Banner
SUAL-CAVAB
Bütün suallar Avtosfer.az saytının baş redaktoru Elməddin Muradlı, hüquqşünas Ərşad Hüseynov tərəfindən cavablandırılır
Ad

E-mail

Şəkil

Sual

Avtoqezda gunahkar olan wexs dunyasini deyiwdikde zerer cekene pul odemelidirmi?
Nuhid | 28 May 2023 05:24
Sığorta ödəməlidir.
Avtosfer.az | 30 May 2023 12:32
salam Yamaha Fz2013 qeydiyat niwani yolda duwub ne etmeliyem geri almag ucun
pervin | 28 May 2023 01:58
Salam. Gedib yeni nömrə almalısınız. İtmə ilə bağlı da ərizə verməlisiniz. Tapılan kimi ilk sizə təklif ediləcək.
Avtosfer.az | 30 May 2023 12:29
Salam adima geniralni davernus var davernus veren adam dunyasini deyisib ancaq davernusun vaxdi bitmiyib masini sata bileremi qayilar mene deyir vereselik almalisanmi bunun en dogrusunu siz bilirsiz cox sagolun sizin verlisiniz saat necede hansi radyoda olur cox sagolun
Mezahir | 28 May 2023 00:10
Salam. Etibarnaməni verən şəxs dünyasını dəyişibsə etibarnamə avtomatik olaraq qüvvədən düşür. Ona görə də vərəsəliklə həll etməlisiniz. Hüquqşünas Ərşad Hüseynovun verilişi həftənin 5 günü saat 17:00-dan 20:00-dək 103.3 fm-də yayımlanır. Dinləyə bilərsiniz.
Avtosfer.az | 30 May 2023 12:29
Avtomobilimin ili köhne olduğu üçün istismar müddetinden asılı olaraq ehtiyyat hisseleri tapılmır. Avtomobilim Mercedes-Benz E63 2008-ci ilin duman eleyhine olan işıqlarını Wrangler (LED) adlanan (öz işıqlarının gücüne beraber (Watt)) işıq cihazı ile evez etmek isteyirem. Qadağan deyil ki?
Fərid | 27 May 2023 12:35
Dediyiniz avtomobilin ehtiyat hissələri hələ ki, satışda var. Ona görə də digər işıq cihazlarından istifadə etmək qadağandır.
Avtosfer.az | 30 May 2023 12:09
Masin nomresiyle telefon nomresini bilmek olar?
Zeyneb | 27 May 2023 11:51
Bizdə belə məlumat olmur.
Avtosfer.az | 30 May 2023 12:07
Salam mende kia Optima di dam panaramadi.Stoykalara sax ve sol Vinil cekmishem onun cerimesi var?birde arxa stoplara sheffav usluk cekmishem onun cerimesi var?
Ramin | 26 May 2023 21:37
Salam. Təkcə stoykaya çəkmisinizsə heç bir problem yoxdur. Stopa şəffaf üzlük çəkilməsi də problem yaratmır.
Avtosfer.az | 30 May 2023 12:07
Salam meni dyp saxlayib masini cerime meydancasina aparmaq isteyirdi, masinin arxa hissesi qabaq hissesinden bir balaca asagidi deyir ko, bu qanunla duzgun deyil .masinin arxasi qabagindan hundur olmalidi masinin arxasi qabagindan cox cuzi asagi oldugu teqdirde cerime dusur ? Ve ya cerime meydancasina aparila biler? 150 manat cerimesi var deyildi Bu dogrudur ya yox? Maddelerle hansi maddeye daxildi bu
Xetai | 26 May 2023 19:55
Salam. Belə şey yoxdur qanunda. Əsas oldur ki, asqı sisteminə və yaylara müdaxilə edilməsin.
