Salam bmw f10 535i modeli, qurwitelni deyiwmiwem qoymuwam bmw f10 m5 modelin, buna gore ne ceza gozdeyir ve ya gozdemir?
mushfig | 25 İyul 2024 23:41
Salam. F10 m5-in üzərində zavod tərəfindən gələn səs boğucudur, yoxsa sonradan tüninq şirkətləri tərəfindən quraşdırılıb? Bunu aydınlaşdırmaq lazımdır.
Avtosfer.az | 2 Avqust 2024 13:03
Salam, men russiya qeydiyatinda olan avtomobili azerbaycanda idare edirem, mashini rengi agdi damin ise qara renge boyatmisham. Meni polis emekdashi saxlayib mashini duracagi aparirki senedde ag qara yazilmalidir, ama rusiyada ele bir qanun yoxdur, ag dam ile olan masinda ag yazilir, ag masin qara dam ile olanda ag yazilir, buna heqiqetenmi cerime dushur ?
Azad | 25 İyul 2024 20:22
Salam. DİN-ə müraciət edib fikirlərinizi bildirə bilərsiniz.
Avtosfer.az | 2 Avqust 2024 12:59
Salam
Vüsal | 25 İyul 2024 16:39
Salam.
Avtosfer.az | 2 Avqust 2024 12:57
Salam. Maşının arxa purjinleri ölüdürse cerimesi nedir ve cərimə meydançasına yerlesdirilirmi
İsmayıl | 25 İyul 2024 11:41
Salam. Ətraflı məlumat üçün bu linkə daxil olun.
https://avtosfer.az/az/oyrenek/yol-polisi-bele-prujinlere-gore-surucuye-cerime-yaza-biler-193400
Avtosfer.az | 2 Avqust 2024 12:57
Salam.Goruntu ve hec bir protokol teqdim olunmadan cerime yazila bilermi?Yolda avtomobilimi yol polisi saxladib iddia edir ki dairede bizim avtomobili gozlemeden kecmisen qayda pozmusan 5 deqeden sonra 327.2 maddesi ile 80 manat 3 bal cerime mesaji geldi ve hec goruntu yoxdu
Şamil | 24 İyul 2024 22:55
Salam. Görüntüyə baxmaq üçün idarəyə rəsmi müraciət etməlisiniz.
Avtosfer.az | 2 Avqust 2024 12:54
Auto yazilib və yanb sonur Bu nə deməkdir?
Dürdanə | 24 İyul 2024 20:13
Ustalara müraciət edin.
Avtosfer.az | 2 Avqust 2024 12:53
Salam, 18 yaşım var sürücülük vesiqem ve etibarnamem yoxdur, Maşını bu halda herhansı başqa bir qayda pozmadan idare ederken Kameralar vasitesi ile Sürücülük vesiqesi olmadan idare etmek ve Etibarnamesiz idare etmekden cerime yazılabilermi ? Ayrı olaraq Hemin veziyyetde sadece süret heddini aşmış olsam cerime kime gelir ? Aydın olsaki maşını men idare edirem evden gelib aparmağa ixtiyarı var ?
Onur | 24 İyul 2024 13:47
Salam. Maşını siz sürsəniz kamera vasitəsilə aşkar oluna bilər.
Avtosfer.az | 2 Avqust 2024 12:52
Mınik aftomobilinde sürücün yaninda oturan tehlukesizlik kemerini taxmaqla bağlı melumat almaq isteyerdim
Xasay | 24 İyul 2024 13:19
Təhlükəsizlik kəmərini taxmalıdır.
Avtosfer.az | 1 Avqust 2024 17:45
Salam. Hüquqi yardıma ehtiyacım var:
İyulun 23-də avtomobillə avtobus zolağı ilə hərəkət etməyə görə cərimə almışam (Gəncə prospekti, şəkil əlavə olunur). Şəkildə görünür ki, zolaqları dəyişmək üçün dönmə siqnalı yandırılıb, lakin yolun orta zolağında hərəkət intensiv olduğu üçün keçməyə macal tapmıram.
Bundan əlavə, avtobus zolağına keçməyimin səbəbi həyətdən və ya ona bitişik yoldan çıxarkən birbaşa avtobus zolağına daxil olmağımdır ki, bu da təbiidir. Orta zolaqda avtomobillərin axını hərəkət zolağını dərhal dəyişməyə imkan vermir, orta zolaq tıxanıb. Orta zolaq məşğuldursa dərhal avtobus zolağından necə çıxmaq olar? Təhlükəli manevr edərək qəza vəziyyəti yaratmaq olmaz axı?!
Xahiş edirəm, yardım edin.
