Banner
SUAL-CAVAB
Bütün suallar Avtosfer.az saytının baş redaktoru Elməddin Muradlı, hüquqşünas Ərşad Hüseynov tərəfindən cavablandırılır
Ad

E-mail

Şəkil

Sual

Siqaret çəkmeye gore usaqlar cerime oluna biler
Eli | 21 Noyabr 2023 08:55
Bu bizim sahəmiz deyil. Bizdə yalnız yol hərəkəti qaydalarıdır.
Avtosfer.az | 25 Noyabr 2023 21:03
Salam. Zəhmət olmasa deyərsiz, Hunday H-1 minivan avtomobildə sürücüdən arxada qalan şüşələrə pərdə asmaq olarmı? Əgər olmazsa cəriməsi nə qədərdir və İXM-hansı maddə.
Alim | 20 Noyabr 2023 22:05
Salam. Yalnız plyonka olar.
Avtosfer.az | 25 Noyabr 2023 21:02
Salam nomre almaq isdiyirem adima kecirmek ucun dovlet rusumu ne qederdi
Taleh | 20 Noyabr 2023 21:19
Salam. Bu linkə daxil olaraq hesablaya bilərsiniz.
Avtosfer.az | 25 Noyabr 2023 21:01
Salam hervaxtınız xeyir.Yol polis emekdaşları meni bir neçe defe maşın disklerinin standart ölçülerinden böyük olduğuna göre saxlayıblar cerime meydançasına aparmaq isteyibler .Bele olduqu zaman 342.2.2 yoxsa 342.5 maddesine göre cerime tetbiq ediler biler? Maşın toyoto land crusier 2013
Turan | 20 Noyabr 2023 17:03
Salam. 342.2.2 yazılmalıdır.
Avtosfer.az | 25 Noyabr 2023 21:00
Salam.sualim beledir-menim masinimda qabaq buferi ve arxa buferi deyismisem tuning fason yigilib.qabaq kapotun ustunde de deyisiklik elemisem ve spoyler qoymusam arxaya.buna gore men texniki baxisdan kece bilerem yani masin bu formada texniki baxisdan kece biler???
Huseyn | 20 Noyabr 2023 14:56
Fotosunu göndərin baxıb deyək.
Avtosfer.az | 25 Noyabr 2023 20:57
Salam avtomobilimi qanunsuz olaraq cerime meydancasina apariblar.iddia edirler ki arxa yaylar kesilib.amma saylarini sayirlar saylari yerindedi.ne etmeliyem.onceden tesekkurler.
Xeyal | 20 Noyabr 2023 11:25
Salam. Əgər qızdırlımayıbsa cərimə meydançasından buraxmalıdırlar.
Avtosfer.az | 25 Noyabr 2023 20:56
Maşini öz adima keçirmək uçun nə qədər rusum ödəməliyem
Toğrul | 20 Noyabr 2023 10:45
Bu linkə daxil olaraq hesablaya bilərsiniz. https://avtosfer.az/az/qeydiyyat-kalkulyatoru
Avtosfer.az | 25 Noyabr 2023 20:55
Qeydiyyat sadetnamesin ne qeyd olunmalıdır elave 1 suşe qoyulub ora oda yazılmalıdır?
Haci | 20 Noyabr 2023 08:15
Sərnişin etməmisinizsə heç nə yazılmalı deyil.
Avtosfer.az | 25 Noyabr 2023 20:54
Hyundai i30 4 eded sport purjun qoyulmagina icaze var ?
Elii | 20 Noyabr 2023 02:06
Xeyr, icazə yoxdur.
Avtosfer.az | 25 Noyabr 2023 20:50
Salam mercedes vito yuk arxa yuk yerini suşe etmek normativ telebi pozurmu?
Hacı | 19 Noyabr 2023 23:22
Salam. Tipi dəyişirsiniz. Bunu zavod şəraitində edib, daha sonra qeydiyyat şəhadətnaməsinə qeyd etdirməlisiniz.
Avtosfer.az | 20 Noyabr 2023 00:44
Salam nivaya pnevma quraşdırmağ olar?
Yusif | 19 Noyabr 2023 22:30
Salam. Xeyr.
Avtosfer.az | 20 Noyabr 2023 00:43
Salam, men vaz 2106 markalı maşınla qeza etmişem, süret heddim 60-70 olardı,(max süret heddi40km/saat idi) yol örtüyü yaş olduğu üçün. Heç bir yere ve yaxud kimese xesaret yetirmemişem,içkili olmamışam, sürücülüm vesiqemde bal yoxdur, özüm cuzi, kesikle xesaret almışam, maşında tek idim. Bunun üçün menim sürücülük vesiqeme mehdudiyyet qoyula bilermi, ve yaxud cerime oluna bileremmi? Cerime olsa ne qeder mebleğde olar?
Şamxal | 19 Noyabr 2023 18:50
Salam. Xeyr, buna görə məhdudiyyət qoyula bilməz. Sürücü hadisə nəticəsində heç kimin sağlamlığına zərər yetirməyibsə, yalnız özü xəsarət alıbsa, buna görə məhdudiyyət və ya cinayət işi açıla bilməz. Sadəcə qəzaya hansı qayda pozuntusu səbəb olubsa onun cəriməsi yazılacaq.