Avtosfer.az | 30 May 2023 12:05
Salam,dunen Nerimanov parki terefde masini mehle icinde park etmisdim, masini ezibler,ezen adam yox idi etrafda,bu halda qanun ne deyir,ne etmeliyik?coxsagolun cavabladiginiz ucun
Kamil | 26 May 2023 14:37
Salam. 102-yə məlumat verməlisiniz. Yaxınlıqda nəzarət kameraları varsa tapa bilərlər sürücünü.
Avtosfer.az | 30 May 2023 12:03
Salam aleykum. Mən avtomobilin qeydiyyat nişanını dəyişmək üçün Xırdalandakı müayinə mərkəzinə yaxınlaşdım. Müayinə etdilər. 1,2,3 cü otaqda ərizə yazdım peçatladılar. Ümumi 40 manat rüsum verdim. Lakin 5 ci otaqdakı vəzifəli şəxs mənə texniki baxış ola ola yenidən texniki baxışdan keçməyimi tələb etdi, halbuki sizdən soruşmuşdum və cavab vermişdiniz ki, ancaq müayinə edilməlidir. Mən də prosesin davam etdirilməsinin mənasız olduğunu başa düşüb çıxıb gəldim.Saat yarım vaxt itkisinə və ödədiyim rüsum pula görə ona halallıq vermirəm. Sualım odur ki, qeydiyyat nişanını dəyişmək qeyri qanunidirmi və o müfəttişin dediyi kimi nəsə ad qoyulmalıdır ki niyə dəyişirəm nömrəni, və yenidən texniki baxışdan keçmək vacibdirmi??
Ramin | 26 May 2023 14:07
Salam. Siz maşını addan ada keçirirdiniz, yoxsa nömrəni başqa kombinasiyalı nömrə ilə əvəz edirdiniz? Nömrə dəyişmək dedikdə nəyi nəzərdə tutursunuz?
Avtosfer.az | 30 May 2023 11:45
Salam. Mende avtomobilin ön faralarına ve duman işıqlarına açıq mavi vinil vurmuşam. Dyp emakdaşı saxlayıb iddia edir ki konstruksiya deyişikliyi sayılır 150 azn cerime ve maşın cerime meydancasına gedecek. Bu ne derecede duzdu? Ümumiyetle bu hansı qanunla tenzimlenir? Zehmet olmasa cavablandırasız
Vüqar | 26 May 2023 12:49
Salam. Düz deyir. Faralara vinil, plyonka olmaz.
Avtosfer.az | 30 May 2023 11:40
Salam Aleykum, burjun qızdırılıbsa cerime var buna ?
Elşad | 26 May 2023 10:42
Salam. Bəli, 150 manat cəriməsi var.
Avtosfer.az | 30 May 2023 11:36
Salam , kia rioya 2006 ci ilə 17 lik disk qoymağ olarmı?
Fəqan | 25 May 2023 21:02
Salam. Zavod icazə vermirsə olmaz.
Avtosfer.az | 30 May 2023 11:34
Dayanma durma halında eger 3 deqiqeden az müddetde maşını terk etdiyin halda cerime tertib olunurmu?
Mübariz | 25 May 2023 19:07
Dayanma-durma qadağan olunan yerdə heç 1 saniyə də dayanmaq olmaz.
Avtosfer.az | 30 May 2023 11:34
Salam!Masazırda A 92 benzin doldurdum maşına ( BMW 318,1996).Qara tüstü çıxdı.Yol polisi insanlıq edib cerimelemedi,ancaq xeberdarlıq etdi ki,düzelmese,növbeti defe cerimeleneceksen.Ancaq Azpetrol benzini tüstü vermir.Günahımız varmı başqa yerden benzin alanda?
Cavid | 25 May 2023 12:18
Salam. Tüstü verirsə polis nə bilsin haradan vurmusunuz benzini.
