“Bağışlayın, görmədim” artıq keçməyəcək - Süni intellektli radarlar dövrü başladı

Türkiyədə süni intellektlə təchiz olunmuş radarlar rəsmi olaraq istifadəyə verilib. Avtosfer.az xəbər verir ki, “ASELSAN” tərəfindən hazırlanan bu yüksək texnologiyalı radarlar artıq yolların təhlükəsizliyinə nəzarətdə yeni dövrün başlanğıcı sayılır. Yeni nəsil radar sistemləri insan müdaxiləsi olmadan, 6 zolaqlı yollarda eyni anda bütün nəqliyyat vasitələrini, o cümlədən motosikletləri dəqiq şəkildə izləyə bilir. Süni intellekt texnologiyası vasitəsilə radar avtomobili, onun növünü və dövlət nömrə nişanını analiz edir, marşrut üzrə sürət həddini avtomatik müəyyən edir.
Yeni radar sistemi:
- Avtomobilin texniki vəziyyətini (sığorta, texniki baxış) yoxlayır;
- Axtarışda olan nəqliyyat vasitələrini müəyyən edir;
- Qanun pozuntusunu 3 fərqli rakursdan qeydə alır;
- Avtomatik cərimə tətbiq edir.
Bütün bu proseslər tam avtomatlaşdırılmış şəkildə aparılır. Radarların yerləşdiyi məkanlar və əhatə dairəsi barədə məlumatlar rəsmi tətbiq üzərindən ictimaiyyətə təqdim olunacaq. Beləliklə, vətəndaşlar real vaxtda radarların yerləşdiyi əraziləri görə biləcəklər. Pilot layihə çərçivəsində yalnız bir magistralda quraşdırılan süni intellekt dəstəkli radar cəmi 4 gün ərzində 526 min TL (təxminən 22 727 AZN) məbləğində cərimə qeydə alıb. Bu, sistemin effektivliyini açıq şəkildə ortaya qoyur. Yüksək dəqiqlik, avtomatlaşdırma və şəffaflıq prinsipləri ilə çalışan süni intellekt əsaslı radarların yaxın gələcəkdə Türkiyənin bir çox bölgəsində tətbiq olunacağı gözlənilir.
P.S.: Sürəti sevirsənsə, oyun konsolu al, bu radar zarafat etmir. Süni intellekt üçün “bağışlayın, görmədim” artıq keçmir (milli.az).
İlon Maskın insandan ağıllı robotları cəmiyyət üçün qorxuludur? – MÜTƏXƏSSİS RƏYİ
Robotik cərrahiyyə ilə əməliyyatlar xəstələr üçün hansı risklər yaradır? – Həkim AÇIQLADI
Velozolaqla parkinqin yanaşı olması təcrübəsi dünyada varmı? – NÜMUNƏ - FOTOSESSİYA
Sosial şəbəkədə 150-dən çox profili ələ keçirən haker saxlanıldı - VİDEO
Barselonadakı şəhər yolları Bakıda yaradıla bilərmi? – ARAŞDIRMA - FOTO
Batareyalar müasir texnologiyaların strateji əhəmiyyətli hissəsinə çevrilir
Niyə uçan avtomobillər və "jetpack"lər həyatımıza daxil ola bilmir?
Beş yüz milyardlıq dəmir yolu islahatına hazırlıq: Müddəti iki dəfə qısalacaq
İlk pilotsuz hava taksisi sınaqdan keçirilib - Maksimal sürəti 215 km/saata çatır
Sürücüləri sevindirəcək YENİLİK! Suni intellekt bu proqrama da gəlir
Vayfay quraşdırarkən nələrə diqqət etməliyik? - VİDEO











