili isler nazirine mektubla muraciet edin. Ortada hec bir fakt olmadan mashina hebs qoyulmamalidir. 2013-deki radarla bagli 2 ay erzinde hansisa qerar qebul edilmeyibse,onlar coxdan quvveden dusmus sayilmalidir

Avtosfer.az | 24 Fevral 2015 22:42

Mawini ada kecirdende qanunu yaxwi bilen adam satan veya alan admin orda olmagi werti ile teref kimi komek ede biler.

Aqa | 22 Fevral 2015 19:16

Bizim huquqshunas size huquqi yardim gostere biler. Saytda elaqe bolmesindeki nomreye zeng ede bilersiz

Avtosfer.az | 23 Fevral 2015 01:41

salam avtomobil almiwam nomresi444 adima kecirdmeye gore ne qeder odeniw edecem 22azn 500azn avtomobiln sahibi norenin ustunde qalmasina etiraz etmir

Aqa | 21 Fevral 2015 21:33

Salam.Qanuna gore yol polisi nomreni yalniz bir defe sata biler.Her defe mashin alinib-satilanda nomrenin pulu alinmamalidir.Siz 59 manata masini oz adiniza kecire bilersiniz.Nomre de qala biler

Avtosfer.az | 22 Fevral 2015 02:17

Minik avtomobili Bakı qeydiyyatı olan şəxsin adınadır. Mən rayon qeydiyyatı olaraq avtomobili öz adıma keçirmək üçün 90-xx-xxx nömrə dəyişilmədən mümkündürmü Məncə hansı rayonda qeydiyyatdasansa həmin rayon nömrəsi dəyişilməlidir. Amma bu qanun yenidir .X.e cavablandırasınız.Öncədən təşəkkür.

Emin | 21 Fevral 2015 19:55

Avtomobil oz adiniza kecirilerken alan ve satan shexsin razligi varsa nomre avtomobilin ustunde saxlanila biler

Avtosfer.az | 22 Fevral 2015 01:30

size sual unvanladim hele de hec bir cavab gelmiyib...

orxan | 20 Fevral 2015 16:51

Salam. Qanunvericilikdə bu barədə məlumatın DYP-nin elektron səhifəsində yerləşdirilməli olması nəzərdə tutulur. Lakin bu, icra olunmur. Ona görə də məktubla müraciət edin, görün nə cavab verəcəklər.

Avtosfer.az | 20 Fevral 2015 18:19

Salam.1.Zolaqlarda hava sheraitinen her hansi bir sebebden yerdeki istiqamet verici oxlar gorsenmirse surucu buna mesuliyyet dashiyir.2.Ve men yerdeki,oxu gormediyim ucun,duzgun zolaqda yerleshmediyime gore o yolun daimi ishtirakcilari ezber tanidiqlarinan aramizda mubahise dushub meni gunahlandiriblarki,sola getmeli oldugun zolaqdan duzne getmisen.Buna munasibetniz.saqolun

Ismayil | 19 Fevral 2015 21:26

Salam.  Yol hərəkəti qaydaları elə düşünülüb ki, bu tipli problemlər olmasın. Dediyiniz halda yerdəki oxlarla bərabər həmin oxlara uyğun nişanlar da olmalıdır ki, ox görünməz olanda nişan üzrə problemsiz hərəkət olsun. Amma bizdə belə problemlər var. Ona görə də çox diqqətli olmaq lazımdır. Lakin görünməz olan oxların tələbini pozmaya görə, əgər başqa qayda pozulmayıbsa, heç kim məsuliyyətə cəlb edilmir.

