Reklam
SUAL-CAVAB
Bütün suallar Avtosfer.az saytının baş redaktoru Elməddin Muradlı, hüquqşünas Ərşad Hüseynov tərəfindən cavablandırılır
Ad

E-mail

Şəkil

Sual

Salam.avtomobilim opel astra G 2000ci ildi.istehsali dayanib yeni.iwiqlari H1 H2 H3-du.bu formada led iwiq qurawdira bilerem?
Müşfiq | 22 May 2023 17:50
Salam. İstehsalı dayanmayıb. Avto mağazalarda onun işıqları satılır. Yaxınlaşıb ala bilərsiniz.
Avtosfer.az | 23 May 2023 12:46
Salam mende vaz 2107 arxada qarmoska perdedi ancaq katinka mefdilnen ona icaze varmi yoxdusa eger yerinde aradan qaldiriramsa cerime dusurmu?
Nail | 22 May 2023 17:17
Salam. Yalnız jalüzə icazə verilir. Yerində aradan qaldırsanız belə 150 manat cəriməsi var.
Avtosfer.az | 23 May 2023 12:45
salam senedden M qeyd olunmadan buferler deyisirilib bunun cerimesi var?
Elxan | 22 May 2023 12:30
Salam. "M" yazılmasına ehtiyac yoxdur. Bufer qeydiyyat predmeti deyil. Rahat şəkildə dəyişmək olar.
Avtosfer.az | 23 May 2023 12:44
Salam. Men f30 marka Modelli avtomobilimin arxa ses bogucusunu deyisdirerek bashka ses bogucu qoymusan, avtomobilin ses desibeli azdir ve normativ telebleri pozmur. Nezere alsag ki istehsaldan cixmis avtomobildi, bashka marka ve ya modelin ses bogucusunnan istifade ede bilerem? Desibel kecmemek serti ile.
Huseyn Mammadli | 22 May 2023 03:03
Salam. İstehsaldan çıxmayıb. Onun ehtiyat hissələri hələ də satılır. İstehsaldan çıxan maşınlar 1900-cu ilin maşınlarıdır. Hətta 90-cı illərin maşınlarının da ehtiyat hissələri satılır.
Avtosfer.az | 23 May 2023 12:43
Salam . Arxa patprese söz yazmağın cəriməsi var ? Varsa ne qederdi ? Yadakı nese şekil yapışdırmaq şeklin olçüsü çox kiçikdir .
Taleh | 21 May 2023 22:19
Salam. Bu cür şeylərin şüşəyə yapışdırılması digər sürücülərin diqqətini yayındırır. Ona görə tövsiyə olunmur yapışdırmaq. Ümumiyyətlə nəqliyat vasitəsi əyləncə üçün deyil. Təsəvvür edin ki, metroda maşinist qatarın şüşəsinə yazı yapışdırır, pilot təyyarənin şüşəsinə nəsə yapışdırır. Düzgün deyil belə şeylər. Bu cür yazıları evin pəncərəsinə yapışdırıb marağı bu formada öldürmək olar.
Avtosfer.az | 23 May 2023 12:41
Olmus purjuna gore hansi ceza tedbiri gorulur
Elvin Nezerli | 21 May 2023 21:37
Ətraflı məlumat üçün bu linkə daxil olun. https://avtosfer.az/az/oyrenek/yol-polisi-bele-prujinlere-gore-surucuye-cerime-yaza-biler-193400
Avtosfer.az | 23 May 2023 12:38
Salam Aleykum.sport yaylar qadagandirmi? Menim maşınında yaylar sport tipli sertifikatlı yaylardı hansı ki bu maşınin marka ve modeli üçün nezerde tutulubm Lakin meni dyp emekdasi saxladı ve bu yayların qadağan olduğunu bildrerek ixm 342.2.2 ve342.2.3 maddelerinin pozulduğunu irad gosderib lakin heç bir texniki vasitədən istifadə etmeyerek oxlar üzre tuşən çekin pozulduğunu həmçinin də normativ teleblerin pozulduğunu deyib maşını duracağa yerləşdirdi. Bu ne derecede düzgündür bu cerime qanunidirmi? Qabaqcadan teşekkür edirem
Ulvi | 21 May 2023 18:52
Salam. Bəli düzgün edib. Sport yaylara icazə yoxdur.
Avtosfer.az | 23 May 2023 12:36
Avtomobili park ederken ypx emekdawi tehlukesizlik kemerine gore cerime yaz biler?
Xalid | 21 May 2023 05:13
Bəli cərimə yaza bilər. Çünki faktiki avtomobili idarə edirsiniz.
Avtosfer.az | 23 May 2023 12:35
Abtomobili idare ederken suruculuk vesiqesi ile texpasport olmasa buna gore avtomobil duraca aparila biler?
