Banner
SUAL-CAVAB
Bütün suallar Avtosfer.az saytının baş redaktoru Elməddin Muradlı, hüquqşünas Ərşad Hüseynov tərəfindən cavablandırılır
Ad

E-mail

Şəkil

Sual

Salam.Baki Kənar Dairəvi,20a, bu yolda hereket vaxti qayı masini cekib ve 60liq yolda 126km/saat suretinde dusduyum bildirilib sms radarda amma video goruntuyə baxdiqda 126km/saat oldugu inandirici deyil ola bilerki səhv çəkə bilər? Bununla bagli sikayetde etmisem amma baxan olmyaib.xahıs edırem komeklık gosterın.
Rəvan | 20 Yanvar 2024 20:14
Salam. Videonu 055 335 15 59 nömrəsinin telegramına göndərin və bu məlumatı yazın, əməkdaşlarımız baxsın.
Avtosfer.az | 21 Yanvar 2024 14:22
Salam men ukrainada yasiyiram be ukrainada Yasama huququm var muharibe ile Baylis o AZERBAYCANaGelenk isteyirem oz masinimla Bunin ucun ne lazimdi
Asger | 20 Yanvar 2024 18:13
Salam. Quru sərhədlər bağlıdırsa gələ bilməyəcəksiniz.
Avtosfer.az | 21 Yanvar 2024 14:21
Salammasinim dovlet qeydiyyat nomresi cirkli oldugu ucun cerime yazilib.masina eylesdiyim vaxt temiz idi.yol seraiti pis oldugu ucun cirklenib. Mende bunu bilmemisem. Protokol baresinde sikayet etmek ne qeder dogrudur?
Zaur | 20 Yanvar 2024 00:22
Salam. Sürücü nömrəni təmiz saxlamalıdır. Çirklidirsə düz yazılıb.
Avtosfer.az | 21 Yanvar 2024 14:21
Sürüclük vesiqesini nece ala bilerem ve hara müraciət edə bilərəm.
Qara | 19 Yanvar 2024 23:36
Vəsiqə almaq üçün imtahan verməlisiniz. DYP-yə müraciət edin.
Avtosfer.az | 21 Yanvar 2024 14:19
Salam menim masinimda yanlara ve one unversal lip var onlara icaze var
Edalet | 19 Yanvar 2024 21:07
Salam. Lip dediyiniz nədir? Fotosunu göndərin baxıb deyək.
Avtosfer.az | 21 Yanvar 2024 14:19
Salam aleykum, her vaxtiniz xeyir. Avtomobil ucun qosqu duzeltsek ona resmi sened almaq olur? Olursa rusumu ne qederdir bilmek olar?
Tural | 19 Yanvar 2024 20:47
Salam. Bu haqda DYP-yə müraciət etməlisiniz.
Avtosfer.az | 21 Yanvar 2024 14:18
Salam menim rus pravoslav var mekteb oxumuşam indi pravamı deyismek isteyirem ancaq menim icazem yük mahnı sere biler balaca masın ücün nece etmliyem
Seyran | 19 Yanvar 2024 20:08
Salam. İmtahan verib B kateqoriyası üzrə vəsiqə almalısınız.
Avtosfer.az | 21 Yanvar 2024 14:18
Salam . Maşinin nomresiyle sahibini nece tapmag olar en az tel.nomresini
mehti | 19 Yanvar 2024 16:36
Salam. Belə məlumatlar yalnız DYP-də olur.
Avtosfer.az | 21 Yanvar 2024 14:17
Polisin icazəsi varmı mənim maşını sürüb cərmə meydançasına aparsın
Fərid | 19 Yanvar 2024 14:11
İcazə verirsinizsə bəli, sürə bilər. İcazə vermirsinizsə evakuatorla aparılmalıdır.
Avtosfer.az | 21 Yanvar 2024 14:16
Salam.avtomobilin dövlət qeydiyyat nömrəsi qabag ön şüşənin arxasına qoyulmağı qadagandirmi..?
Tariyel | 19 Yanvar 2024 11:02
Salam. Bəli, qadağandır.
Avtosfer.az | 21 Yanvar 2024 14:16
90xx599maşının yiyesinin nömresi lazımdır indi arxamda diyanıb cıxa bilmirem
Abdi | 19 Yanvar 2024 00:54
902-yə zəng edin.
