Salam Atamın suruculuk vesiqesine 3 dene sef cerime yazlıb. Ne etmeliyik
Sədyar | 13 Aprel 2023 17:30
Salam. DYP-yə rəsmi qaydada müraciət edin.
Avtosfer.az | 14 Aprel 2023 14:31
Salam.Bankdan avtomobil alıram. Sigorta və təkrar qeydiyyat prosedurunu və rüsumu izah edərdiz zəhmət olmasa. Öncədən təşəkkür
Fərmail | 13 Aprel 2023 01:23
Salam. DYP-yə yaxınlaşıb boksdan keçirsiniz, orada avtomobil müayinə olunur. Bundan sonra sənədlər təqdim edilir və avtomobil qeydiyyata alınır.
Avtosfer.az | 13 Aprel 2023 14:33
salam ford tranzit v184 2001 almaniya istesali avtomobile arxa kvadrat nomreye icaze varmi?
harun | 12 Aprel 2023 23:22
Salam. Nömrə yeri kvadratdırsa olar. Kvadrat deyilsə olmaz.
Avtosfer.az | 13 Aprel 2023 14:32
Salam yazılan cərimə hansısa müddətə kimi qərarlı statusu olmasa odenilməyə bilər?
Nurlan | 12 Aprel 2023 22:14
Salam. Qərar qanuni qüvvəyə minəndən sonra mütləq ödənilməlidir. Qərarın nə vaxt qüvvəyə minəcəyini biz bilmirik. Ona görə də müddət deyə bilmirik.
Avtosfer.az | 13 Aprel 2023 14:31
Salam, x.e. sualima cavab vererdiniz. Avtoneqliyyat vasiteni oz adima resmileshdirmek isteyirem, lakin avtomibilin (Niva 21214 , 2015 ci il) Urbana yighildighi bildirilerek resmilewdirmenin mumkun olmdighi bildirilir ve defelerle avtomobil saxlanilaraq DYP emekdashlari terefinden Urbana yighildighina gore ( bufer, faralar, stoplar ve guzguler) cerime yaziblar. Chox xahish edirem deyerdiniz bu halda avtomobilin oz adima qeydiyyata salinmasinda her hansi bir manechilik varmi? Yani ki qeydiyyat shehadetnamesinde Urban yazilmasi vacibdirmi? men NV-ni oz adima kechire bileremmi?
Samir | 12 Aprel 2023 20:52
Salam. Qanunla "Urban" yazılmasına ehtiyac yoxdur. Buna görə cərimə nəzərdə tutulmayıb və qeydiyyatdan imtina oluna bilməz.
Avtosfer.az | 13 Aprel 2023 14:30
salam
vyana konvesiyasinin suruculuk vesiqesi haqqinda bendleri ve teleblerini nece elde ede bilerem
internetde tapa bilmirem
mene sirf suruculuk vesiqesine telebler olan bendler ve elaveler lazimdi
evvelceden tesekkurler .
sanan | 12 Aprel 2023 01:37
Salam. Hüquqşünaslardan soruşun. Onlarda olar.
Avtosfer.az | 13 Aprel 2023 14:29
Salam aleykum men avtomobile karbon kapot qurasdirmaq isdeyirem avtomobil ag rengdedir karbon kapot ise qara bu konstruksiya deyisikliyi sayilir ? Buna gore cerimeleye bilerler ?
Pervin | 11 Aprel 2023 23:20
Salam. Bununla bağlı DYP-yə müraciət edin. Onlar razılıq versə quraşdırın.
Avtosfer.az | 13 Aprel 2023 14:28
20BU709 bu nömre kimin adınadı örgenmek isteyirem
Asəf | 11 Aprel 2023 22:18
Bu haqda məlumat yoxdur bizdə.
Avtosfer.az | 13 Aprel 2023 14:27
Salam aleykum her vaxdınız xeyir.Mende vaz 2106 markalı maşındı. Qabqada heç bir şey.yəni peredokda sadece her şeyi teze qoydurmusam ona göre hündürdü.bilmek isdiyirem ki qanunla hüdürlüy teyin olunub peredoka ya ele xoşuna gelmedi deyir hündürdü?.birde arxada köhne prujinler qoymusam.ne kesikdi nede qızdırılıb.sadece ölüdü.teze prujinin hündürlüyü 43 sm di.mendekide 43 smdi.indi bilmey isdiyirem arxasına göre cerime meydançasına aparlıa biler ya yox cerime yaza biler.? Birde maadesi nedir.çox sağolun.
Musa | 11 Aprel 2023 20:14
Salam. Dediyiniz məsələlərə görə cərimə düşmür. Asqı sisteminin hündürlük meyarı yoxdur. Əsas odur ki, əlavə avadanlıq olmasın.