Xalid | 21 May 2023 05:11
Xeyr, buna görə duracağa aparılmır. Amma qanuna görə sürücünün üzərində olmalıdır sənədlər.
Avtosfer.az | 23 May 2023 12:35
Mulki etibarname ile abtobili idare etmek olarmi?
Xalid | 21 May 2023 05:07
Bəli olar.
Avtosfer.az | 23 May 2023 12:34
Salam ypx emekdaslarinin avtomobilinde alkoster dovlet terefinden verilirmi? verilirsede hansi formada olur ve yoxlaniwdan havact kecmeyi baresinde her hansi bir sertifikati olmalidirmi?.Tez tez ypx emekdaslari ferqi ferqli alkosterlerden istifade ediller ve bu ne derece qanunidir?
Xalid | 21 May 2023 05:05
Salam. Dövlət tərəfindən verilir alkotester. Sertifikatı da olur. Onun formasını belə təsəvvür edə bilməyəcəyik.
Avtosfer.az | 23 May 2023 12:34
Maşının sahibi kimdir
Mehemmed | 20 May 2023 23:18
Bizdə bu haqda məlumat olmur.
Avtosfer.az | 23 May 2023 12:25
Salam. Avtomobilin stoplarına(geri hərkət zamanı yanan işıqlar hissəsi istisna olmaqıa) 15%-lik örtük çəkdirmək qanunsuzdurmu? Cəriməsi varsa nə qədərdi?
Ürfan | 20 May 2023 22:51
Salam. Olmaz. 150 manat cəriməsi var.
Avtosfer.az | 23 May 2023 12:24
salam texniki baxisin bitmesini yoxlaya bilersiz nevaxt qutarir zehmet olmasa
ceyhun | 20 May 2023 22:35
Salam. 012 590 71 13 nömrəsinə zəng edib soruşa bilərsiniz.
Avtosfer.az | 23 May 2023 12:23
Salam menim masimda teker 15likdi 16liq teker qoya bilerem bunla bagli qanunda necedi olar olmaz ?zehmet olmasa cavablanirisaniz menimcun cox vacibdi
Ramil Huseynov | 20 May 2023 11:49
Salam. Siz istehsalçının şərtlərinə baxmalısınız ki, o maşın üçün hansı təkər ölçülərinə icazə verib.
Avtosfer.az | 23 May 2023 11:48
Salam chevrolet cruze marka avtomobilə sport yaylar quraşdırmışıq, oxlar üzrə paylanma normativlərə uyğundur, və sertifikatı var ki, hansı ki, zavodun bu maşın üçün istehsal olduğu görsənir
Uzeyir | 19 May 2023 14:41
Salam. Həmin yaylara icazə yoxdur. Zavod sport yayları həmin maşın üçün nəzərdə tutmayıb. Hansısa detal istehsal edən zavod qara şüşə də istehsal edib sertifikat verir. Bu o demək deyil ki, sertifikatı varsa onu istifadə etmək olar.
Avtosfer.az | 23 May 2023 11:47
Salam yolun hereket istiqametinde protiv dayanmis neqiliyat vastesini qarsidan gele neqliyat vastesi vurursa gunah kimde hesab olunur xais bu barede bize melumat verersiniz?
Neriman | 19 May 2023 12:57
Salam. Qəzaya bu formada qiymət vermək olmur. Belə məsələlər yerində araşdırma tələb edir.
Avtosfer.az | 23 May 2023 11:45
Salam men bilmek istiyiremki masini adima keciren zaman ne qeder dovlet rusumu odemwliyem masin 1200 kub du
Anar | 19 May 2023 11:27
Salam. Bu linkə daxil olaraq hesablaya bilərsiniz. https://avtosfer.az/az/qeydiyyat-kalkulyatoru
Avtosfer.az | 23 May 2023 11:44
Salam. Sizden xahiş edirem bu sualıma aydınlıq getiresiniz. Bayıldan bibiheybete geden yolda socar petrolun qarşısında olan yolayrıcından işıqforun ümumi yaşıl işığı yandığı zaman sola dönme emeliyyatı etmişem. Ypx saxlayıb cerime ixm 327.2 etdiyimi deyir. Yhq Madde 59 un 5ci bendinde nezerde tutulduğu kimi esas sfetaforda qara ox yoxdur. Bu veziyyetde sutkanın qaranlıq hem de yağışlı mehdud görünme şeraitinde mene yazılmış cerime düzgündürmü? Yeni orda esas işıqforun içinde olmalı olan qara konturlu ox olmadığına göre, işıqforun düzgün quraşdırılmadığına göre çaşqınlıq yaranıb. Qeyd edimki, deniz mall un qabağında ve bibiheybet mescidinin düz qabağında veya şeherin diger yerlerinde bu cür işıqforlar düzgün quraşdırılır. Evvellceden cavabınıza göre teşekkürümü bildirmek isteyirem.
