Banner
SUAL-CAVAB
Bütün suallar Avtosfer.az saytının baş redaktoru Elməddin Muradlı, hüquqşünas Ərşad Hüseynov tərəfindən cavablandırılır
Ad

E-mail

Şəkil

Sual

Salam,nivaya wrangler fara quraşdirmaq olarmi?
Cavid | 10 İyun 2023 20:56
Salam. Xeyr, olmaz.
Avtosfer.az | 12 İyun 2023 15:51
Texniki baxışın bitmə vaxtını öğrenmek isdeyirem
Qubad | 10 İyun 2023 16:01
012 590 71 13 nömrəsinə zəng edib soruşa bilərsiniz.
Avtosfer.az | 12 İyun 2023 15:49
Masin sigortasin mece oyrene bilerem
Murad | 9 İyun 2023 22:14
Bu linkə daxil olaraq sığortanızın hansı şirkətə aid olduğunu yoxlaya bilərsiniz və sonra həmin şirkətlə əlaqə saxlayıb bitmə vaxtını öyrənə bilərsiniz. https://services.isb.az/cmtpl/checkValidity
Avtosfer.az | 12 İyun 2023 15:47
Salam suruculuk vesiqemin mehdudiyyet vaxti basa catib Mene Merodan dediler ki, get mehkemeden xitam erizelerin getir, vesiqeni apar Mehkeme xitam erizesin pulla verecek? Ya yox? Cox maraglidir?
Ramil | 9 İyun 2023 17:31
Salam. Məhkəmə elə bir şey vermir axı. Vaxtı bitəndə gedib sadəcə götürürsünüz.
Avtosfer.az | 12 İyun 2023 15:46
Salam hər vaxtınız xeyr. Mənə 08.06.2023-cü ildə Dayanma və ya durma qaydalarını pozmağa görə İXM-nin 346.1-ci maddəsi ilə elektron qaydada protokol tərtib edilərək kabinetimdə yerləşdirilmişdir. Protokolda İnzibati xətanın törədildiyi yer-ünvan düz göstərilməmişdir. Kabinetimdə yerləşdirilən şəkillərdən açıq görsənir ki, mən avtomobilimi Bakı şəhəri Əhməd bəy Ağaoğlu küçəsində park etmişəm, ancaq protokolda İnzibati xətanın törədildiyi yer kimi Nərimanov ray. F.Xoyski prospekti göstərilmişdir. Sualım belədir, protokoldan şikayət etsəm ünvanı səhf olaraq göstərilməsi protokolun ləğv olunmasına əsasdır, ləğv olunmalıdır? Öncədən Sizə təşəkkür edirəm, sağolun.
Pərviz | 9 İyun 2023 16:34
Salam. Küçənin adının səhv yazılması protokolun ləğv edilməsinə əsas deyil.
Avtosfer.az | 12 İyun 2023 15:44
Maz markalı yük avtomobilinde 3trupkali amma bir avazli ses siqnalı varım idi. Ypx saxladı ve cerime etdi. Bir hava sanki girirdi hemin trupKalara ve eyni tonda ses siqnalı var idi. Cərimə qanuni qaydadır?
Seymur | 8 İyun 2023 23:28
Tək avazlıdırsa cəriməsi yoxdur.
Avtosfer.az | 12 İyun 2023 15:43
Salam 10UB300 10UB700 Ag lexus sahibinin adini ve nomresini oyrenmek isteyirem
Aliyeva | 8 İyun 2023 22:38
Salam. Bizdə belə məlumatlar olmur.
Avtosfer.az | 12 İyun 2023 15:42
Salam Bey demeli menum masinim hunday sanato 2007di Dalniye led isik qoymusam amaki onu xususi apartfa nizamlamisam hec kimin gozune dusmue yenu ledi cerimesi var?
KENAN | 8 İyun 2023 21:13
Salam. Əgər normativ tələblər pozulmayıbsa cəriməsi yoxdur.