Avtosfer.az | 25 May 2023 12:19
Salam, Badamdardan Elmlere dogru yol hereket istiqametinde olan Dairede şekilde gördüyünüz qırmızı rengli nişan menim avtomobilimdir ve üzü Elmlere teref hereket edirem ve sag kenarımdakı yaşıl nişan diger avtomobildir ve üzü Sol terefe Şerifzade küçesine dogru hereket edir ve men Daireye daxil olduqdan sonra ilk hereket eden oldum. Bele olduğu halda polis meni saxlayıb deyir ki siz sağınızda olan ve sola dönmeli avtomobile yol vermelisiniz? Bu ne derecede düzgündür?
Mübariz | 25 May 2023 11:26
Salam. Polis düz deyir. Sağınızdakı maşına yol verməməklə yanaşı siz digər qaydanı da pozursunuz. Qanunvericiliyə görə, dairəni yalnız sağ zolaqdan tərk etmək olar. Dairənin sol zolağından birbaşa tərk edə bilməzsiniz. Bu situasiyaya uyğun bir material dərc etmişik. Linkə daxil olaraq videosuna da baxa bilərsiniz, məlumatı da oxuya bilərsiniz. https://avtosfer.az/az/oyrenek/dairede-bu-cur-hereket-etmeyin-cerimesi-var-suruculeri%CC%87n-di%CC%87qqeti%CC%87ne-vi%CC%87deo-190584
Avtosfer.az | 25 May 2023 11:51
Opel astra G 2000ci il.fialetvi patpres qurawdirmaga icaze var?
Muşfiq | 24 May 2023 20:46
Şəffaflığı ölçmək lazımdır. 75 faizdən aşağı olmamalıdır.
Avtosfer.az | 25 May 2023 11:24
Salam Menim avtomobilimin buraxlis ili 2013du arxa yaylar işlendiyine gore arxa yaylar awagi salib mawinin arxasini ona gore yol patrul emekdasi menim avtomobilimi duracaga qoya bilermi? Veyaxut ona gore pratakol tertib oluna biler???
Shamil | 24 May 2023 19:44
Salam. Ətraflı məlumat üçün bu linkə daxil olun. https://avtosfer.az/az/oyrenek/yol-polisi-bele-prujinlere-gore-surucuye-cerime-yaza-biler-193400
Avtosfer.az | 25 May 2023 11:23
Salam mende BMw f10 2014du M buferler qoyulubdu ama texpasporta qeyd edilmeyib yol polisi qabaq buferde dumanni iwiqlarin olmadigina gore ne cerime yaza biler ?
Elxan | 24 May 2023 17:12
Salam. Xeyr cərimə yaza bilməz. Buferin dəyişməsinə görə texpasporta qeyd olunmur.
Avtosfer.az | 25 May 2023 11:21
salam.texniki pasportum ogurlanib polisden arayisim var tezesini almaq ucun dovlet rusumu ne qederdir ? dyp e 50 defe zeng elemisem cavab veren yoxdur
ilqar | 24 May 2023 14:45
Salam. 30 mannat 40 qəpik rüsumu var. Xırdalandakı DYP-yə yaxınlaşıb orada yenisini ala bilərsiniz.
Avtosfer.az | 24 May 2023 14:53
Salam. Bu gun lokbatanda post qurmuşdular aftomobilden cixan qazin miqdarin olcurduler. Masinda hec bir tustuleme cixmadi. Katalizatorun cirkli olduqun bildirib 50 azn cerime yazdilar. Orda qazin seviyesi 13 yazmisdi. Bu halda cerime yazila biler ?
Kənan | 24 May 2023 13:35
Salam. Göstəricilər normadan artıq olubsa yazıla bilər.
Avtosfer.az | 24 May 2023 14:51
Ümumiyyətlə heç bir sənədi olmayan avtomobilim var. (1994 BMW 525 E34kuzov) Bu avtomobilimə sənədi necə, hardan almalıyam, necə sənədləşdirə bilərəm və bununla əlaqədar dövlət rüsumu və ödənişlər nələrdir, nə qədər olur? Təşəkkür edirəm.
Emil | 24 May 2023 03:10
Maşın kimin adına olubsa onu tapmalısınız öncə. Onu tapmadan mümkün deyil.