Avtosfer.az | 20 Noyabr 2023 00:43
Prava hansi zaman müddetinde mehdudlaşdırıla biler?
Şamxal | 19 Noyabr 2023 12:13
6 aydan 2 ilədək.
Avtosfer.az | 19 Noyabr 2023 15:29
Salam .axwam etibarnamesiz masin surduyume gore dyp saxladi mawini dayanacaga qoydu ,ama hec bir protokol tertib olunmayib .masini dayanacagdan nece goture bilerem ,protokol ne vaxt tertib olunmalidi?
Sefer | 19 Noyabr 2023 00:47
Salam. Etibarnamə alın və ya maşının sahibini aparın maşını götürsün. Yalnız sizə 40 manat cərimə yazılacaq.
Avtosfer.az | 19 Noyabr 2023 15:28
Salam zəhmət olmasa deyərdiz mən Siyeze rayonu Səttar Xeyrullayev küçəsi ev 2 də yaşayıram.yasadigimiz kuce merkezi kuceden kenardi.bizim kuceye dayanma durma nişanı qoyub.menim hetmyetime maşın girmir mən maşınımı harda saxlamaliyam? Kucemizde ne mekteb var nede usaq baxçası. Bu ne qeder duzdur
Qüdrət Allahverdiyev | 19 Noyabr 2023 00:37
Salam. Bəlkə başqa səbəblər var, ona görə quraşdırıblar? Hər bir halda DYP-yə rəsmi ərizə ilə müraciət edin. Ya gündüz vaxtı videonu çəkib problemi səsli şəkildə bildirib 055 335 15 59 nömrəsinə göndərin baxaq.
Avtosfer.az | 19 Noyabr 2023 15:26
2107 bruzqavikleri yoxdur ona cerme yaza bilerler
Sahin | 18 Noyabr 2023 23:35
Ətraflı məlumat üçün bu linkə daxil olun. https://avtosfer.az/az/oyrenek/palciq-fartuklari-olmayan-masin-duracaga-aparila-biler-i%CC%87zah-221185
Avtosfer.az | 19 Noyabr 2023 15:24
Bmw F10 2016ci il 20lik diski tekerle surmek olar?
Etimad | 18 Noyabr 2023 21:31
Zavod icazə vermirsə olmaz.
Avtosfer.az | 19 Noyabr 2023 15:23
Bmw F10 2016 ci il 20lik diski tekerle surmek olar?Yol patrul emekdawi deyirki o halda surmek olar texniki pasporta M yazdirasiz.
Etimad | 18 Noyabr 2023 21:12
"M" sözünün yazılması özü qanunsuzdur.
Avtosfer.az | 18 Noyabr 2023 21:20
Salam hər vaxtınız xeyir olsun hörmətli oxuyucu mənim sizə bir neçə sualım olacaq cavablandırsaz sevinərəm 1) Lada Niva Urban avtomobili bilindiyi kimi daha modern tipli hazırlanıb və məndə öz avtomobilimi dahada gözəlləşdirmək üçün onun zavod istesalı üzərində gələn işıq cihazlarını 2-ci şəxs (tuning) işıq cihazları ilə əvəzləmək isdəyirəm məsələn 1-ci şəkildəki arxa stop işıqları bu işıqların iş rejimi tipi miqdarı yerləşməsi avtomobilə və rəngidə dövlət standartlarına uyğundursa sadəcə işıqlar bütöv sönülü olduqda yəni gündüz hərəkət işıqları və s yanmadıqda stop özü qara rəngli olursa bu qadağandır? 2) 2-ci Şəkil Bu işıqlar avtomobilin ön faralarıdır el arasındakı adı (wrangler) adlanır lakin hər hansısa avtomobil firmasının hansısa modelinə hazırladığı fara deyil 2-ci şəxs detalıdır yəni bir model markaya aid deyil əgər bu ehtiyyat hissəsinin tipi miqdarı iş rejimi yerləşməsi avtomobilmə rəngidə dövlət standartlarına uyursa (ağ rəng) onu mən öz avtomobilimə bağlaya bilərəm? Sözü gedən işığın yan hissələrindəki (kantlar) səhər idarə işığı kimi bəyaz dönmə işıqı vəya qəza dəyanma işığı kimi narıncımtıl sarı yanır burada sadəcə elektrik mütəxəsisi tərəfindən dönmə işığına artıq elektrik xətdi çəkiləcək ancaq bu qanunsuz sayılırsa eyni faranın yanlarında kantsızıda var yəni yalnız uzun qısa işıqlı fara formasında və bu ön işıqları başqa sürücülərə təhlükə yaratmamaq üçün qoşulduqdan sonra nizamlanacaqdır 3)Avtomobilin mühərrikini eyni markanın fərqli modeli ilə dəyişən zaman nə etmək və hara yaxınlaşmaq lazımdır? 4)Fərqli avtomobil markasının mühərrikini avtomobilimə yerləşdirə və rəsmiləşdirə bilərəm? 5)Hər hansısa bir vətəndaşdan mühərrik alan zaman mühərriki neçə və harada özəlləşdirə bilərəm? 6)Başqa marka və ya modeldən öz adıma olan mühərrik sahibi olduğum avtomobilimə qeydiyyatlı və aid deyilsə bunun cəriməsi var və nəqədərdir? Üzürlü sayın vaxdınızı aldım cavablarınıza görə indidən təşəkkürlər.
