Banner
SUAL-CAVAB
Bütün suallar Avtosfer.az saytının baş redaktoru Elməddin Muradlı, hüquqşünas Ərşad Hüseynov tərəfindən cavablandırılır
Ad

E-mail

Şəkil

Sual

Salam, neqliyyat vasitesinin ön veya arxa faralarına plyonka vurmaq olar? Qanunvericilikde bunun üçün cerime nezerde tutulurmu?
Səməd | 8 Mart 2023 09:46
Salam. Qadağandır. 150 manat cəriməsi var.
Avtosfer.az | 9 Mart 2023 14:17
Salam minik avtomobillerine perde asmaq qadagandir duzdur perdeninde izahi odurki perimetr boyu metal veya plastik elemente berkidilmis parca materialli aksesuar bes eger hemen parca hecbir plastike veya metala berkidilmemis halda sadece arxa ve arxa yan suselere iceri terefden berkidilse yeni iceri terefden avtomobilin oz orjinal plastiklerine veya susesine berkidilse bu qadagandir? burda meqsedim qanunun acigini axdarmaq deyil sadece menim avtomobilime jaluz satisda yoxdur veya men tapanmadim sadece desikli,duz ve ya qarmoska perdeler var fso avtomobil nivadir jaluzda deyir aciqlamada oz oxu etrafinda hereket eden sapuli veya ufuqi lovhelereden ibaret aksesuar men anlamadim bu jaluz nedir zehmet olmasa deyerdiz jaluz nedir yeni formasi nece olur? Ve menim anladigim qeder ise jaluz menim avtomobilime baglanmir axi sadece susenin etrafina kecen perdeler baglana bilir fso cavabiniz ucun cox sagolun uzurlu sayin vaxtinizi aldim
Rəşad | 8 Mart 2023 02:12
Salam. Qanunda sənaye üsullu yazıldığı üçün sizin sadəcə pərdəni avtomobilin konstruksiyasına bərkitməyiniz qayda pozuntusu kimi qəbul ediləcək. Jalüzün açıqlamasında öz oxu ətrafinda hərəkət dedikdə, yəni sənaye üsulu ilə hazırlanmış açılıb-bağlanan jalüzlərdən söhbət gedir. Siz ən yaxşısı plyonkadan istifdə edin.
Avtosfer.az | 9 Mart 2023 14:17
Formula tekerlerin cermesi var
Nadir | 8 Mart 2023 01:46
Əsas ölçü düz gəlməlidir. Yəni zavodun tövsiyə etdiyi ölçüdən kənara çıxmaq olmaz.
Avtosfer.az | 9 Mart 2023 14:13
Salam maşının disqlərin rəngləmək olar cəriməsi var yoxsa yox?
Bəkir | 7 Mart 2023 20:13
Salam. Rəngləmək olar. Cəriməsi yoxdur.
Avtosfer.az | 9 Mart 2023 14:12
Salam, maşının yaylarını dəyişib sport yay qoymuşam, çarxlar üzrə çəki pozuntusu yoxdu, icazə olar? Əyər tecpasporta sport yazdırmaqla olursa yazdıranda maşının aid olduğu şirkət dəyişiklik etmiş olur ?) və bir sualım daha bunu texpasporta yazdırmaq üçün dövlət rüsümü nə qədərdir başqa nə tələb olunur??
Cahid | 7 Mart 2023 00:14
Salam. Qadağandır. Belə dəyişikliklərin qeydiyyat şəhhadətnaməsinə yazılması qanunda nəzərdə tutulmayıb.
Avtosfer.az | 7 Mart 2023 13:24
Salam menim ford tranzit maşınım var men maşına artıq yük vurduqum üçün mene yol polisi 500 den 800 qeder cerme yazmaq isteyirdi bu qeder cerme yaza biletler
Mehmandar | 6 Mart 2023 23:36
Salam. 40 manat cəriməsi var.
Avtosfer.az | 7 Mart 2023 13:23
Salam vranqler faranı nivaya qoyduqda heç bir deyişiklik etmirik zavod yerine bağlanır ve öz ştikerine keçir bu halda konstruksiya deyişikliyi sayıla bilermi vecermesi varmı ?
Hikmət | 6 Mart 2023 23:21
Salam. 150 manat cəriməsi var. Həmin fara Niva üçün nəzərdə tutulmayıb. Nivanın farası zavod istehsal etdiyidir.
Avtosfer.az | 7 Mart 2023 13:23
salam. bmw f30 qapida birkada R17 diskler qeyd olunub. mende R19 bu konstruksiyaya deshiklik sayilir? Qanunla bu göre cərimə nəzərdə tutulub, cərimə varsa necə manatdır? cox sag olun
Rahim | 6 Mart 2023 21:00
Salam. Bəli, 150 manat cəriməsi var.