Azər | 19 May 2023 08:23
Salam. Qara kontur yoxdursa cərimə yazıla bilməz. Siz protokolun şəklini 055 335 15 59 nömrəsinin votsapına göndərə bilsəniz biz sizə köməklik göstərə bilərik.
Avtosfer.az | 31 May 2023 14:32
Salam mende vax2106di sukan bawligini momo ile deywmiwdim qayi cerme mrydancasna aparib 150 manat cerme yazb buraxdilar bu duzgundu sukan bawliginin sukan idare etme sistemne adiyati yoxdu axi 4gundu bu cermeni sildire bilerem yoxsa ypx haklidi?
Elsen | 19 May 2023 08:08
Salam. Bu linkə daxil olaraq ətraflı məlumat ala bilərsiniz. https://avtosfer.az/az/oyrenek/fiat-rulu-na-gore-cerime-yazila-bilermi-qanunsuz-deyil-68559
Avtosfer.az | 23 May 2023 11:21
Maşına sport yayları taxdırmağ marka modele uyğun sertfikatıda olanda onu texpasporta yazdırmağ lazımdı ya yox
Əkbər | 18 May 2023 23:26
Sport yaylara ümumiyyətlə icazə yoxdur.
Avtosfer.az | 23 May 2023 11:18
Texpasporta sport qeyd etmek olar?
Behruz | 18 May 2023 20:09
Xeyr.
Avtosfer.az | 23 May 2023 11:18
Salam men nomre haqda yazmisdim size demeli her iki masin gedir qeydiyyata sadece olarag bir masinda olan nomreni o biri masina vurmag isteyirik bunada yeni nomre alinacag her ikisi yeniden qeydiiyat olunacag bunun ucun her masina qeydiyyatda elave olarag 60 azn odenilmelidi?
Azer | 17 May 2023 17:01
Salam. Maşınlar sahiblərinnin adında qalmaq şərtilə nömrəsi dəyişirsə hər maşın üçün 60 manat rüsumu var.
Avtosfer.az | 18 May 2023 11:42
salam.Nivanın arxa stoplarını deyisib zavod istehsalı range rover stopları qoymusam.yol polisi buna göre meni cerime meydancasına apara bilermi?
Rüstəm | 17 May 2023 15:53
Salam. 150 manat cəriməsi var və cərimə medançasına apara bilər.
Avtosfer.az | 18 May 2023 11:41
Salam. Etibarnamenen sürülen maşin Gurgustana çixa bilirmi?
Ruslan | 17 May 2023 12:26
Salam. Qanunla çıxara bilərsiniz.
Avtosfer.az | 17 May 2023 13:30
Salam Hecbeklerde arxa silecey olmadigina gore cerime var?
Shahbaz | 17 May 2023 07:49
Salam. Xeyr. Onun cəriməsi yoxdur. Ətraflı məlumat üçün bu linkə daxil olun. https://avtosfer.az/az/oyrenek/masinin-arxa-suse-silgecini-cixaran-surucu-cerimelene-biler-i%CC%87zah-173761
Avtosfer.az | 17 May 2023 13:30
Salam , maşını öz adıma keçirmək istəyirəm. Maşının sahibi ailə üzvüdür. Hansı sənədlər lazımdır onun üçün? Keçirilmədən qabaq general dovernost eləmək lazımdır?
Cəfər | 16 May 2023 11:44
Salam. Maşının sahibi ilə gedirsiniz DYP-yə və maşını adınıza keçirirsiniz. Hər iki şəxsin şəxsiyyət vəsiqəsi və avtomobilin qeydiyyat şəhadətnaməsi lazımdır.
Avtosfer.az | 17 May 2023 13:27
Salam bilmek isteyirem bir masinda olan nomreni alib basqa masinda istifade etmek ucun senedlesmeye ne qeder rusum odenilmelidir ve bu proses nece bas verir
Azer | 16 May 2023 10:31
Salam. Tək nömrəni almaq olmur. Hər iki maşını aparıb qeydiyyata qoymaq lazımdır. Yəni nömrələri dəyişmək lazımdır. Hər maşın üçün 60 manat rüsum ödənilməlidir.
Avtosfer.az | 17 May 2023 13:21
Salam,maşında texniki nasazlıq yaranarsa буксир(dartmağ) olarmı yoxsa cerimedirmi?
Davud | 15 May 2023 23:15
Salam. Olar. Amma yedəyin uzunluğuna baxmaq lazımdır.
Avtosfer.az | 17 May 2023 13:19
Salam . Qaz 21 in oturacaqni başqa marka ya model maşinin oturacaqiynan evez edmey olar ?
Rüstəm | 15 May 2023 20:56
Salam. Əvəz etmək olar. Amma elə yerləşdirmək lazımdır ki, norma çərçivəsində olsun.
Avtosfer.az | 17 May 2023 12:14