Avtosfer.az | 24 May 2023 11:43
Mənə maraqlıdı siz hansı qanuna görə deyirsiz ki sport yay cruze üçün qadağandır? 30.5ci maddə də deyir istehsalçı tərəfindən nəzərdə tutulmayan konstruksiyada dəyişikliklər normativ tələblər pozulmadan edilə bilər.arxa və qabaq eyni formada düşürsə buna heç kim cərimə tətbiq edə bilməz!
Soltan | 24 May 2023 00:03
Cərimə tətbiq edə bilməzsə quraşdırın sürün.
Avtosfer.az | 24 May 2023 11:42
Salam opel astra g sedan arxa yaylari sport qabaq kayloverdi cermesi varmi?ikinci sualim zabod istehsi qara stopun cermesi varmi?
Elvin | 23 May 2023 23:59
Salam. 150 manat cəriməsi var. Qara stop da olmaz.
Avtosfer.az | 24 May 2023 11:41
Maşına ne qeder arxasn aşağı salmağ olar veya heç olmazmı?
Sənan | 23 May 2023 23:54
Aşağı salmaq, yuxarı qaldırmaq olmaz.Zavod necə istehsal edibsə o formada da sürmək lazımdır.
Avtosfer.az | 24 May 2023 11:40
Mən rent a car dan maşın almışam maşını ilkin ödəniş vermişəm qalan məbləğdə hissə ilə verirəm maşını notaruis yolu ilə yox Şirkətin öz müqaviləsi ilə almışam və öz peçatını vurublar.Mən bilməy istəyirəm ki, səhərisi gün mən bunun kreditini bağlasam maşını adıma keçirtməsələr və yaxud əlimdən almağ istisələr məhkəmə həmin müqaviləyə baxacağ? yəni o müqavilənin bir əsası var?
Elnur | 23 May 2023 22:02
Bunu yaxşı olardı ki, hüquqşünasla danışasınız. Müqaviləni göstərib dəqiqləşdirin.
Avtosfer.az | 24 May 2023 11:38
Salam. 31.03.2023 cü ilde avtomobilime protokol tertib olunub. Lakin protokol tertib edilerken menim evezime ypx emekdasi sehven menimle eyni oxsar adda olan basqa şexse elektron protokol yazib. Buna gore de menim asanpay kabinetime ve telefonuma cerimenin qerarli olmagi barede melumat ala bilmemisem ve 10 gun erzinde sikayet vermek vaxtini itirmisem. İndi xeber tuturamki menim adima olmasa da avtomobilimde cerime var. Ve gelecekde mene problem yaradacaq. İndi men nece sikayet ede bilerem?Biliremki cerime qanunsuz yazilib. Evvelceden tesekkurler
Azer | 23 May 2023 20:55
Salam. Dediklərinizi 055 335 15 59 nömrəsinə göndərin, çalışıb köməklik göstərərik.
Avtosfer.az | 24 May 2023 11:37
Tekrar salam bayaq yazmisdim arxa stop zavod qara gelibse yenede cermesi varmi
Elvin | 23 May 2023 19:32
Salam. Maşının işıqları zavod tərəfindən qara gəlmir.
Avtosfer.az | 24 May 2023 11:36
Salam men olkeden cixmaq ucun Stopu nece oyrene bilerem?
Ibrahim | 23 May 2023 17:06
Salam. DİN-dən soruşun.
Avtosfer.az | 23 May 2023 17:44
Salam men olkeden cixmaq ucun stopu nece oyrene bilerem ?
Enver | 23 May 2023 14:23
Salam. DİN-dən.
Avtosfer.az | 23 May 2023 15:09
Salam opel astradi menim masinim arxa stopu tundlesdirilib bunun cermesi varmi
Elvin | 23 May 2023 14:14
Salam. 150 manat cəriməsi var.
Avtosfer.az | 23 May 2023 15:09