Mən radar cərimələrini harada ödəməliyəm və hansı sənədlər tələb olunur.
Size gonderilmish protokollarla birlikde banka yaxinlashib odenish eleye bilersiniz
Salam. neye esasen Huquqsunaslar DYP ye ise qebul olunmur hal hazirda isleyenler var Huquqwunaslardan amma indi qebul etmirsiz niye ...
Salam.Biz hec kimi ishe goturmuruk axi. Ish ucun Daxili Ishler Naziliyine muraciet edin
salam !! men qardasimin masinini etibarnamesiz sure bilerem biz ikimizde eyin unvada yasayiriq
salam.xeyr.olmaz
salam. menim cesqa deyilen masinim var. matoru 2.8 dir. onun texniki baxisi nece manat tutacaq.
Salam. 2.8 motor üçün texniki baxış rüsumu 20 manat, yol vergisi 36 manatdır. Cəmi 56 manat.
Salam. Vaz 2115-in təkər disklərinin başqa hansı disklərlə əvəz olunması kostruksiya dəyişikliyi hesab olunmur
Salam. həmin avtomobilə texniki cəhətdən uyğun gələn istənilən diskdən istifadə oluna bilər.
weffafliq olcen cihaz olmasa hec bir halda gozeyari teyinetmeden ve cerimeden sohbet gede bilmez.duzdu
Mehkemeye muraciet etseniz,yeqin ki, siz haqli cixa bilersiniz
salam, maşın rayon qeydiyyatındadır, bakı qeydiyyatına salmaq isteyirem, ne edim
Salam. Bakı qeydiyyatına o halda sala bilərsiniz ki, özünüz (avtomobil sahibi) Bakı qeydiyyatında olsun. Bunun üçün Xırdalanda DYP-nin qeydiyyat-imtahan şöbəsinə getmək lazımdır.
meselen qabaq üuüe üeffafliqi min 70dirsedemeli tundluy max 30 olmalidi,birde bunu hansi servislerde olcdure bilerem,
onu olcmeye deyesen hec DYP-de de qurgu yoxdur
Salam. Maşın Bakı qeydiyyatındadır. Rayon qeydiyyatlna salmaq üçün ilk öncə Bakı nömrəsini təhvil verib tranzit nömrəylə rayona getməli yoxsa birbaşa Bakı nömrəsiylə rayona gedib və oradakı qeydiyyat imtahan məntəqəsinə təhvil verməliyəm Əvvəlcə təşəkkürlər.
Salam. Bəli, indi qanun imkan verir ki, birbaşa rayona gedəsiniz. Orada qeydiyyatı həyata keçirməklə nömrən rayon nömrəsinə dəyişəsiniz. Bunun üçün əvvəlcə Bakıya gedib tranzit nömrə almaq lazım deyil.
Salam hormetli Avtosfer.Tesadufen YPX mashininda olan komputere istinaden bilmishemki 2014cu ilin yanvar ayinda Suraxani rayonu erazisinde radarim var. YPX avtomobilinde yazilmishdiki DIQQET Suraxani rayonu DYP 2ci otaq . ustunden 11aya yaxin vaxt kechmesine baxmayaraq mene ne zeng, ne mektub, ne xeberdarliq gelmeyib. Suruculuk vesiqemi dyp.gov.az saytinda yoxlayiram hech bir cerimem yoxdu. Zehmet olmasa melumat vere bilersinizmi men Suraxani YPX gedim yoxsa hansi addim atimEvvelceden teshekkurler
Salam/ Siz Suraxanı DYP-yə gedin və ya məktub yazın, tələb edin ki, həmin qayda pozuntuları ilə başlı rəsmi sənədləri sizə versinlər. Sənədləri alandan sonra şikayət edə bilərsiniz və ya sadəcə cəriməni ödəyə bilıərsiniz.
Salam mawin menimdi qardawima bagiwlayiram nomrenin deyiwmesini istemirik bunun ucun nomrenin rusumunu odemeliyem
Salam,xeyr.nomre deyismeye biler
Salam. Bilmək istərdim ki, mənə məxsus neçə maşın var və onu hara müraciət edib və necə addan çıxartmaq olar Əvvəlcədən təşəkkürllər...
Salam. Qeydiyyatda oldugunuz DYP Shobesine yaxinlasin. Hansi rayondasinizsa,ora gedin. Melumat alacaqsiniz
uzr isteyirem.qabaq,qabaq yanlar,arxa yanlarin isiq buraxmasi ne qeder olmalidibirdeki meselen men bazardan aldimsa bu wuweleri bu zavod istehsali syilmirher hansi dokument,kagizda almaliyam bu weweye aidya nece
Şüşələrin minimal şəffaflığı belədir: qabaq - 75%, qabaq yanlar- 70%. arxa yanlar- 60%. Bunun üçün hər hansı sənədə ehtiyac yoxdur. Şüşələrin şəffaflığı xüsusi aparatla ölçüləndə şəffaflıq belə olmalıdır. Şüşənin də alarkən maşında olması, sonradan qoyulması heç bir əhəmiyyət daşımır.