Rəşad | 18 Noyabr 2023 17:31
Salam. "VAZ" zavodu bu işıqları niva üçün nəzərdə tutmayıb. Bunu sonradan hansısa pul qazanmaq istəyən zavod özü hazırlayıb buraxıb satışa. Quraşdırmaq olmaz. Başqa marka və ya modelə aid mühərriki quraşdırmaq mübahisəlidir. Bu süala mütəxəssis cavab verməlidir. Eyni marka, model aid mühərriki əldə etmək üçün mənbə sənədi olmalıdır. Qeydiyyat şəhadətnaməsi və ya digər ölkədən gəlirsə gömrük bəyannaməsi lazımdır.
Avtosfer.az | 18 Noyabr 2023 20:27
Salam.Avtomabilin texniki pasportuna M yazdırmaq üçün ne etmek lazımdır?
Etimad | 18 Noyabr 2023 15:16
Salam. Belə şeylərin yazılması qanunsuzdur və heç bir əhəmiyyəti yoxdur.
Avtosfer.az | 18 Noyabr 2023 20:11
Salam.maşının tek arxa şüşesine perdeye icaze var?
Maşallah | 18 Noyabr 2023 04:21
Salam.Sənaye üsullu jalüzə icazə var.
Avtosfer.az | 18 Noyabr 2023 20:11
Avtomobilin 1 veya 2 nömresini çixarib idare etmeyin cermesi ne qederdir.
Hacı | 18 Noyabr 2023 02:47
40 manat.
Avtosfer.az | 18 Noyabr 2023 20:09
Salam, BMW F10 528i modeline ön M bufer qoyulub, M buferlerde dumana qarşı farlar olmadığı üçün legv edilib, bu qayda pozuntusu sayılır yoxsa yox?
Şəhram | 18 Noyabr 2023 01:50
Salam. Qanunla qayda pozuntusu sayılmır.
Avtosfer.az | 18 Noyabr 2023 20:08
Salam. DYP- ya yazilan wikayet erizesine nece muddete cavab verilmelidir?
Yusif | 17 Noyabr 2023 22:56
Salam. Araşdırma tələb edildikdə 15 iş günü, araşdırma tələb edilmədikdə 30 iş günü.
Avtosfer.az | 18 Noyabr 2023 20:06
Salam senaye usulu ile hazirlanmis (zavod ve ya fabrik istehsali) tundluyu 25% olan on alin suseye icaze varmi? DYP emekdasi her hansisa bir tedbir gore biler mi? Xahis edirem cavablandirin.Onceden tesekkur edirem
Elibalayev Eli | 17 Noyabr 2023 22:14
Salam. Sənaye üsullu 25 faiz tünd ola bilər. Polis də ölçsə 25 faizdən artıq olmasa cərimə yazılmayacaq.
Avtosfer.az | 18 Noyabr 2023 20:05
Suruculuk Vesiqesnin Mehdudiyeti Varmi?
Yusif | 17 Noyabr 2023 14:01
Sualınız aydın olmadı
Avtosfer.az | 18 Noyabr 2023 20:03
Salam məndə Khazar Lx 2020 modelidi. Bunlarda arxada purjun yoxdu sadəcə amertizatordu. Onun oxunu əyəndə maşının arxası yerə düşür . Cərimə yazıla bilər ?
Fərid | 17 Noyabr 2023 02:28
Salam. Bəli, yazıla bilər.
Avtosfer.az | 18 Noyabr 2023 20:03
Salam,Bmw 528i 2015,Disk Təkər ölçüləri ilə bağlı ətraflı məlumatı hardan öyrənə bilərəm,zavod qapıda 245/45r18 qoyub ancağ sənədə m qeyd olunanda r20-yə qədər icazə olduğu bildirilir bu haqda ətraflı məlumatı hardan öyrənə bilərəm?
Amin Gafarov | 16 Noyabr 2023 09:46
Salam. Belə şey yoxdur. Zavod hansı ölçüyə qədər icazə verirsə, ondan istifadə edə bilərsiniz. "M" sözü boş şeydir.
Avtosfer.az | 18 Noyabr 2023 20:02
Salam men motoskiletme akropovic ses bogucu qoymaq isdeyirem qanunu wekilde nece ede bilerem?
Eli | 16 Noyabr 2023 01:30
Salam. Qadağandır.
Avtosfer.az | 18 Noyabr 2023 20:01
Salam men maşın almaq isdeyirem.onu nece bilerem necenci el olub ve harda olub??
Əlvan | 15 Noyabr 2023 23:02
Salam. Bu məlumatlar yalnız DYP-də olur.
Avtosfer.az | 18 Noyabr 2023 19:59