Avtosfer.az | 7 Mart 2023 13:22
Salam Nömreni taxici ile sağ hisseden vursam Yol Polis emekdaşın Cerime yazma haqqı var?
Kenan | 6 Mart 2023 16:12
Salam. Əgər zavod nömrə üçün yer təyin edibsə, digər yerə quraşdırmaq olmaz.
Avtosfer.az | 7 Mart 2023 12:58
Salam oyrenmek isteyirem ki, avtomobil her hansi fiziki sexsden alinirsa bu tekrar qeydiyyay etdikde avtomobilin deyeri qeder pul banka saticinin hesabina qoyulmalidirmi?Yol polisi iddia edirki pul saticinin hesabina qoyulub qebzin suretini bize vermelisiz.Amma negdsiz hesablasmalar haqqina AR qanunun 3.4.10. 3.4.11 ci bendleri bildirir ki, fiziki sexslere aid deil
Cavid | 6 Mart 2023 15:03
Salam. Fiziki şəxslərə aid deyil.
Avtosfer.az | 7 Mart 2023 12:57
Salam mawinimin nomresindeki bayraq az solmuş kimidi ona gore cerme nezerde tutulurmu tewekurler
Rustem | 6 Mart 2023 14:38
Salam. Əgər rəng gedibsə yol polisi saxlasa maşın cərimə meydançasına gedəcək, sizə də 4 bal 60 manat cərimə yazılacaq.
Avtosfer.az | 7 Mart 2023 12:56
Salam menim mawinimin arxa yaylari qizdirilib bununla bagli cerime meydancasina aparilmaq duzgundur? Eger duzgundurse bu prosses nece olur?
Ucal | 6 Mart 2023 13:05
Salam. Bəli düzgündür. 150 manat cəriməsi var.
Avtosfer.az | 6 Mart 2023 14:20
Salam. Dövlət qeydiyyat nişanı üzrə,avtomobilin sahibini necə tapa bilərəm?
Aga | 6 Mart 2023 11:50
Salam. Ancaq DYP-dən.
Avtosfer.az | 6 Mart 2023 14:19
salam yeni mawin almiwam mennen qabaqki sahibinin 529.3 cerimesi olub ...ustunnen 7 ay kecib .cerime helede gorsenir avtomobilin hebsi yoxdur .bilmek istiyirem men avtomobili oz adima kecirende bu cerime mene prablem yaratmiyacaqki xahiw edirem komeklik edesiz
Mehemmed.Nagiyev | 6 Mart 2023 02:39
Salam. Yarada bilər. Ona görə əvvəlki sahibinə deyin ki, məsələni həll etsin.
Avtosfer.az | 6 Mart 2023 14:19
Salam arxa stopa çekilen vinilin cerimesi ne qederdir? Vinil yerindece sokulduyu halda yene cerime yazılır?
Orxan | 6 Mart 2023 01:40
Salam. 150 manat cəriməsi var. Sökülə bilsə də yerində yazılır cərimə.
Avtosfer.az | 6 Mart 2023 14:18
Salam cerme olunmuwam men bilmek isderdim ki endirim nece gunden soram quveden duwur sagolun
Rustem | 6 Mart 2023 01:21
Salam. 10 gündən sonra.
Avtosfer.az | 6 Mart 2023 14:17
salam arxa patpresde olan xirda tormuz isiqini cixirtmaq qadagandir qadagandirsa cerimesi ne qederdi ve hansi sebebe gore deseyzdiz cox yaxsi olar? yeni esas stoplari yox sadece patprese yapisiq olan tormuz isigi size seklide atdim bele isiqlardan sebeb ise arxaya perde baglamaq ucun
Rəşad | 5 Mart 2023 23:02
Salam. Xeyr, qadağan deyil.
Avtosfer.az | 6 Mart 2023 14:17
Salam vaz 2107 e enli teker qoymaqin cerimesi var?
Elnur | 5 Mart 2023 20:54
Salam. 150 manat cəriməsi var.
Avtosfer.az | 6 Mart 2023 14:17
Salam menim generalni davernusum bitib maşın sahibinin nömresin itirmişem nece tapa bilerem maşın sahibinin nömresin?
Vüsal | 5 Mart 2023 16:25
Salam. Ancaq DYP-dən soruşa bilərsiniz.
Avtosfer.az | 6 Mart 2023 14:15
Salam. Maşına stage yazılmağın necə örgənə bilərəm? Yəni stage yazılıb ya yox onu örgənməyin yolun soruşurdum
Ümman | 5 Mart 2023 01:12
Salam. Onu mütəxəssislərdən soruşun.
Avtosfer.az | 6 Mart 2023 14:14
Salam. Hyundai sonata 2011 üçün R19 diaklərini qoya bilərəm? Hal-hazırda zavod R18 diskleri
Elvin877 | 4 Mart 2023 19:37
Salam. Zavod icazə vermirsə olmaz.