Viktoriya | 24 İyul 2024 12:15
Salam. Belə olan halda dönmə işığını sola yandırıb avtobus zolağında dayanmalısınız. Sizə yol veriləndən sonra sola keçməlisiniz. Sol zolaqda intensiv hərəkət varsa bu o demək deyil ki, siz avtobus zolağı ilə hərəkət etməlisiniz.
Avtosfer.az | 1 Avqust 2024 17:44
Salam, eger xanim boşanıb ve soyadını dəyişibsə, onun adına olan nəqliyyat vasitəsinin texniki pasportu çox gümanki dəyişilməlidir. Bunun üçün nəqliyyat vasitəsini DYP-nə aparmaq lazımdırmı?
Hansı sənədlər lazımdır?
Hansı rüsum odənməlidir?
Sığorta yenilənməlidirmi?
Zəhmət olmasa ətraflı cavablandırın, öncədən təşəkkür edirəm.
Emil | 23 İyul 2024 22:13
Salam. Maşına ehtiyac yoxdur. Sənədlərlə birgə yaxınlaşıb 3 manat 40 qəpik ödəmək lazımdır. Sığortanın olub-olmaması vacib deyil. sığorta idarə olunan zaman lazım olur.
Avtosfer.az | 1 Avqust 2024 17:38
Salam .Maşın Rəngi Qırmızı bufer qara rəngdə krlo qara rəngdə maşının əsil rəngi isə qırmızı rəngdə olarsa sürərkən hansısa bir cərmə tədtbiq olunmurki ?
Tahir | 23 İyul 2024 15:34
salam. Belə rənglənmə düzgün deyil.
Avtosfer.az | 1 Avqust 2024 17:31
Texniki baxış zamanı;
1) Ödəmə müddətinə qalmış hər hansı cəriməni
2) Ümumiyyətlə cəriməni tələb etmələri hüquq normaları çərçivəsindədirmi?
Ayaz | 23 İyul 2024 14:53
Bəli, cərimələr ödənilməlidir.
Avtosfer.az | 1 Avqust 2024 17:31
Salam maşında arxa şüşede yanlarda yox sadece arxa perdeye göre 150azn cerime yazila biler?
Günay | 23 İyul 2024 11:47
Salam. Bəli, yazıla bilər.
Avtosfer.az | 1 Avqust 2024 17:30
Salam
Damet | 23 İyul 2024 11:08
Salam.
Avtosfer.az | 1 Avqust 2024 17:29
Salam. Maşının arxa baqaj zapaskanın altındakı nömre oxunmur bu qeydiyyat zamanı problem yaradar?
Siyavus | 23 İyul 2024 03:04
Salam. O nəyin nömrəsidir?
Avtosfer.az | 1 Avqust 2024 17:29
Salam.İyul ayının 15-i saat 09:00 radələrində əks istiqamətə çıxıb ötmə əməliyyatı etmişəm və iyulun 16-sı saat 14:00 radələrində polis əməkdaşı tərəfindən bu foto göndərilib və dyp-yə dəvət edilmişəm.Vaxt baxımından gedə bilməmişəm və iyulun 21-i saat 18:30 da yenidən çağırılmışam və gələ bilmədiyimi demişəm sistemə vurun ödəniş edim demişəm və vurulub.Bu cəza tətbiqi düzgün aparılıbmı bilmək istəyirəm. Qanunla 24 saat ərzimdə elektron və ya yerində cəza tətbiq edilməsə bu cəza tətbiq edilə bilməz deyə bilirəm. Zəhmət olmasa bu barədə məlumat verərsiz çox sağolun
Zaur | 22 İyul 2024 19:44
Çağırılma olubsa düzgün yazılıb.
Avtosfer.az | 1 Avqust 2024 17:28
Salam. İyulun 15-i saat 09:00 radələrində Əks istiqmətə çıxıb ötmə əməliyyatı etmişəm və iyulun 16-sı saat 14:00 radələrində polis əməkdaşı tərəfindən bu foto gömdərili
Zaur | 22 İyul 2024 19:37
1 gün ərzində gəlməli idi. Şikayət edə bilərsiniz.
Avtosfer.az | 1 Avqust 2024 17:28
Salam avtomobillerde qabaq yan suselere plyonka vurmaqa icaze var?
Kamal | 22 İyul 2024 13:41
Salam. İcazə yoxdur.
Avtosfer.az | 1 Avqust 2024 17:25
Bayraq solubsa buna gore ne etmek olar.nakleyka vurmaq olarmi uzerine?
Eyer olmazsa hara muraciet etmek.?
Duracaga aparilirmi?
Ve cerimesi ne qederdir?
saleh | 22 İyul 2024 12:46
40 manat cəriməsi var. Yapışqan vurmaq olmaz. Nömrəni aparın DYP-yə (Xırdalana) rüsum ödəyin dəyişsinlər.
