Banner
SUAL-CAVAB
Bütün suallar Avtosfer.az saytının baş redaktoru Elməddin Muradlı, hüquqşünas Ərşad Hüseynov tərəfindən cavablandırılır
Ad

E-mail

Şəkil

Sual

Salam.cruz 2013 dumanniya wranglere icazə varmı??
Cavid | 11 May 2023 21:47
Salam. Xeyr, icazə yoxdur.
Avtosfer.az | 12 May 2023 15:16
Salam. Mən nivaya led “LUPA” lampa qoya bilərəm? h4 lampadır və qarşıdan gələn avtomobillərə maneə törətmir. Eyni təzə inamarka maşınlar kimi işıq salır
Murad | 11 May 2023 20:56
Salam. Bu suala şifahi cavab vermək olmur. Əgər normativ tələbi pozursa qadağandır. Ona mütəxəssis baxmalıdır.
Avtosfer.az | 12 May 2023 15:15
Salam, Barəmdə IXP 5332718 protokolu tərtib olunub. Bildiyim qədəri ilə İXP protokolu ərazi YPX avtomobili idarə edən YPX əməkdaşları tərəfindən yerində məlumat verilərək tərtib edilir. Lakin, məni YPX avtomobili saxlamayıb.Protokol tərtib edilmədən öncə mənə zəng edib, barəmdə şikayət olduğunu bildirdilər və BDYPİ çağırdılar. mən onıine qaydada görüntü istədim. Sonra protokoı online olaraq gəldi. “327.2. 1.1, 1.3 ve 1.11 üfüqi nisanlanma xatlarinin talablarine riayat etmayarak sola va ya geriya donma gaydalarinin pozulmasi.” Portalda da bu barədə hər hansı bir video, şəkil qeyd edilməyib. Sonra zəng edib video görüntünü yükləməklərini istədim, bunun mümkün olmadığını bildirdilər. Zəhmət olmasa protokolun qanuni vəya qanuna zidd tərtib edilməsi barədə məlumat verərdiniz.
Pərviz | 11 May 2023 19:52
Salam. IXP seriyalı protokolun görüntüsü kabinetə yerləşdirilmir. Görüntü ilə tanış olmaq üçün DYP-yə yaxınlaşmalı idiniz.
Avtosfer.az | 12 May 2023 15:14
Salam, priusu ada keciren zaman katalizator teleb edirler. Bu qanuna uygundur yoxsa oformut zamani bunu teleb etmek qanunsuzdur?
Kamran | 11 May 2023 19:29
Salam. Dəm qazı normadan artıq çıxırsa qeydiyyatdan imtina edə bilərlər.
Avtosfer.az | 12 May 2023 15:13
Men alanda ele qara rengde almisam yaylari renglememisem sadece saxlayib deyilerki qara rengdirse demeli sportdur.Bunlarin sozunen ele cixirki men o yaylari rengini deyissem sprort sayilmir.Ve burde nece bile bileremki sportdur ya yox?
Nail | 11 May 2023 18:12
Siz alanda bilməli idiniz ki, sport yaydır, yoxsa yox.
Avtosfer.az | 12 May 2023 15:10
Salam. İşinizdə uğurlar. Avtomobil 2008 BMW 525i E60. Mən xaricdən Magnaflow zavodunun istehsalı olan arxa qazan sifariş etmək istəyirəm. Birbaşa Magnaflow-nun özündən. Avtomobildə digər heçbir dəyişiklik etmədən, çıxış sayı DƏYİŞMƏDƏN yalnız arxa qazanı qeyd etdiyim qazana dəyişərsəm qanunla hər hansı bir qadağ varmı? YPX əməkdaşlarının bununla bağlı hər hansı bir cərimə yazmaq və ya duracağa yönləndirməsiylə bağlı göstərişlərə əsas varmı?
Rauf | 11 May 2023 17:45
Salam. BMW-nin üzərində gələn qazandan alıb qoymalısınız.
Avtosfer.az | 12 May 2023 15:09
Salam mende vaz 2107 markali avtomobildi ve dyp emekdasi saxlayaraq deyirki qabaq purjun(yaylar)qara rengdedi buda sport sayilir buna gore mene cerime yazila biler
Nail | 11 May 2023 16:30
Salam. Sport yaydırsa olmaz. Yox əgər zavod yayları qara rəngə boyamısınızsa heç bir problem yoxdur.
Avtosfer.az | 11 May 2023 16:50
Nömrenin biri 30,40 qepikdi?
Elçin | 11 May 2023 15:48
Xeyr, ikisi 30 manat 40 qəpik. Biri 15 manatdır.
