Banner
SUAL-CAVAB
Bütün suallar Avtosfer.az saytının baş redaktoru Elməddin Muradlı, hüquqşünas Ərşad Hüseynov tərəfindən cavablandırılır
Ad

E-mail

Şəkil

Sual

Salam, Deqiqlesdirmek isterdimki suruculuk vesiqemin vaxti yeni bitdiyinden xeberdar olmamisam.Yol polisi saxlayarken,avtomobil cerime meydancasina aparila belir mi ve cerimesi neqederdir. Elave olaraq neceki sigorta ve tex. gore sms xeberdarliq gelir deye suruculuk vesiqenin vaxti bitdiyine gore sms gelmeli idi? Suallarimi cvb verdiyinize gore Tesekkur edirem.
Seyidagha | 3 Mart 2023 16:18
Salam. Bəli apara bilər. 100 manat cəriməsi var. Qanunda vəsiqənin vaxtının bitməsinə görə sms xəbərdarlıq nəzərdə tutulmayıb.
Avtosfer.az | 6 Mart 2023 13:44
Salam avtomobile kaylover qurashdirmaga icaze var? Eger oxlar uzerinde ceki pozuntusi yoxdursan yeni arxasi ve qabagi eyni seviyede ashagi salinib
Ismayil | 3 Mart 2023 16:18
Salam. Şifahi şəkildə demək çətindir. Əgər normativ tələb pozulacaqsa olmaz.
Avtosfer.az | 6 Mart 2023 13:43
Salam.2 ci sualim size eger masinda zavod qlusitel evezine sport qlusitel qurasdirilibsa ve ses desibeli normative uygundursa cerimesi varmi ve yaxud duracaga masini apara bilerlermi(BMW F30 markali masindi). Onceden tesekkurler
Pervin | 3 Mart 2023 14:20
Salam. Zavod quraşdırdığı avadanlığa görə maşın cərimə meydançasına aparılmır.
Avtosfer.az | 6 Mart 2023 13:42
Elaqe lazimdi.sizle.
Valid | 3 Mart 2023 13:34
Buyurun yazın.
Avtosfer.az | 3 Mart 2023 14:02
Salam 77-XB-703 qeydiyyat nişanlı avtomobilin cəriməsi cəriməsi mənim 77-BX-703 qeydiyyat nişanlı avtomobilimə gəlib diyanma durma ilə baglı.902 qaynar xəttə zəng vurdum dediəlki email vasitəsilə yazın DYP.GOV.az saytina. bununla məsələ düzəlir yəni? onu bilməy istərdim
Cavid | 3 Mart 2023 12:48
Salam. Bu linkə daxil olaraq müraciət edin, silinəcək. https://dyp.gov.az/?/az/online/
Avtosfer.az | 3 Mart 2023 14:01
Salam.Avtomobilin ön buferinie quraşdirilan lip də qanun zidd bir hal var?
Hesem | 3 Mart 2023 11:43
Salam. Xeyr, heç bir qanun pozuntusu yoxdur.
Avtosfer.az | 3 Mart 2023 14:00
Salam, BMW markali aracin (f30) ses sistemi deyisdirilibse , loru dilde desek qazan deyisdirilib original m3 qazani qoyulubsa , bu zaman texpasportda m3e yigdirilib deye bir sey qeyd olunmalidirmi?
Aqil | 3 Mart 2023 10:48
Salam. Belə şeylər qeydiyyat şəhadətnaməsinə yazıla bilməz.
Avtosfer.az | 3 Mart 2023 14:00
salam.mən yangoda zakaz etdiyim avtomibilde cantami itirmisem.hemin surucunun telefon nomresini tapa bilmirem.nece komey ede bilersiz?
gulay | 3 Mart 2023 00:49
Salam. Həmin şirkətlə əlaqə saxlayıb tapa bilərsiniz. Onlar sizə göndərdikləri sürücünü sistemdə görə bilərlər.
Avtosfer.az | 3 Mart 2023 13:59
Salam. BMW F30 model masinimda on ve arxa buferler m3 buferlerdi ve bildiyiniz kimi dumanni faralar on buferde yoxdu. Buna gore cerime yazila bilermi?(evvelki buferinde dumanni faralar var idi). Onceden tesekkurler
Pervin | 2 Mart 2023 23:30
Salam. Xeyr, cərimə yazıla bilməz.