Avtosfer.az | 21 Yanvar 2024 14:15
Salam. Chevrolet cruz 2015 Amerikanka orijinal ön fənərlərə led lampalar quraşdırmaq olar? Onuda qeyd edim ki, led lanpalar xett vurur. Əvvəlcədən təşəkkürlər.
Elşən | 19 Yanvar 2024 00:47
Salam. Normativ tələbləri pozacaqsa olmaz. Mütəxəssislə məsləhətləşməyiniz tövsiyə olunur.
Avtosfer.az | 21 Yanvar 2024 14:15
Salam Opel Astra h madeline on işıqlardan bele angel qoymaq olar cəriməsi var bunun ???
Elsen | 19 Yanvar 2024 00:27
Salam. Olmaz.
Avtosfer.az | 21 Yanvar 2024 14:14
Salam evin qabağlnda maşım saxlamışam qarşıml kəsib çıxmağa icazə vermirlər kimə müraciət edə bilərəm ?
Nahid | 18 Yanvar 2024 19:24
Salam. 902, 102-yə. Fotosu varsa göndərin ictimailəşdirək.
Avtosfer.az | 21 Yanvar 2024 14:14
Salam menim 17 yaşım var şeherde Velosped sürmek ucun kaska taxmaliyam
Cavid | 18 Yanvar 2024 18:08
Salam. Taxsanız yaxşı olar. Amma məcburiyyət yoxdur.
Avtosfer.az | 21 Yanvar 2024 14:13
Salam.Bu gun mene zeng eleyibler yeni yanvar ayinin 18 Siz ayin 16 si Qarsidan gelen neqliyat vasitesinin yoluna cixmisiz ve size 150 manat ve 4 bal yazilacaq.Halbuki hec bir cerime gelmeyim.bilmey isdeyirem bu ne derecede dogrudu ?eyer gayda pozmuwamsa bu 24 saat erzinde gonderilmeli deyilmi?
Arzuman | 18 Yanvar 2024 12:45
Salam. Ola bilər ki, kiminsə kamerasına düşmüsünüz, bu halda 1 il ərzində yazıla bilər cərimə.
Avtosfer.az | 21 Yanvar 2024 14:12
Salam.Qabaq kapot hissesinde xett ve arxa şüşede kisik yazıya göre cerime var mi?
Fərid | 18 Yanvar 2024 00:29
Salam. Xeyr, cəriməsi yoxdur.
Avtosfer.az | 21 Yanvar 2024 14:11
Salam. Nivada bu sekildeki stopa icaze var ?
Niv | 17 Yanvar 2024 23:42
Salam. Foto gəlməyib. Yenidən göndərin. Və işıq cihazları ilə bağlı ətraflı məlumat üçün bu linkə daxil olun. https://avtosfer.az/az/oyrenek/vaz-markali-avtomobillere-bu-stoplardan-qurasdirmaq-olar-ya-yox-foto-229546
Avtosfer.az | 21 Yanvar 2024 14:10
Salam aleykum axşamınız xeyir maşının öz qanuni nömresi üstünde ola ola lipa adlı nomreni maşının ön patpresine qoymaq qanunsuzdur?
Cavid | 17 Yanvar 2024 20:38
Salam. Bəli, qanunsuzdur.
Avtosfer.az | 21 Yanvar 2024 14:09
Salam mende vaz2106 masinidi on susenim yuxarisi qara kimi di xamilyon kimi yuxarisi az bir hissesi onun cermesi var?
Vusal | 17 Yanvar 2024 19:44
Salam. Şəklini göndərin baxıb deyik.
Avtosfer.az | 21 Yanvar 2024 14:09
Maşınımda ayağımı qazdan çəkəndə maşında tullanma var
Vasif | 17 Yanvar 2024 13:17
Ustaya müraciət edin.
Avtosfer.az | 21 Yanvar 2024 14:07
Heps nece orgenmek olar?
Suleyman | 17 Yanvar 2024 10:42
Dyp-dən.
Avtosfer.az | 21 Yanvar 2024 14:07
Salam sizi çoxdandır izləyirəm həm verilən suallar həm sizin cavablarınız çox xoşum gəlir əhsən)! Sualım belə olacaq 2019 model amerkanka və ya servis camryə şəkildəki kimi paket yığmaq olar? Paket deyəndə ki qabaq arxa buferlərdi heç bir normativ tələbi pozulmur zənnimcə xan dizaynın camry üçün istehsal elədiyi buferlərdi Birdə qapı çərçivələrində olan xrom rəngləri qaraltmaq olar?) zəhmət olmasa ətraflı məlumat yazardız.
