Banner
SUAL-CAVAB
Bütün suallar Avtosfer.az saytının baş redaktoru Elməddin Muradlı, hüquqşünas Ərşad Hüseynov tərəfindən cavablandırılır
Ad

E-mail

Şəkil

Sual

Salam. Avtomobil vaz 2107 dir. Men isiqlari lupali led qoya bileremmi? Ve hemcininde hansi isiqlardan istifade ede bilerem? Yol polis emekdasi cerime etmesin
Cavid | 15 Noyabr 2023 21:49
Salam. Onu belə deyə bilməyəcəyik. Qanunu bilən avtomobil mütəxəssisi tapıb məsləhətləşməlsiniz. Amma tövsiyə edirik ki, quraşdırmayın.
Avtosfer.az | 18 Noyabr 2023 19:58
Salam. Mən TİR sürücüsuyəm. İdarə etdiyim yuk maşınıyla Ələt-Astara yolun 191 km- də hərəkətdə olan zaman mənimlə qarşı-qarşı gələn Dövlət yol polisi maşını ani olaraq arxadan dönub, mənə saxla əmrini verdilər. Özlərini təqdim etmədən məndən spirtli içib, içmədiyimi, axırıncı dəfə nə vaxt içdiyimi soruşdular. Mən içən deyiləm və ömrundə içməmişəm dedim. Onlar isə mənə inanmadığımı və yalan danışdığı dedilər. Mənim bel tərəfdən (qayışdan) tutub maşınlarına salıb apardılar şöbəyə. Mənim razılığım olmadan o biri mənim maşınımı cərimə meydançasına apardılar. Şöbədə mənə 342.1.3 və 342.5 maddəsiylə 50 manat cərimə yazdılar. Yazdıqları protokola öz etirazımı yazdım, onlar onu mənə vermədilər. Heç bir alkoqol testdən keçirtmədilər. Mən bimək istəyirəm bu maddələr nəyi bildirir və 50 manat nəyə yazdılar? 59 yaşım var. ABADA-da BYD(TİR) sürücusiyəm. Xaricə uzaqlara işləyirəm. Belə hadisəylə ilk dəfə rastlaşıram. Mənim gunahım nədir? Hansı qaydanı pozmuşam? Bu barədə kimə muraciət etməliyəm? Qabaqcadan öz təşəkkurumu bildirirəm. Sağ olun!
Azər Fətdayev | 15 Noyabr 2023 21:46
Salam. Bu linkə daxil olaraq şikayətinizi rəsmi formada yaza bilərsiniz. https://dyp.gov.az/?/az/online/
Avtosfer.az | 18 Noyabr 2023 19:55
Salam bu vərmə düzgündür burda qırıq qırıq xət varda
Əlhəsən | 15 Noyabr 2023 20:28
Salam. Şəkildən tam görünmür qırıq xətt. Yəqin yoxdur ki cərimə yazılıb.
Avtosfer.az | 18 Noyabr 2023 19:51
Opel Astra 1999 xecbek sport purjin 463 saxliyib deyir ki kesilib strafnoya saldi ve 150 azn cerime tetbiq edir neqeder duzdu bu sekilinide cekmisem
Akif | 15 Noyabr 2023 18:25
Öncə kəsilib-kəsilmədiyini bilməlisiniz.
Avtosfer.az | 18 Noyabr 2023 19:50
Salam sizle nece elaqe saxliya bilerem?
Akif | 15 Noyabr 2023 18:22
Salam. Bura yazıb sualınızı ünvanlaya bilərsiniz.
Avtosfer.az | 18 Noyabr 2023 19:50
Salam. Men Bakı seherinde qeydiyyatdayam. Lenkeranda maşın var, orada maşını alıb öz adima qeydiyyata sala bilerem?
Həsənov Ətrafil | 15 Noyabr 2023 11:21
Salam. Bakıda qeydiyyata qoya bilərsiniz.
Avtosfer.az | 18 Noyabr 2023 19:49
Salam.bu gün meni yol polisi saxlayıb piyadaya yol vermediyime göre 50 m cerime yazıb planşetle elektron qaydada.kagiz daşiyicida yazmadı.sadece tel nomreme sms geldi.bu qanuna uyğundurmu?
Zaur | 15 Noyabr 2023 02:46
Salam. Kağız daşıyıcıda sizə təqdim etməli idi.
Avtosfer.az | 18 Noyabr 2023 19:49
Salam avtomobilin loqosunu deyişib başqa avomobilin loqosunu vurmağa cerime nezerde tutulub?Belə bir cerime varsa hansı madde ile tenzimlernir?
Nurlan | 14 Noyabr 2023 22:31
Salam. 150 manat cərimə nəzərdə tutulub.
Avtosfer.az | 18 Noyabr 2023 19:48
Masinin yiyesi tapa bilmirem xais edirem bir komeylik gostersniz
Kamran | 14 Noyabr 2023 17:04
DYP-yə müraciət edin.