Avtosfer.az | 3 Mart 2023 13:57
Salam 342.2.2 Maddede avadanlığın deyişdirilmesine göre 150azn cerime var,bes Opel rulun deyişib Momo rul qoysam cerime var?bidefede yazdım cavab gelmedi budefe versez sevinerem
Kenan | 2 Mart 2023 23:22
Salam. Ətraflı məlumat üçün bu linkə daxil olun. https://avtosfer.az/az/oyrenek/fiat-rulu-na-gore-cerime-yazila-bilermi-qanunsuz-deyil-68559
Avtosfer.az | 3 Mart 2023 13:58
Salam aleykum.Bilmək istərdim ki maşının arxa şüşələrinə pərdə vurmağa icazə var ?(taxılıb çıxarıla bilən maqnit pərdələrdəndi) . Bununla bağlı keçən dəfə DYP əməkdaşı mənə xəbərdarlıq etdi.Əgər icazə yoxdursa hansı növ pərdələrə icazə yoxdur onu da qeyd edərdiniz . Zəhmət olmasa bu barədə mənə ətraflı məlumat verərdiniz. Diqqətiniz üçün çox sağolun.
Nicat | 2 Mart 2023 15:31
Salam. Yalnız sənaye üsulu ilə hazırlanmış jalüzlərdən istifad edilə bilər. Kustar üsulla hazırlananlara icazə yoxdur.
Avtosfer.az | 2 Mart 2023 16:03
Salam, avtomobilin ( Bmw f30) qabaq ve arxa buferi amerikadan M-paket buferlərlə gəlib, bu zaman texpasporta m3 yazdırılıb dryə bir şey qanunsuzdur , düzdümü? Nə zaman əlavə qeyd kimi m3ə yığdırılıb yazdırtmaa məcburidi?
Adil | 2 Mart 2023 13:05
Salam. Belə şeyləri yazddırmağa ehtiyac yoxdur. Bufer reysterə daxil olan məlumat deyil ki, onu qeydiyyat şəhadətnaməsinə yazsınlar. Qeydiyyat şəhadətnaməsinə reysterə daxil olan məlumatlar yazılır. Məsələn: Mühərrikin nömrəsi, ban nömrəsi, şassi nömrəsi, maşının rəngi, avtomobilin qeydiyyat nişanı və.s. Buferin nömrəsi yoxdur ki, onu sənədə yazsınlar.
Avtosfer.az | 2 Mart 2023 16:02
Salam men avtomobilimi kredit yolu ile satmag isteyirem. 36 aylıg kreditle Hansı bank vasitesi ile etmeliyem nece etmeliyem? Ve ya natarius vasitesi ile
Xeyal | 2 Mart 2023 01:12
Salam. Bunu banklardan soruşun.
Avtosfer.az | 2 Mart 2023 15:57
Salam men 10HX072 axtariram ELIYEV ELGUN FAIQ OGLU
Elgun | 2 Mart 2023 00:51
Salam. Bizdə bu haqda məlumat olmur.
Avtosfer.az | 2 Mart 2023 15:57
Salam vaz 2105 markalı avtomobilə vaz 2107 nin arxa stoplari qoyulub bunun cəriməsi var.
Ramin | 1 Mart 2023 23:43
Salam. Bəli, 150 manat cəriməsi var. Çünki fərqli modellərdir.
Avtosfer.az | 2 Mart 2023 15:56
Elave asqi yük maşınında cerimedimi?
Orxan | 1 Mart 2023 21:37
Əlavə ressoru nəzərdə tutursunuzsa qayda pozuntusu deyil.
Avtosfer.az | 2 Mart 2023 15:55
Batamdarta qayinin dairesinde uzu socar geden duz dome isiqin yandirmaq lazimdi duz gedende?
Ramal | 1 Mart 2023 19:22
İstənilən dairəyə daxil olanda və dairəni tərk edəndə mütləq sağa dönmə işığını yandırmaq lazımdır.
Avtosfer.az | 2 Mart 2023 15:55
Salam Avtomobilin ses effektini artirmaq ucun qazanını qesnen ve ya bilerekden boşaldıb surmeyin.Cerimesi var?varsada ne qederdi? Önceden Teşekkürler
Emin | 1 Mart 2023 18:27
Salam. Cavab verilib.
Avtosfer.az | 2 Mart 2023 15:50
Salam men 99-VX-417 Davernusunun vaxti bitir onun telefon nomresini axtariram.Kerimov Valeh Israfil oglu
Elmir | 28 Fevral 2023 22:39
Salam. Bu haqda bizdə məlumat yoxdur.