Avtosfer.az | 6 Mart 2023 14:14
Salam size sualim odurki. 2104 arxa yaylari zavadsqoy şekilde yiğilib amma aşaği görenür dyp emekdaşi saxlayib meydançaya veya cerime ede biler zavadsqoy. Düzdürse ?
Şemi | 4 Mart 2023 19:17
Salam. Yaylar necə yığılır?
Avtosfer.az | 6 Mart 2023 14:14
Maşında Kalonka aparaturasının yığılmasının cermesi varmı ?
Elnur | 4 Mart 2023 15:52
Ətraflı məlumat üçün bu linkə daxil olun. https://avtosfer.az/az/qaydalar/masina-usilitel-qurasdirmaq-elave-avadanliqdir-ceri%CC%87mesi%CC%87-yoxdur-139532
Avtosfer.az | 6 Mart 2023 14:13
Salam 2019 ci il 3 motor dizel prado resmi sekilde avtomobili oz adina qeydiyyata salmagin rusumu ne qederdir?
Cavid | 4 Mart 2023 13:42
Salam. Bu linkə daxil olaraq hesablaya bilərsiniz. https://avtosfer.az/az/qeydiyyat-kalkulyatoru
Avtosfer.az | 6 Mart 2023 14:12
salam. mashinim bmw f30. m bufer qoyulub, sesbogucu sag, sol, aksesuar kimi ( biri qoshulmayib) ve 19 diskler. DYP saxlayib tex pasportda yazilmayib deyir. Men bu halda ne tmeliyem? onceden cox sag olun.
Rahim | 4 Mart 2023 08:53
Salam. Belə şeylərin texpasoporta yazılması düzgün deyil.
Avtosfer.az | 6 Mart 2023 14:06
Salam 2107 qabaqa Teze purjun qoysam qabaqi qalxsa cerimesi var ?
Elgun | 4 Mart 2023 02:06
Salam. Əlavə bir şey yoxdursa cəriməsi də yoxdur.
Avtosfer.az | 6 Mart 2023 14:05
Salam masin vaz 2106 1.6 muherrik qebele qeydiyyatindadi genaralni etibarname ile idare olunur yasadigim rayon uzre qeydiyyata salmag isteyirem qeydiyyat nisani deyisecek ne qeder rusum odenmelidi bu proses ucun cox sagolun
Azer | 4 Mart 2023 00:15
Salam. Mülkiyyətçinin razılığı olmasa nömrə dəyişdirələcək. Rüsumu öyrənmək üçün aşağıdakı linkə daxil olun. https://avtosfer.az/az/qeydiyyat-kalkulyatoru
Avtosfer.az | 6 Mart 2023 14:04
Yol polisinin dur tələbinə əməl etməyən sürücü 150 m cərimə edile bilər Bilmek istəyirəm polis maşınına nömrəsinə cərimə yaza bilər.? Məndən heç bir sənəd istəmədi və sənəd təqdim etmədim buraxdı sadəcə bilmək istəyirəm məndən sonra maşının nömrəsinin götürüb ele cərimə yaza bilər.?
Ayxan | 4 Mart 2023 00:04
Bunun cəriməsi 4 bal 80 manatdır. Cəriməni yerindəcə yazmalı idi.
Avtosfer.az | 6 Mart 2023 14:03
salam.2107 -ye arxa baqaj ustune antena (uzun olandan) qurasdirmagin cerimesi varmi?
Ilkin | 3 Mart 2023 19:50
Salam. Xeyr, cəriməsi yoxdur. Amma heç kimə mane olmamalıdır.
Avtosfer.az | 6 Mart 2023 13:50
Salam aleykum. Oxlar uzerinde ceki pozulmursa neye gore sport yaylardan istfade etmek olmaz hansi qanunda yazilib? Ve bildirilirki lazim olsa zavod qoyardi zavod avtomobili unversal buraxir cavan ve ya yashli adam zovqune gore buraxmir Elave olarag eger qanunda avtomobilin sesi 74 kecmeli deyilse men 74 du kecmiyen ses bogucuniye qurashdira bilmeremki?
Ismayil | 3 Mart 2023 16:33
Salam. Hörmətli izləyici, qanunda hər şey yazılmır. Sport yayları sürücülər quraşdırır ki, maşının arxası aşağı düşsün. Təsəvvür edin metrodakı maşinist qatara əlavələr edir, təyyardəki pilot təyyarənin qabağını qaldırıb sürür. Nə dərəcədə doğrudur? Niyə həmin nəqliyyat vasitələrinə yalnız istehsalçının müəyyən etdiyi detallar quraşdırılır, amma avtomobilə hər şey olar. Niyə? Avtomobil oyuncaq deyil ki. Avomobil üçün də zavod xüsusi normalar və detallar hazırlayıb. Ona görə buna ciddi şəkildə əməl etmək lazımdır.
Avtosfer.az | 6 Mart 2023 13:50