Avtosfer.az | 11 May 2023 16:50
Salam menim 18 balim var idi mene 3 bal yazib suruculuk vesiqemi götürüb 1 ay surmey üçün suruculuk vesiqesini evez eden sened verdiler ve vesiqemde 18 bal qalmishdi indi 15 baldi 1 il tamam olan balim silinib men mehrum olunacam?
Shixeli | 11 May 2023 14:32
Əgər yazdıqları 3 bal olan cərimə qərara minmədiyi vaxt balınız 15-ə düşübsə vəsiqəniz məhdudlaşdırıla bilməz.
Avtosfer.az | 11 May 2023 14:34
Dövlet qeydiyyat nömresinin Yenilenmesi dövlet rüsumi ne qederdi?
Elçin | 11 May 2023 11:57
30 manat 40 qəpik.
Avtosfer.az | 11 May 2023 14:33
Salam. Priusu katalizator olmadigina gore aformut etmeye bilerler? Bu yaxinlarda adima kecirtmek isteyirem. Buna gore etmeye bilerler?
Ali | 11 May 2023 11:30
Salam. Əgər dəm qazı normadan artıq olsa qeydiyyatdan imtina edə bilərlər.
Avtosfer.az | 11 May 2023 14:33
Salam. Men ford transit yük maşını sürürem arxa hissəsinin bort nömrəsini qırmızı kraskayla özüm yazmışam. Bort nömrəsi olmasa belə verməsi ne qədərdi? Ve dyp menim.masinimi duracağa apara bilərmi?
Ramil | 11 May 2023 11:25
Salam. Buna görə cərimə yazılması və duracağa aparılması qanunsuzdur.
Avtosfer.az | 11 May 2023 14:32
Salam. Vaz2107 de dal rezinler olmadigi ucun ve qabag wotka 1 veya 2 si olmadigi ucun Yol patrul xidmeti Mawini Cerime medyancasina Qoya biler?
nihat | 11 May 2023 01:40
Salam. Sadaladığınız hallara görə duracağa apara bilməz. Rezin dedikdə yəqin palçıq fartuklarını nəzərdə tutursunuz.
Avtosfer.az | 11 May 2023 14:31
Salam. M3 BMW-ni bele yığa bilerem?
Fuad | 10 May 2023 18:42
Yığmaq olar. Amma baxır nə dəyişiklikləri edirsiniz. Rəngi dəyişəndə qeydiyyat şəhadətnaməsinə düzəliş edirməlisiniz.
Avtosfer.az | 11 May 2023 14:30
salam kecen defe bineqedide gormusdum siqnal idaresinin dayanacaqini ne qeder lazimsiz masin varydi deyirdilerki sahibleri gelib aparirlar lazim deyil menimde 40 yasina catmisam bir kohne bele masnim yoxdu bir arzum varki masnim olsun ele lazim olmayan masni nece elde etmek olar usta getirerem baxar duzelendise ele mene vererlerde birini yaxsini secib goturerem
araz | 10 May 2023 12:10
Salam. O haqda bir məlumat verə bilməyəcəyik təəssüf.
Avtosfer.az | 11 May 2023 14:26
Salam menim 18 balim var idi mene 3 bal yazib suruculuk vesiqemi götürüb 1 ay surmey üçün suruculuk vesiqesini evez eden sened verdiler ve vesiqemde 18 bal qalmishdi indi 15 baldi 1 il tamam olan balim silinib men mehrum olunacam suruculukden bir de mene yazilan cerimeden nece shikayet eliye bilerem asabpayda o cerimenin ustune vururam shikayet üçün mövcud deyil yazilir
Shixeli | 10 May 2023 10:49
Salam. Müraciətinizi bu link üzərindən edə bilərsiniz. https://dyp.gov.az/?/az/online/
Avtosfer.az | 11 May 2023 14:24
Salam bayaxdan sullari oxuyuram ve cavablari oxuyuram bezi weyleri duz yazmisiz cavabin bezileri sef 80% sefdir bir iki sual diqqetimi cekdir evvela sport burjinler hakkinda deyim Qanunda var oz oxu uzuerinde eyni qaydada paylanirsa cerme yazila bilmez 2 ciside ki 215.50.13 Juquliye cermesi ola biomez zavod qoyan 13 luk diske gedir disk dewmir teker deywir
Rza | 9 May 2023 23:54
Bizim yazdığımızı səhv qəbul edirsinizsə şəxsi fikrinizdir. Maşına sport dediyiniz yayları quraşdırın, təkəri də dediyiniz ölçüdə alın. Özünüz düz bildiyinizi edin. Biz sizə nəyisə məcbur edə bilmərik.