Avtosfer.az | 20 Fevral 2015 15:12

Salam. Zig yolu 14.7 km Zig istiqametinde suret heddi ne qederdir Bir de cerime protokol tertib edildikden sonra hansi muddete odenilmelidir

Gunay | 19 Fevral 2015 11:52

Salam. Yashayis meskeninden suret heddi 60 km/saat mueyyen edilib. Amma bezen suret rejimine deyisiklik de edirler. Tablolar vasitesile. Cerime protokolu yazildigi gunden 10 gun sonra quvveye minir,hec bir sikayetiniz yoxdursa, vaxtinda odenis etseniz 10 faiz guzest edilir. Bir ay erzinde odemeseniz, her gun 1 faiz elave gelecek ustune 

Avtosfer.az | 19 Fevral 2015 13:56

Salam. YHQ nın 42 ci maddəsinin 12 ci hissəsində göstərilmiş yerlər və 5.1 , 5.3 nişanı ilə işarələnmiş yollar istisna olmaqla digər yerlərdə geriyə hərəkət eləmək olar Məsələn 1 tərəfli və 2 tərəfli yollarda, yaşayış məntəqələrində və yaşayış məntəqələrindən kənarda geriyə hərəkətə icazə var

sevil zamanova | 19 Fevral 2015 00:06

Salam. bəli, elədir. Lakin geriyə hərəkət edən sürücü hər bir halda başqa hərəkət iştirakçılarına mane olmamalıdır. Yolayrıclarında da geriyə hərəkət qadağandır.

Avtosfer.az | 20 Fevral 2015 15:19

Salam aeropurt istiqametinde hereket ederken orta qosa xetdi tapdalamaq cerimesi var sohbet birterefli yoldan gedir

perviz | 18 Fevral 2015 22:17

salam. eyni istiqamətli hərəkət zolaqlarını ayırmaq üçün qoşa xəttdən istifadə nəzərdə tutulmur. Ona görə də həmin xəttin tapdalanması, başqa qayda pozuntusu yoxdursa, məsuliyyətə səbəb olmur.

Avtosfer.az | 19 Fevral 2015 12:38

Salam ,mende mercedes c 180 1997 ci il, bu mashina maximum hansi olculu disk teker taxa bileremqanun cercivesinde,mashinin kitabcasini itirmishem

Turgay | 17 Fevral 2015 22:20

Salam. Mersedes servisden sorusun,deyecekler

Avtosfer.az | 18 Fevral 2015 00:35

daireni sehv kechmeyin cerimesi ne qederdi

zaur | 17 Fevral 2015 15:31

Sual aydin deyil. Konkret,neyi sorusursuz?

Avtosfer.az | 17 Fevral 2015 15:45

Salam, sualim beledirki, ypx-nin surucunu yolda hec bir sebeb olmadan saxlamaga ixtiyari varmi Zehmet olmasa maddesini de bildirerdiniz.

Xaliq | 17 Fevral 2015 11:35

Salam. Yol hərəkəti haqqında Qanunun 85-ci maddəsinə əsasən, DYP əməkdaşı yolda hərəkət vaxtı səbəb olmadan nəqliyyat vasitəsini dayandıra bilməz.

Avtosfer.az | 17 Fevral 2015 15:44

salam...men 111 qeydiyyat nisaninin mewgul olub olmamasi barede sorgu gonderdim cavab olaraq geldi ki hemin nomre mewguldur.sorguda hemcinin qeyd etmisdimki buna benzer mesgul olmayan qeydiyyat nisanlari barede yazili melumat verin,lakin bu barede hec ne yazmiyiblar. men nece elde ede bilerem 111,222,333 ve s. qeydiyyat nisani.birde 500 manat dovlet rusumu odesem DYP-YA GETSEM DESELER BUTUN NOMRELER MESGULDU NECE novbe tuta bilerem

orxan | 16 Fevral 2015 19:53

Salam. Qanunvericilikdə bu barədə məlumatın DYP-nin elektron səhifəsində yerləşdirilməli olması nəzərdə tutulur. Lakin bu, icra olunmur. Ona görə də məktubla müraciət edin, görün nə cavab verəcəklər.