Avtosfer.az | 12 İyun 2023 15:42
Salam.99 uo 588 dövlət nömrə nişanlı avtomobilin texniki baxış müddəti nə vaxt başa çatır? Hörmətlə
Qurbanova Muslimet | 8 İyun 2023 20:20
Salam. 012 590 71 13 nömrəsinə zəng edib soruşa bilərsiniz.
Avtosfer.az | 12 İyun 2023 15:40
Vlanger fara cərməsi varmı?
Cəlal | 8 İyun 2023 19:13
150 manat cəriməsi var.
Avtosfer.az | 12 İyun 2023 15:42
Salam masini 2 il bundan onca gomrukde resmilesfirmisem.indi ise texpasportu basqa sexsin adina kecirmek istiyirem.dyp da deyurlerki nomre yoxdu muherrikde.elave 500 manat pul istiyirler.texpasportda nomre yeri bosdur.nece edekki aformut etsinler
Abdulla | 8 İyun 2023 16:25
Salam. DYP-yə rəsmi ərizə ilə müraciət edin.
Avtosfer.az | 12 İyun 2023 15:56
Salam, Mercedes-Benz markalı avtomobillere spoiler qoyulmasına icaze varmı? mesel üçün e240 modeline ve bunun cerimesi nedir?
İskender | 8 İyun 2023 12:02
Salam. Cəriməsi yoxdur.
Avtosfer.az | 12 İyun 2023 15:58
Bmw e 46 ya rengli angel iwiqlar qoymusam bunun cerimesi var?
Musfiq | 8 İyun 2023 00:59
150 manat cəriməsi var.
Avtosfer.az | 12 İyun 2023 15:58
menim mashinim ford mustanqdi buferleri krilolari ve kapotu deyishilib shelby modelin buferleri qoyulub men damin qaraltmisham tex pasporta qeyd etdirmek isteyirem. Bir defe yaxinlashdim elemeder yazmadilar ki buferleri sokulmelidir sonrda ise umumiyyetle elemedilerki yigishdirilib. Bilmek isterdim men mashinin senedin nece duzeldim. Bildirmek isteyiremki dam vinil deyil boyadir
Rufat | 7 İyun 2023 20:57
Bufer və qanadların nədən olduğunu anlamadıq. Amma rəngi qeyd etməlidilər. Bununla bağlı DYP-yə ərizə yazın.
Avtosfer.az | 12 İyun 2023 16:00
Salam. Azsamandın arxasını endirmeye göre cerime varmı? Purjun deyil ayarlanan sistemdi heçnede kesilme ve ya zerer verme veziyeti olmayıb.
ELŞAD | 31 May 2023 14:32
Xeyir, olmaz.
Avtosfer.az | 31 May 2023 14:56
Salam. Azsamandda maşının arxa hissesi endirilmeyine göre cerime varmı? varsa ne qederdi
Elşad | 31 May 2023 14:23
Salam. 150 manat cəriməsi var.
Avtosfer.az | 31 May 2023 14:27
Maşın nomrsin desəm biley olar kim
İlyas | 31 May 2023 11:14
Sual ünvanlayanda fikrinizi tam şəkildə bildirin. Bizdə belə məlumatlar olmur.
Avtosfer.az | 31 May 2023 12:16
Nivaya nece peredok verim ki polis irad tuta bilmesi
Eli | 31 May 2023 06:06
Belə şey etmək olmaz.
Avtosfer.az | 31 May 2023 12:15
Salam men mawini satmiwam uzerine olan 90 xy 004 nomreni hal hazirda qayida brona qoymiwam yeni aldigim avtomobilin qeydiyyat rusumu 230 Azndi 10 iledek olmagin nezere alaraq bu zaman oz adima olan nomreni yeni mawinima vurmaq ucun elave rusum odemeliyenmi? Ve bunun elave rusymu varmi? her zaman yol polisi buna gore surundurmeciliye yol verir ve nomrenin zerkalni olmagini fikirlewib elave 500-1000. azn pul isteyir bu halda biz hara muraciet etmeliyik?
Cavid | 30 May 2023 18:17
Salam. Qanunda bron olmadığı üçün bunun qanuni prosedurunu sizə izah edə bilməyəcəyik.