Avtosfer.az | 1 Avqust 2024 17:24
Masinin Brizqaviki olmadiqda,neqliyyat vasitesi cerime meydancasina aparilirmi?
Yavuz | 22 İyul 2024 12:32
Ətraflı məlumat üçün bu linkə daxil olun.
https://avtosfer.az/az/oyrenek/palciq-fartuklari-olmayan-masin-duracaga-aparila-biler-i%CC%87zah-221185
Avtosfer.az | 1 Avqust 2024 17:22
Salam. Maşın Mercedes E-classdır. Arxa işıqları adi lampa iledir, deyişib LED qoşublar. Arxa işıqlara göre DYP cərimə yaza biler? Teşekkür edirem
Ramil | 21 İyul 2024 19:53
Salam. Normativ tələblər pozulmursa cərimə yazıla bilməz.
Avtosfer.az | 1 Avqust 2024 17:20
Salam meni dunen yol polis emakdasi saxladi dedi ses bogucu var apardi meni hecne yoxlamamis cerime meydancasisa indide 800 man cerimesi var deyiler duzgundu?
Terlan | 21 İyul 2024 08:48
Salam. Siz özünüz bilirsiniz ki, əlavə nə quraşdırmısınız?
Avtosfer.az | 1 Avqust 2024 17:20
Salam.Texpasportda m qeyd olunan f30 ve ya f10 modeline m qazan qurasdirilarsa dyp hansi halda o qazana gore cerime yaza biler ?
Orxan | 20 İyul 2024 18:31
Salam. Səs desibeli normadan artıq çıxırsa yaıla bilər.
Avtosfer.az | 1 Avqust 2024 17:19
Salam eger yerde xert silinibde yol polisi cerme yaza biler??
Elvin | 20 İyul 2024 13:02
Salam. Baxır nə etmisiniz. Xətt silinib, amma siz faktiki əks yolla axına qarşı hərəkət edirisinizsə cərimə yazıla bilər.
Avtosfer.az | 1 Avqust 2024 17:18
Salam
Ön yan arxa liplərə icazə varmı?
Ve yaxud cerimesi varmi?
Zulfuqar | 20 İyul 2024 11:06
Salam. İcazə var, cəriməsi yoxdur.
Avtosfer.az | 1 Avqust 2024 17:16
Maşını öz adima keçirmek isteyirem rayon qeydiyyatiyam bakida kecire bilerem?
Samir | 20 İyul 2024 02:43
Xeyr, yalnız rayonda edə bilərsiniz.
Avtosfer.az | 1 Avqust 2024 17:14
Salam,Qəza zamanı TŞK BUNU QEYDƏ ALIRSA BU VİDEO GÖRÜNTÜ XƏSARƏT ALAN ŞƏXSƏ VERİLİRMİ??
Elçin | 20 İyul 2024 02:33
Salam. Sadəcə göstərilir, ona verilmir.
Avtosfer.az | 1 Avqust 2024 17:13
Salam sürət həddini aşmağa görə 2000 manat məbləğində cərimə hansı maddəyə əsasən yazılır?
Orxan | 20 İyul 2024 00:32
Salam. Avtoxuliqanlıq edərək nəzərdə tutulmuş hərəkətlərin yolda müəyyən edilmiş hərəkət sürəti həddini 60 km/saatdan artıq aşmaqla törədilməsinə görə –
nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla, iki min manatdan dörd min manatadək məbləğdə cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir aydan iki ayadək müddətə inzibati həbs tətbiq olunur.
Avtosfer.az | 1 Avqust 2024 17:09
Salam. Vaz2017 maşınının peredokunun olub olmadığını nece bilmek olar? Barmaqnan yoxlayanda 7 barmaqdı. Amma purjunun üstünde öz pastafka rezini var buna cerime yazılır?
Maksim | 19 İyul 2024 15:05
Salam. Ətraflı məlumat üçün bu linkə daxil olun.
https://avtosfer.az/az/oyrenek/avtomobillerin-peredoku-nece-barmaq-olmalidir-i%CC%87zah-230288
Avtosfer.az | 1 Avqust 2024 17:06
Bmw m5 markali avtomobilin ustunde gelen sesbogucunu oz mawimin ustune qurawdirmiwam. Yeni eyni marka ve eyni modelin sesbogucusudu. Texpasportda qeyd olunub m5 yigilmagini. Hemde avtomobilin istismar tarixide bitib 2016-ci ilde.
Haci | 18 İyul 2024 23:09
Zavod avtomobilin üzərində istehsal etdiyi səs boğucudursa onun səsi normadan çox olmamalıdır. Əgər səs normadan artıq çıxırsa deməli sonradan əlavə edilən səs boğucudur.
Avtosfer.az | 1 Avqust 2024 17:02