Özüm rayon qeydiyyatındayam Bakı qeydiyyatında olan yaxın qohumumdan İdarəetməyə dair etibarnaməni ASAN xidmətindən ala bilərəmmi
Bəli, ASAN xidmətdən etibarnamə ala bilərsiniz.
Salam Avtomobili mənə verilən sürməyə görə etibarnamə ilə idarə edirəm. Mən maşında olmaq şərtilə, sürücülük vəsiqəsi olan oğlumun avtomobili idarə etməsinə qanun icazə verirmi
Salam. Qanunun hərfi mənasına görə, dediyiniz halda maşını oğlunuzun sürməsində heç bir problem yoxdur. Amma uzun müddət formalaşmış təcrübəyə əsasən DYP bunu inkar edir. Onlar hesab edirlər ki, sizin dediyiniz hal qanuna ziddir.
Avtomobil menim adimadi qardawima bagiwlamaq istiyirem bagiwlanma muqavilesinin rusumu ne qederdi tex pasportun qiymetin bilirem.
Bağışlanma prosedurunun bütövlükdə rüsumu (texpasport da daxil) 59 manatdır. Əgər bu il texniki baxış da olmalıdırsa, onun rüsumunu və yol vergisini də ödəyəcəksiniz.
Salam. Idare etmeye görə verılən etıbarnamə üçün notarıusa toplam nə qədər ödəməlıyəm və xahış edırəm bıldırəsıs yenı sürücülük vəsıqələrının üstündə olan çıplər nə üçündür
Salam. Sürmək üçün etibarnamənin rüsumu 10 manatdır, yaxın qohuma verildikdə isə 5 manatdır. Amma notariuslar adətən artıq pul alırlar.
Sürücülük vəsiqəsinin üstündəki çip vəsiqə sahibi barədə məlumatı əks etdirir, saxtalaşdırmanı istisna etmək üçündür.
salam.plonka cekmez olmaz bilirem.men el arasinda xamilion suse adlandirilan mehsulun ne qeder qanuni olub olmamasini mueyyenlewdirmek isteyirdim.zavod istehsali olub olmamasindan asili olaraq ve s. etrafli melumat isteyirdim
Salam/ Xameleon şüşə qadağan deyil, amma xameleonun ən tünd vaxtda işıq buraxması normaya uyğun olmalıdır. Təbii ki, şüşədə güzgü effekti olmamalıdır və şüşə zavod istehsalı olmalıdır.
SalamYolda YPX saxlayib,telefonla danishdigini deyirse,ondan subut yani video goruntu ve ya shekil isteyemeye huququm varmi Yoxsa hec bir subutsuz cerime olunuram
DYP bunu aksar sekilde gorurse,subut onun gorduyu qayda pozuntusu,yazdigi protokol,en esasi da,vicdanidir.Video ve fotoya ehtiyac yoxdur
salam. suruculuy vesiqesi olmadan avtomobili idare etmeyin cerimesi ne qederdir birinci ve ikinci defe.
Salam. Birinci defe 100 manat,ikinci defe 200 manat
salam.bilmek isterdimki on wuweye ve qabaq yan arxa yan wuweler tonirovka faizi ne qederdibirde bu zavod istehsali olmalidir ya istenilen usulla hazirlanmish shushelerden istifade etmek oalretrafli melumat zehmet olmasa
salam. Qabaq şüşəyə və qabaq yan şüşələrə heç bir halda plyonka çəkmək olmaz. Bu şüşələrin minimal işıq buraxması 75% (qabaq) və 70 % (qabaq yanlar) olmalıdır.
eyni cerime bir hefte erzinde ikinci defe tetbiq edile bilermi sohbet qayda pozuntusu konstruksiya deyishikliynden gedir.
Konstruksiya dəyişikliyi varsa və bu qadağandırsa, həmin vəziyyət aradan qaldırılmamış bu avtomobili sürmək qadağandır. Ona görə də nəinki 1 həftə sonra, hətta hər gün də bu avtomobili belə vəziyyətdə sürən adam cərimələnə bilər. Konstuksiyadakı problem aradan qaldırılmamış bu avtomobil yolda olmamalıdır.
Salam.sentyabr ayinin 30da Neftcala Rayonu Xilli qesebesinde avto qeza olub.10LJ 089 nomreli Qaz 31 10 markali masinla motosiklet toqqusub ve motosikletin sahibi 5 agir sinig alib.qezaya sebeb Qaz 31 10 surucusu ickili olub ve aniden donub.ve qeza olan gunden 24 gun kecmesine baxmayarag helede rayon polisi zerercekenden izahat alamayib.sizce ne etmeliyikzehmet olmasa komk edin
Salam. Bunun üçün qəzanı araşdıran müstəntiqə yaxınlaşın, ondan məlumat tələb edin. Amma belə istintaq ən azı 2 ay çəkəcək. Ona görə də zərərçəkəni çağırıb dindirəcəklər.