Avtosfer.az | 31 May 2023 12:13
Salam.adimda maşın vardı.davernusla satdım.bilmək istəyirəm ki maşın adimdadi yoxsa cixarilib
Dilarə | 30 May 2023 16:57
Salam. Onu 902-dən soruşa bilərsiniz.
Avtosfer.az | 31 May 2023 12:08
Sual- Salam. Siz maşını addan ada keçirirdiniz, yoxsa nömrəni başqa kombinasiyalı nömrə ilə əvəz edirdiniz? Nömrə dəyişmək dedikdə nəyi nəzərdə tutursunuz? Cavab - nömrəni başqa kombinasiyalı nömrə ilə əvəz etmək istəyirdim.
Ramin | 30 May 2023 12:01
Texniki baxışdan bu il keçmisinizsə təkrar texniki baxışa ehtiyac yoxdur. Əgər 2022-ci ildə keçibsə, onda qeydiyyat zamanı texniki baxışdan keçirilməlidir.
Avtosfer.az | 30 May 2023 12:47
Salam masina qurasdirilan ses guclendirici aparaturanin cerimesi var? Zehmet olmasa cavablandirardiz.
Alim | 30 May 2023 07:58
Salam. Ətraflı məlumat üçün bu linkə daxil olun. https://avtosfer.az/az/qaydalar/masina-usilitel-qurasdirmaq-elave-avadanliqdir-ceri%CC%87mesi%CC%87-yoxdur-139532
Avtosfer.az | 30 May 2023 12:43
Avtoboboil kimin adınadır
Deyanet | 29 May 2023 22:12
Bizdə belə məlumatlar olmur.
Avtosfer.az | 30 May 2023 12:42
Salam. Opel astra h ucun sport purjun taxmagin cerimesi var?
Metin | 29 May 2023 20:34
Salam. 150 manat cəriməsi var.
Avtosfer.az | 30 May 2023 12:41
Salam nivada start stopun ve padnoska resimleri olmamasına göre cerme yazilirmi
Xəyal | 29 May 2023 19:35
Salam. Rəsim nədir?
Avtosfer.az | 30 May 2023 12:41
Salam maşın parkofka halında olarken yol kenarında herketsiz dayanarken Satılır yazmaq olar YPX cerime yaza biler? Qanuni icaze olunan parkofkada dayanıb sadece satılır yazılıb sönülü veziyyetdedir
Huseyn | 29 May 2023 14:41
Salam. Əslində bu reklamdır. Olmaz.
Avtosfer.az | 30 May 2023 12:40
Mercedes masinin w203 nece sukanini asagi endirmek olar endirdim amma qaldirdim sukan qalmadi yeni bir yerde qolmadi bunu nece hell etmek olar
Huseyn | 29 May 2023 01:31
Ustaya müraciət edin.
Avtosfer.az | 30 May 2023 12:40
Salam mənim maşınım mersedes vitodu 7+1 yerlik, ilide 2008dir, bu maşını satıram, bilmek isteyirem ki, maşını digaer adamin adina neçiye keçirecem? Teksmotor ve siğorta teze olunub
Əziz | 28 May 2023 21:36
Salam. Bu linkə daxil olaraq rüsumu hesablaya bilərsiniz. https://avtosfer.az/az/qeydiyyat-kalkulyatoru
Avtosfer.az | 30 May 2023 12:38
Maşını sport necə etmək olar arxasini
İsrafil | 28 May 2023 17:51
Bu haqda məlumatımız yoxdur.
Avtosfer.az | 30 May 2023 12:36
Salam əgər mən sərxoş vəziyyətdə maşın idarə edərəm sə və mənim maşınımı öz yolumda vursalar günahkar kim hesab olunur?
Elvin | 28 May 2023 15:34
Salam. Maşını vuran günahkardır, sadəcə içkili olduğunuz üçün sizi də həmin əmələ görə məsuliyyətə cəlb edəcəklər.
Avtosfer.az | 30 May 2023 12:33