Avtosfer.az | 13 Aprel 2023 14:27
Salam Kia optima 2012 Ag mirvati rengdir.
Avtomobilin kapitunu qara eletdirmek isteyirem. Qanunla ban sayilmir. Bes icaze varmi? Hansi qanunla tenzimlenir
Nijat Gasimov | 11 Aprel 2023 17:38
Salam. Qanunla ban sayılır. Sadəcə onu rənglətdirməmişdən öncə DYP-yə müraciət etmək lazımdır. Onlar müsbət cavab versə rənglədə bilərsniz.
Avtosfer.az | 13 Aprel 2023 14:25
Sport hava filteriyle bagli sual vermisdim.Cavab vermisiz ki,normativ teleb pozulursa qadagandir.Bes normativ teleb nedir?Hardan deqiqleşdire bilerem?
Vaqif | 11 Aprel 2023 15:10
Onu quraşdırmaqda məqsəd nədir?
Avtosfer.az | 13 Aprel 2023 14:24
Avtomabilde sukan deyisiyliyi qadagandir?
Emikişi | 11 Aprel 2023 14:41
Ətraflı məlumat üçün bu linkə daxil olun.
https://avtosfer.az/az/oyrenek/fiat-rulu-na-gore-cerime-yazila-bilermi-qanunsuz-deyil-68559
Avtosfer.az | 11 Aprel 2023 14:48
Salam masinin on ve ya arxa fenerlerine nece faiz tundlesdirici plonkaya icaze var ?
Ruslan | 11 Aprel 2023 09:54
Salam. Olmaz, qadağandır.
Avtosfer.az | 11 Aprel 2023 14:20
Salam vaz markalı avtomobil üçün sport tipli yaylardan ve sport amartizatorlardan istfade etmeyin her hansı cermesi var? Qeyd edimki ön ve arxa hisseyede qurlaşdırmaq şerti ile yəni oxlar üzre düşen yük pozulmadan
Kərim | 11 Aprel 2023 00:27
Salam. Qadağandır.
Avtosfer.az | 11 Aprel 2023 14:19
Salam. Menim bmw E60 modeli texpasporta qeyd eletdirsem M5 yigilib ve tuningde yeni ( arxa qabag M bufer , sport amartizatorlar , birde ses bogucu pultnan qurawdirsam ) ede bilerem ya yox ? Qanunla bunlar icaze var ?
Kamran | 10 Aprel 2023 23:25
Salam. Bufer quraşdıra bilərsiniz. Lakin digər sadaladıqlarınız qadağandır.
Avtosfer.az | 11 Aprel 2023 14:19
Salam.2006ci il 1,4 mator kia rioya sport hava filteri qoymaq isteyirem.Qanun buna icaze verirmi?YHQ 1sayli elaveni oxudum bu haqda heçbir qadağa yoxdur.
Vaqif | 10 Aprel 2023 21:17
Salam. Normativ tələbi pozursa olmaz.
Avtosfer.az | 11 Aprel 2023 14:18
Salam qeydiyyat sehadetnamesinin deyisdirilmesinin dovlet rusumu ne qederdir
Emin | 10 Aprel 2023 20:30
Salam. 30 manat 40 qəpik.
Avtosfer.az | 11 Aprel 2023 14:17
Salam mənə bu ğün qayan,durmadan çerime ğelib özüm maşinda olmuşam3deq.müşteri ğözlemişem.hara şikayet edim
Mirzə | 10 Aprel 2023 18:15
Salam. Dayanma-durmanı qadağan edən nişanın təsir sahəsində heç 1 saniyə də gözləyə bilməzsiniz. Cərimə doğru yazılıb.
Avtosfer.az | 11 Aprel 2023 14:17
Salam əleykum 1248 sm Opel Astra ili 2007 öz atamın adına aformut elətdirmək istəyirəm dövlət rüsumu haqqında məlumat verərdiniz zəhmət olmasa hal-hazırda nəqliyyat vasitəsinin sənətləri qaydasındadır
Bayram | 10 Aprel 2023 17:16
Salam. Rüsumu hesablamaq üçün bu linkə daxil olun.
https://avtosfer.az/az/qeydiyyat-kalkulyatoru
Avtosfer.az | 11 Aprel 2023 14:13
Salam.hervaxdiniz xeyir mumkunse menimle elaqe saxliyardiz 050 207 54 80
Ramin | 10 Aprel 2023 17:15
Salam. Sualınızı bura ünvanlaya bilərsiniz.
Avtosfer.az | 11 Aprel 2023 14:13
Salam 30 kuza priusun arxa stopunun işığının qarşısını almadan stopun yanina plyonka vurmaga icaze var?
Murad | 10 Aprel 2023 02:01
Salam. İşığın yayıcılığına, iş rejiminə problem yaradırsa qadağandır.