Avtosfer.az | 11 May 2023 14:23
215.50.13 ṣini vaz 2107 ye vurmaga icaze var?
Rza | 9 May 2023 23:40
Zavod verdiyi ölçüdən kənara çıxmaq olmaz.
Avtosfer.az | 11 May 2023 14:17
Hər vaxtınız xeyir. Mən VAZ 2101 markalı avtomobilə sport yaylar quraşdırmaq istəyirəm. Bunun cəriməsi var?
Qaçay | 9 May 2023 18:47
Salam. 150 manat cəriməsi var.
Avtosfer.az | 11 May 2023 14:16
Salam mende Toyota Prius 20 kuzadi 2007 ci il . Bu vinili vurmaq qanunla qadagandirmi ? buna gore DYP əməkdaşları avtomobili duracaqa təyin edə və ya cərimə tətbiq edə bilərlərmi?
Rəhim | 8 May 2023 20:53
Salam. Bunu qeydiyyata aldırmalısınız. Əks halda cərimələnə bilərsiniz.
Avtosfer.az | 11 May 2023 14:16
Salam. menim masinimda qabaq nomre cirkli idi amma oxumaq olurdu. arxa momre ise temizidi. yeni nomrenin biri cirki olsa cerime yazila bilermi. xahiw edirem cavablayasiz cunki cerime yaziblar qerarsiz
Ismet Hesenov | 8 May 2023 20:19
Salam. 1 nömrənin oxuna bilməməsi cərimə yazılmasına əsasdır. 40 metr məsafədən oxunmalıdır nömrə.
Avtosfer.az | 11 May 2023 14:15
Salam masinda yuksek sesle idare etmeyin cerimesi varmi? bezileri deyir yoxdur bezileri ise seher 09.00-dan 00.00 qeder olar deyir...
Royal | 8 May 2023 17:45
Salam. Saat 24-dən səhər 7-dək yaşayış yerlərində, həyət ərazilərində, insanları narahat edən yerlərdə qoşmaq olmaz.
Avtosfer.az | 11 May 2023 14:13
salam patres yazilarina cerime var
İbrahim | 8 May 2023 16:32
Salam. Yazı yazmaq olmaz.
Avtosfer.az | 11 May 2023 14:09
Salam.DYP emekdasi mene cerime yazib video goruntu yoxdur. Ehtimal ederek cərimə yazib. Getdi. Bele bu cur hal me dərəcəde duzgundur.
Nurlan | 8 May 2023 13:51
Salam. IXP seriyalı protokollarda video olmur.
Avtosfer.az | 8 May 2023 14:17
Salam 2107 ye Cex fara qurasdirmaqin cerimesi var?
Alisah | 7 May 2023 23:12
Salam. Onu quraşdırmaq olmaz.
Avtosfer.az | 8 May 2023 12:13
Cermeni odediyim halda cerme odenmeyib ve uzerine pul gelerek masina heps qerari cixib nece etmek olar
Babek | 7 May 2023 21:25
Ödənişlə bağlı qəbzin kopyasını çıxarın və DYP-yə rəsmi müraciət edin.
Avtosfer.az | 8 May 2023 12:13
Salam duz xettde kent teserufat NV otme emeliyyati ede bilerem?
Alxan | 7 May 2023 19:40
Salam. Xeyr, olmaz.
Avtosfer.az | 8 May 2023 12:11
Avtomobilde nomre qabaq alinib.cip deyilen kvadrat hisse yoxdur.cerime dusur?
Araz | 7 May 2023 16:37
Xeyr, onun cəriməsi yoxdur. Ətraflı məlumat üçün bu linkə daxil olun. https://avtosfer.az/az/oyrenek/avtomobilin-qeydiyyat-nisaninda-cip-mutleq-olmalidirmi-vi%CC%87deo-204446
Avtosfer.az | 8 May 2023 12:10
BNA ozude hereketde gede gede men ekis yoldada men gelirem suret etdini asdiğimi nece nizamlayir cerime gelir qanunla duzgun cermedi?
Elcin | 7 May 2023 16:20
Bunu BNA yox, DYP yazıb. Mümkündür. Onun üzərindəki radar sürət həddini aşanları müəyyən edir. Siz sürət həddini aşmasaydınız çəkməyəcəkdi.
Avtosfer.az | 8 May 2023 12:09
Salam avtomobilde arxa stop deysmek cermsei var
Togrul | 7 May 2023 11:49
Salam. Zavod nəzərdə tutduğu stoplardan fərqli olanı quraşdırırsınızsa olmaz.
Avtosfer.az | 8 May 2023 12:08