Avtosfer.az | 17 Fevral 2015 15:40

salam bileceride abide deilen yerde kuruq var evvel hec bir iware yox idi indi yeni iware qoyublar kuruqa 3 istiqametden giris var her 3 istiqametdede 4.3 yeni kuruq iwaresi qoyulub indi bu kuruqda kim kime yol vermelidir birde mecburi hereket istiqameti nisanlari qoyulan yerde meselen tebriz kucesinde isiqforda 4.1.4 nisani qoyulub yerdede duzune ve sola donme var indi sola donen qanunu pozur ya yox onceden twk bildirirem

ismayil | 15 Fevral 2015 00:28

Salam. Əgər dediyiniz kimi 4.3 nişanı qoyulubsa, hərəkət növbəliliyi ilə bağlı hər hansı üstünlük nişanı yoxdursa, onda dairəyə yeni daxil olmaq istəyənlər dairədəkilərə yol verməlidirlər. 2-ci suala cavab olaraq bildiririk ki, yol nişanları və nişanlanma xətləri arasında ziddiyyət ola bilməz. Ziddiyyət varsa, təcili aradan qaldırılmalıdır. Həmin ziddiyyətə görə sürücü məsuliyyətə cəlb oluna bilməz. Ona görə də sürücü həm yerdəki oxa, həm də nişana uyğun hərəkət etməlidir və bu qaydalara uyğundur. Sadəcə çox diqqətli olmaq lazımdır.

Avtosfer.az | 16 Fevral 2015 15:38

salam.mən qeydiyyatda olduğum ünvanda yaşamıram,isteyirəm ki cərimələr, radarlar,qayda pozutuları haqqındakı müəlumatlar mənim email ünvanıma gəlsin bunun üçün nə etməliyəm Əvvəlcədən təşəkkürümü bildirirəm

firuz | 14 Fevral 2015 17:14

Salam. Siz o zaman DYP-nin imtahan qeydiyyat shobesine yaxinlasib bu barede resmi melumat verin,harada yasayirsiniz ora gondersinler.

Avtosfer.az | 15 Fevral 2015 00:38

Mən sizi başa düşdüm,amma bir məsələni dəqiqləşdirim sizinlə.onda ötmə ancaq qarşıdakı maşının hərəkəti zamanı olur Polis mənə deyə bilərki ötmənin tərifində yazılıb ki: ötmək,zolağı dəyişməklə ötüb keçməkdir,səndə zolağı dəyişib sağdan ötdün.Yəni mən ona hansı maddəni deyim ki,tıxac vaxtı sağ zolaq boş olanda qarşımda dayanmış avtomobili sağdan ötə bilərəm.Polis mənə deyəcək ki sağdan ötmə yalnız qarşıdakı maşının sola dönməsi zamanı ola bilər.

sevil zamanova | 14 Fevral 2015 15:11

Otme bashqa sheydi, yerdeyisme bashqadir.

Avtosfer.az | 16 Fevral 2015 16:39

Salam siz cavab yazmisizki Cerime mashina yazilmir.Surucuye yazilir. Vaxtinda odenis etmeseniz suruculuk vesiqenizi mehkeme yolu ile elinizden alacaqlar. mehdud qoyulacaq yoxsa alacaqlar

Orxan | 11 Fevral 2015 23:29

Salam.Alacaqlar elinizden.en azi 6 ay

Avtosfer.az | 12 Fevral 2015 01:10

Tıxac vaxtı mən qarşımdakı hərəkətsiz dayanmış avtomobili sağdan ötsəm və polis məni saxlasa cərimə yaza bilər Əgər yaza bilməzsə mən polisə necə sübut edim ki belə olan halda sağdan ötə bilərəm

sevil zamanova | 11 Fevral 2015 19:00

Əgər həqiqətən də tıxacdırsa və bu vaxt dayandığınız zolaqdan sağda qalan zolaq boşdursa, ora yerdəyişmə edərək hərəkəti davam etdirmək ötmə deyil, buna görə heç kimi cərimələmək olmaz. Amma bizim sürücülər tıxac olanda sağ tərəfə yol çiyninə, səkiyə, bir az genişləndirilmiş avtobus dayanacağına, sağda olan bu tipli başqa yrlərə çıxaraq qabaqdakı maşınları ötürlər. Bu, çox kobud və təhlükəli qayda pozuntusu, həm də yüksək mədəniyyətsizlikdir. Belə sürücülər sərt cəzalandırılmalıdır.

Avtosfer.az | 13 Fevral 2015 17:55

Salam. 8 ay evvel radara dushmushem ve bu haqda mene bildirish gelmeyib. 1Bu halda menim mashinima hebs dushe bilermi 2Bu halda meni polis saxlasa ve sistemde gorse ki radarim var mashini cerme meydancasina aparmaga ixtiyari varmi Yoxsa yerindece protocol yazmalidir3Eger radara dushmeyimden artig 1il oturse o radar quvveden enirmiTesekkurler...

