“Formula 2”: Bakıdakı əsas yarışda qalib bəlli oldu - FOTO - YENİLƏNİB

Bakıda təşkil olunan Azərbaycan Qran-prisində “Formula-2”nin əsas yarışı başa çatıb.
29 dövrənin tamamında “Prema Racing”in pilotu Oliver Bearman bütün rəqiblərini geridə qoyub.
“Rodin Carlin”dən Enzo Fittipaldi ikinci, “Art Grand Prix”dən Teo Purşer üçüncü olub. Bu sürücülər sıralama turunda da müvafiq mövqelərdə qərarlaşmışdılar.
“Hitech”dən İsak Hacar uzun müddət lider olsa da, bunu sonadək davam etdirə bilməyib. “PHM Racing”dən Bred Benavides qəza törətdiyi üçün mübarizəni dayandırmışdı.
Qeyd edək ki, “Formula-1”də əsas yarış saat 15:00-da başlayacaq.
***
Bakıda təşkil olunan "Formula 2" üzrə Azərbaycan Qran-prisinin əsas yarışında 20 dövrə tamamlanıb.
"Hitech" komandasının pilotu İsak Hacar liderliyini davam etdirir.
***
Bakıda təşkil olunan "Formula 2" üzrə Azərbaycan Qran-prisində əsas yarış davam edir.
10 dövrənin tamamında "Hitech" komandasından İsak Hacar liderdir.
***
Bakıda təşkil olunan "Formula 2" üzrə Azərbaycan Qran-prisində əsas yarış başlayıb.
Avtosfer.az xəbər verir ki, 29 dövrədən ibarət mübarizə saat 11:25-də start götürüb.
Sıralama turunda "Prema Racing"in pilotu Oliver Bearman ən yaxşı nəticəni göstərmişdi. "Rodin Carlin"dən Enzo Fittipaldi ikinci, "Art Grand Prix"dən Teo Purşer üçüncü olmuşdu.
Qeyd edək ki, "Formula 1"də əsas yarış saat 15:00-da başlayacaq.
Minik avtomobilləri bu yolda maksimum hansı sürətlə hərəkət edə bilər? - DOĞRU CAVAB
"Bəzi sürücülər, avtomobil sahibləri bundan istifadə edirlər" - Elməddin Muradlı
Minik avtomobilləri bu yolda maksimum hansı sürətlə hərəkət edə bilər? - CAVAB VER, HƏDİYYƏ QAZAN
Sürücü yanacaqdoldurma məntəqəsinə hansı trayektoriya ilə daxil ola bilər? - DOĞRU CAVAB
"Formula-1" tarixində ən varlı beş pilot açıqlandı
Sürücü yanacaqdoldurma məntəqəsinə hansı trayektoriya ilə daxil ola bilər? - CAVAB VER, HƏDİYYƏ QAZAN
Sürücü bu yolayrıcında hansı istiqamətlərə hərəkət edə bilər? - DOĞRU CAVAB
Sürücü bu yolayrıcında hansı istiqamətlərə hərəkət edə bilər? - CAVAB VER, HƏDİYYƏ QAZAN
Sürücü yolayrıcında hansı istiqamətlərə hərəkət edə bilər? - DOĞRU CAVAB
"Formula-1": 2026-cı ildə Bakıda keçiriləcək yarışın biletləri satışa çıxarıldı
Antiterror şəhidlərinin xatirəsinə həsr olununan cüdo çempionatı keçirilib - FOTOLAR - VİDEO