Avtosfer.az | 1 Mart 2023 12:24
Salam. Bakı şeheri Sabunçu rayonu Bakıxanov qesebesi Bakı Fehlesi deyilen erazide işıqfor işlemediyine göre yolu keçmek olmur.
Elnur | 28 Fevral 2023 20:50
Salam. BNA-nın 141 qaynar xəttinə şikayət edin.
Avtosfer.az | 1 Mart 2023 12:24
Salam Ses Desibelini kecmeden.Bilerekden Boş qazanan maşın surmeyin cerimesi var?varsada ne qederdi?
Emin | 28 Fevral 2023 18:14
Salam. O cür sürmək olmaz. Nasazlıq yaranıbsa onu aradan qaldırmaq lazımdır.
Avtosfer.az | 1 Mart 2023 12:23
Salam nivaya wrangler farası qoymaq olar??
Söhrb | 28 Fevral 2023 14:13
Salam. Xeyr, olmaz. Nivanın öz faralarından istifadə etməlisiniz.
Avtosfer.az | 28 Fevral 2023 15:45
Salam men surmek ucun davernis almisam deyisemk isdirem generalni davernis almaq isdirem deyismek olur ?
Tamerlan | 28 Fevral 2023 14:08
Salam. Bəli, olur. Maşının sahibini tapıb ala bilərsiniz.
Avtosfer.az | 28 Fevral 2023 15:45
Salam hunday santafeye pnevma cerimesi var?
Razi | 28 Fevral 2023 13:17
Salam. Bəli, 150 manat cəriməsi var.
Avtosfer.az | 28 Fevral 2023 15:44
Salam Her birinize Ayri Ayriligda teşekkür edirem.Aftomobil Dövlet qeydiyyat nişaninda Bayragin rengi solarsa buna gore cerme var??maşin duracaga gede biler? Ve sitandartlara uygun olmasi qanunda nece tenzimlenir?
Vusal | 28 Fevral 2023 11:09
Salam. Bəli duracağa gedə bilər. 4 bal 60 manat cəriməsi var.
Avtosfer.az | 28 Fevral 2023 15:43
Kiya cip 77-GN-342 sahbin nomresi lazmdi
Yalcin | 28 Fevral 2023 11:02
Bizə belə məlumatlar olmur.
Avtosfer.az | 28 Fevral 2023 15:43
Salam maşınımı gece sesin coxdu deye duracaq temin olunmalıdı lakin maşın sesi qanun standartlarinan yeni ‘75-80’ desibeli kecmir ve mene dedilerki sesin cox olmasada.Maşının qazanı boşdu deye duracaq temin olunmalıdı.Sualım ondan ibaretdirki boş qazanin qanunu varsa ve eger varsa cerimesi ne qederdi Önceden teşekkürler
Emin | 28 Fevral 2023 10:52
Salam. Səs 74 db-dən çox olmamalıdır. İşlənmiş qazların xaricetmə sistemində özündən yaranmış problem varsa bu, nasazlıq hesab edilir. 50 manat cəriməsi var.
Avtosfer.az | 28 Fevral 2023 15:42
Salam Mercedes w202 avtomobili ne led lampalar quraşdırmaq olar?
Habil | 28 Fevral 2023 10:01
Salam. Bir şərtlə quraşdırmaq olar ki, normativ tələblər pozulmasın. Onu bilən mütəxəssis də demək olar ki, yoxdur. Ona görə də quraşdırmamağınız tövsiyə olunur.
Avtosfer.az | 28 Fevral 2023 15:41
Salam. Hervaxtiniz xeyir. Bir defe sual vermisdim. Tekrar verirem. Zehmet olmasa cavablandirardiz. Mercedes w202 kuza avtomobildir. C230 amerika istehsali. Muherriki ise salan kimi donme siqnali avtomatik yanir. Zavod bele buraxib. Sonradan qurasdirilmayib. Bu halda yol polisi cerime yaza bilermi amerikankalar (donme isigi) qosulur deye?
Cavid | 28 Fevral 2023 07:45
Salam. Əgər zavod tərəfindən belə quraşdırılıbsa heç bir problem yoxdur.
Avtosfer.az | 28 Fevral 2023 15:40
Saıam menden şekilleri isdediz bura göndermek olmur nömre verin gönderim
Ibrahim | 27 Fevral 2023 23:48
Salam. 055 335 15 59 Bu nömrəyə göndərin və məlumatı da qeyd edərsiniz ki, söhbətin nədən getdiyi bilinsin.
Avtosfer.az | 28 Fevral 2023 15:34