ABŞ-yə gedən yol Bakıdan keçir: Dünya çempionatına vəsiqə uğrunda yarış keçiriləcək

Sentyabrın 5-də Bakıda ilk dəfə "Alufar Ironman 70.3 Baku" beynəlxalq triatlon yarışı keçiriləcək.
Bu barədə Avtosfer.az-a Bakı Şəhər Halqası Əməliyyat Şirkətindən məlumat verilib.
Tədbir Gənclər və İdman Nazirliyi, Azərbaycan Triatlon Federasiyası və Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin təşkilatçılığı ilə baş tutacaq.
Yarışda 62 ölkədən ümumilikdə 1 500 idmançının iştirakı nəzərdə tutulur. İdmançılar Xəzər dənizində 1.9 kilometrlik üzgüçülük, şəhərin müxtəlif ərazilərini əhatə edən 90.1 kilometrlik velosiped və Bakı Bulvarı boyunca 21.1 kilometrlik qaçış mərhələlərində mübarizə aparacaqlar. Finiş xətti "Yeddi gözəl" fəvvarəsinin yaxınlığında yerləşəcək.
Kişi və qadın kateqoriyalarında ilk 25 yeri tutan idmançılar 2027-ci ildə ABŞ-də təşkil olunacaq "Ironman 70.3" triatlon yarışı üzrə dünya çempionatına vəsiqə qazanacaqlar.
Sentyabrın 4-də isə müxtəlif yaş qrupları üçün "Ironkids" və 18 yaşdan yuxarı şəxslər üçün 5 kilometrlik "Fun Run" qaçışları keçiriləcək. "Ironkids" turnirində 5-8 yaşlı uşaqlar 500 metr, 9-13 yaşlı iştirakçılar 1 kilometr, 14-17 yaşlılar isə 2 kilometr məsafə qət edəcəklər.
Qeyd edək ki, "Ironman" seriyasının ilk yarışı 1978-ci ildə Havay adalarında keçirilib.
"Formula-2" yarışından sonra çempionatda LİDER DƏYİŞDİ, qalib mükafatlandırıldı - FOTO - YENİLƏNİB
Hansı sürücü dayanma-durma qaydasını pozur? - CAVAB VER, HƏDİYYƏ QAZAN
"Formula 2": İki pilot Bakıdakı sərbəst yürüşsə mübarizəni dayandırıb - FOTO
CLEAR brendi Oracle Red Bull Racing ilə qlobal tərəfdaşlığını elan edir - FOTO
Bu gün Bakıda "Formula 1" başlayır
Hərəkətdə olan hansı sürücü qaydanı pozur? - DOĞRU CAVAB
Sabahdan başlayır, bu ərazilərə getməyin! - XƏBƏRDARLIQ
Hərəkətdə olan hansı sürücü qaydanı pozur? - CAVAB VER, HƏDİYYƏ QAZAN
Hansı sürücü sağa düzgün dönür? - DOĞRU CAVAB
Hansı sürücü sağa düzgün dönür? - CAVAB VER, HƏDİYYƏ QAZAN
Sürücü bu yolayrıcında hansı istiqamətlərə hərəkət edə bilər? - DOĞRU CAVAB