Avtosfer.az | 18 Noyabr 2023 19:47
Salam! Eger surucuye qayda pozuntusuna gore elektron protokol tertib edilibse ve bunun haqqinda bildiris surucuye novbeti gun gelibse, protokol quvvede qalir? Bildiyime gore, bildiris hemin gun gelmelidir
Asad | 14 Noyabr 2023 16:47
Salam. 24 saat ərzində elektron kabinetə yerləşdirilə bilər.
Avtosfer.az | 18 Noyabr 2023 19:46
Salam. Yol patrul emekdası avtomobili cerime meydancasına apardıqda, her hansı bir pratakol tertib edib, sürücüye tehvil vermelidir???
Ramin | 14 Noyabr 2023 15:57
Salam. Bəli, protokol yazdıqdan sonra aparmalıdır.
Avtosfer.az | 18 Noyabr 2023 19:44
Salam masinin qlusiteli nasaz halda oldugu ucun bir sozle deşik oldugu ucun cerime yazila biler ? ve ne qederdi dusunurlerki bunu masinin sesini coxaltmaq ucun edilib cerime meydancasina aparila biler?
nicat | 14 Noyabr 2023 11:10
Salam. Öz-özünə deşilibsə nasazlıq sayılır. Nasazlığı aradan qaldırmaq mümkün olmadıqda 50 manat cəriməsi var.
Avtosfer.az | 18 Noyabr 2023 19:43
Prava almaq isdrem
Serdar | 13 Noyabr 2023 22:35
Çox gözəl. Hazırlaşın, imtahan verib alın.
Avtosfer.az | 18 Noyabr 2023 19:42
Salam mən uaz 452 (4 qapı)avtomobil sərnişin daşımaq üçün yox kimi yox yük daşımaq maşını kimi hazırlamaq istəyirəm texpasportda pikap qeyd ətmək mümkündü?
Tərlan | 13 Noyabr 2023 20:09
Salam. Bununla bağlı DYP-yə rəsmi müraciət edib onlardan razılıq alın.
Avtosfer.az | 18 Noyabr 2023 19:41
Salam. Men lada 2115 markalı avtomobilə hem arxa hem de ön hisseye sport yay quraşdırmaq isteyirem. Qeyd edim ki bu yayların hem sertifikatı var, tercüme olunub ve notarial qaydada tesdiq olunub hem de vaz 2115 üçün nezerde tutulub. Bu serifikat DYPde tesdiq edilmelidirmi? YPX emekdaşı bu halda avtomobili duracağa temin ede biler?
Elvin Mursaliyev | 13 Noyabr 2023 14:05
Salam. Bu yayları "VAZ" özü həmin avtomobil üçün nəzərdə tutmayıb. Ona görə də quraşdırmaq olmaz.
Avtosfer.az | 18 Noyabr 2023 19:39
Salam men ehtiyatsizliqdan qarsidaki avtomobili arxadan yungul zerbe vurmusam. Atam butun mülklerini mene muddetsiz generalni etibarname ile verib. Polis inspektoru ise etibarnameninetibarli saymir. Qarsi terefe olunan ziyani sigorta odemeyeceyini deyib isi senedlesdirmir. Bu halda men ne etmeliyem
Meherrem | 13 Noyabr 2023 13:17
Salam, Etibarnamənizdə nə yazılıb? İdarə etmək barədə nə yazılıb?
Avtosfer.az | 18 Noyabr 2023 19:38
Salam hyundai grandeur 2015 19 disk taxmaqa icaze var? Bezilerinde zavod 19 duyumlu disk ile gelir.zehmet olmasa deyerdizde bunu
Vusal | 13 Noyabr 2023 08:16
Salam. Avtomobilin kitabçasına baxaraq və ya internet üzərindən axtarış verərək baxa bilərsiniz.
Avtosfer.az | 17 Noyabr 2023 14:25
Salam . Avtomobile Spacer qurasdirmaq qanunidir? Tekeri 2 sm enli gorsedir krilodan cixmir cole zehmet olmasa Spacer haqqinda melumat vererdiz
Murad | 12 Noyabr 2023 23:25
Salam. Bu haqda onu deyə bilərik ki, əgər normativ tələbi pozacaqsa olmaz. Qanunu bilən mütəxəssislər dəqiq deyə bilər ki, bunu quraşdırdıqdan sonra normativ tələbi pozacaq, yoxsa yox.
Avtosfer.az | 17 Noyabr 2023 14:24
Davernus qutarib mawinin kimi adinadi onun nomresini mawinin nomresiyle tapmaq olar?
Royal | 12 Noyabr 2023 21:52
DYP-yə müraciət edin.
Avtosfer.az | 17 Noyabr 2023 14:22
Ypx amakdasları sürücüdan sarnişinin kim olduğunu soruşa bilar?