Orxan Kazimov | 17 Yanvar 2024 09:18
Salam. Təşəkkür edirik diqqətiniz üçün. Dediklərinizin hər ikisini etmək olar. Çünki qanun pozuntusu yoxdur.
Avtosfer.az | 21 Yanvar 2024 14:07
Salam BMW f30a M3 qazan qoymaq qanunsuzdur ? Texpasporta M3ə yığılıb qeyd olunub.
Sadiq | 17 Yanvar 2024 02:21
Salam. Maşının üzərində hansı qazan gəlibsə onu istifadə etməlisiniz.
Avtosfer.az | 21 Yanvar 2024 13:49
Salam avtomobilin arxa qazanı dəyişib Audi TT 1999 cu il buraxılışlı olan avtomibil ehtiyyat hissələri olmadığına görə universal qazan qoyulub buna görə avtomibilimi dayanacağa qoyulub nə etməliyəm ?
Cavid Bagirov | 17 Yanvar 2024 02:11
Salam. Siz onun öz qazanını istifadə etməlisiniz. Audi mağazalarına müraciət edin və ya ölüxanalara baxın.
Avtosfer.az | 21 Yanvar 2024 13:49
99CE278 markalı maşın kimindir?
Elşen | 17 Yanvar 2024 01:27
Bu haqda məlumatımız yoxdur.
Avtosfer.az | 21 Yanvar 2024 13:48
salam. Sualim budurki? Avtobilin arxa ve yan şüşelerine qarmowka perde vurmaq olarmi?
Ismet Hesenov | 16 Yanvar 2024 23:44
Salam. Xeyr, qadağandır.
Avtosfer.az | 21 Yanvar 2024 13:48
Salam avtomobilim 1973 istehsali vaz 2101 retro avtomobildir, onun on buferine hallogen duman isiglari qurasdira bilerem? bildiyime gore qanunla 1 ve ya 2 eded qurasirmag olur eger duman olmayan vaxti istifade etmiremse
Nihad | 16 Yanvar 2024 23:17
Salam. Həmin işığın şəklini göndərə bilərsiniz?
Avtosfer.az | 21 Yanvar 2024 13:47
Salam. Motosikletimi qardaşımın adına keçirtmək istəyirəm. Mühərrik həcimi 150cc. Deyilənə görə qeydiyyat rüsumu aşağıdaki düstur ilə hesablanır: 150(müh.həcmi)*0.05(mühərrikin hər kubuna görə olan rüsum)*0.3 (istehsalı 10ildən çox olan n.v. rüsumu) bu doğru hesablamadı? Texniki baxış yeni olunubsa DYPdə texniki baxışı yenidən keçməyə məcbur edə bilərlər? Texniki baxışın rüsumu neçədi motosiklet üçün? Nasazlıq aşkar olunsa nasazlıqları aradan qaldırmadan birinci il texniki baxışdan keçə bilirəm? Nömrə çipsizdir və 008 ilə bitir. Nömrəni dəyişməyə bilərəm? Yoxsa nömrəni qeydiyyat zamanı dəyişməyə məcbur edə bilərlər? Ümumiyyətlə nəqliyyatı rüşvətsiz qeydiyyatdan keçirtmək istəyəndə mənə çoxlu əngəllər yaradırlar. Bu halda nə etməliyəm?
Vəli | 16 Yanvar 2024 23:01
Salam. Mühərrik həcminə görə olan rüsum minik avtomobillərinə aiddir. Motosikletlərə və yük avtomobillərinə aid deyil. Texniki baxış 2024-də olubsa qeydiyyat zamanı texniki baxışa ehtiyac yoxdur. Nömrəni dəyişməyə bilərsiniz. Əngəl yaradıldığı halda DYP-yə müraciət edin.
Avtosfer.az | 21 Yanvar 2024 13:46
Salam fort tranzit arxada ayaqliq var bu elave avadanliq gedir?
Sadiq | 16 Yanvar 2024 17:57
Salam. Foto göndərin baxıb deyək
Avtosfer.az | 21 Yanvar 2024 13:43