Avtosfer.az | 10 Aprel 2023 13:02
Salam Motosikletlerin gomruk rusumu hansi qayda ile hesablanir?
Rüfət | 9 Aprel 2023 22:35
Salam. Bunu Gömrük Komisindən soruşa bilərsiniz. Qaynar xəttlərini tapıb soruşun.
Avtosfer.az | 10 Aprel 2023 13:02
Salam maşini addan ada kecirmeye qetmisem texpasportda. Muherrik nomresi qeyd olunmuyub. Muherrik deyisilmeyib zavodskoydu bu menim sefim deyilki bu halda mennen artig odenis alinirmi?
Yusif Aliyarov | 9 Aprel 2023 19:56
Salam. Ətraflı məlumat üçün bu linkə daxil olun.
https://avtosfer.az/az/oyrenek/texpasportda-muherrikin-nomresi-yazilmayibsa-problemi-kim-hell-etmelidir-dyp-yoxsa-surucu-206116
Avtosfer.az | 10 Aprel 2023 13:01
Salam aleykum.Vaz 2107 avtomobilinde peredoka baglanmis (L) herfine oxwar demir baglanir bakavinleri qorumaq ucun.cunki teker udara duwende o demir bakavinlerin zedelenmesinin qarwisini alir.demirin qalinligi 0.5sm yeni mawinin qabaginin hundur olmasi ile hec bir elaqesi yoxdur. Hemen o demire gore cerime varmi?
Bextiyar | 9 Aprel 2023 14:39
Salam. Zavod tərəfindən qoyulmayıbsa quraşdırmaq qadağandır.
Avtosfer.az | 10 Aprel 2023 13:00
SALAM.PEREDOKA DEMIR BAĞLANIR BAKAVINLERI QORUMAQ ÜÇÜN BURJUNLAR OLAN YERE QABAGA O DEMIRE GORE CƏRIMƏLƏR YAZILA BILER?
Elvin | 9 Aprel 2023 14:37
Salam. Zavod tərəfindən qoyulmayıbsa quraşdırmaq qadağandır.
Avtosfer.az | 10 Aprel 2023 13:00
Salam nece cermden sora bal cixlir
Asim | 8 Aprel 2023 18:14
Salam. Sualınız aydın olmadı.
Avtosfer.az | 10 Aprel 2023 12:59
Disk r16 olan mawina r17-r18 ölçüsü qoyularsa buna cerime düşür ?
Mehemmed | 8 Aprel 2023 04:04
Zavod həmin ölçüyə icazə verməyibsə qadağandır.
Avtosfer.az | 10 Aprel 2023 12:58
Salam hormetli vekil men ADNSUDA 1ci kurs magstr telbesiyem Baku seherinde Kiraye qaliram menimle qalan 1 nefer kirayenin vaxtinda ( ayin 28 izi evin ayligi di) dediki Sen ode men ayin Aprelin 5 i emek haqimi alib verecem 7Aprel mene gelib dediki men evden cixiram men buna qalmayacagdinsa evelden Bunu deyerdin yerine basqasin tapardim daha sonra qaldigi gunun pulun verib cixmasini teklif etdim bununla bele razilasmadi sonra men buna eledyi herketin duz olmadigini dedim mene tehqirle cavab verdi men buna el qol atdim buda mene ve 1 yumurg vurdum dodagi partladi qan gelirdi(hadise yaşadgmiz binanin heytinde olub) sonra ayrildig sonra 102 yigdi ve menim ev yiyesiyle birlikde bicagnan Bunu hedeledyimi yalan melumat verdi bele birsey olmadgina hem kamerada var bicag hedleme olmadgina subut hem ev yiyesi sahidi hem binanin etrafindaki kafe isleden burda menim cezam Ne oldugun bilmek isteyirem ve onun yalan melumatlarinin cezasinin Ne oldugun
Xezer | 8 Aprel 2023 03:47
Salam. Burada yalnız yol hərəkəti qaydaları ilə bağlı olan suallar cavablandırılır. Siz vəkil tapıb maraqlana bilərsiniz.
Avtosfer.az | 10 Aprel 2023 12:58
Ravon Nexia R 3 e kvadrat nömre vurmağa icaze varmı ?
Adil | 7 Aprel 2023 23:08
Nömrə yeri kvadrat deyilsə qadağandır.
Avtosfer.az | 10 Aprel 2023 12:52
Salam. Avtomobili öz adıma keçirmek isteyirem. Marka HONDA İl 2012 mühərrik həcimi 1339
Namiq | 7 Aprel 2023 22:56
Salam. Rüsumu hesablamaq üçün bu linkə daxil olun.
https://avtosfer.az/az/qeydiyyat-kalkulyatoru
Avtosfer.az | 10 Aprel 2023 12:51