Seymur | 12 Noyabr 2023 20:58
Qayda pozubsa soruşa bilər.
Avtosfer.az | 17 Noyabr 2023 14:21
Salam men A katoqrasiyasında prava almaq isteyirem nece elde ede bilerem ?
Tofiq | 12 Noyabr 2023 18:46
Sağlamalıq haqqında arayış almalısınız, daha sonra DYP-nin imtahan şöbəsinə yaxınlaşaraq imtahan verməlisiniz.
Avtosfer.az | 17 Noyabr 2023 14:21
Mawini satmiwam gen davernusla indi mawini satdiqim adamin nomresini axdariram
Cefer | 12 Noyabr 2023 08:48
DYP-yə müraciət edin.
Avtosfer.az | 17 Noyabr 2023 14:20
Salam E46 BMW hansı ledlər gedir? H7 gedir yoxsa H4 və ya başqası?
Cavad | 12 Noyabr 2023 02:08
Salam. Bununla bağlı məlumatımız yoxdur. Mütəxəssislərə müraciət edin.
Avtosfer.az | 17 Noyabr 2023 14:19
Salam chevrolet nexia ucun sport purjun qoysam sertifkatli pecatli.Yol polis emekdaşi buna irad bildire biler?
Sebuhi | 12 Noyabr 2023 00:44
Salam. Cərimə də yaza bilər.
Avtosfer.az | 17 Noyabr 2023 14:18
Salam men maşın aldım hemin maşın nömresin öz adıma salmaq ikin ne qeder rusum ödemeliyem
Hilal | 11 Noyabr 2023 22:54
Salam. Bu linkə daxil olaraq hesablaya bilərsiniz. https://avtosfer.az/az/qeydiyyat-kalkulyatoru
Avtosfer.az | 17 Noyabr 2023 14:18
Salam. Avtomobilin 2 fiziki şəxs arasında addan-ada keçirilməsi üçün bank vasitəsilə alqı-satqı müqaviləsi istənilir. Nazirlər Kabinetinin 39 saylı qərarına əsasən göstərilən sənədlər siyahısında bank vasitəsilə alqı-satqı müqaviləsi yoxdur. 902-ə zəng edirəm cavab verilmir. Şikayətimi əlaqədar şəxslərə necə çatdıra bilərəm?
Zaur | 11 Noyabr 2023 22:20
Salam. Bu linkə daxil olaraq müraciət edə bilərsiniz. https://dyp.gov.az/?/az/online/
Avtosfer.az | 17 Noyabr 2023 14:18
Salam mən maşınımın fara və ustoplarini qaraltsam cərimə olunuram buna görə
Həsənov Ramiq | 11 Noyabr 2023 17:12
Salam. Ətraflı məlumat üçün bu linkə daxil olun. https://avtosfer.az/az/oyrenek/faraya-bu-plyonkadan-vurmaga-qanun-icaze-verir-vi%CC%87deo-221307
Avtosfer.az | 17 Noyabr 2023 14:17
Salam. Menim maşınım var 2 ildir matoru dağılıb deye istifadeye yararsızdır. 2 il bundan evvel maşını Bine qesebesinde servisin qabağına aparıb qoydum. Bu iki müddetinde istifaeye yararsız maşını, her 20 günden bir, YPX texniki baxış müddeti bitib deye cerimeleyib. Şekiller de mövcuddur ve de aydın şekilde görünür ki maşın istifadeye yararsız veziyyetde ve eyni nöqtede qalıb. Men bunun üçün ne ede bilerem? Hara müraciet etmeliyem? Ümumiyyetle bu istifadeye yararsız maşını texniki baxışla cerimelemek düzdürmü??
Nəsir | 11 Noyabr 2023 12:31
Salam. Düz deyil. Məhkəməyə müraciət etmək hüququnuz var.
Avtosfer.az | 17 Noyabr 2023 14:15
Salam evimin qarşisinda qapilari baģli olan park edilmiş şexsi maşinima 332.2 maddesi ile 09.11.2023 il tarixinde iştrakım olmadan yol polisi terefinden cerime yazilib ùnvanima gònderilib bu ne derecede dùzdùr.
Amin | 11 Noyabr 2023 01:47
Salam. Bununla bağlı təqdim etdiyimiz linkə daxil olun və müraciət edin. https://dyp.gov.az/?/az/online/
Avtosfer.az | 17 Noyabr 2023 14:13
Salam. Sürücülük vəsiqəmi itirmişəm. Mən onu tezliklə bərpa edəcəm, amma indi s.vəsiqəsiz maşını idarə edə bilərəmmi? Bildiyimə görə, polis s.vəsiqəsini kompüter vasitəsilə yoxlaya bilər
İvan | 11 Noyabr 2023 01:24
Salam. Müvəqqəti sürə bilərsiniz. Bort-kompüterlə yoxlaya bilirlər.
Avtosfer.az | 17 Noyabr 2023 14:13