Salam.Size bir sualim var: Men avtomobilimi 2011 ilde Azerbaycana getirmisem ve qeydiyyatdan kecirmisem.Avtomobil C280 buraxilis tarixi 28.10.2006 ildir.hercend gelis senedlerinde 2007 yazilmisdi,hetta vin codunu internetde axtaranda ili 2007 cixir Muvafiq olaraq 2011 ve 2012 illerde texniki baxisdan da kecirmisem.Amma 2013 ilde texniki baxisdan kecirmedim chunki yeni qanun cixmisdi.Bu il getdim texniki baxisa mene uzerinde 2015 yazilan texniki baxis bilkasi verdiler. Bu duzgundurmu Axi menim masinim 10 yasi olmasina hele var.Rica edirem etrafli basa salin men 2015 yenede texniki baxisdan kecmeliyem yoxsa ne vaxt. Tesekkur edirem.
Salam. Siz dedikləriniz tam doğrudur. Amma DYP özü üçün qrafik müəyyən edib və həmin qrafikə əsasən maşınların buraxılış ilinin tək və ya cüt rəqəmli il olmasına uyğun texniki baxış talonu verirlər. Narahat olmayın. Siz avtomobilinizi 2015-də baxışdan keçirəcəksiniz, növbəti dəfə isə artıq 2017-də. Ona görə də bunun elə bir prinsipial əhəmiyyəti yoxdur..
Salam. Əvvəla suallırma cavab verdiyiniz üçün Sizə təşəkkür edirəm. Azərbaycanda yəni təkcə Bakıda yox qeydiyyat imtahan məntəqələri hansı günlərdə və hansı saatlarda işləyir
Ish gunleri ve shenbe gunu saat 15.00-a qeder isleyirler.seher saat 9-dan axsam 5-e kimi
Salam,Goranboy rayonunda qeydiyyatda olan bir vətəndaş Bakı şəhərində yaşayır. Sürücülük vəsiqəsinin əldə edilməsi üçün Bakıda tibbi müayinədən keçmək və imtahani da Bakıda vermək hüququ varƏvvəlcədən təşəkkürlər
Imtahani Bakida vere biler. Saglamliq haqqinda tibbi arayishi qeydiyyatda oldugu poliklinikadan almaq lazimdir.Bakida da muveqqeti qeydiyyata dusub almaq olar
Piyada kecidleri ve işiqforunlar artirilmalidi.her yerde olmalidi.cunki iwe ve yaxud gedeceyi yere telesenler olur uzag mesafede olan piyada kecidine getmirler oncun qanunsuz yoldan istifade edirler ve buda hadise yaradir.
Yollarda cox ciddi islahatlar aparilmalidir.
Salam. 15 noyabr 2014 cü il tarixdə avtomobilimin sığorta müddəti bitir.Bilmək istərdim əgər mən müddət bitən kimi deyil 1 ay sonra bu müddət ərzində avtomobildən istifadə etməyəcəyəm yeni sığorta müqaviləsi bağlasam hər hansı dəbbə pulu və.s ödəməliyəmmi
Salam.xeyr.debbe pulu nezerde tutulmur.
SALAM. MEN YOLU KECERKEN CERIME OLUNMUSAM 3 AY EVVEL. OZUM TELEBEYEM,BUNA GORE GECIKDIRMISEM ODENISI. BILMEK ISTEYIRDIM INDI HANSI MEBLEGDE CERIME ODEMELIYEM VE INTERNET VASITESI ILE OYRENE BILEREM CERIME MEBLEGIN
Salam.internetde oyrenmek olmaz.Amma banka yaxinlasib shexsiyyet vesiqesini teqdim etmekle oyrene bilersiniz. iki ay erzinde 1 faiz artib cerimeniz
Salam. Sizə 2 sualım var.1. Rayon qeydiyyatında olan maşının sahibi Bakıda mənə baş etibarnamə verə bilər Onda hara müraciət olunur2. Rayon qeydiyyatında olan maşının nömrə nişanını saxlayıb, özünü Bakı qeydiyyatında olan vətəndaşa satsam hansı proseduralar və sənədlər lazım olacaqƏvvəlcədən təşəkkürlər...
Salam. Cavab: 1. Rayon qeydiyyatında olan avtomobilə dair Bakıda etibarnamə verməyin heç bir problemi yoxdur. Bunun üçün istənilən notariusa yaxınlaşmalısınız.
2.Rayon qeydiyyatında olan maşının nömrə nişanını saxlayıb, özünü Bakı qeydiyyatında olan vətəndaşa satmaq üşün həm siz, həm də alan adam şəxsiyyət vəsiqəsini, avtomobilin qeydiyyat şəhadətnaməsini (texposportu) DYP-nin qeydiyyat-imtahan məntəqəsinə təqdim etməlisiniz. Bütün prosedur orada həyata keçiriləcək və orada dövlət rüsumlarını da banka ödəyib qəbzini təqdim edəcəksiniz.




