Daha bir "Formula 1" yarışında azarkeşlər iştirak edəcək

"Formula 1" üzrə İtaliyanın İmola şəhərində keçiriləcək Emili-Romani Qran-prisində tribunalar qismən dolacaq.
"Report"un məlumatına görə, bu barədə İmola trasının direktoru Uberto Selvatiko Estense "Autosport"a açıqlamasında məlumat verib.
O, avtodromun bütün stendlərindən istifadə etməyi planlaşdırdıqlarını bildirib: "Sosial məsafəni qorumaq üçün insan qruplarını 3 sıra oturacaqlar ayıracaq. Stendlər tamamilə açıqdır, bu səbəbdən seçim tam təhlükəsizdir. Bundan əlavə, ayrı bir parkinq planı hazırlayırıq. Ona görə azarkeşlər hər biri 1000 nəfərdən ibarət bloklara bölünəcək və hər blok bir yerdə maşın saxlaya biləcək. Bu şəkildə maksimum nəzarəti təmin edə və sağlamlıq risklərini minimuma endirə bilərik".
Qeyd edək ki, Emili-Romani Qran-prisi 31 oktyabr - 1 noyabrda gerçəkləşəcək. Bu mövsüm 11 - 13 sentyabrda keçirilmiş Toskana Qran-prisində ilk dəfə azarkeşlər iştirak edib.
Hansı sürücü dayanma-durma qaydasını pozur? - DOĞRU CAVAB
"Formula-2" yarışından sonra çempionatda LİDER DƏYİŞDİ, qalib mükafatlandırıldı - FOTO - YENİLƏNİB
Hansı sürücü dayanma-durma qaydasını pozur? - CAVAB VER, HƏDİYYƏ QAZAN
"Formula 2": İki pilot Bakıdakı sərbəst yürüşsə mübarizəni dayandırıb - FOTO
CLEAR brendi Oracle Red Bull Racing ilə qlobal tərəfdaşlığını elan edir - FOTO
Bu gün Bakıda "Formula 1" başlayır
Hərəkətdə olan hansı sürücü qaydanı pozur? - DOĞRU CAVAB
Sabahdan başlayır, bu ərazilərə getməyin! - XƏBƏRDARLIQ
Hərəkətdə olan hansı sürücü qaydanı pozur? - CAVAB VER, HƏDİYYƏ QAZAN
Hansı sürücü sağa düzgün dönür? - DOĞRU CAVAB
Hansı sürücü sağa düzgün dönür? - CAVAB VER, HƏDİYYƏ QAZAN