Nahid | 11 Fevral 2015 10:49

Salam. Sizin barənizdə qanuni qüvvəyə minməmiş qərar yoxdursa, avtomobiliniz saxlana və cərimə meydançasına qoyula bilməz. Sizi saxlasalar, bunu deyin və tələb edin ki, sizə rəsmi sənədlər versinlər. inzibati xətaya görə məsuliyyətə cəlb etmə müddəti 2 aydır. Bu müddət ərzində qərar və ya protokol olmayıbsa, iş xitam olunmalıdır.

Avtosfer.az | 11 Fevral 2015 18:10

Azərbaycanda Yol Hərəkəti Haqqında qanun üstün götürülür yoxsa Konvensiya Məsələn Yhq-la Konvensiya arasında ziddiyət olarsa hansı üstün götürülür Və üstün götürülməyi hansı qanunla nizamlanır

sevil zamanova | 10 Fevral 2015 22:38

Əgər YHQ və Yol hərəkəti haqqında Konvensiya arasında ziddiyyət olarsa, Onda Konvensiya üstündür. Bu, bizim konstitusiyamızın 151-ci maddəsində yazılıb.

Avtosfer.az | 11 Fevral 2015 17:39

Salam men pravami yoxlayiram 240 man cerimem var. DYP meni saxladiqda bu cerimeni gore bilir hemin o 240 man cerime halhazirda surduyum mawina aid deyil

Orxan | 10 Fevral 2015 20:18

Cerime mashina yazilmir.Surucuye yazilir. Vaxtinda odenis etmeseniz suruculuk vesiqenizi mehkeme yolu ile elinizden alacaqlar

Avtosfer.az | 10 Fevral 2015 22:33

Salam. men bilmek isterdim ki, 1 il bundan qabag kontruksiya deyiwikliyi ile 150 man cerimelenmisem. bugunedek odememisem ustune faiz gelib. hansi masina cerime yazilibsa o masin satilib. bu cerime ile bagli mene ve ya masini alan sexi ne gozleyir evvelceden tewekkur

Orxan | 10 Fevral 2015 20:12

Salam.Cəriməni belə gecikdirdiyinizə görə satdığınız maşın saxlanaraq cərimə meydançasına qoyula bilər, sizn isə sürücülük hüququnuz 6 aydan 1 ilədək məhdudlaşdırıla bilər.

Avtosfer.az | 11 Fevral 2015 17:43

Umumiyyetce zolaqlarda yerde oxlarla gosterilen istiqametler mecburedicidirmiEger yerdeki ishare ile yol nishani arasinda ziddiyet varsa hansini esas gotrmeliyem

Ismayil | 10 Fevral 2015 15:38

Her ikisi uzre hereket elemek olar, Cunki ziddiyetli nishanlara gore surucu mesuliyyet dasimamalidir

Avtosfer.az | 10 Fevral 2015 17:14

Salam.Cavabniza gore teshekkur!!Demeli tutaqki,men yol ayricna catanda dayandigim zolaq duzune ve saga hereketi mecbur etdiyi halda men sola getmey qerarini veriremse ve menim solumdaki zolaq sola getmeye icaze versede yol ayricnin yaxinliginda zolaqlar arasinda butov xett olduguna gore men hemin zolaqa kecib sola hereketimi tamamlaya bilmerem duzdumu! Bele olan halda men gedeceyim yere diger yol ayricindan donmeliyem yoxsa nece hereket elemeliyemxaish edrem cavablandirin

Ismayil | 10 Fevral 2015 14:57

İstənilən manevri hərəkət şəraitinə və yol nişanlarına uyğun etməlisiniz. Dediyiniz halda necə etməyiniz yol şəraitindən asılıdır. Amma burada dönəcəkdim deyə növbəti yolayrıcında qaydanı pozub dönə bilərəm, söhbəti ola bilməz.

Avtosfer.az | 11 Fevral 2015 17:43